Gültəkin-əmin Abid


ÜZAĞLIĞI  DOĞURAN  MİSRALAR



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix25.08.2018
ölçüsü0,55 Mb.
#64091
1   2   3   4   5   6   7   8   9   ...   19

ÜZAĞLIĞI  DOĞURAN  MİSRALAR  

VƏ  YA   “GÜLTƏKİN” KİMDİRƏ  

 

“Buzlu cəhənnəm” kitabı İstambul Kayabal-Göresin mətbəəsində 

1948-

ci  ildə  latın  qrafikası  ilə  basılmışdır.  Müəllifi  Gültəkindir. 



Ancaq  kitabı  yayına  müəllif  deyil,  tanınmış  siyasi xadim, Müsavat 

Partiyasının  katibi  Mirzə  Bala  hazırlamış,  ona  “Gültəkin”  başlıqlı 

geniş bir ön söz də yazmışdır. Orada deyilir: “Azərbaycan türkünün 

milliyet,  hürriyet  ve  istiklal  uğrunda  kızıl  emperyalizmine  karşı 

kanlı savaşını şiir vadisinde temsil eden mücahitlerden muhacirette 

yetişenlerin başında Gültekin gelir. Gültekinin hüriyyet ve istiklal 

haykıran  şiirleri  1923—1928  yıllarında  İstanbulda  Resulzade 

Mehmet  Emin  Bey  tarafından  neşr  olunan  “Yeni  Kafkasya” 

mecmuasında çıkmıştır. Bazıları daha o zamanlar, rus empryalizmi 

ile  çarpışan  esir  milletler  tarafından  kendi  dillerine  tercüme 

edilmiş  ve  bir  örnek  alınmış  bu  şiirler,  milli  Azerbaycan  neşriya-

tının  sekizincisi  olmak  üzere,  1928  de  İstanbulda  çıkan    “İstiklal 

uğrunda” adlı şiirler mecmuasında toplanmıştır”.  

“Mühacirətdə  yetişən  millətçi  Azəri  şairləri”  seriyasından 

yayınlanmış  ilk  kitab  “Buzlu  cəhənnəm”dir.  Tərtibçi  birinci  şerin 

adını da kitabin üz qabığına çıxarmışdı. 

Nəşrin  varlığından  1990-cı  illərdə  xəbər  tutsam  da,  əldə  edə 

bilməmişdim.  Kitabın  diqqətimi  çəkməsinin  bir  səbəbi  vardı.  Hələ 

Azərbaycan  Dövlət  Universitetində  oxuduğum  illərdə  (1968—73) 

Əmin Abidin  ömür yolu, yaradıcılığı ilə maraqlanırdım. 1926—36-

cı  illərdə  Azərbaycan  mətbuatında  dərc  etdirdiyi  dərin  məzmunlu 

elmi  məqalələrinə  heyran  qalmışdım.  Onun  xidmətinin  layiqincə 

qiymətləndirilməməsi  məni  narahat  edirdi.  Ancaq  nədənsə  onun 

ömür yoluna işıq saçacaq, ipucu olacaq bir sətirə belə rast gəlmirdim. 

Bu boşluğu doldurmaq üçün Əmin Abidi tanıyanlara müraciət etmək 

qərarına  gəldim.  Dərin  biliyinə  sayğım  olan  professor  Abbas 

Zamanova üz tutduqda, “

Mən  Bakı  Pedaqoji  Texnikumunda 

oxuyanda (1927-29) 

Ə.Abid orada müəllim idi, ancaq bizim kursa 

dərs  demirdi.  Sonra  oradan  uzaqlaşdı.  Çox  savadlı,  yüksək 

mədəniyyətli insan idi. Gültəkin imzası ilə şerlər yazmışdı” — deyə 

məlumat verdi. 

 

8 



U

zun  illər  Abbas  Zamanovdan  başqa  bir  kimsədən  Ə.Abidin 

Gültəkin imzası ilə şerlər yazdığını bir daha eşitmədim.  

Qafqazda  türkcə  çap  olunan  qəzet  və  jurnalları  diqqətlə  gözdən 

keçirdim. 1913—1919-cu il

lərdə  “Məktəb”,  “Dirilik”,  “Övraqi- 

nəfisə” jurnallarında Abid, Abid Mütəllibzadə, Abid Mütəllib oğlu, 

Abid Alp Mütəllib oğlu imzası ilə, 1923—25-ci illərdə “Kommunist” 

qəzetində, “Gənc pedaqoq”, “Şərq qadını” jurnallarında Əmin Abid 

imzası ilə şerlərə, hekayələrə, məqalələrə və tərcümələrə rast gəldim. 

Araşdırıcı  Qulam  Məmmədli  isə  “Babayi-əmir”  jurnalındakı 

Qozqurab,  Qozqurabbəy  imzasının  da  Əmin  Abidə  aid  olduğunu 

söylədi. Sonralar çap etdirdiyi “İmzalar”

1

 



kitabında da bunları Əmin 

Abid


in  imzası kimi göstərdi. Gizli imzaların, dövri mətbuatın gözəl 

bilicisi  kimi  tanıdığım  Qulam  Məmmədli  də  Ə.Abidin  Gültəkin 

imzası ilə şerlər yazdığından xəbərsiz idi.  

Cəfakeş  araşdırıcı  Rasim  Tağıyev  1976-cı  ildə  Azərbaycan  EA 

əlyazmalar  Institutunda  Əmin  Abidin    şəxsi  işi  ilə  tanış  olmağıma 

köməklik  göstərdi.  İlk  dəfə  Ə.Abidin  öz  əli  ilə  yazdığı  bir  neçə 

anketi, tərcümeyi-halı, əsərlərinin siyahısını və s. oxudum. 

Ə.Abid 1912—1919-cu illərdə “Kəlniyyət”, “Leylək”, “Məzəli”, 

“Molla Nəsrəddin”, “Sovqat”, “Azərbaycan” və b. qəzet-jurnallarda 

şer  və  məqalələr, Türkiyədə  çıxan  “İnci”,  “Syus”,  “Şebab”,  “Yarın 

İstanbul”,  “Xidməti  Ümumiye”  jurnallarında  şerlər çap etdirdiyini 

göstərmişdi.  Əldə  etdiklərim  haqqında  hər  dəfə  Abbas  Zamanova 

danışıb,  Gültəkin  imzasına  rast  gəlmədiyimi  söyləyəndə  yalnız  bir 

cavab alırdım: “Yaxşı axtarmayıbsan. Get axtar, tapacaqsan!” 

Türkiyədə olarkən (1992—1997) kitabxanalarda apardığım axta-

rışlar, tanıdığım insanlarla söhbətlərimdə, “Buzlu cəhənnəm” kitabı-

nın  izinə  düşməyə  imkan  vermədi.  Azərbaycan  Kültür  Dərnəyinin 

hazırladığı  cib  dəftərçələrində,  təqvimlərdə  və  s.  Gültəkinin  şerlə-

rindən  gen-bol  istifadə  edilirdi.  Dərnəyin  yaşlı  üzvləri  belə  bir 

kitabın  olduğunu  söyləsələr  də,  özlərində  olmadığını,  təkrar  çap 

etdirdikləri şerləri isə qəzet və jurnallardan aldıqlarını söyləyirdilər. 

Mehmed  Kəngərli,  Əhməd  Qaraca  da  Gültəkinin  Əmin  Abidin  

1

 Qulam  M



əmmədli.  İmzalar.  Azərbaycan  Dövlət  Nəşriyyatı, Bakı,1977, 

s.33 


 

 

9 

                                                           



imzası olduğunu yəqinliklə söyləyirdi. Qaynaq göstərmələrini xahiş 

etdikdə:  “Biz    elə  bir  yazılı  qaynaq  göstrə  bilmərik.  Məmməd 



əmin  və  Fövzi  Aküzüm  kimi  xocalarımızdan  eşitdiklərimizi 

deyirik.  Onlar  da  bunu  hər  yerdə  söyləməzdilər.  Inandıqları 

adamlara belə yavaşdan deyərdilər” — cavabını almışdım. 

Gültəkin  imzası  ilə  dərc  olunmuş  şerlər  üsyankar  ruhu,  döyüş-

kənliyi  ilə    Əmin  Abidin    digər  çap  olunan  şerlərindən  kəskin  bir 

şəkildə  seçilirdi.  M.Ə.Rəsulzadə  “Çağdaş  Azərbaycan  ədəbiyyatı” 

əsərində  Gültəkinə  yüksək  qiymət  verərək  yazır:  “Millətin  parlaq 

gələcəyinə böyük ümidlər bağlayaraq hürriyyətə susamış, mübarizə 

həyəcanının gərginliyini daşıyan bu igidlərin əsil qəhrəmanlığı ilə 

bizi    həqiqi mə’nada  tanış  edən  ş’er  bolşevik senzurasından  azad 

olaraq  mühacirətdə  nəşr  edilən  Azərbaycan  ədəbiyyatıdır.  Bu 

ədəbiyyatda, 

 

İstiqlal , o yaşayan millətin qəlbində can 



İstiqlal , o səadət, həyat, zəfər, şərəf, şan. 

İstiqlal , o sönməyən  müəbbəd bir məşalə 

Könüllərdə tutuşur, gözlərdə sönsə belə! 

 

deyən,  Gültəkin  adını  daşıyan  alovlu  şairin  yazıları  xüsusi  yer 



tutur. Gültəkinin şerlərində biz həqiqi, milli-inqilab mübarizəsinin 

nəşidələrini

2

  görürük. 

…Gültəkinin  yanında  milli  mühacirət  şəraitində  yaşayan  və 

yurdsevərlik  ideyalarını  tərənnüm  edən  başqa  şairlər  də  vardı. 

Bunlardan Sənan və Yayıcılı Kərimi göstərə bilərik

3



M.Ə.Rəsulzadənin    Gültəkinin  milli  azadlıq  ruhu  aşılayan 

şerlərinə yüksək   qiymət  verərək “Bayrağım  və  İstiqlalım”, “Buzlu 

cəhənnəm” şerlərini bütövlükdə əsərinə daxil etmişdir. 

Əhməd Cəfəroğlu “Azərbaycan ədəbiyyatında İstiqlal  mücadilə-

sinin  izləri”  əsərində  yazır:  “Gültəkin  bəyin  şerlərinin  qüvvət  və 

gücü, deyə bilərəm ki, siyasi mətbuatımızdan daha çox rəğbət görə 

2

 Beytl



ərini, misralarını 

3

  M.



Ə.Rəsulzadə.  Əsrimizin Səyavuşu.  Çağdaş  Azərbaycan  ədəbiyyatı. 

Çağdaş Azərbaycan tarixi. Gənclik, Bakı, 1991, s. 81-82. 

 

10 

                                                           




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə