Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə19/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   15   16   17   18   19   20   21   22   ...   70

 
77 
alaraq kişiləri öldürdülər, onların arvadlarını və mallarını isə qəni-
mət olaraq apardılar. Bu ölkənin hamısı müsəlmanların ixtiyarına 
keçib əhalisi müsəlman oldu. 
Şeyx  Əhməd övladından Məsum bəy adlı bir nəfər  əmirliyə 
keçdi, bu yerin fəzilətli alimlərindən Əbu Müslim də ölkənin qazisi 
və imamı oldu. Bütün Dağıstan, bir qismi müharibə  və  təxribatla, 
bir qismi də sülh ilə bunların ixtiyarına keçdi. Sonra, bunlardan 
Şamxal adlı bir nəfər Qumuq şəhərində bütün Dağıstana  əmir 
oldu. Bu zamandan etibarən şamxal sözü mənsəb və vəzifə məna-
sında işlənib bütün canişinlər də bu adla adlandılar. O bütün ölkə-
lərdən vergi, xristian və yəhudilərdən ciziyə gəlib-gedənlərdən də-
hiyek, müsəlmanlardan da zəkat alırdı. Bütün vergilərin beşdə bi-
rini götürər, qalan beşdə dörd hissəsini Həmzə  və Abbas övladı 
arasında bərabər bölərdi. Başqa bir nüsxəyə görə, Bağdad xəlifəsi-
nin həmişə göndərdiyi hədiyyələri də bu qayda ilə paylardı. Bu xa-
nədana mənsub şəxslər bütün vergilərdən azad idilər. O əsrdə ya-
şayan Abbas övladından Hacı  Məhəmməd,  Əbülqasim,  Şeyx  Əli, 
Mənsur və Həsənin vəziyyəti və nəsli haqqında heç bir şey məlum 
deyildir. 
Müəllifin zənnincə,  Şamxalın Dağıstandan topladığı daimi 
vergi, hicri IX və ya X əsrlərdə belə olmuşdur: mal otarmaq üçün, 
Həbələl camaatından hər 4 ildə ev başına bir qoyun, Qəraxi cama-
atından hər ildə 500 qoyun, Kərxi camaatından 300 qoyun, Ğrim 
üçün də 400 qoyun, Kərxidəki bir dağ camaatından 1000 qoyun, 
Ğrim
1
 üçün də 30 öküz; Cəmüləl camaatından 500 qoyun; Təndib 
nahiyəsindən 20 öküz; indi Qaziqumuğa tabe Ərçub kəndindən 
130 qoyun, Ğrim üçün də 30 qoç, ikinci ildə 10 qoyun; Xumzaq 
nahiyəsindən 700 qoç, 700 kil buğda və 60 kil bal. Əndib nahiyə-
sindən bir öküz və 8 keçə. Ğədər və Hirkəs şəhərlərinin hər birin-
dən Xumzaqdan alınan verginin yarısı miqdarında, avarlıların Tomıl 
deyə adlandırdıqları qaziqumuqlulardan hər ev başına bir qoç və 
                                                 
1
 Şamxalın vəliəhdinə indi də Ğrim Şamxal deyirlər. 
 
78
bir kil buğda; Şamxalın xüsusi mülkü olan Mıçıqıçdan hər ev başına 
bir qoyun; Güstək şəhərindən hər ev başına bir balıq; Tarxu şəhə-
rindən hər ev başına iki sa
1
 düyü; Kübdən kəndindən 100 qoç, 
Qaytaq  əhalisindən 170 camış; Aqquşa və  İsişə  kəndlərindən 100 
öküz, Züdəqər kəndindən 50 öküz; Sürhidən hər ev başına bir dir-
həm; Cümcüqat və Kəkuba kəndlərindən - ehtimal ki, Qaziqumuğa 
mənsub olan Şəkbadırdan - yağla yüklü altı  eşşək; Zirihgəran 
kəndindən 30 tüfəng, Sumbat dağlarından 50 qoç, İrhani kəndin-
dən hər ev başına bir kil ən çox sərf edilən taxıl; Jəntab dağından 
80 qoyun, Bəqtüləl camaatından 30 öküz və 30 quzu; Zaxuri və 
Qülədi dağlarından, yəni  Şamxalın xüsusi mülkü olan Cardan 50 
qoyun; indi Qaziqumuq rəiyyəti sayılan Rüsür camaatından, Muk-
ruqdan 70 qoç; Kürələl, yəni Kürədən 100 at və 100 madyan. 
Avar ölkəsi uzun müddət Həmzə övladının təsərrüfündə idi. 
Axırda, Tuş sakini Əmir sultan ibni-Bayar, ibni-Suraqə, Zumtaldan 
başlayaraq, Ariştinin son hüduduna qədər olan yerlərdən qoşun 
toplayıb, qaranlıq bir gecədə gizlicə Xumzaq nahiyəsinə  gəldi. O 
öz xanədanına tərəfdar olan və islamı ürəkdən qəbul etməyən 
adamlarla ittifaq etdi. Qoşununu da onların mənzillərində gizlətdi. 
Bunun sabahı,  Əbu Müslim ibni-Yusif ibni-Məhəmməd ibni-Şeyx 
Əbu Müslim guya bu əhvalatı bildirən bir yuxu gördüyü üçün, Qu-
muq tərəfinə qaçdı. Ertəsi gecə sübh açılmadan, Əmir sultan qoşu-
nu ilə Xumzağa daxil oldu. Müsəlmanların  əmiri  Əhməd ibni-
Çoban ibni-Sultan-ibni-Məsum bəyi öldürüb başını qalanın diva-
rından asdırdı. Bu qəsəbədə yaşayan müsəlmanların hamısını öl-
dürdülər. Əmir sultan ata-babasının taxtında oturdu. Bu ölkə əha-
lisindən islama daxil olanları yenə bütpərəstliyə qaytardı. Bunlarla 
müsəlmanlar arasında ardı-arası  kəsilməyən müharibələr 24 il 
davam etdi. Axırda, Avar əhalisi məişətin pisliyindən və azuqənin 
azlığından təngə gəlib islam dinini qəbul etdilər. Bu səbəbə görə
düşmənçilik aradan qalxdı və uzun bir zaman sülh və asayiş bərpa 
                                                 
1
 Taxıl - dən ölçüsüdür. 


 
79 
oldu. Axırda, yenə şəxsiqərəzlik və çəkişmələr nəticəsində Qumuq 
və Qaytaq əmirləri arasında ədavət, Abbas və Həmzə övladı arası-
na ayrılıq düşdü. Qaytaq əmirlərindən Məhəmməd xan, Əmir xan 
və Əmir Həmzə Avar padişahının yanına gedib ondan kömək istə-
dilər və ittifaq bağladılar. Onlar uzun illər idi ki, Qumuq əmirlərilə 
müharibə vəziyyətində idilər. 
Nəhayət, Avar padişahı  Sərətan, türk Kövsər  şahın yanına 
mötəbər elçilər göndərdi, onunla dostluq əhdnaməsi bağladı. Köv-
sər  şahın tayfası Ömər ibni-Xəttab döründə islam dinini qəbul 
etmişdi. Kövsər  şah, Məlik Sərətanın qızını öz oğlu üçün aldı, öz 
bacısını da onun oğluna verdi. Bu qohumluq səbəbilə dostluqları 
son dərəcə möhkəmləndi. Kövsər  şah türk qoşunu ilə  şərq tərəf-
dən, Məlik Sərətan Avar qoşunu və Qaytaq əmirləri ilə qərb tərəf-
dən Qumuq üzərinə hücum etdilər. 
Bu hadisə  Şeyx Nəcməddinin sağlığında olmuşdu. Kəkəli 
məscidinin yuxarısındakı qalada 70 nəfər gənc qəhrəmancasına 
döyüşüb həlak oldu. Qumuq şəhəri viran edildi və əmirləri qaçdılar. 
Qaytaq sultanları da öz irsi əmirliklərində qaldılar. 
Müəllifin zənnincə,  Əmir Çoban hicri 5-ci əsrin axırlarında 
vəfat etmişdir, çünki hicri 1030-cu ildə (tərtib olunan) şəcərədə o, 
10-cu cərgədə,  Şeyx  Əbu  İshaq  İbrahim isə 19-cu cərgədə qeyd 
edilmişdir. 
Xülasə, Harun ər Rəşiddən sonra, abbasilərin istiqlaliyyəti bü-
növrəsinə rəxnə düşdü. İslam əmirləri hər tərəfdə xəlifələrin istib-
dadından danışır, ancaq zahirdə onların hakimiyyətini tanıyırdılar. 
Xəlifələr  əmirlərin öhdəsindən gələ bilmirdilər, ancaq onlara fəxri 
ləqəblər verməklə kifayətlənirdilər; Bu səbəbə, dövlət işləri nizam-
dan düşdü.  Şərq və  şimal tayfaları bir çox vilayətə, xüsusilə  də 
Şirvan və Dağıstan ölkələrinə təcavüz etdilər. Lakin, çox təəssüflər 
olsun ki, bu əsrlərin hadisələri haqqında lazımi dərəcədə məlumat 
yoxdur. Bir zaman gəldi ki, səlcuqi sultanları  İranda iqtidar sahibi 
oldular, bunların çoxu Şirvana və Dağıstana da əl atdı. Bu dövrdə 
dağ əhalisinin çoxu islam dinini qəbul etdi. 
 
80
Məşhur tarixçilərin dediyinə görə, Səlcuq, Tatar qəbilələrindən 
birinin başçısı idi. Bunun Mikail və İsrafil adlı iki oğlu var idi. Sultan 
Mahmud Qəznəvidən icazə alaraq, böyük bir cəmiyyət təşkil edən 
qəbilələrlə Ceyhun çayının bu tərəfinə keçdilər. 
Hicri 432-ci (=1041) ildə, Mikail oğlu Tuğrul bəy Sultan 
Mahmud Qəznəviyə qalib gəldi. Xorasan, Fars, İraq, Kürdüstan və 
Azərbaycan ölkələrinə padişah oldu. Onun vəfatından sonra, hicri 
442-ci (=1051) ildə qardaşı  oğlu Alp Arslan İran  şahı oldu. Xəlifə 
Qaim li-əmrillah
1
 ona İzzüddin ləqəbi verdi. O, Gürcüstanda və 
ətrafında bir çox qalibiyyətə nail oldu. Sonra Ermənistan vilayətinə 
keçdi. Oranın padişahı ilə sülh edib qızını aldı. Onun vəfatından 
sonra, 454-cü (=1062) ildə, Məlikşah Alp Arslan oğlu, atasının vəzi-
ri Nizamülmülkün gözəl tədbiri və himməti sayəsində, ölkəni niza-
ma saldı və tərifə sığmaz bir istiqlaliyyət əldə etdi. O öz qızını xəlifə 
Müqtədi-Billaha
2
 verərək, Nizamülmülk ilə Bağdada göndərdi. De-
yirlər ki, nəfis qumaşlar və qızıl-gümüş şeylərlə yüklənmiş sıra ör-
tüklü 130 qatar dəvə; 6 dəvəyə yüklənmiş ağır qiymətli cəvahiratla 
dolu 12 gümüş sandıq, yəhərləri dürr, yaqut və sair qaş-daşla bə-
zənmiş 33 at; başlarında mürəssə cilov, ayaqlarında cəvahirat nəsb 
edilmiş xalxalları olan üç dəvə və bu dəvələr üzərində qiymətli qaş-
daşla bəzənmiş üç kəcavə qızla bərabər cehiz olaraq göndərilmiş-
di. Sultanın qızı bu böyük təzyinatla Bağdada varid oldu. Ona bö-
yük bir toy etdilər, bu toyda 40000 batman şəkər sərf olundu. 
Məlikşah Rum, Gürcüstan və Şirvan ətrafında bir çox mühari-
bələr etdi. Bu padişahın səltənət dövrü, əsrlərin  ən gözəli idi. Bu 
dövrdə ölkənin abadlığı və millətin asayişi tam mənası ilə bərqərar 
və Nizamülmülk kimi misilsiz vəzir də ixtiyar sahibi idi. 
                                                 
1
  Mətndə yanlışlıq var, Qaim bi-əmrillah olmalıdır. Abbasilərdən iyirmi altıncı 
xəlifədir (422-467= 1031-1075) 
2
 Mətndə yanlışlıq var, Muqtədi bi-əmrillah olmalıdır. Abbasilərdən iyirmi yeddinci 
xəlifədir (467-487=1075-1094).
 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə