Gültəkin-əmin Abid



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix25.08.2018
ölçüsü0,55 Mb.
#64091
1   ...   11   12   13   14   15   16   17   18   19

MİLLİ  MAHNI



  



 

Zülfüqar Hacıbəyov cənabları tərəfindən bəstələnmiş bu nəğmə  

“Leyli və Məcnun” operasında oxunaraq sürəkli alqışlara nail 

olunduğundan “Övraqi-Nəfisə”də dərc edirəm. 

 

Xudam məni yaratdı, 

Yoxdan var etdi. 

İslam qoyub adımı, 

Vətənə qurban etdi. 

 

Türk oğlu, türk oğluyam, 



Millət vətən quluyam. 

Düşmənin qarşısında 

Vətənin zor qoluyam. 

 

Əsgərlikdir vəzifəm, 



Hazıram cəngə gedəm. 

Millət, vətən uğrunda 

Qırmızı qanlar tökəm. 

 

Qanlı kəfən boynumda, 



Bazubəndim qolumda. 

Zülfüqarım belimdə, 

Allahu əkbər dilimdə. 

 

Əlvida bacı, ana, 



Dua edin siz bana 

                                      

Xətər tapsın düşmənim, 

                                      

Abad olsun vətənim. 

 



Diqqətimdən  yayınmış  bu  şe”ri kitab  çapa  hazırlanarkən  mənə  təqdim 

ed

ən  gənc  araşdırıcı  Maral  Leylaya  mbnnəndarlığımı  bildirirəm.  — 



Ə.Şamil. 

 

80 

                                                           





Şərq qadını”ndan: 

 

NİŞANSIZ NİŞANLIYA 

 

(Aşiqlər tərzi) 

 

Xanım qız, başına örtdüyün qara 



Matəmi-eşqinin bir siyahımı? 

Şimdi yas tutan hər öksüz məzar?, 

Məzlum əsirlərin bitməz ahımı? 

 

Axşamlar gözünü dumanlar sarar



Şu issız yollarda kimləri ararə 

Qaliba, 


sənin də coşqun dərdin var, 

Həsrətin, qardaşım, pək Allahimı? 

 

İnsana daimi yoldaşdır tasa, 



Ayrılıq uzundur, ömr pək qısa, 

Çəkdigin çilənin sonumu yoxsa, 

Taleyn fərmani-iftitahımı? 

 

Pək dalğın keçirsən düz civarından, 



Tüylərim ürpərdi fəryadlarından, 

Bir 


xəbər yoxmudur nazlı yarından, 

Qəlbini yandıran onun ahımı? 

 

Ağlama, a bala, dur, gözlərin solar, 



Yarının ruhuna alovlar dolar. 

Bax üfüqdə şimdi bir günəş parlar, 

Bəxtinin mövsümi-intibahımı? 

 

  



2 dekabr 1923 

 

81 




“Kommunist”dən: 

 

AYRILARKƏN 

 

Sən ruhumda açılmış bir şən çiçəksən, 

Gül üzünə gələn xəzan olmasın 

Könlümü şənlətən sevimli səsin

Hicran yollarında fəğan olmasın 

 

Səni bir ay kibi gördüyüm gecə, 



Qulağına bir söz dedim gizlicə. 

Ü

rəyində qalsın iş bu bilməcə, 



Çalış bir kimsəyə əyan olmasın. 

 

Səni əvvəllərdə bir də görmüşdüm, 



Olmamışdın mənə bir qədər nədim… 

Saçların boynuma sarılsın dedim, 

Fəqət eşq öldürən ilan olmasın. 

 

Keç



ən gün həsrətlə baxarkən sənə, 

Pək dalıb getmişdim sirri hüsnünə. 

Üzü

ndən bir busə vəd etdin mənə, 



Sakın şu sözündə yalan olmasın. 

 

 



İstanbul. 

12 oktyabr 1923

 

82 




BƏNİM YAZIM 

 

Ayrılıqla yanan o kor könlümün 



Pək təsirli bir ahu zarıdır. 

Şu gördüğün gülab gənc babamın 

Xəzanə uürayan laləzarıdır. 

 

Məhəbbət sevməyən bir yabançı əl 



Şerimə qəm sürər, şənliüə bədəl. 

Hər sözlə aülayan nazənin gözəl, 

Ruhumun ən məhrəm gülizarıdır. 

 

Qaradır gün axşam gördügün daü-daş, 



Yazım oldu  mənə qürbətdə yoldaş. 

Baxınca gözlərə dolar qanlı yaş, 

Zira ki, eşqimin bu məzarıdır. 

 

Şe”‘rimdə bir hüsnün dərin hüzni var, 



Məhzun bir qəribin dərdindən doğar. 

Bana ilham 

verən gül baxışlı yar 

Bu cismin güldür, ruhun yadigar. 

 

Abid, ayrılıqla yandı gəncliğin, 



Bilmədən həyatı bu anə dəğin. 

Açar indi-

indi nazlı çiçəğin, 

Bu hangi bir gəncin növbaharıdırə 

 

    23 noyabr 1923 

 

 



83 


“Gənc pedaqoq”dan: 

 

QÜRBƏT MƏKTUBİ 

 

C



əvab 

 

Sevgili



m, gülüm annə, 

Şirin bülbülüm annə. 

Yalnız bəni istə sən, 

İstəmə ölüm, annə. 

 

Qış gəlir, bahar gəlir, 



Ayva gəlir, nar gəlir. 

Çox üzülmə, sevgilim, 

Gözlədigin yar gəlir. 

 

Könül aldatdı məni, 



Qürbətə atdı məni. 

Annə, yazdığın sözlər 

Xeyli ağlatdı məni. 

 

Nə bir sığınacaq yer, 



Nə naz çəkən dilbər var. 

Söyləsəm çox ağlarsan, 

Bu könüldə nələr var. 

 

Annə, sən gözlə məni,  



Gözlə dört gözlə məni. 

Könlüm yazıqdır şimdi, 

Üzmə bir sözlə məni. 

 

may 1925 



 

 

 

84 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ƏLYAZMALAR 

İNSTİTUTUNUN  

ARXİVİNDƏN

 

 

85 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə