Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
1   2   3   4   5   6   7   8   9   ...   15

                    Азадлыг миллятин сяадятидир  
 
38
 
   DAĞLAR, BİZİ QINAMAYIN 
 
Keçmişi ölçüb biçmədik, 
Yadı doğmadan seçmədik. 
Yolunda cannan keçmədik, 
Dağlar, bizi qınamayın. 
 
 
Dosta-qardaşa qıymadıq, 
Barın yedikcə doymadıq. 
Kəc baxan gözü oymadıq, 
Dağlar, bizi qınamayın. 
 
 
Düzün ardınca getmədik, 
Kəc ilə yola getmədik. 
Sinən üstə övc etmədik
Dağlar, bizi qınamayın. 
 
 
Ağlamaqdan yorulmadıq, 
Dərd qəminə sarılmadıq. 
Ölüb,  itib qırılmadıq, 
Dağlar, bizi qınamayın. 
 
 
Zəhmət çəkdik, ad almadıq, 
Alovlandıq od olmadıq. 
İndiki tək yad olmadıq, 
Dağlar, bizi qınamayın.  


Азадлыг миллятин сяадятидир
 
 
  
39
 
AÇIQ  OLSUN  YOLUN  DAĞLAR 
 
Bahar oxşasın sinəni, 
Açıq olsun yolun dağlar. 
İsinsin, qızsın qucağın, 
Açılsın əl-qolum, dağlar. 
 
 
Yaz zirvəyə qovsun qışı, 
Oyatsın torpağı, daşı. 
İgid işə salsın xışı, 
Baxdıqca kam alım, dağlar. 
 
 
Göstər gül üzlü simanı, 
Heyrətləndir asimanı. 
Günəşlə doyur səmanı, 
Köksündə yurd salım, dağlar. 
 
 
Haqdan od alsın ocağın, 
Qızarsın sacın-sacağın. 
Qayğı görsün hər bucağın, 
Gül açsın hər kolun, dağlar. 
 
 
Harayla hər soydaşını, 
Qoru, elin daş-qaşını, 
Axıtmayın göz yaşını, 
Al, qoynunda ölüm, dağlar. 


                    Азадлыг миллятин сяадятидир  
 
40
 
ELAT DAĞLARA KÖÇƏNDƏ 
 
Yaz gəlir çəmən daranır, 
Al geyir, lalə boyanır. 
Bənövşə baxır, boylanır, 
Elat yaylağa köçəndə. 
 
 
Buz bulaqlar aşıb-daşır, 
Hər yer, hər yan yaşıllaşır. 
Dərə-təpə pıçıldaşır, 
Elat yaylağa köçəndə. 
 
 
Sis, duman ərşə çəkilir, 
Sar qaçır, bayquş əkilir. 
Göy üzünnən, nur tökülür, 
Elat yaylağa köçəndə. 
 
 
Fəsil fəsilə naz satır, 
Süsən sünbülə «söz» atır. 
Gülü-çiçəyi yaz satır, 
Elat yaylağa köçəndə. 


Азадлыг миллятин сяадятидир
 
 
  
41
 
GÜL AÇSIN HƏR KOLUN, DAĞLAR 
 
Yaz öz yükünü götürüb
Qışı zirvəyə ötürüb. 
Nur saçıb, səfa gətirib, 
Gül açıb hər kolun, dağlar. 
 
 
Çəmənin «gəlin» vaxtıdı, 
Çiçək çəmənin baxtıdı. 
Döşünə çiçək taxdırdı, 
Ətirləndi yalın, dağlar. 
 
 
Sərhəd  boyu düz çətəni, 
Gəl yaşat ulu Vətəni. 
Düz-qoş, hazırla kotanı, 
Öz işimi bilim, dağlar. 
 
 
Güloğlan, gəzib, arama, 
Yurd çatar ərin karına. 
Apar məlhəm qoy yarama, 
Qoynunda sağalım, dağlar. 


                    Азадлыг миллятин сяадятидир  
 
42
 
 
 
 
 
 
 
 
 
ŞEİRLƏR 
 
 
 
 
 
 
Bəxtə-bəxtdi ömür özü, əzizim 


Азадлыг миллятин сяадятидир
 
 
  
43
 
 
QATILDIM  
 
Qış zülmətin var gücüylə sökdü dan, 
Yaz gününün doğuşuna qatıldım. 
Yaz havası oymaqlara verdi can
Bənövşənin baxışına qatıldım. 
 
 
Soyundu ağ köynəyini hər meşə, 
Tellərini daradı hər bir guşə. 
Pıqqıldadı buz eynəkli hər çeşmə, 
Dərələrin alqışına qatıldım. 
 
 
Qış izindən azad oldu hər bərə, 
Selə,suya qucaq açdı hər dərə. 
Hana asdı, həvə vurdu hər yerə
Çəmənlərin naxışına qatıldım. 
 
 
Vətən adlı şeirlərin xətrinə,  
Gülü düzdüm hər şeirin sətrinə. 
Vurulduqca şeiriyyətin ətrinə, 
Ozanların yarışına qatıldım. 


                    Азадлыг миллятин сяадятидир  
 
44
 
 
SONRA  
 
Kimi qağa dedi, kimisi lələ, 
Yolumu bağıma salannan sonra. 
Bir kimsə qapımı açmadı belə, 
Bağ-bağçam sovulub-solannan sonra. 
 
 
Yay ötdü, yolumu kəsdi sis, duman, 
Əl atdı yaxamnan yapışdı yaman. 
Qapılar üzümə bağlandı tamam, 
Nankorla can-ciyər olannan sonra. 
 
 
Yad ilə dost oldum, aldatdı məni, 
Nakəs ələ salıb, oynatdı məni. 
Nankor silkələdi, oyatdı məni, 
Gözünün odunu alannan sonra. 
 
 
Yad ocağa yığıb, qaladım odun, 
Yad sacında yandı, zay oldu cadım. 
Arayıb, öyrəndim iç üzün yadın, 
Fəqət, quru düzdə qalannan sonra. 
 


Азадлыг миллятин сяадятидир
 
 
  
45
 
DƏYMƏSƏ 
 
Bənövşə boylanıb yollara baxmaz, 
İlıq yaz havası çölə dəyməsə. 
Günəş şüaları isitməz evi, 
Zərif körpə əli tülə dəyməsə. 
 
Yurd-yuva oxşayıb, ovudur əri 
Qoç igid qiymətə mindirir yeri. 
Sərçəni qovsan da çəkilməz geri, 
Çilli qanadları kola dəyməsə. 
 
Ellər hayqıranda ildırım çaxar, 
Atəş düşən yeri yandırıb-yaxar. 
Saxta iş, bəd əməl üzə tez çıxar, 
Saxtakar işinə mala dəyməsə. 
 
Dağlara söykənib, ucalır qaya 
Pərvanə bulaqlar can verir çaya 
Sona qanad çalıb baş vurmaz suya, 
Sapsarı dimdiyi gölə dəyməsə. 
 
Muncuq öz-özünə sapa düzülməz 
Buta don görməsə solub, büzülməz. 
Külək bağça-bağa qənim kəsilməz
Dəymişi qoparıb kala dəyməsə. 
 
Ürəyə bağlıdı hər arzu, hər səs 
İnsanı zəfərə aparır həvəs. 
O vaxt istəyinə nail olar kəs, 
Canına dərd-qada, bəla dəyməsə.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə