Yeni dövr 93
Tarix və onun problemləri, № 1 2013
VASİF NƏBİYEV
BDU-nun magistrı
E-mail: vasifnebiyev@hotmail.com
HİCAZ ÜSYANI
Açar sözlər: Birinci dünya müharibəsi, Böyük Britaniya, Osmanlı imperiyası, Hicaz üsyanı,
Şərif Hüseyn ibn Əli, Sayks-Piko sazişi
Ключевые слова: Первая мировая война, Великобритания, Османская империя,
Хиджазкое восстания, Шариф Хусейн ибн Али, Соглашение Сайкса-Пико
Key words: The First World War, Great Britain, The Ottoman Empire, Hijaz revolt, Sharif
Hussein ibn Ali, Sykes-Picot agreement
Birinci dünya müharibəsi illərində Böyük Britaniya Ərəb Şərqində mövqeyini möhkəm-
ləndirmək üçün geniş imkanlar əldə etmişdi.
Başlıca olaraq bu imkanlar vasitəsi ilə Böyük Britaniya Cəbəllütariq boğazı-Suveyş
kanalı-Hind okeanı istiqamətində yerləşən “Əsas müstəmləkə yolu” və onun əsas məntəqəsi
olan Hindistanın təhlükəsizliyini təmin etmək niyyətində idi (1, 99). Bu siyasətin həyata
keçirilməsi üçün XX əsrin əvvələrində Məkkə şərifi Hüseyn ibn Əli (1855-1931) ilə sıx dip-
lomatik əlaqələr yaratmağa çalışırdı. Buna səbəb isə: 1) Şərifin Osmanlıdan ayrılaraq müstəqil
Ərəb krallığı yaratmaq istəyi; 2) Məhəmməd peyğəmbərin soyuna mənsub olmaqla müsəlman
dünyasında xüsusi hörmətə sahib olması idi (2, 144).
Tərəflər arasında ilk görüş 1912-ci ilin sonunda Qahirədə şərifin oğlu Abdullah ilə
Böyük Britaniyanın Misirdəki baş konsulu lord Kitçener arasında baş tutmuşdu. Britaniya
şərifin üsyan əhval-ruhiyyəsini əvvəlcədən hiss etsədə Osmanlı dövləti ilə münasibətləri
korlamaq istəmirdi. Ona görəki: 1) Şərifin ərəblər üzərindəki təsirinin və nüfuzunun nə
dərəcədə olduğununu; 2) Müstəmləkə idarəsi altındakı müsəlmanların və ümumilikdə islam
dünyasının bu addımı hansı formada qarşılayacağını bilmirdi (3, 51).
Birinci dünya müharibəsi ərəfəsində 1914-cü ilin fevralın 5-də Abdullah ikinci dəfə
Qahirədə lord Kitçenerlə görüşür. O, Osmanlı imperiyası ilə hər hansı bir qarşıdurma yaşa-
nacağı təqdirdə şərifə dəstək verilməsini istədikdə Böyük Britaniya Osmanlı imperiyası ilə
olan normal münasibətləri pozmaq istəməməsini bəhanə edərək bundan boyun qaçırır.
Lakin, birinci dünya müharibəsinin başlanması Böyük Britaniyanı daha qətiyyətli ad-
dımlar atmağa sövq etmişdi. Çünki, Osmanlı 1914-cü ilin oktyabrın 30-dan etibarən Üçlər
İttifaqı sırasında müharibəyə qoşulmaqla Brtitaniyanın Hindistana olan dəniz yolu və bu
regionda sahib olduğu neft ərazilərini müdafiə etməsini sual altında qoyurdu. Məhz bu səbəb-
dən Britaniya Abdullahın vasitəsi ilə Məkkə şərifinə məktub göndərərək onu xarici basqın-
lardan qoruyacağını və zəruri maddi yardımın göstəriləcəyini bildirdi (4, 60).
Lakin şərif Hüseyn ilk öncə Osmanlı ilə razılığa gəlmək istəyirdi. O, 1915-ci ilin mar-
tında Ənvər paşaya teleqram göndərərək: 1) siyasi məhbuslara ümumi aministiyanın elan
olunması; 2) Suriyaya müstəqil daxili idarə etmə hüququnun verilməsini; 3) Məkkə əmirliyi-
nin onun övladları üçün mülk edilməsini və orada mövcud durumun saxlanılması; 4) Hicaza
onun idarəsi altında muxtariyyat hüququnun verilməsi kimi tələblər irəli sürdü. Lakin rədd
cavabı aldı (5, 110).
94
Yeni dövr
Tarix və onun problemləri, № 1 2013
Bundan sonra Məkkə şərifi Suriyada başlayan ərəb milliyətçi hərəkatla əməkdaşlıq et-
mək və Osmanlının hərbi-siyasi vəziyyətini öyrənmək üçün oğullarından Feysəli İstanbula
göndərdi. Feysəl İstanbuldan qayıdarkən 1915-ci ilin mayında Dəməşqdə “əl-Fəthət” və “əl-
Əhd” kimi cəmiyyətlərin üzvləri ilə gizli görüşlər təşkil etdi. Görüşlərin nəticəsi olaraq tərəf-
lər arasında 1915-ci ilin mayın 23-də 15 il müddətinə nəzərdə tutulan “Dəməşq Protakolu”
adlanan sənəd imzalandı. Protokola əsasən: 1) “Aşağıdakı sərhədlər daxilində ərəblərin tam
müstəqilliyi tanınmalı idi: Şimalda: 37-ci paraleldə Mersin-Adana xəttindən Bireceik-Urfa-
Mardin-Midyat-Cəzirət-İbn-Ömər-Əmədiyə xətti ilə şərqə; Şərqdə:İran sərhəddi boyunca Fars
körfəzinə; Cənubda:Cari statusu saxlanılmaq şərti ilə Ədən şəhəri xaric Hind okeanı boyu
sahil əraziləri; Qərbdə:Qırmızı dəniz və Aralıq dənizi vasitəsi ilə Mersin keçidinə qədər; 2)
Xarici dövlətlərə verilən bütün kapitulyasiya hüquqlarının ləğvi; 3) Gələcəkdə ərəb dövləti ilə
Böyük Britaniya arasında müdafiə ittifaqı haqqında müqavilənin bağlanması; 4) Böyük
Britaniyaya iqtisadi imtiyazların verilməsi” məsələlərini özündə əks etdirirdi (6, 41-42).
Lakin 1915-ci ilin ortalarında Böyük Suriyanın qubernatoru, “İttihad və Tərəqqi” hökü-
mətinin triumvirlərindən biri olan Camal paşanın dövlətə qarşı xəyanətdə ittiham olunanlara
yönəlik fövqaladə tədbirləri xüsusilə, onlardan 22-sinin Beyrut və Dəməşq meydanlarında
edam etdirilməsi ərəb milliyətçi hərəkatını kifayət qədər zəiflətdi (7, 154).
Suriyada baş verən proseslər və Ərəbistan yarımadasının Britaniya hərbi donanması tərə-
findən mühasirədə saxlanması nəticəsində meydana gələn sosial-iqtisadi problemlər Hüseyni
ingilislərlə danışığa getməyə vadar edirdi.
Böyük Britaniya da 1915-ci boyu Çanaqqala döyüşlərində məğlub olduqdan sonra
Yaxın və Orta Şərqə yönəlik siyasətini yenidən nəzərdən keçirməklə ərəb qəbilə başçıları ilə
xüsusilə, şərif Hüseynlə diplomatik əlaqələri canlandırmağa üstünlük verdi.
Şərif Hüseyn oğlu Abdullahın vasitəsi ilə “Dəməşq Protokolu” əsasında razılaşma əldə
etmək və Osmanlı dövlətinə qarşı baş verəcək üsyana hər baxımdan yardım edilməsi üçün
Böyük Britaniyanın Qahirədəki ali komissarı ser A.H.Mak-Maqona məktub göndərməklə
danışıqların ikinci mərhələsi başlanır (8, 188).
İngilis-Hicaz danışıqları 1916-cı ilin martında bitir. Danışıqlar əsasında aşağıdakı
nəticələr əldə olundu: 1) Böyük Britaniya Ədən (1-ci məktub), Mersin və Adana (5 və 6-cı
məktublarda), həm də Dəməşq, Hums, Hama və Hələb xəttindən qərbdə qalan Suriya əraziləri
(4-cü məktubda) istisna olmala təklif olunmuş sərhədlər çərçivəsində ərəblərin müstəqilliyini
(Ərəbistanın) tanımaq və müdafiə etmək barəsində öhdəlik götürür. Bağdad(6 və 8-ci mək-
tublarda), Beyrut və Hələb vilayətlərinə (6 və 7-ci məktublarda) danışıqlar əsnasında bəslənən
münasibətlərə gəldikdə isə bu məsələ qeyri-müəyyən bir dövrə qədər saxlanıldı; 2) Böyük
Britaniya Müqəddəs yerlərin xarici təcavüzdən müdafiə olunmasını, həm də ərəblərin “türk
və alman hökmranlığından” azad olunmasını özündə ehtiva etməyən heç bir sülh müqavilə-
sini imzalamaması barəsində öhdəlik götürürdü (6-cı məktubda); 3) Məkkə şərifi, öz növ-
bəsində bütün ərəblərin adından Böyük Britaniyanın digər ərəb rəhbərləri ilə imzaladığı
müqavilələrə hörmətlə yanaşacağı barəsində öhdəlik götürürdü. Danışıqlar zamanı Bəsrə şə-
hərinin idarə olunma forması (4-cü məktubda) və xəlifəlik statusu (1,2 və 3-cü məktublarda)
həll olunmamış qaldı (9, 53).
Beləliklə, Britaniya danışıqlar nəticəsində baş verəcək Hicaz üsyanını silah-sursat və
maliyyə yardımları ilə təmin etməklə ağır bir yükün latına girmişdi. Lakin üsyan nəticəsində
Britaniyanın əldə etdiyi hərbi-siyasi üstünlük özünə həm olduqca “ucuz başa gəlmiş” və həm
də üsyan üçün ayrılan yardımların fövqündə olmuşdu.
Yeni dövr 95
Tarix və onun problemləri, № 1 2013
Ümumilikdə isə Britaniyanın şərif Hüseynə etdiyi ümumi maliyyə yardımları 2.730.000
funtsterlinq təşkil etmişdi.
Böyük Britaniya ilə danışıqlar yekunlaşdıqdan sonra şərif Hüseyn artıq tərəddüd etmək-
dən əl çəkərək 1916-cı ilin iyunun 5-də Məkkədə Osmanlı dövlətinə qarşı üsyan qaldırdı. İki
gündən sonra isə Hicazın müstəqilliyini, özünün isə Hicaz kralı olduğunu elan etdi. Məkkə
şərifi dini və siyasi mahiyyət daşıyan bu üsyanı hüquqi cəhətdən əsaslandırmaqla verdiyi iki
bəyannamədə, “İttihat və Tərəqqi” partiyasının dövlət işlərini pis idarə etməsi; Osmanlı səltə-
nəti ilə bütün müsəlmanlar arasında yeganə əlaqə olan Allahın kitabı və Rəsulullahın sünnə-
sini pozmağa cürət etmələrini; Rəsulullahın həyatını İçtihad qəzetində ağza alınmayacaq bir
dərəcədə təhqir etmələrini və mirasda bərabərlik kimi Quran ayələrini təhrif etməkdən çəkin-
məmələrini; bunlara əlavə olaraq Ramazanda əsgərlərin oruc tutmalarını qadağan edərək İsla-
miyyətin beş əsasından birini ləğv etməyə cəhd etmələrini; xəlifənin bütün hüquqlarına qəsb
etmələrini; tanınmış ərəb ziyalılarını edam etdirmələrini və müqəddəs yerlərə hörmətsizlik
etmələrini qeyd etməklə ərəb qəbilələrindən dəstək almağa çalışmışdır (10, 147-148).
Üsyan nəticəsində Hicazda ərəb parizan dəstələrinə ilk təslim olan şəhər 1916-cı ilin
iyunun 16-da Ciddə oldu. Uzun döyüşlərdən sonra üsyançılar iyulun 4-də Məkkəni də tutdular.
Bunun ardınca avqustun 15-də Qırmızı dəniz sahilində yerləşən Anis limanı tutulur. Həmin
ilin sentabrın 22-də də gecəyarı Taif qarnizonu təslim olur (11, 68).
Beləliklə bütün cənubi Hicaz Mədinə şəhəri istisna olmaqla üsyançıların əlinə keçir. Mə-
dinədə Fəxrəddin paşanın başçılığı ilə türklər təxminən 14 minlik qoşunla şəhəri ərəb bas-
qınlarından müdafiə etməyi başardı. Bundan əlavə şəhəri mühasirədən azad etmək üçün yeni
hərbi hissələrin köməyə göndərilməsi zərurəti mərkəzə dəfələrlə bildirilsədə, müsbət cavab
alınmamışdı. Osmanlı Ali Baş Komandanlığı Hicaz dəmiryolu və onun stansiyalarının qorun-
masını daha əhəmiyyətli hesab edirdi (12).
Hərbi əməliyyatların davam etdiyi bir müddətdə Məkkə şərifi ərəb dövlətinin yaradılması
istiqamətində də müəyyən işlər görürdü. Belə ki, 1916-cı ilin noyabrın 2-də Məkkədə ça-
ğrılmış məclisdə Ərəb dövlətinin yaradılması və Hüseynin onun kralı olması elan olundu.
Lakin, bu addım heç də Antantanı xüsusilə, Britaniyanı təmin etmirdi. Böyük Britaniya və
Fransa höküməti Hüseynin yeni titulunu qəbul etməyəcəklərini bildirdilər. Ancaq sonda
kompromis əldə olundu. Hüseyn yalnız Hicaz kralı kimi tanındı.
Artıq 1917-ci ilin əvvələrindən etibarən cəbhədə təşəbbüsü tamamilə ələ almaq üçün
Qahirədə Britaniya əks-kəşfiyyat idarəsinin nəznində fəaliyyət göstərən Ərəb məsələləri üzrə
büronun üzvü kapitan T.E.Lourens yeni təlimata əsasən əmir Feysəlin başçılıq etdiyi ərəb par-
tizan dəstəsini şimala doğru cəlb etməklə ingilis ordusuna qoşulmasını təmin etməli idi. Pro-
seslər elə bu ardıcıllıqla davam etməsi ərəb partizan hissələri tərəfindən 1917-ci ilin yazında
strateji cəhətdən əhəmiyyətli Yanbu və Vayx limanlarının zəbt edilməsi ilə nəticələndi. Ardın-
ca isə iyunun 5-də Osmanlının Qırmızı dənizdə sonuncu limanı Əqəbə tutulur (13, 339-340).
Əqəbə limanı tutulduqdan sonra birləşmiş ingilis-ərəb ordusu 1917-ci ilin oktyabrın 31-
də osmanlı ordusunun təşkil etdiyi Qəzza-Beerşeba müdafiə xəttini yara bilir. Bunun nəticəsi
olaraq həmin ilin noyabrın 7-də Qəzza, 16-də Yaffa, dekabrın 9-da isə Qüds işğal olunur.
Əmir Feysəlin partizan dəstəsi isə Əqəbə limanından Hicaz dəmiryolunun şimal stansiyalarına
hücumlarını intensivləşdirir.
Böyük Britaniyanın Fələstini ələ keçirməsi ilə bağaldığı iki sazişə əməl etməli idi. Bun-
lardan birincisi, 1915-ci ilin yanvarında Şərif Hüseynlə bağladığı saziş; ikincisi isə 1916-cı
ildə Fələstində beynəlxalq nəzarətin təşkil olunması haqqında Rusiya ilə bağladığı sazişi idi.
Lakin bütün bunlara baxmayaraq İngiltərə bu müqavilələrlə öz üzərinə düşən öhdəliklərdən
96
Yeni dövr
Tarix və onun problemləri, № 1 2013
yan keçmək üçün sionizm hərəkatından istifadə etməyə qərara aldı. 1917-ci ilin noyabrın 2-də
Böyük Britaniya höküməti Fələstinə dair xüsusi bəyannamə verdi. Bu sənəd xarici işlər naziri
lord Balfurun yəhudi bankiri Rotşildin adına yazdığı məktub əsasında dərc olundu. Bəyan-
namədə Fələstində yəhudi xalqı üçün milli ocaq qurulmasının təqdirə layiq hesab olunması
nəzərdə tutulurdu (14, 345-346).
Hüseyn buna qarşı öz etirazını bildirdi və Osmanlı imperiyası ilə sülh imzalayacağını bil-
dirərək dərhal bir açıqlama tələb etdi. Britaniya höküməti Qahirədəki hərbi-kəşfiyyat idarəsi-
nin ərəb məslələri üzrə bürosunun üzvü, Oksford universitetinin Aşmola muzeyinin hamisi,
ingilis arxeoloqu D.D.Hoqartı Ciddəyə göndərməklə bu bəyannamə ətrafında baş verən nara-
zılığı Hüseynlə danışıqlar yolu ilə qaydaya salmağa cəhd göstrədi. Cəhd uğurlu oldu. Danışıq-
ların nəticəsi kimi, Hüseyn bəhs olunan ərazidə “hər bir xalqın milli-mənəvi dəyərlərinin
qorunması” adı altında yəhudilərin bəhs olunan ərazilərə köçürülməsi məsələsi ilə razılaşdı.
Lakin Hüseynlə münasibətlər yenicə yoluna qoyulmuşdu ki, ingilislərin daha bir xəyanəti
ortaya çıxdı. Gözlənilmədən 1918-ci ilin fevralın 22-də Antanta tərəfindən Yaxın və Orta
Şərqin nüfuz dairələrinə bölünməsi məsələsini özündə etiva edən gizli Sayks-Piko sazişi
Moskva radiosunun canlı efirində səsləndi. Hüseyn yenə də, bu məsələ ilə bağlı Britaniyaya
müraciət etdi. Sonuncu isə Hüseynin inamından və sədaqətindən istifadə edərək bunun “bol-
şevik uydurması” olduğunu bildirdi (15).
1918-ci ildə artıq Fələstinin böyük bir hissəsi zəbt olunmuşdu. Əmir Feysəlin başçılıq
etdiyi partizan dəsətləri artıq həmin ilin ortalarında Hicaz dəmiryolunun böyük bir hissəsini
sıradan çıxarmışdı. Onun hərbi əməliyyatları Suriyaya keçirib milli hərəkata dəstək vermək
cəhdinin qarşısı isə Böyük Britaniya tərəfindən alındı. Göründüyü kimi Britaniya bu regionda
öz hegemonluğunu qurmaq üçün Osmanlıya qarşı ərəb üsyanını alovlandırmaqla bahəm, onun
genişlənərək böyük qüvvəyə çevrilməsinin qarşısını hər vəclə almağa çalışırdı.
Bunun ardınca ingilis ordusunun sağ cınahını təşkil edən Feysəlin partizan dəstəsi həmin
ilin sentyabrın 25-də Əmmanı, 30-da isə Dəməşqi ələ keçirir. Oktyabrın 8-də ingilis ordusu
başda general Allenbi olmaqla Fransa donanmasının köməkliyi ilə Beyrutu ələ keçirir. Ardın-
ca oktyabrın 18-də Tripoli və Hums, 26-da isə Hələb işğal olunur.
Müharibənin davam etdirilməsinin mənasız olduğunu anlayan Osmanlı hakimiyyəti
1918-ci ilin oktyabrın 30-da Mudrosda ingilis kreyseri “Aqamemnon”un göyərtəsində Antanta
ilə təslim olma haqqında müqaviləyə imza atır (16, 218-219).
Birinci dünya müharibəsi bitdikdən sonra Millətlər Cəmiyyətinin Ali Şurası tərəfindən
1919-cu il yanvarın 30-da Osmanlı imperiyasının keçmiş ərəb mülkləri üzərində mandatlıq
sisteminin tətbiq edilməsini özündə ehtiva edən nizamnamə təsdiq edilərək Versal sülh müqa-
viləsinin preambula hissəsinə əlavə edildi. Hicaz höküməti də müttəfiqlərin cərgəsində konf-
ransa dəvət olunmuş və ona bu müqaviləni imzalamaq təklifi edilmişdir. Lakin Hicaz müttə-
fiqlərlə aparılan danışıqlarda və bağlanılan müqavilədə mandatlıq sistemi məsələsinin qeyd
edilməməsini əsas gətirərək onu imzalamaqdan imtina etdi. Hüseynin bütün etirazlarına
baxmayaraq bu nizamnamə əsasında bəhs olunan mandatlıq sistemi 1920-ci ilin aprelin 18-26-
da Antanta dövlətlərinin Ali Şurasının San Remoda keçirilən konfransında öz təsdiqini tapır
(17, 163-164).
Beləliklə, qeyd olunan məsələləri yükunlaşdırsaq belə bir nəticəyə gəlmiş olarıq ki,
Hicaz üsyanı ümumərəb milli mənafeyinin bərqərar olunması baxımından bəslənən ümidləri
doğrultmadı. Ərəblər tam olaraq öz ərazilərində müstəqilliklərini qazana bilmədilər. Hicazda
üsyanın qalxmasına və inkişaf dinamikasına yaxından köməklik göstərən Böyük Britaniya öz
mənafeyinə uyğun şərif Hüseynə tam olaraq müəffəqiyyət qazanmağa mane oldu. Bu sonda
Yeni dövr 97
Tarix və onun problemləri, № 1 2013
onun özünə məlum oldusada artıq çox gec idi. Lakin, üsyan növbəti mərhələdə mandatlıq
sisteminə qarşı baş verəcək ərəb milliyətçi hərəkatlarına öz müsbət təsirini göstərmişdi.
ƏDƏBİYYAT
1.
Armaoğlu F. 20.yüzyıl siyasi tarihi (1914-1980). Ankara: Tisa matbaası, 1984, 851s.
2.
Hülagü M. İngilizlerin Hicaz isyanına maddi yardımları // Belleten dergisi, 1995, cilt 59,
sayı 225, s.429-445
3.
Doğru D. I dünya harbi sırasında Şerif Hüseynin siyasi faaliyetleri // Sosial Bilimler
Dergisi, 2001, cilt 2, sayı 2, s.51-57
4.
Саид А. Восстания арабов в XX веке. Москва: Прогресс, 1964, 346 с.
5.
Лазарев М.С. Крушение турецкого господства на Арабском Востоке(1914-1918).
Москва: Наука, 1960, 244 с.
6.
Шевелев Д.Л. Переписка Мак-Магона-Хусейна 1915-1916 гг. и вопрос о Палес-
тине: документы и материалы. Москва: Росспен,2008, 216 с.
7.
Clevelend W.L, Bunton M. A History of the modern Middle East. Boulder: Westview
Press, 2009, 609 p.
8.
Soy B. Arap milliyetçiliği: ortaya çıkışdan 1918`e kadar // Bilig dergisi, 2004, № 30,
s.173-201
9.
Шевелев Д.Л. Переписка Мак-Магона-Хусейна 1915-1916 гг. и вопрос о
Палестине: документы и материалы. Москва: Росспен,2008, 216 с.
10.
Hülagü M. İngilizlerin Hicaz isyanına maddi yardımları // Belleten dergisi, 1995, cilt 59,
sayı 225, s.429-445
11.
Саид А. Восстания арабов в XX веке. Москва: Прогресс, 1964, 346 с.
12.
Medine kahramanı:Fahrettin paşa / (http: // www.oguzkoroglu.com)
13.
Луцкий В.Б. Новое история арабских стран.Москва:Наука,1966,355 с.
14.
Луцкий В.Б. Новое история арабских стран.Москва:Наука,1966,355 с.
15.
The Great Arab Revolt / (http://www.kinghussein.gov.jo/his_arabrevolt.html)
16.
Лазарев М.С. Крушение турецкого господства на Арабском Востоке(1914-1918).
Москва: Наука, 1960, 244 с.
17.
Clevelend W.L, Bunton M. A History of the modern Middle East. Boulder: Westview
Press, 2009, 609 p.
ВАСИФ НАБИЕВ
магистр БГУ
ХИДЖАЗКОЕ ВОССТАНИЯ
Крах Османской империи породил у арабов иллюзии относительно того, что Вели-
кобритания выполнит свои обещания, данные Шарифу Хусейну. В ожидании этого Ху-
сейн ибн Али объявил себя королѐм, претендуя на объединение под своей властью всех
бывших арабских провинций Османской империи. Однако ему не удалось этого сделать
даже в пределах Аравии, не говоря уж о прочих регионах, которые Великобритания и
Франция предназначли разделить между собой в соответствии с соглашением Сайкса-
Пико.
98
Yeni dövr
Tarix və onun problemləri, № 1 2013
VASIF NABIYEV
Master of BSU
HIJAZ REVOLT
The collapse of the Ottoman Empire has created the illusion of the Arabs that the UK
will meet its promises to Sharif Hussein. In the meantime, Hussein ibn Ali proclaimed himself
king, claiming the union under his rule all former Arab provinces of the Ottoman Empire. But
he was unable to do so even within Arabia, not to mention other regions that Britain and
France intended to divide among themselves in accordance with the Sykes-Picot agreeme.
Rəyçilər: t.ü.f.d. A.Bağırova, t.e.d.A.Ə.Məmmədov
Bakı Dövlət Universiteti, Asiya və Afrika ölkələri tarixi kafedrasının 07.12.2012-ci il
tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (№02).
Dostları ilə paylaş: |