Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
1   2   3   4   5   6   7   8   9   ...   15

                    Азадлыг миллятин сяадятидир  
 
30
 
QƏLBİMİ  KÖKSÜNƏ  QOYUB  GEDİRƏM. 
 
Dar gündə Vətənə oğul gərəkdi 
Ah-nalə qapımı döyüb, gedirəm. 
Məni tələsdirən arzu, diləkdi, 
Arzular yetişib-dəyib, gedirəm. 
 
 
Tək-təhna qalıbdı Şuşada yaylaq, 
Batıb, axarını itirib bulaq. 
Yolunu ot basıb, yurdunu alaq, 
Hər otun, alağın yolub, gedirəm. 
 
 
Yazda gözü gülür hər bir çeşmənin, 
Quşlar pişvazına gəlir meşənin. 
Görüb gül üzünü tər bənövşənin, 
Ətrini qoxlayıb, uyub, gedirəm. 
 
 
Səndən umacağım yoxdu, ey Vətən
Dar gündə mərd olar yurduna çətən. 
Nə ruzi, nə daş-qaş istəmirəm mən, 
Baxıb növrağına doyub, gedirəm. 
 
 
Günəşsiz gün olmaz, özülsüz dirək, 
Torpaqsız  xalq olmaz, dərd-qəmsiz ürək. 
Güloğlan, Vətəndi dərdinə gərək, 
Qəlbimi köksünə qoyub, gedirəm.  


Азадлыг миллятин сяадятидир
 
 
  
31
   
 
GÖR NEÇƏ EL QALIB DÜZDƏ, AY ALLAH 
 
His-duman bürüyüb tutqun səmanı, 
Yel əsib söndürüb yanan sobanı. 
Sel gəlib, su basıb eli-obanı, 
Gör neçə el qalıb, düzdə, ay Allah! 
 
Xalqımız itirdi yuvasın, yerin, 
Bir kimsə duymadı elin dərd-sərin. 
Hələ də xalq dözür zülmünə şərin, 
Kaş, qeyrət olardı bizdə, ay Allah! 
 
Ötüb keçənləri salmadıq yada, 
Sinə də gərmədik birlikdə yada. 
Həmişə, hər yerdə atıldıq oda, 
Yanırıq atəşdə, közdə, ay Allah! 
 
Hər kişi etmədi haqqa itaət, 
Nə qolda güc qaldı, nə dizdə taqət. 
Təkcə söz verməyə etmişik adət, 
Bir ola əməl də, söz də, ay Allah!  
 
Var dövlət talandı satıldı baha, 
Keçmişdən bir əsər qalmadı daha. 
Satılan satılıb, boş qalıb kaha, 
Ağsaqlar qalıbdı küzdə, ay Allah! 
 
Kaş, səma rübəndin aça üzünnən, 
Gün öpə xilqətin, yerin üzünnən. 
Bulaq da gözlüyün aça gözünnən, 
Gül aça dağlar da, düz də, ay Allah! 


                    Азадлыг миллятин сяадятидир  
 
32
 
 
 
 
BALA 
 
Qul ol el-obanla çalış, 
Kül ol torpağına qarış, 
Saf ilə dürüstlə çalış, 
Vətəni tərk etmə, bala. 
 
 
Zamana bağlıdı gərdiş, 
Pul ilə ölçülür hər iş. 
Bacardığın işə giriş
Vətəni tərk etmə, bala. 
 
 
Qəlbimizə girib şeytan, 
Dostdan əziz olub düşman. 
Hər bir dərdi çözər zaman, 
Vətəni tərk etmə, bala.  


Азадлыг миллятин сяадятидир
 
 
  
33
 
ƏLDƏN GEDƏR 
 
Hər zümrə asan iş dalınca qaçar, 
Qarlı yaylaqlara bahar yol açar. 
Kimsəsiz yol-iriz dağılıb uçar, 
Elat gecikdimi, yol əldən gedər. 
 
 
Gövdəyə söykənib ucalır budaq, 
Yağış, qar suyuyla dolanır sulaq. 
Batıb axarını itirib bulaq, 
Gözü tutuldumu, göl əldən gedər. 
 
 
Fələk işə salıb fitnə-felini
Zalım uzadıbdı qara əlini. 
Zaman dara çəkib ana dilini, 
El sinə gərməsə, dil əldən gedər. 
 
 
Torpağı oxşayıb dirildir kotan, 
Yerlə qidalanır, gül açır kətan. 
Cüloğlan, millətin ruhudu vətən, 
Vətən basıldımı, el əldən gedər.  


                    Азадлыг миллятин сяадятидир  
 
34
 
 
 
Çiçəklə qarşıla məni, 
   Görüşünə gəlim dağlar. 
 
 
 
Açıq olsun yolun, dağlar


Азадлыг миллятин сяадятидир
 
 
  
35
 
GÖRÜŞÜNƏ  GƏLİM  DAĞLAR 
 
Keçibdi qışın dövranı, 
Qov başından toz, dumanı. 
İrahla yolu, xırmanı, 
Görüşünə gəlim, dağlar. 
 
 
Yaylaqlara yaz yol açır, 
Lalə, nərgiz gözün açır. 
Sinən üstə şəfəq saçır, 
Al-qırmızı gülün, dağlar. 
 
 
Buz bulaqları gün döyür, 
Dərə-təpə özün öyür. 
Oğrun-oğrun gəzir cüyür, 
Xumarlanır təlin, dağlar. 
 
 
Güloğlanam, könlüm xəstə, 
Gül əlimdə dəstə-dəstə. 
Gəl al məni qolun üstə, 
Qucağında ölüm, dağlar.  


                    Азадлыг миллятин сяадятидир  
 
36
 
DAĞLAR 
 
Vüsal məni çəkib dara, 
Dərd sinəmi edib yara. 
Bir fənd işlət düşüm tora 
Öz əhdimə çatım, dağlar. 
 
Harayla ana, bacımı, 
Mehinlə dara saçımı. 
Anam külləsin sacını, 
Ocağını çatım, dağlar. 
 
Qov, çəkilsin sisin, çənin,  
Gülüb dən tutsun hər zəmin. 
Görüşünə gəlim sənin, 
Al qoynunda itim, dağlar. 
 
Unutma vətəndaşını, 
Öyrət, başa sal naşını. 
Şumla, arıtla daşını, 
Qoy köksündə bitim, dağlar. 
 
Haqq çin edə amacını, 
Unudam ağrı-acını. 
Dolaşdıqca yamacını, 
Bülbül kimi ötüm, dağlar. 
 
Güloğlan dərdinnən xəstə, 
Arzum budu son nəfəsdə. 
Baş qoyum mən döşün üstə 
Qucağında yatım, dağlar. 


Азадлыг миллятин сяадятидир
 
 
  
37
 
BƏLALI  DAĞLAR 
 
Elə bil göy qopdu, atəş ələndi, 
Səmanı his-alov bürüdü, dağlar. 
Yer, göy qan əndərdi, qana bələndi, 
Fələk eli biçib, kürüdü, dağlar.  
 
 
Yad eli taladı, əzdi xışladı, 
Kegidarı qovdu, sarı kişdədi. 
Dərələr hayqırdı, göylər kişnədi, 
Tökdü göz yaşını kiridi dağlar. 
 
 
Tutdu bənd-bərəni, kəsdi yolunu, 
Taladı büsbütün xalqın malını. 
Dəymiş qala-qala tökdü kalını, 
Xiffətdən üzüldü əridi dağlar. 
 
 
Güloğlan, nakəsin yoxdu imanı, 
Mərd qovar elinnən yadı-yamanı. 
Əsgər öndə gedər döyüş zamanı, 
Arzum gözlərimdə qurudu, dağlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə