Gültəkin-əmin Abid



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix25.08.2018
ölçüsü0,55 Mb.
#64091
1   ...   11   12   13   14   15   16   17   18   19

“Bəsirət”dən: 

İNTİQAM 

 

Baküdə qərib ölən Türklərin qəbirləri üstündə 



milli zabitlərimizə töhfə 

 

Ey zülmət içrə xabə dalan nuri-sayədar, 



Ey aləmi-digərdə koşan ruhi möhtəşəm. 

Uç, uç, yücel səmalərə, pürşüvqü iftixar, 

Uç kəhkəşani-fitrətə, yüksəl də bas qədəm. 

 

Artıq dağıtdı qaili dəhşət avəri, 



Övladın imdi axtarıyor ərşə məqam. 

Mümkün degil unutmaq o məzlum Türkləri, 

Titrər gözdə bariqeyi-kinü intiqam... 

Düşmən layı himməti-islami yırtaraq 

 

Basmun yetim elləri, etdikcə paymal, 



Batmaz bununla Türklük, əvət, batmadı hilal. 

 

Hüzni burax, burax da fəqət şatəraz bax. 



Övladının əlində bu gün seyfi-intiqam, 

Həp sütut ilə parlayur, ey “namdar atam!” 

 

 10 dekabr 1917 

 

 

74 




KILICIM VƏ BAŞIM  

 

Türküm... 

Ey Türk oğlu, 

Qəlbdə hilalü eşqi-mələk, 

Başda yenə bir özgə sevda. 

Mazi gibidir gözdə fərda, 

Hal iştə edər buna dəlalət 

Həp övladə bilik məlali-peyda. 

 

Bin zülmlə döşmən öz elimdə 



Davranmadadır hilala qarşı... 

Boyunda kəfən kılıç əlimdə 

Çıxdım ölümə, zəvalə qarşı... 

Fikrimdə doğan məlalə qarşı. 

 

Ey düşmən, əya, ləinü qəhhar, 



Qorxutma bəni ölümlə, zinhar. 

Vəqta ki, məmatdır həyatım, 

Yoxluqla edərmi xof zatımə 

Türkəm, klıcım başında parlar. 

 

Türkəm, sana bir ədövvi-əkbər



Türkəm, sana daima müzəffər, 

Vardır sana qarşı intiqamım. 

Həp kılıcla öz əlimi dəldim, 

Gəldim, kılıcım, başımla gəldim. 

                                                            

                     3 yanvar 1918 

 

 

75 




“Azərbaycan”dan: 

 

TÜRKÜN DƏRDİ 

 

Yigit bəgim, sənin qəlbin bir işıqlı səma olsun, 

Ay, yıldızın Günəş gibi şənlik nuri saçsun daim. 

Həyatının ən qaranlıq guşəsinə ziya dolsun, 

Üzərinə, yavrucuğum, nuraniyyət olsun qaim... 

Bənim qəlbim bir  laneyi-məlaldır, küdurətin 

ən hüznlü, qəmli quşi onda yaşar

Bənim qəlbim bir aləmdir, ən zəhərnak bir həyatın 

Son günləri onda keçir 

Bir iftixar... 

Türkün sənin yazıq oldi, qayğulardan göz açmadı, 

Hər saniyə onun içün bin dərdlə dolu oldi. 

Hər dəqiqə onun içün bin qüssəli bir yıl idi. 

Hiç bir yerdə sanılmadı. 

Hər məkandan adı, sanı çıkarıldı, 

İstatistikdən də təmizləndi namı. 

Avropalı tərəfindən ən sonundə 

Tarixdə “ölü adam” şot olundu şanlı adı...  

Türkün dərdi gayət böyük, sanamaqla tükənməzdir, 

Türkün dərdi bir cahan ki

Yeni-

əski 


barizlər onda baqi. 

Türkün dərdi bir kitab ki, bin vaqeələr andırır. 

Hər bir sətri bin yigitin al qanilə yazıldı. 

Türkün dərdi bir aləm ki, iş bu aləm pək azdır, 

Pək kiçikdir, pək özgədir, pək aydın... 

 

Ey tanrının əziz qulu, ey Türk oğlu! 



Ey  Şərq səmasının parlaq yıldızı! 

Qərb istəməz  Türkün gözəl simasında 

Qalibiyyət təbəssümi hiss olunsun. 

 

76 




Qərb istəməz Türk ocağı, Türk dünyası 

Mə’nəviyyat Günəşilə işıqlansun. 

Qərb istəməz islamiyyət yucalansun, 

Qərb istəməz Türkün gözəl bağçasında 

Məarifin əlvan gülü çiçəklənsin. 

Qərb istəməz Türkün yaşıl səmasında 

Birlik saçan Y

ıldız, Günəş, Ay bulunsun. 

Qərb istəməz Türkün geniş yürəğində 

Türk duyğusu, millət hissi köklənsin. 

Qərb istəməz  Türkün canlı damarında 

Türkün islamiyyət qanı aksin yenə. 

Qərb istəməz  “bir söz” cəhan üzündə... 

 

Fəqət, ey  arslan yürəkli bəgim! 



Ey yigit, qəhrəman, rəşid Türküm! 

əldə Türklük nişanı al bayrağı 

Bu çəkişmə cəhanına çıkarak 

Yaşasın tacdar millət! 

Yaşasın şəhriyar millət! 

 

11 avqust 1917 

 

 

77 




BÖYÜK SİMALAR 

 

Əbdülhəq Hamidə 

 

Fələklər, kəhkəşanlar, asimanlar, 



Onun cövlangəhi-fikrü-xəyali... 

Mələklər, pərilər, huri cananlar, 

Onun həp həmdəmi hüsn-ü  hilali. 

Üfüqlər qarşusunda səcdə eylər, 

Səmalər devrilir də ərzi-dünə. 

Bütün asari ilə dahiyanə

Qoca Türk ellərinə inci sərpər. 

O Türkün ən böyük şanlı dühası... 

Onunla nurlanır Şərqin səmasi. 

 

O bir müvcud idi ki, hüsnü şerlərdən 



Yaratdı iştə bir bürci-mütəntən. 

Fikirlərdə dərinliklər oyatdı, 

Dərinliklərdə yüksəklik yaratdı. 

Həman şerində ülviyyət gülümsər, 

Münəvvər şeri-hamid, pək münəvvər... 

 

 



12 teşrin 1918  

 

 



78 


“Övraqi-

nəfisə”dən: 

 

 



DİL 

 

Böyük qardaşım Ə.Münzibə 

 

Uzun müddət koşdum, durdum, dolaşdım, 



Qafamı sərt fikrin taşına çarpdım. 

Nəhayət, aülımla bir noi uzlaşdım, 

Dil ismində gözəl bir heykəl yapdım. 

Gözəldir, əmma ki, çirkinlər içrə. 

zəldir, əmma ki, bir meymun qədər. 



Heyranıdır onun iştə gözəllər

Gözəlləri ən əsil bir Türk dildarı. 

Həbəşidir onun qara qaşları. 

Dişarı qaftası inci iləndir, 

Dodaqları yeni dünya gülündən. 

Sürmə telli, gözəl, parlaq saçları 

Əcəm degil, ancaq hey ərəb karı. 

İncə burnu londonlu bir ingiliz, 

Beyaz kö

ksi fransızdır şübhəsiz. 

Şümşad parmaqları yunan yavrusi, 

Bir bax


ışda olur insan məhbusi. 

Çığatay kəməri incə belində, 

Uyüur yelpazəsi pəncə əlində. 

Milli bürümcəklə həp yaşmaq tutar, 

Ara-

sıra nazla qaş-gözin atar. 



Bir göz

əldir pək sevməli, nəzihə, 

Bir çiçəkdir bəndən sizə hədiyyə. 

 

Kanun-i s



əni 1334 

 

 

79 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə