Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
1   2   3   4   5   6   7   8   9   ...   15

                    Азадлыг миллятин сяадятидир  
 
16
 
QALMIŞAM 
 
Qərib yaralanmış bir sel daşıdı, 
Sel atıb sahilə sınıb qalmışam. 
Vətən ürəyimin vətəndaşıdı, 
Arzum gözlərimdə donub qalmışam.  
 
 
O qarı düşmənlə düşübdü davam, 
Yanıb külə dönüb, sovrulub yuvam. 
Qanadsız bir quşam çatışmır havam, 
Nakəs kölgəsində solub qalmışam. 
 
 
Qəlbin dərd ocağı, dərd odum-közüm, 
Vətəndir əlacım, hər kəlməm, sözüm. 
Gör neçə ildir ki yol çəkir gözüm, 
İlhamım sozalıb, sönüb qalmışam. 
 
 
Dərdsiz ürək olmaz, havasız soba, 
Yersiz millət olmaz, elatsız oba. 
Bəsdir bu hicrana biz dözdük baba
Vüsal həsrətiylə yanıb qalmışam. 
 
 
Güloğlan, vətənçün dönüb sal daşa, 
Dön ata yurduna Vətəndə yaşa. 
Vətənsiz ömür-gün gedəcək boşa, 
Neçə ki, kor ata minib qalmısan. 


Азадлыг миллятин сяадятидир
 
 
  
17
 
TƏBRİZİM 
(
Xəlil Rza Ulutürkə ithaf edirəm) 
 
Üç rəngli bayraqlar qucsun səmanı. 
Heç oxun dəyməsin daşa Təbrizim! 
Qəlbinnən xofu qov, göstər simanı, 
Azad ol! Müstəqil yaşa, Təbrizim! 
 
 
Mərd xalqı qorxutmaz naqis gülləsi
Ər ölər, olammaz yağı köləsi. 
Oyat hər şəhəri, səslə hər kəsi, 
Qalx! Dayan Bakıyla qoşa, Təbrizim. 
Azad ol! Müstəqil yaşa, Təbrizim!  
 
 
Dirilik gətirər təbiətə yaz, 
El gücü hər dərdi eyləyər taraz. 
Kür ilə qovuşub gurlaşıb Araz, 
Ellərin birləşib coşa, Təbrizim. 
Azad ol! Müstəqil yaşa, Təbrizim! 
 
 
Güloğlan, millətin ruhudu Vətən, 
De, necə yaşasın ruhsuz bir bədən? 
Zülmə, cəhalətə ər edər sitəm, 
Ömrü zəfərlə vur başa Təbrizim. 
Azad ol! Müstəqil yaşa, Təbrizim! 
 


                    Азадлыг миллятин сяадятидир  
 
18
 
GEDİR 
 
(Oğlum Ramilə ithaf edirəm

 
Vətənçün darıxıb qərib, 
Dərd içində üzüb gedir. 
Ögeyliyə sinə gərib, 
Hər əzaba dözüb gedir. 
 
 
Qayğı görsə də hər vədə, 
Ot da cücərməz kölgədə. 
Ər, ər olmaz yad ölkədə, 
Qürbət eldən bezib gedir. 
 
 
Tökmə su torpağa çökər, 
Yeri-yurdu yarıb keçər. 
Bulaq dayanmır boş bekar, 
Axarıyla sızıb gedir. 
 
 
Vətən arzudu-diləkdi, 
Kişi vətənə dirəkdi. 
Oğul dar günə gərəkdi
Zəlaləti əzib gedir. 
 
Zərgər ayırd edər zəri, 
Hər ustadın bir hünəri. 
Güloğlan vətən əsgəri, 
Hər dərdini çözüb gedir.  
  


Азадлыг миллятин сяадятидир
 
 
  
19
 
OLASAN 
(Oğlum Əşrəfə ithaf edirəm
) 
 
Vətəni ana bil, ananı Vətən, 
Dar gündə Vətənə sipər olasan. 
Elin dərd-səridi mərdi incidən, 
Mərd ol ki, sərhəddə çəpər olasan. 
 
 
Sözün qiymətin bil, yerin dərd-sərin 
Bəsləsən dürr verər hər alın tərin. 
Gərək vətəndaşı olduğun yerin, 
Hər çətin gününə nökər olasan. 
 
 
Əri pis göz yıxar, Vətəni məkr
Girgid ilmə-ilmə xalçanı səkir. 
Kişi el dərdini içində çəkir, 
Oğul ol, Vətənə əsgər olasan. 
 
 
Güloğlan nahaqqa dözməyir mətin, 
Ağılla çözülən iş olmaz çətin. 
Qız elin bəzəyi ərən millətin, 
Ər ol ki, döyüşdə sərkər olasan. 
 
 


                    Азадлыг миллятин сяадятидир  
 
20
 
MƏNİ  BU  MİLLƏTİN  PİSİNDƏN  QORU 
 
Vətən, görüşünə gəlirəm sənin, 
Məni bu dağların sisinnən qoru. 
Yaralı bülbüləm olum həmdəmin
Məni yad-yamanın izindən qoru. 
 
Qara yellər əsib bezdirib səni, 
Hopdurub köksünə dumanı-çəni. 
Solub dərələrin gülü, çəməni, 
Məni solğunluğun üzündən qoru. 
 
Yiyəsiz qalıbdı xırmanın, zəmin 
Döyülüb üyünmür taxılın, dənin. 
Məni danlamağa haqqın var sənin 
Təkcə bayquşların səsinnən qoru.  
 
Nəkəs arxalanıb qol-qanadına, 
İş alır, iş verir arxa adına. 
Yaş yanır qurunun közü oduna 
Məni yaş ağacın hissinnən qoru.  
 
Qoç igid dar gündə atmaz dost-yarı 
Qoruyar düşmənnən buz-bulaqları. 
Get-gedə tərk edir elat dağları, 
Məni o dağların yaşınnan qoru. 
 
Güloğlan həsrətdən çəkibdi dərd-qəm
İstərəm caşır tək döşündə bitəm. 
Millətin safına qurbandı didəm, 
Məni millətimin pisindən qoru.  


Азадлыг миллятин сяадятидир
 
 
  
21
 
EY VƏTƏN  
 
Ömürdən, bəxtdən küsmüşəm, 
Kökündən qopub düşmüşəm. 
Gün görməyib, bürüşmüşəm,  
Himayənə götür məni.  
 
 
Özgəyə qulaq asmışam, 
Özümə quyu qazmışam. 
Nabələdəm, yol azmışam, 
Vətənimə ötür məni. 
 
 
Gəzib-görüb götürmüşəm, 
Gəncliyimi itirmişəm. 
Canı sənə gətirmişəm, 
Al qoynunda itir məni.  


                    Азадлыг миллятин сяадятидир  
 
22
 
 
APARDI 
 
Göy qara geyindi, əsdi qara yel, 
Eli eldən fitnə-fəsad ayırdı. 
Kükrədi dərələr, su kəsdi yolu, 
Varı, varidatı sellər apardı. 
 
 
Şər-gəda qoynunda yurd-yuva saldı, 
Küllü ixtiyarı əlinə aldı. 
Misin, Molibdenin kimlərə qaldı.  
Talandı, yad-yaman əllər apardı. 
 
 
Haqqın tapdalandı, dağıldı elin, 
Boşaldı obalar, qırıldı belin. 
Bir-bir süngüləndi çiçəyin-gülün, 
Ətrini tərk etmiş ellər apardı. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə