Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə21/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   17   18   19   20   21   22   23   24   ...   70

 
85 
Deyirlər ki, Tuğrul elmi, hünəri sevən və himayə edən bir 
padişah olub, bəzən şeir də söylərmiş... 
Tuğrul hicri 590-cı (=1194) ildə, Təkəş xan Xarəzmşahın 
müharibəsində öldürüldü. Bu sülalənin səltənəti də bir neçə il 
ondan əvvəl Fars və Xorasana sahib olan Xarəzmşahlara çatdı. Bu 
sülalənin qısaca tarixi belədir: 
Məlikşah Səlcuqinin qulamlarından  Ənuştəkin adlı bir şəxs, 
Xarəzm  əyalətinə hakim təyin olunmuşdu. Ondan sonra, oğlu 
Qütbəddin Məhəmməd də Xarəzmşah ləqəbilə bu mənsəbə keçdi. 
Sultan Səncər Quz tayfası  əlində  əsir olduğu zaman, Məhəmməd 
sikkəni öz adına vurdurub, xütbəni öz adına oxutdu. Ondan sonra, 
oğlu Adsız və ondan sonra da Sultan şah, Təkəş xan və el Arslan 
bir-birinin ardınca səltənət sürdülər. Hicri 596-cı (=1200) ildə, 
xarəzmşahlardan Məhəmməd Təkəş oğlu taxta oturdu. Hicri 617-ci 
(=1221) ildən başlayaraq 4 il davam edən Çingiz xan hadisəsi 
zamanında, qaçıb Mazandaranın Abesikun adasında vəfat etdi. 
Onun böyük oğlu Cəlaləddin səltənət taxtına oturdu. Gürcüstanı 
almaq üçün gəldiyi zaman Şirvan və Dağıstana da hücum etmiş 
olduğu məlum deyildir. 
 
86
ÜÇÜNCÜ FƏSİL 
 
MOĞOL İSTİLASINDAN SƏFƏVİLƏRİN ZÜHURUNA QƏDƏR, 
ŞİRVANŞAHLAR SÜLALƏSİ VƏ ONLARIN SƏLTƏNƏTİNƏ AİD 
HADİSƏLƏR HAQQINDA 
 
Hülaku xan bin-Tuluy bin-Çingiz xan, öz qardaşı Mənku qaan 
zamanında  İrana gəldi. Hicri 656-cı (=1258) ildə  xəlifə Müstəsim 
Billahı
1
 öldürərək abbasilər dövlətini dağıtdı. Sonra, özü ilə bərabər 
gətirdiyi 200000 türk ailəsini müxtəlif yerlərdə yerləşdirdi.  İran 
səltənətini öz əlinə alıb möhkəmləndirdi. Lurlar və kürdlərdən 
başqa,  İran köçəri qəbilələrinin  əksəri bunların nəslindəndir.  Şam 
ölkəsinin o başından (Əqsayi-Şamdan) Ceyhuna, Ümmandan Dər-
bəndə qədər onun hakimiyyəti altında idi. Elm və hikmət sahiblə-
rinin ehtiramını saxlar, ümumi mənfəətinə aid müəssisə və binalar 
tikdirməyə son dərəcə səy edərdi. Paytaxtı Təbriz şəhərində, ali bir 
imarət tikdirdi. Hülaku xana çox yaxın olan Xacə  Nəsirəddin 
Məhəmməd Tusi, onun əmrilə Mərağada bir rəsədxana bina etdir-
di. Hicri 663-cü (=1265) ildə  səltənəti oğlu Abaqa xana tərk edib 
vəfat etdi. Bu da Şirvan, Ermənistan və Azərbaycanın idarə-sini 
qardaşı şahzadə Eşmuta tapşırdı. Bu zaman Qıpçaq padişahı Cağa-
tay xanın oğlu Bərəkə xan, şahzadə Buğanı Dağıstan yolu ilə Azər-
baycanı almağa göndərdi. Eşmut hicri 664-cü (=1266) ilin əvvəllə-
rində, Dərbənd yaxınlığında onu məğlub edib geri qaytardı. 
Bu məğlubiyyətdən sonra Bərəkə xan 300000 atlı ilə Dərbənd 
yolu ilə  gəldi. O, Kür çayı  kənarına çatıncaya qədər atın cilovunu 
çəkmədi. Abaqa xan da külli qoşunla Kürün o biri tayında düşüb 
onu çaydan keçməyə qoymadı. Bərəkə xan körpüdən keçmək üçün 
Tiflisə üz qoydu. Lakin xəstələndiyindən yolda vəfat etdi. Buna 
                                                 
1
 Mücməsim Billah - abbasilərdən otuz yeddinci və sonuncu xəlifədir  
  (640-   656=1242-1258). 


 
87 
görə də qoşunu dağılıb öz yurdlarına qayıtdı. Abaqa xan hicri 681-ci 
(=1282) ildə vəfat etdi. 
İslam dinini qəbul etdikdən sonra Sultan Əhməd adını alan 
Nikudar bin-Hulaku xan, İraq və Azərbaycanda rəyasət və  ədalət 
taxtına oturdu. İki il sonra Abaqa xanın oğlu Arqun onu öldürüb 
özü onun yerinə keçdi. Arqun zalım və xain bir padişah idi. Hicri 
690-cı (=1291) ildə vəfat etdi. Onun yerinə keçən qardaşı Keyxatu 
eyş  və  işrətlə  məşğul olub əmirlərinin irz və namusuna təcavüz 
edirdi. Bunların (əmirlərin) təhriki ilə Baydu ibni-Taraqay ibni-
Hülaku xan Bağdaddan qoşun çəkib gəldi. Keyxatu Muğana qaçdı. 
Əmirlər Baydu xanın əmrilə onu təqib edərək hicri 694-cü (=1295) 
ildə əsir edib öldürdülər. 
Bu hadisədən sonra, islam dinini qəbul edib Sultan Mahmud 
adını alan Xorasan hakimi Qazan ibni-Arqun xan, Keyxatunun 
intiqamını almaq üçün Baydu xanın üzərinə hərəkət etdi. Əvvəlcə 
sülh və sonra hərb etdilər. Baydu xan qaçıb Naxçıvanda  Əmir 
Novruzun əlində öldü. Qazan xan hakimiyyət başına keçdi... 
O vəfat edəndən sonra, hicri 703-cü (=1304) ildə, Ulcaytu 
Məhəmməd Xüdabəndə ibni-Arqun xan taxta oturdu. Sultaniyyə 
şəhərini bina və özünə paytaxt etdi. O, ədalətli və xeyirli işlər görən 
bir padişah idi. Onun adı, Bakı  şəhərində bina etdirdiyi burc və 
məscidlər üzərindəki kitabələrdə indi də durur. Hükəmanın təhqi-
qatına və alimlərin söhbətinə çox mail idi. Şiəliyi qəbul etdi və sik-
kəni on iki imamın adına vurdurdu. Bir çox həkimanə sözləri var-
dır, bunları fazil adamlar toplamışlar... 
Ondan sonra hicri 716-cı (=1317) ildə, 13 yaşında olan böyük 
oğlu Sultan Əbusəid taxta oturdu. Bunun dövründə Cüci-ibni-
Çingiz xan nəslindən Qıpçaq padişahı Özbək xan - Özbək qəbiləsi 
bunun adı ilə adlanmışdır - hicri 718-ci (=1319) ildə Dərbənd yolu 
ilə Azərbaycanı almağa gəldi. Sultan Əbusəid müqavimət məqsə-
dilə çıxıb Qarabağ düzündə qışladı. Özbək qoşunları Şirvanda qətl- 
qarətlə məşğul idilər. Əmir Çoban 20000 qoşunla Sultanın köməyi-
nə  gəldi. Özbəyin qoşunu müqavimət göstərə bilməyib qaçmağa 
 
88
başladı. Əmir Çoban onları təqib edərək bir çoxunu öldürdü. Öz-
bək şah hicri 735-ci (=1335) ildə təkrar həmin yol ilə Azərbaycana 
yürüş etdi. Sultan Əbusəid yenə müqavimət məqsədilə qarşıya 
çıxdı. Havanın istiliyi və üfunəti üzündən Şirvanda xəstələnib hicri 
736-cı (=1336) ildə vəfat etdi. Müasirlərindən biri yazdığı bir şeirdə 
onun Qarabağda vəfat etdiyini qeyd etmişdir. Qarabağ çox vaxt 
Şirvan üstündə sayıldığından, tarix kitablarında Şirvan adı ilə şöhrət 
tapmışdır. 
«Zəfərnamə»nin müqəddəməsində deyilir: (Əbusəidin) arvadı 
Bağdad xatun, Əmir Çobanın qızı və keçmişdə Şeyx Həsən Elxanın 
arvadı idi. Sultan ona aşiq olub, zor ilə  təlaq verdirərək almışdı, 
atasını və qardaşını da öldürmüşdü. Bağdad xatun, Özbəyin təhrik 
və  təşviqi ilə, Sultana zəhər verdi. Bundan sonra, Tulu Çingiz xan 
oğlu nəslindən olan Arpa xan səltənətə keçdi. Özbəyi məğlub 
edərək  Şirvan və  Dərbənddən çıxartdı. Bu zaman Musa ibni-Əli 
ibni-Baydu xan üsyan edib, Arpa xanı öldürdü. Hülaku xan nəslin-
dən Məhəmməd də buna qarşı üsyan etdi. Daha sonra, bu süla-
lədən bir neçə nəfər bir-birilə vuruşaraq, öz nəsillərinin kəsilməsinə 
və ölkənin xaraba qalmasına səbəb oldular. Bunların Azərbaycan 
və İraqdakı əzəmətli dövləti elxanilərə keçdi. 
Bu sülalənin əhvalatı belədir: Ağ Buğa ibni-Elxan ibni-Cəlayir 
Keyxatu dövründə əmirülüməra olub Baydu xan hadisəsində öldü-
rüldü. Oğlu Əmir Hüseyn Arğun xanın qızını aldı. Bunun oğlu Şeyx 
Həsən, Sultan Əbusəid dövründə Rum valisi idi. Əbusəid öləndən 
sonra, Şeyx Həsən onun arvadı Dilşad xatunu aldı. Bu arvad Əmir 
Çobanın oğlu Xacə Dimişqin qızı idi. Musiqi elmində, rəssamlıqda 
öz  əsrinin nadiri və gözəllikdə bütün dünyada məşhur olan Şeyx 
Üveys bundan doğulmuşdur. O, hicri-757-ci (=1356) ildə  İraqi-
Ərəb səltənəti taxtına oturdu. 
Hülaku övladı  səltənətinin sarsıldığı  və elxanilər dövlətinin 
hələ müstəqil olmadığı bir zaman idi. Zalım və qəddar bir şəxs olan 
Şeyx Həsən ibni-Teymurtaş ibni-Əmir Çoban yeddi il onun ölü-
mündən sonra uğursuz qardaşı Əmir Əşrəf 13 il Təbriz mülkünü və 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə