Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

 

33 


MÜƏLLİFDƏN: 

Diri-diri  basdırılmış  «meyiti»  ölü  bilib  məzardan  çıxarılmasının  müxtəlif 

səbəbləri  ola  bilər.  Məsələn,  tutalım,  qəbir  yerini  başqasına  satıblar,  bu  sahibsiz 

meyiti də maşınla aparıb kürədə yandıracaqlar.  

Yaxud hələ sağlam qalmış orqanlarını satmaq üçün, ya qızıl dişlərini çıxarmaq 

üçün  bu  əməliyyata  qurşanıblar.  Bəlkə,  hansı  düşmənisə  dirisiylə  bacarmayıb, 

ölüsündən  bu  sayaq  qisas  almaq  istəyib...  Ola  bilsin  ki,  qəbirqazanın  albinoslar 

haqqında dedikləri də cəfəngiyyat sayılmamalıdır, ola bilsin hardasa belə bir söhbət 

eşidib, əməlli-başlı qanmayıb.  

Bəlkə də, bəzi inanclara görə, insan beynində yerləşən üçüncü gözün  - bəsirət 

gözünün olub - olmamasını elmi cəhətdən araşdırmağa cəhd edirlər.  

Müəllif bu ya buna bənzər başqa səbəblər də tapa ya uydura bilərdi, amma bu 

versiyaların heç biri süjetin irəlidəki inkişafı üçün önəmli deyil. Müəllif üçün vacib 

olan diri - diri yer altına gömülmüş insanın oyandığı zaman keçirdiyi halların təhlili 

və  möcüzəvi  şəkildə  sağ  qalıb,  «xortlayıb»,  qəbirdən  çıxan  «ölünün»  onun  kim 

tərəfindən qətlə yetirildiyini bilmək üçün axtarışlar aparmasıdır.  

 

DÖRDÜNCÜ FƏSİL 



QEYB OLMUŞ QARAJ 

 

“Məgər  kiminlə  danışdığımı  bilmirəm?  Sənə  demək 



istədiyimi  sən  artıq  bilirsən,  bunu  gözlərindən  oxuyuram. 

Sirrimi  səndən  gizləyə  biləcəyəmmi?  Bəlkə,  sən  bu  sirrimi  öz 

dilimdən  eşitmək  istəyirsən?  Onda  bil:  Biz  səninlə  yox, 

Onunlayıq”.  

 F. M. DOSTOYEVSKİ,  

«Karamazov qardaşları»  

 

“Əgər  göz  yaddaşı  pozulmasaydı  psixoloji  korluq,  yəni 

gördüyün  obyektləri  tanımamaq  kimi  bir  fəsad  da  olmazdı. 


 

34 


Göz  yaddaşının korşalması psixoloji korluğa  səbəb olur.  Bəzi 

insanlar  nəsnələri  daxili  baxışla  görürlər,  amma  açıq  gözlə 

onları tanıya bilmirlər”.  

 ANRİ BERQSON, 

fransız filosofu, «Yaddaş və beyin»  

 

Süpürgəçi Dadaş hövlnak evinə gəldi, əl-üzünü yumamış: 



-Arvad, tez bir çay, - dedi, - sənə elə şey danışacam ki, tüklərin biz-biz olacaq.  

Kiçikxanım piltənin yanında çay dəmləyənə qədər Dadaş kişinin səbri çatmadı, 

arvadının dalıycan mətbəxə gəldi.  

- Bizim bu həyətdə, tualetin yanında qaraj var ha...  

- Orda, bəyəm, qaraj var? - deyə xəbər aldı arvadı. 

- Var, var, tualetin o yanında. Mən də indiyəcən görməmişdim. Həyətə girəndə 

görünmür.  

- Var, var da... nə olsun?  

- Qulaq as, bu yuxarıdakı qonşumuz var ha...  

-Hə... Sözünün canını de. 

-Bu günnərsi maşını sürüb gəldi o qarajın qabağına.  

-Onun, bəyəm, maşını var?  

- Varmış demə. 

- Yaxşı, nə olsun? Var, var da...  

-Düşdü  maşından,  qarajın  qapısın  açdı.  Mən  də  o  vaxt  elə  oraları  süpürürdüm. 

Gözucu baxdım qarajın içinə. Nə görsəm yaxşıdı?  

-Nə gördün, de da, ürəyimizi üzmə.  

Dadaş arvadının süzdüyü çaydan bir qurtum içib: 

-Gördüm ki ...  

-Həəə...  

-Gördüm qarajın bir tərəfinə cürbəcür aparatlar düzülüb. Özü də heç yerdə, heç 

kinoda da belə aparatlar görməmişdim - dürbündü, projektordu, nədi, iri şüşələr olur 

e... ona nə deyirlər?  



 

35 


-Hansı şüşələr?  

-Nə bilim, kitab oxuyanda alimlər baxırlar e...  

- Mikroskop?  

- Nə? Ulduzlara da onunla baxırlar?  

-Yox, o teleskopdu. Yaxşı, nə olsun?  

-Hər tərəfdə irili - xırdalı güzgülər.  

-Kişi, deyən sənin işin-gücün qurtarıb. Güzgü güzgüdür də.  

-Dayan,  sözümü  kəsmə,  -  çaydan  bir  qurtum  da  içdi.  -  Güzgülərin  altında, 

üstündə,  böyründə  böyük-balaca  göz  müncuqları  asılıb.  Sən  televizor  alanda  birin 

alıb asmışdıq e üstündən. 

-Yəqin, o da asıb ki, maşınına göz dəyməsin də. Zaqraniçnı maşındı?  

-Mən  nə  bilim,  maşın  maşındı  da...  evimizdə  bişməyib,  qonşudan  gəlməyib... 

Dayan, pəstəha hələ qabaqdadı.  

- Oyunun olsun, kişi, bir kəlmə söz deyincə ürəyimizi çəkdin...  

- Otur görüm stula, yıxılmayasan.  

-...  


-Maşından bir torba çıxardı, torbanın ağzını açdı, yalançılar sözü olmasın, qaraja 

əlli-altmış sıçan buraxdı.  

-Nə? - bu səfər Kiçikxanımın doğrudan ağzı açıq qaldı.  

-Nə danışırsan, kişi, bəlkəm dəlidi?  

Dadaş söhbətinin arvadına belə təsir etməsindən məmnun qalmışdı.  

-Bəli, - dedi, - balaca-balaca sıçanlar.  

-Bəs sonra neylədi?  

-Sonrasın görə bilmədim, tez bağladı qarajın qapısını.  

-A kişi, - dedi Kiçikxanım, - bəlkəm orqanlara xəbər eləyəsən, sonra şipion-zad 

olar, bəlkə, sıçanların əliylə camaatımızı qırmaq istəyir.  

-Boş-boş danışma arvad, sıçanın əli olur?  

-  Əli  yox, ayağı  olsun. Bəlkəm, camaatımıza  bu  sıçanların  vasitəsiylə  xəstəlik-

zad yoluxdurmaq istəyir başı batmış.  



 

36 


- Yaxşı, nə deyirsən, arvad, indi neyləyək bu işi. Bəlkəm, sən demiş, doğrudan 

şifyon zaddı, adamlarımızı zəhərləmək istəyir. Yoxsa bu qədər sıçan nəyinə gərəkdi?  

- Özü də hardan yığıb bu qədər sıçanı e... Yox, sən hökman çatdır böyüklərə bu 

məsələni.  

- Bu gün daha gecdi, sabah gedərəm hara lazımdı, ora.  

 Bütün  gecə  ər  də,  arvad  da  qarışıq  yuxularında  siçanları  görürdülər,  siçanlar 

pəncərədən içəri girərək evlərinə doluşmuşdular.  

Siçan  Kiçikxanımın  üzünü  cırmaqlayanda  (yuxuda,  əlbətdə)  qışqırıb  yerindən 

sıçradı.  

-A kişi, dur, atan-anan behiştlik. Tez ol, hara lazımdı xəbər elə, sonra başımıza 

iş açarlar...  

Dadaş kişi tələsik geyindi. Heç çay içib çörək də yemədi, həyətə düşdü. Həyətə 

çıxanda  tərs  kimi  qabağına  qəribə  qarajın  yiyəsi  çıxdı.  Süpürgəçiyə  uzun-uzun  elə 

zəndlə  baxdı  ki,  elə  bil  onu  ilk  dəfə  görürdü,  heç  salamını  da  almadı,  çevrilib 

uzaqlaşdı.  

Dadaşın yadına düşdü ki, çay içməyib, çörək yeməyib. Təzədən evinə qayıtdı.  

Kiçikxanım: 

-Getdin? -deyə soruşdu 

-Hara getməliydim ki?  

-Demirdin böyüklərin yanına gedəcəm? 

-Böyüklərin yanında nə işim var?  

-A kişi, dünənnərsi demirdin ki, böyüklərin yanına gedib əhvalatı danışacam? 

-Hansı əhvalatı, ay arvad, nə hətərən-pətərən danışırsan.  

-Hətərən-pətərən danışan sənsən, o siçan əhvalatın danışan sən deyildin?  

-Nə siçan, arvad, başına at təpib?  

-Day  sənə  sözüm  yoxdu.  Dünənnərsi  töyşüyə-töyşüyə  gəldin  ki,  yuxarıdakı 

qonşumuz qarajına siçanları doldurub. Mən də bütün gecə yuxuda siçan görmüşəm.  

- Arvad, vallah, sənin başına soyuq dəyib. Bir çildağa get.  

- Çildağa sən gedəsisən, kişi. Dünənnərsi sən deyildin cürbəcür nağıllar danışan, 

bir torba siçan, flan.. nə bilim daha nə? 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə