Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

 

50 


-Xımrad deyilən yerdən bir fəvvarə fışqırır, saatını onunla qura bilərsən, düz hər 

saatdan  bir,  əqrəb  əqrəb  üstünə  gələndə  yerdən  göyə  qaynar  su  fışqırır.  Bu  sizin 

Soyuq bulaq deyil e, Zeynal, elə bil yerin dibində birisi oturub saatla suyun yer üzünə 

çıxmasını idarə edir. Bu möcüzə deyil, nədi?  

Möhsün söhbətləriylə məni elə ovsunlamışdı ki, ilk fürsətdə heç vaxt olmadığım 

bu  əfsanəvi  diyara  baş  çəkmək  istəyirdim.  Amma,  doğrusu,  məni  Xımrıd 

çağlayanından və Gəmiqayadan daha artıq, Möhsünün dilindən düşməyən Diri Baba 

cəlb edirdi. Mərəzədə Diri Baba türbəsini görmüşdüm.  

Bu barədə el arasında gəzən əfsanəni də eşitmişdim; guya ki, Diri Baba mömin 

bir  övliya  imiş,  vəfat  edir,  basdırırlar,  səhərisi  gün  gəlib  görürlər  ki,  həmin  bu 

türbəsində  dip-diri  namaz  qılır.  Adı  da  o  vaxtdan  Diri  Baba  qalır.  Belə  bir  söhbəti 

Dərbənddə də eşitmişdim. Dərbənddə məşhur Qırxlar qəbiristanlığı var, qırxlar qırx 

islam  şəhididir  ki,  başlarını  kəsiblər.  Sonra  cəsədlərini  arabalara  yığıb  məzarlığa 

aparanda  bir  də  görüblər  ki,  qırxı  da  sap-sağlam,  at  belində,  arabaların  qabağında 

çapır.  Bir  vaxtlar  ölümdən  sonra  həyat,  ölüb  dirilmək  məsələləriylə  çox 

maraqlanırdım, bu əfsanələri də özümçün nağıl kimi yox, gerçəklik kimi izah etməyə 

çalışırdım.  Naxçıvandakı  Diri  Baba  haqqında  söhbətlər  də  məni  ilk  öncə  elə  adına 

görə cəlb etdi. Kim idi bu adam, niyə ona DİRİ deyirdilər? Məsələ ondaydı ki, heç 

Möhsünün özü də onu görməmişdi, ancaq haqqında söylənənləri eşitmişdi.  

Deyilənə görə, o da övliya, pir imiş və 150 yaşı varmış. Necə deyərlər, Nadiri 

taxtda gorüb, Qacarı qundaqda...  

Möhsün  etiraf  edirdi  ki,  Diri  Baba  haqqında  söhbətləri  əsasən  atasından  və 

babasından  eşidib,  amma  onların  heç  özləri  də  görməyiblər  onu.  Deyilənə  görə, 

Xaraba Gilan deyilən qədim şəhərin viranələrində bir hücrədə tək-tənha yaşayırmış. 

Nə yeyirmiş, nə içirmiş,  - heç kəsin xəbəri yoxmuş. Yalnız bir nəfər, bircə nəfər,  - 

onun  da  yaşı  doxsanı  çoxdan  ötmüşdü,  -  ayda  bir  dəfə  Diri  babanın  ziyarətinə 

gedərmiş.  Onun  məsləhətlərini,  tövsiyyələrini  camaata  çatdırarmış.  Bəziləri  elə 

güman edirmiş ki, ümumiyyətlə, belə bir adam yoxdu, əfsanədi, nağıldı, kimsə bunu 

hansı səbəbdənsə uydurub camaat arasında yayıb. 

Möhsünə dedim ki, Naxçıvana yolum düşsə mütləq onunla görüşməliyəm.  




 

51 


Zeynal dərhal: 

- Ay hay - dedi - Diri Baba elə yüz əlli il oturub səni gözləyirmiş.  

Amma qəribə də olsa, Möhsün bu istəyimə daha ciddi yanaşdı. İş elə gətirdi ki, 

Universitetlərlə mübadilə sazişinə görə, məruzə etməkçün Naxçıvana getməli oldum. 

Əvvəlcə Möhsünün mənə qoşulmaq fikri yoxdu.  

-Bax,  -  dedim,  -  Mirzə  Cəlil  rəhmətliyin  Qurbanəli  bəyi  kimi  elə  hey  məni 

qonaq çağırırdın, indi mənimlə getməsən, adını Qurbanəli bəy qoyacam.  

Bir  az  nəm-num  edəndən  sonra  Möhsün,  demə,  elə  bir  himə  bəndmiş  kimi, 

razılaşdı və Zeynal da, təbii ki, can-başla bizə qoşuldu.  

Uzun  sözün  qısası,  ilıq  bir  sentyabr  günündə  Naxçıvana  uçduq.  Möhsün, 

doğrudan da, çox qonaqpərəst imiş. Özü də, maşallah, xeyli qohum-qardaşı varmış, 

bu  gün  bu  evdə  ziyafət,  sabah  başqa  yerdə...  Xalxal  meşəsi,  Batabat,  Ordubadın 

bağları, nehrəmlilərin xüsusi mehribançılığı... Ömrümdə ilk dəfə daddığım təamlar - 

Ərzuman küftəsi, soğan dolması, ballı qayğanaq... Amma mənim fikrim-zikrim Diri 

Babanı  görmək  idi.  Bunun  bir  yolunu  tapmalıydım.  Möhsün  yazığın  zəhləsini  o 

qədər  tökürdüm  ki,  deyəsən,  ümumiyyətlə,  bu  Diri  Baba  söhbətini  mənə 

danışmağından  peşman  olmuşdu.  Amma  mən  də  əl  çəkən  deyildim.  Oxu  atmısan, 

yayı gizlətmə. Belə mistik əhvalatlar həmişə məni qeyri-adi cazibə qüvvəsiylə özünə 

çəkirdi,  qəribə,  özümün  də  tam  dərk  edə  bilmədiyim  hallara  düşürdüm.  Xəstəlik 

kimiydi bu, mütləq istədiyimi bulub şəfa tapmayınca sakit olmayacaqdım... O qədər 

inad elədim ki, axırda bir vasitəçi vasitəsiylə o biri vasitəçiyə, onun vasitəsiylə başqa 

birisiylə əlaqə yaradıb, belə ötürə-ötürə gəlib o doxsan yaşlı adama çıxdıq.  

Nə  görkəmində,  nə  hərəkətlərində,  nə  danışıqlarında  heç  bir  qeyri-adilik, 

qəribəlik yoxdu. Haçansa gəncliyində sürücü işləyib. İyirmi ildi təqaüdə çıxıb, yaşı 

da doxsan yox, cəmisi 82 idi.  

Yalnız tək bir qəribəlik oldu. Məni görəndə diqqətlə üzümə baxıb: 

 - Deyəsən, səni hardasa görmüşəm, - dedi.  

Məlum oldu ki, ömrü boyu Naxçıvandan çıxmayıb,  mən də ilk dəfə gəlmişəm 

bura, məni harda görə bilərdi?  

Bir qəribə sual da verdi: 




 

52 


-Yanında şəklin var?  

-Pasportumdakı şəklimdən başqası yoxdu yanımda.  

-O tində fotoqraf Mürsəl var, ver böyütsün.  

Bunun  nəyə  gərək  olduğunu  bilmədən,  hər  halda,  dediyinə  əməl  etdim,  şəkli 

böyütdürdüm.  

Şəkli  aldı,  uzun  zaman  baxıb  cibinə  qoydu.  Heç  nə  demədi  və  heç  nə  boyun 

olmadı.  

Bakıya  qayıtmağıma  iki  gün  qalırdı.  Daha  Diri  Babanı  görəcəyimə  heç  bir 

ümidim qalmamışdı.  

Axırıncı  gün  Möhsüngilin  güllü-çiçəkli  həyətlərində  kömürlü  samovardan 

süzdükləri  pürrəngi  çayı  içərkən  -  axır  ki,  Möhsün  çaya  çay  deməyə  öyrənmişdi  - 

darvaza döyüldü. 

Şəklimi cibinə qoyan qoca gəlmişdi. Məni qırağa çəkdi, pıçıltıyla qulağıma: 

-Sabah Diri Babanın ziyarətinə aparacam səni, - dedi, - amma heç kəs bilməsin.  

- Axı, sabah tezdən Bakıya uçuram.  

-Biletini  dəyiş.  Belə  fürsət  yüz  ildə  bir  düşər.  Amma  məbadə  kiməsə  bir  şey 

deyəsən.  

-Bəs mən Möhsüngilə nə deyim, niyə bileti qaytardım, səninlə hara gedirəm.  

-Narahat olma. Onlar heç nə hiss etməyəcək. 

 

SƏKKİZİNCİ FƏSİL 



DİRİ BABA VARMIYDI, YOXMUYDU? 

 

“Bəziləri elə zənn edirlər ki, sufilərin gizli bir qüdrəti var, 



bəzən  hətta  danışırlar  ki,  sufilər  bir  baxışla  kimləri  isə  ağır 

mərəzdən sağalda ya həyatını dəyişə bilir”.  

 İDRİS ŞAH. «Sufizm» kitabından  

 

“Dzen - mistikdir - ayrı cür ola da bilməzdi, ona görə ki, 

dzen Şərq mədəniyyətinin təməlidir. Məhz bu mistisizm Qərbin 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə