Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə24/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   20   21   22   23   24   25   26   27   ...   70

 
97 
Qaraqoyunluların mənşəi haqqında olan məlumat belədir: 
Qara Yusif ibni-Qara Məhəmməd ibni-Bayram Xacə, ata-babadan 
türkmən Qaraqoyunlu qəbilələrindən bir çoxunun əmiri idi. Sultan 
Əhməd Elxaninin tərbiyəsi ilə iqtidar sahibi olub, ondan sonra da, 
əzəmətli bir padişah olmuşdu. Hicri 816-cı (=1414) ildə külli qo-
şunla Şahrux Teymur oğlunun müharibəsinə getdi. Ucan adlı yerdə 
qəflətən vəfat etdi. Oğlu  İskəndər səltənətə keçdi və üç dəfə 
Şahrux ilə müharibə edib məğlub oldu. 
Başqa bir nüsxədə deyilir: İskəndər hicri 828-ci (=1425) ildə 
Şirvana gəlib qətl-qarətə başladı və Şamaxı şəhərini viran etdi. Bu 
zaman qardaşı mirzə Cahanşah bəzi türkmən əmirləri və əsgərləri 
ilə Şahruxun yanına getdi. Şahrux ona vədə verib inandırdı ki, əgər 
o, qardaşının şərrini dəf etsə, Diyarbəkir və Azərbaycan hakimiyyə-
tini alacaqdır. İskəndər Naxçıvanın Alıncaq adlı qalasına çəkildi. Bir 
neçə vaxtdan sonra, onun xain oğlu Qubad, sevişdiyi bir kəniz ilə 
əlbir olub Cahanşahın təhrikilə, onu öldürdü. Nüxbə müəllifinin 
yazdığına görə, Qubad da atasından sonra Cahanşahın hiyləsilə 
öldürüldü. 
Cahanşah, Şahruxun canişini olub Diyarbəkir və Azərbaycanda 
22 il hökmranlıq sürdü. Şahruxun vəfatından sonra, Xorasandan 
başqa bütün İrana hökmran oldu. Qədim düşməni türkmən Ağqo-
yunlu Həsən bəy Bayındır ilə müharibə etdi. Həsən bəy vaxt qazan-
maq üçün müharibədən çəkinib ətrafda dolanırdı. Bir müddətdən 
sonra hər iki tərəfin qoşunu dağıldı və müharibə təxirə salındı. Bir 
gün Cahanşah beş-altı yüz nəfərlə, bir çayın kənarında içki və işrət-
lə  məşğul idi. Həsən bəy fürsətdən istifadə edərək, hicri 872-ci 
(=1468) ildə, 80 yaşlı Cahanşahı öldürdü. Beləliklə, səltənət bu 
sülalədən ağqoyunlu sultanlarına keçdi. 
Ağqoyunluların mənşəyi haqqında olan məlumat belədir: 
Qaraqoyunlu və ağqoyunlular tərəkəmə, yəni türkmən nəslin-
dən iki köçəri qəbilə idilər. Bunlar, Arğun xan zamanında  İrana 
gəldilər. Qaraqoyunlular Azərbaycan ətrafında, Ərzrum və Sivasda, 
ağqoyunlular isə Diyarbəkirdə sakin oldular. Onlar gündən-günə 
 
98
qüvvətlənib səltənət qurdular. Həsən bəyin babası Qara Osman, 
Əmir Teymurun zamanında Diyarbəkirin bəzi yerlərində hakim idi. 
Ondan sonra oğlu Əli bəy və bundan sonra da Uzun Həsən adı ilə 
məşhur olan oğlu Həsən bəy hökmranlıq etdilər. 
Cahanşah öldürüldükdən sonra, oğlu Həsənəli mirzə, o zaman 
Mavəraünnəhr və Xorasan padişahı Sultan Əbusəid ibni-Miranşah 
ibni-Əmir Teymur Kürəkəndən kömək istədi. Sultan Əbusəid  İraq 
və Fars vilayətlərini almaq üçün əmirlər təyin edib, özü də 27 min 
qoşunla Azərbaycana hərəkət etdi. Həsən bəy peydərpey elçilər 
göndərib öz itaətini və yalnız Azərbaycanla kifayətlənəcəyini bildir-
di. Bu isə sultanın hərəkətinə mane ola bilmədi. Həsən bəyin anası 
bu xüsusda danışıq aparmaq üçün sultanın yanına getdisə də arzu-
suna çatmadan geri qayıtdı. Sultan Əbusəid Sultaniyyəyə  gəldiyi 
zaman, Həsən bəy Qarabağa getdi. Sultanın qoşunu Miyanəcə ye-
tişdikdən sonra, Həsən bəy ixlas və iradəsini bildirmək və möhlət 
almaq üçün oğlu Yüsif bəyi sultanın yanına gətirdi. Ondan xahiş 
etdi ki, qış qurtarıncaya qədər, ona Azərbaycanda qalmağa izn 
versin. Sultan yenə  qəbul etməyib  əmirlərin məşvərətilə  Həsən 
bəyin məskəni olan Qarabağda qışlamağı  qərara aldı. Bu yerin 
yeddi ağaclığına çatdıqda, azuqələrin azlığından  Şirvanın Mah-
mudabad  şəhərinə  hərəkət etdi. Yol üzərindəki çöllərin otu-ələfi 
zəhərli olduğundan onların bir çox heyvanları tələf oldu. Burada da 
azuqə az tapılırdı. Həsən bəy yolları  kəsib qoymurdu ki, sultan 
ordusuna Xorasan və İraqdan bir nəfər də gəlsin. Bir neçə gün idi 
azuqəni Şirvandan gəmi ilə gətirirdilər. Bundan sonra şirvanşah da, 
Həsən bəyin təhdidinə görə, sultanla müxalifətə başladı. 
Sultan ordusundakı heyvanlar zəiflədiyindən türkmən qoşun-
ları bu ətrafda qətl-qarətə başladılar. Sultan naçar qalaraq Ərdəbilə 
hərəkət etdi və bataqlıq yerlərdən çətinliklə keçdi. Həsən bəy 
vuruşa-vuruşa onu təqib edirdi. Bir günün içərisində o, sultanın 
qoşunundan 500 nəfər öldürdü. Sultan barışmaq üçün Sarı xanə-
danının böyük əmirlərindən Seyid Qiyasəddin Məhəmmədi elçi 
göndərdi. Onun ardınca da, anasını Qumlu Seyid İbrahim ilə yolla-


 
99 
dı. Həsən bəy təzim mərasimini yerinə yetirib sülh etmək istəyirdi. 
Lakin bir az əvvəl, elçi getmiş olan Ərdəbil seyidi Şeyx Heydər Sə-
fəvi, sultan ordusunun pərişanlığını görmüş olduğundan buna ma-
ne oldu. 
Həsən bəy sultanın anasının xahişini qəbul etməyib geri qay-
tardı. Seyid Qiyasəddinə isə lütf və  mərhəmət göstərib, Sarı 
hökumətini ona bağışladı. Türkmən qoşunlarının şiddətli hücumları 
nəticəsində, xorasanlıların bir hissəsi də  Həsən bəyin ordusuna 
qoşuldu. Sultan naçar qalıb qaçmağa üz qoydu. Həsən bəyin oğlu 
Yusif bəy onu təqib etdi, gecə onu tutub atasının yanına gətirdi. 
Sultan ilə  Həsən bəy arasında bir çox danışıqlar oldu. Türkmən 
əmirlərinin məsləhəti və  Şirvan qazisinin fitnəkarlığı ilə Sultan 
Əbusəid hicri 873-cü (=1468) ildə öldürüldü... 
Həsən bəy  İranda taxta çıxıb, hicri 882-ci (=1477) ildə  vəfat 
etdi. Oğlu Xəlil mirzə onun yerinə keçdi. Bir il sonra, qardaşı Yaqub 
mirzə ilə etdiyi müharibədə öldürüldü. Sultan Yaqub da on üç il 
səltənət sürdü. Sonra Qarabağın Sultanbud adlı yerində anası 
bilməyərək ona zəhər verdi. Özü də buna tab gətirməyib zəhər içdi 
və oğlu ilə bir yerdə öldü... 
Sultan Yaqub öləndən sonra türkmən  əmirləri iki dəstəyə 
ayrıldılar: bunlardan biri Sultan Yaqubun qardaşı Məsih mirzənin, o 
biri isə, oğlu Baysunqar mirzənin tərəfdarı idi. Axırda iş müharibə 
ilə nəticələndi. Məsih mirzə öldürüldü, hökumət başına Baysunqar 
keçdi. Əmisi oğlu Rüstəm mirzə ibni-Məqsud ibni-Həsən padişah 
onun tərəfindən Alıncaq qalasında həbsə alındı. Lakin Rüstəm mir-
zə,  Əbih Sultanın köməyilə xilas və Baysunqara qalib gələrək 
padişah oldu. Baysunqar naçar qalıb Qaracadağ  və  Əhər yolu ilə 
Şirvana, dayısı və qaynatası olan şirvanşahın yanına gəldi. Türkmən 
əmirləri, ümumiyyətlə, Rüstəm mirzənin hökmranlığına tərəfdar 
idilər. Lakin, şirvanşah Baysunqara kömək məqsədilə onun qoşu-
nunu düzəldib nizama salırdı. Rüstəm mirzə əmirlərin məsləhətilə
Stəxr qalasında məhbus olan Sultan Əli Şeyx Heydər oğlunu gəti-
rib şirvanşaha qarşı müharibəyə göndərmək istəyirdi. Sultan Əlinin 
 
100
qalib gəlməsi və ya məğlub olması onun dövlətinin xeyrinə idi. Bu 
zaman, Baysunqar Şirvan qoşunu ilə Azərbaycana hərəkət etdi. 
Rüstəm mirzə, Sultan Əlini müridləri və tabelərilə, Əbih Sultanı da, 
bir dəstə türkmən qoşunu ilə Baysunqarı və şirvanlıları dəf etmək 
üçün göndərdi. Əhər və Mişkin hüdudunda iki qoşun üz-üzə gəldi. 
Baysunqar məğlub edilərək öldürüldü. 
Rüstəm mirzənin hökmranlığından 6 il keçmişdi, vaxtilə Rum 
ölkəsinə gedib ikinci Sultan Bəyazidin damadı olmaq şərəfinə 
yetişən Əhməd ibni-Məhəmməd ibni-Həsən padişah Azərbaycana 
gəldi. Araz çayı  kənarında müharibəyə girişib Rüstəm mirzəyə 
qalib gəldi. Rüstəm mirzəni əmirləri tutub ona verdilər, o da onu 
öldürtdü.  Əhməd özü də altı ay sonra, hicri 903-cü (=1498) ildə, 
Əbih Sultanın  əlində öldürüldü. Sultan Murad ibni-Sultan Yaqub 
səltənətə keçdi. Lakin Məhəmməd mirzə ibni-Yusif ibni-Həsən 
padişah ona qalib gəldi. Əbih sultanı öldürərək Azərbaycana sahib 
oldu. Sultan Murad İraqa getdi. Əlvənd mirzə öz qardaşı Məhəm-
mədi ilə vuruşaraq hökuməti onun əlindən aldı. Məhəmmədi mirzə 
İsfahana qaçdı. Sultan Murad Şirazdan İsfahana gəlib hicri 904-cü 
(=1499) ildə  Məhəmmədini tutdu və  Təbrizə sürgün etdi. Əlvənd 
mirzə müharibə fikrində idi, lakin xeyirxahların vasitəçiliyilə araya 
sülh düşdü. Diyarbəkir və Azərbaycan Əlvənd mirzəyə, İraqi-Ərəb, 
İraqi-Əcəm və Fars da Sultan Murada çatdı. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə