Cı illərdə Abşeron yarımadasında yaranmış dövlət



Yüklə 34,01 Kb.
səhifə1/4
tarix16.01.2022
ölçüsü34,01 Kb.
#82919
  1   2   3   4
XANLIQLAR


BAKI XANLIĞI

1740-cı illərdə Abşeron yarımadasında yaranmış dövlət. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra yerli feodallardan Mirzə Məhəmməd ağa, şahın Bakıdakı əlaltısı Səlimi qovmuş və özünü müstəqil xan elan etmişdi. Bakı xanlığı Şərq feodal dövlətlərinin xüsusiyyətlərini özündə cəmləşdirən dövlət qurumu idi. Bakı xanlığına 39 kənd daxil idi. Təsərrüfatında neft, duz və zəfəran istehsalı, bağçılıq, balıqçılıq, maldarlıq və s. əsas yer tuturdu; toxuculuq, zərgərlik, boyaqçılıq, dulusçuluq, dəmirçilik və s. sənət sahələri inkişaf etmişdi. Xanlıqda olan neft quyularının sayı 18-ci əsrin ortalarında 50-dən çox idi. 19-cu əsrin əvvəlində onların sayı 100-ə çatmışdı; ildə 240 min puddan çox neft çıxarılırdı. Xanlıqda neft quyuları, bazarlar, dükanlar və s. iltizama verilirdi. Xanlığın mərkəzi olan Bakı ş. Avropa ölkələri, Rusiya, İran, Hindistan və s. ilə tranzit ticarətdə mühüm rol oynayırdı. Neft, duz və zəfəran ticarətdə əsas yer tuturdu. Bakı xanlığında Rusiya, Hindistan və s. ölkələrdən gəlmiş tacirlərə də rast gəlmək olurdu. Bakıda pul kəsilirdi. Bakı xanlığında bütün hakimiyyət, torpaq, yeraltı və yerüstü sərvətlər xana və onun ailə üzvlərinə məxsus idi. Xanlıqda malcəhət, töycü, daruğalıq, vəzirlik və s. kimi onlarca vergi mövcud idi. Bakı xanlığında I Mirzə Məhəmmədin dövründə iqtisadiyyat və ticarət inkişaf etmişdi. I Mirzə Məhəmməd Xəzər dənizində gəmiçiliyin inkişafına xüsusi diqqət yetirirdi. Onun oğlu Məlik Məhəmməd xanın hakimiyyəti dövründə Bakı xanlığı müstəqilliyini itirdi. Şimal-Şərqi Azərbaycan torpaqlarını Quba xanlığı ətrafında birləşdirmək uğrunda mübarizə aparan Fətəli xan Bakı xanlığını özündən asılı vəziyyətə salmaq məqsədilə bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmməd xana ərə verdi. Məlik Məhəmməd xanın vəfatından sonra oğlu II Mirzə Məhəmməd Bakı xanı oldu. Fətəli xanın ölümündən sonra (1789) Quba xanlığı ətrafında birləşdirilmiş xanlıqlar, o cümlədən Bakı xanlığı özlərini müstəqil elan etdilər. Xanlıqda hakimiyyət uğrunda II Mirzə Məhəmməd xanla əmisi Məhəmmədqulu xan arasında mübarizə başlandı. Quba xanlığından kömək alan Məhəmmədqulu xan qalib gəldi və özünü xan elan etdi. Onun ölümündən sonra (1792) Bakı xanlığında hakimiyyət uğrunda yenidən mübarizə başlandı. Bu mübarizədə qalib gələn Məhəmmədqulu xanın qardaşı oğlu Hüseynqulu xan hakimiyyəti ələ aldı. Hüseynqulu xanın (1792–1806) dövründə Azərbaycanın beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Ağa Məhəmməd şah Qacar Azərbaycana hücuma hazırlaşırdı. Çar Rusiyası da Xəzərsahili vilayətləri, o cümlədən Bakı xanlığını tutmağa çalışırdı. Belə bir şəraitdə hakimiyyətini saxlamağa çalışan Hüseynqulu xan Rusiyanın himayəsini qəbul etdi və II Yekaterina 1793-cü il aprelin 19-da bu barədə fərman verdi. Lakin Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı (1795) bu əlaqələr kəsildi. Bir qədər sonra Azərbaycanın bəzi xanları kimi Bakı xanı da öz elçisini Rusiyaya yolladı. Xanların xahişini nəzərə alan II Yekaterina 1796-cı ildə Rusiya qoşunlarını Azərbaycana göndərdi. Hüseynqulu xan yenidən Rusiyanın himayəsini qəbul etdi. Xəzərdəki Rusiya donanması Bakı limanına daxil oldu. II Yekaterinanın ölümündən (1796) sonra Rusiya qoşunları Azərbaycandan geri çağırıldı. Hakimiyyətini saxlamağa çalışan Hüseynqulu xan 1797-ci ildə Şuşanı zəbt etmiş Ağa Məhəmməd şah Qacarın yanına gedərək ona tabe olduğunu bildirdi. Ağa Məhəmməd şah Qacarın ölümündən sonra hakimiyyəti ələ alan Fətəli şah və Rusiya çarı I Aleksandr Azərbaycanı, o cümlədən Bakı xanlığını tutmağa can atırdılar. Rusiyanın daha güclü olduğunu nəzərə alan Hüseynqulu xan 1803-cü ildə Rusiyanın himayəsini qəbul etdi. Lakin çox keçmədən Bakı və Şamaxı əyanlarının təzyiqi ilə Rusiyanın himayəsindən boyun qaçırmağa (1804) məcbur oldu. Bir sıra Azərbaycan xanlığını Rusiyaya birləşdirmiş general P.D.Sisianovun qoşunu Bakı xanlığına hücum etdi. O, Bakını təslim etmək haqqında Hüseynqulu xanla danışıqlar apardığı zaman öldürüldü (1806,fevral); rus qoşunları geri çəkildi. 1806-cı il oktyabrın 3-də Rusiya qoşunu Bakını zəbt etdi. Bakı xanlığı ləğv olundu; onun ərazisi Rusiyaya birləşdirildi



İRƏVAN XANLIĞI

 Azərbaycan xanlıqlarından biri, Nadir şah Əfşarın vəfatı və Əfşarlar dövlətinin süqutundan sonra Çuxursəəd bəylərbəyliyinin əsasında yaranmış və 1747–1828-ci illərdə mövcud olmuş tarixi feodal dövlət. İrəvan xanlığının əsası XVIII əsrin ortalarında Mirmehdi xan tərəfindən qoyulub. Xanlıq Qarabağ, Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi İrəvan şəhəri idi.

İrəvan xanlığı Mirmehdi xandan sonra Hüseynəli xanın dövründə möhkəmləndi. Hüseynəli xanın oğlu Məhəmməd xan Qacarın dövrü İrəvan xanlığında ən uzunmüddətli xan dövrü sayılır. Məhəmməd xan fasilələrlə İrəvan taxtında 21 il oturdu.

Məhəmməd xandan sonra hakimiyyətə Hüseynqulu xan Qacar gəldi. Onun hakimiyyəti dövründə İrəvan Rusiya imperiyasının dağıdıcı yürüşlərinə məruz qaldı. Hüseynqulu xanın hakimiyyəti dövrü İrəvan xanlığının mədəniyyətinin pik həddə çatdığı dövrdür. İrəvandakı Göy məscid və Sərdərabad mahalındakı eyni adlı qala Hüseynqulu xanın əmri ilə tikilmişdir.

1827-ci il oktyabrın 6-da İrəvan xanlığı ruslar tərəfindən işğal edilir və bu işğal 1828-ci il fevralın 10-da Türkmənçay sülh müqaviləsi ilə möhkəmlənir. Bu müqavilənin 15-ci bəndinə əsasən Qacarlar və Osmanlı imperiyası ərazisində yaşayan erməni əhalisi Cənubi Qafqaza köçürülür.

QARABAĞ XANLlĞI




Yüklə 34,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə