Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
1   2   3   4   5   6   7   8   9   ...   15

Азадлыг миллятин сяадятидир
 
 
  
23
  
 VƏTƏNİN ÜZÜNÜ GÖRÜM 
 
Aydın səma gətirsin yaz, 
Vətənin üzünü görüm. 
İzinə  düşüm baharın, 
Dağını-düzünü görüm. 
 
 
Yollarda qalıbdı köçüm, 
Od tutub, yanıddı içim. 
İzin ver sərhəddi keçim, 
Yurdumda özümü görüm. 
 
 
Gecəni gündüzə qatdım, 
Oynaq ruhumu oyatdım. 
Ata yurduna can atdım, 
Nənəmin izini görüm. 
 
 
Sənsiz ovuldum, ələndim, 
Arzu-kama bələndim. 
Su gələn səmtə boylandım, 
Bulağın gözünü görüm. 
 
 
Kaş, od qala ocağında,  
El yurd sala qucağında. 
Hər küncündə, bucağında  
Vətənin rəmzini görüm. 


                    Азадлыг миллятин сяадятидир  
 
24
 
VƏTƏNİN DADINA YETƏN OLMADI 
 
Bayquş kimi uladılar, 
Zora quyruq buladılar. 
Qarabağı taladılar, 
Dadına çatan olmadı. 
 
 
Fələk bizə sitəm etdi
El öz yuvasın tərk etdi. 
Dağın, dərən əldən getdi, 
Dadına yetən olmadı. 
 
 
Kökümüzə əl atdılar, 
Əl atldan ara qatdılar. 
Güloğlan, eli satdılar, 
Dadına yetən olmadı.  


Азадлыг миллятин сяадятидир
 
 
  
25
 
TORPAĞI AZAD ET, VƏTƏN ƏSGƏRİ 
 
Sel, su axa-axa çuxurun tapar, 
Dərya kükrəyəndə fırtına qopar. 
Mətin igidləri döyüşə apar, 
Torpağı azad et, Vətən əsgəri! 
 
 
Hər kəs əkə bilər torpağı, yeri, 
Hər kəs ayırammaz bürüncdən zəri. 
Mərd oğul qaytarar torpağı geri, 
Torpağı azad et, Vətən əsgəri! 
 
 
Gözlə bənd-bərəni, dağ-dərəyə bax, 
Şimşək ol düşmənin başı üstə çax. 
Odun alovunla daşnakları yax, 
Torpağı azad et, Vətən əsgəri! 
 
 
Sarıl qeyrətinə, göstər simanı, 
Əlvan bayraqlarla bəzə səmanı. 
Təmizlə Vətənnən yadı-yamanı, 
Torpağı azad et, Vətən əsgəri! 


                    Азадлыг миллятин сяадятидир  
 
26
 
TARİXİMİZİ QORUYAQ 
 
Ötən gün özüylə aparır köçün, 
Tarix olayları yazır günbəgün. 
Keçmişin üstündə qurulur bu gün
Tarixi qoruyub saxlamaq üçün. 
 
 
Hər arzu, hər istək ürəkdən keçir, 
Hər ilmə həvədən, qayçıdan keçir. 
Ötən xatirələr yaddaşa köçür, 
Tarixi qoruyub saxlamaq üçün. 
 
 
Zor haqqı tapdayır, kəc düzü boğur, 
Bəxt, tale həmişə gətirmir uğur. 
Hər nurlu səhəri, sübhü gün doğur, 
Tarixi qoruyub saxlamaq üçün. 
 
 
Zülmə cəhalətə dözmədi millət, 
Elin qəzəbinə tuş gəldi zillət. 
Heydərin səyiylə dirçəldi dövlət, 
Tarixi qoruyub saxlamaq üçün. 
 
 
Güloğlan, keçmişi araşdır, ara, 
Həmişə Vətənin dərdinə yara. 
Mərd tapar millətin dərdinə çara, 
Tarixi qoruyub saxlamaq üçün. 


Азадлыг миллятин сяадятидир
 
 
  
27
 
AZƏRBAYCAN 
 
Elin səyi, səfalətdən qurtaracaq hər bir kəsi, 
Xoş gələcək üzümüzə açılacaq, Azərbaycan! 
Nur zülməti, cəhaləti dara çəkib ərşə qovur
Al şəfəqlər hər evinə saçılacaq, Azərbaycan! 
 
 
El dərdinə sinə gərsə, hər an hər bir nəfərimiz, 
Haqq-ədalət əl qol açır, yaxınlaşır zəfərimiz. 
Günü-gündən azalacaq damla-damla dərd sərimiz,  
Hər ağrımız, hər acımız qaçılacaq, Azərbaycan! 
 
 
Çətin gündə Heydər baba xalqa dayaq siz durdunuz. 
Abadlaşdı hər obamız, dirçəldi hər bir yurdumuz. 
Yavaş-yavaş inkişaf edir, güclənir mətin ordumuz, 
Vaxt gələcək qarı düşmən basılacaq, Azərbaycan! 
 
 
Yaddaşlara həkk olubdu, unudulmur sinə dağı. 
Əzəmətli bir dövlətin savaşınnan qorxur yağı.  
Geci-tezi işğalçılar tərk edəcək Qarabağı, 
Bayrağımız Xankəndində asılacaq, Azərbaycan! 


                    Азадлыг миллятин сяадятидир  
 
28
  
KÜSÜBDÜ 
 
Fələk aman vermir gəlib yoluxam
O şaqraq obalar, ellər küsübdü. 
Hər yalı-yamacı, çəməni solub, 
O tər bənövşələr, güllər küsübdü. 
 
 
Adını "Qazangöl" qoyub Qazan xan, 
Sahili gəlin tək bəzənib əlvan. 
Suyu sər çeşmədən süzülüb axan, 
O qızıl balıqlı göllər küsübdü. 
 
 
Nankor tələ qurub susdurub bizi
Talayıb elləri, itirib izi, 
Pozulub ormanı, soluxub düzü, 
Soluxmuş dərələr, kollar küsübdü. 
 
 
Bağlanıb dağlara gedən yol-iriz, 
Vətən həsətiylə yaşayırıq biz. 
Haqqın gözlərinə baxammırıq düz, 
Ötən o xoş çağlar, illər küsübdü. 
 
 
Oğul yola salar gəlib gedəni
Kirpik, qaş qoruyar tozdan didəni. 
Güloğlan, unutma eli, Vətəni, 
O şır-şır dərələr, çöllər küsübdü.  


Азадлыг миллятин сяадятидир
 
 
  
29
 
DEYİL 
 
Gəncəbasar bölgəsində olarkən, 
Zəngəzur həsrəti üzdü məni. 
 
Gəzib çəmənləri bir-bir yoxladım, 
Bu tellər heyıf ki, o tellər deyil. 
Neçə çiçəyini dərdim, qoxladım, 
Bu güllər heyif ki, o güllər deyil. 
 
 
Getdim Hacıkəndə duydum gərdi mən, 
Baxdım bağça-bağa çəkdim dərdi mən. 
Gördüm tər çiçəkli neçə kərdi mən, 
Bu çöllər heyif ki, o çöllər deyil. 
 
 
Göy-göl gözəlidi, gözüdü elin, 
Zəri-zərxalıdı, haqqın, əməlin. 
Əksi, oxşarıdı o, Qazangölün, 
Bu göllər heyif ki, o göllər deyil. 
 
 
Güloğlan, çox gəzdin dağın, aranın, 
Öyrəndim adətin, dinin-divanın. 
Eynidi hər eldə dili Turanın, 
Bu ellər heyif ki, o ellər deyil. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə