Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

 

44 


Əhliman nədənsə qəhərləndi, gözləri yaşardı. İçindən ağlamaq gəlirdi. Bu gecə 

22 yaşında axır ki, kişi olmuşdu. Ürəyində bir təlaş da oyanmışdı. Bəlkə bu, məkrli 

bir  oyundur.  Bəlkə,  bu  qızı  ona  ərə  vermək  niyyətləri  var.  Bəlkə,  qız  «uşağa 

qalmışam»  deyib  onu  şantaj  edəcək.  Ya,  bəlkə,  iraq-iraq,  ona  bir  xəstəlik 

yoluxduracaq...  Gecədən  yadında  qalan  ağrı  dolu  bir  həzzdi,  amma  qızın  sifəti 

yadında qalmamışdı. Heç adını da bilmirdi.  

Tanış olanda niyə adını söyləmədi? Bəlkə, bu da konspirasiya üçündü. Nə adı, 

telefonu, nə ünvanı... Elə bil heç yoxmuş, Əhlimanın gözünə görünüb ... Şampanın 

ya şampana qatılan hansısa həbin təsirindəndir bütün olanlar, gerçək deyildi, xəyalən 

təsəvvür olunmuş əlaqəydi. Amma əzik-üzük döşək, mələfənin üstündə ləkələr real 

idi  axı...  Əhliman  doğrudan  doğruya  çarpayıdan  durub  tualetə  getməli,  bayıra 

çıxmalı, əl-üzünü yuyub paltarını geyinməliydi.  

İnstituta girər-girməz Sədi elə qapıda onu gülə-gülə qarşıladı: 

-Necəsən,  karanoy?  -  dedi,  -  razı  qaldın?  Gördün  də,  lələşün  havayı  söz 

danışmır.  

Əhliman qıp-qırmızı qızardı, heç nə demək, bunu müzakirə etmək istəmirdi.  

Amma  ona  elə  gəlirdi  ki,  dünən  gecəki  vaqiədən  hamının  xəbəri  var  və  indi 

tələbələr  də,  müəllimlər  də  ona  ayrı  gözlə  baxırlar.  İstehzayla  baxan  kim, 

məzəmmətlə baxan kim, rəğbətlə baxan kim, hətta həsədlə baxanlar da var ... Ya ona 

elə gəlirdi.  

Yox,  deyəsən,  zənnində  yanılmırmış.  Nədənsə  ondan  xoşu  gəlməyən  Firuz  bu 

səfər yanından keçərkən göz vurub qulağına pıçıldadı: 

-Da... da... - və şaqqanaq çəkib güldü.  

Əhliman  diksindi.  Deməli...  deməli  nə?  Bunu  heç  ağlına  gətirmək  istəmirdi. 

Axır dözmədi, Sədini bir qırağa çəkib: 

- O qız, - deyə sözə başlamaq istəyirdi ki, Sədi bic-bic gülümsündü. 

-Nədi, xoşun gəldi? Yenə istəyirsən?  

- Yox, - dedi və deyən kimi dərk etdi ki, bu «yoxu» cürbəcür anlaşıla bilər. - Sən 

bu barədə Firuza bir şey demisən?  

-Firuza? Yox, nədi ki..  




 

45 


-Firuz o qızı tanıyır?  

-Onu kim tanımır ki...  

Ani tərəddüddən sonra soruşdu:  

- Sən də olmusan onunla?  

Sədi güldü: 

-Nə  işinə?  Yoxsa  aşiq  oldun  ona?  Çox  bilsən,  tez  qocalarsan.  Mənə  qulaq  as. 

İşində ol. İstəsən sizi yenə görüşdürrəm. Amma bizdə yox, ayrı yerdə, atamgil sabah 

bağdan gəlir. - Sonra dünyanın hər üzünü görmüş ağsaqqal sayağı məsləhət verməyə 

başladı.  -  Dünya  beş  gündü,  kefini  çək,  ayrı  məsələlər  nə  borcuna?  Beyninə  salma 

heç nəyi.  

O gündən Əhliman özünə söz verdi ki, tövbə, bir də heç vaxt, heç bir qadınla 

əlaqəsi olmayacaq. Yenə kitablarla xilas olacaq.  

Amma  aylar  keçdikcə  vədinə  əməl  etmək  çətinləşirdi.  İstər-istəməz  o  gecənin 

ləzzəti  bədən  yaddaşına  hakim  kəsilmişdi.  Həyatına  üç-dörd  başqa  qadın  da  daxil 

oldu,  ailə  qurmaq  fikri  yoxdu,  bütün  qadınlara  pis  gözlə  baxırdı,  az  qala  hamısını 

əxlaqsız, satılmış sayırdı. Bir həftə, on gün əlaqədə olduğu qadınlardan da şəhvətdən 

başqa  heç  nə  ummurdu.  Nə  sevgi,  nə  nəvaziş,  nə  etibar...  Dünən  ağuşuna  aldığı 

qadının sabah öldüyünü eşitsəydi, vecinə olmazdı. Qəribə o idi ki, Əhlimanla əlaqədə 

olan bu qadınların hərəsi bir bəlaya düçar olurdu. Ərli bir qadın Əhlimanla on  gün 

yaşayandan sonra qəza nəticəsində beş yaşında uşağını itirdi.  

Ağlaya-ağlaya: - mənim günahlarımın nəticəsidir, - deyirdi, - qarşıma çıxdı.  

Başqa  bir  qadın  Əhlimanla  ən  uzun  -  yarımaylıq  yaxınlıqan  sonra  xərcəng 

xəstəyinə  tutuldu,  iki  ayın  ərzində  əriyib  getdi.  Üçüncü  qadın  mühasib  işləyirdi, 

dələduzluq üstündə 5 il həbs cəzasına məhkum edildi.  

Dördüncü qadın... dördüncü qadın yoxdu.  

Daha  doğrusu,  vardı,  amma  Əhlimanın  olmadı...  Yaxınlıq  etdiyi  qadınların 

faciəvi  aqibəti  Əhlimanı  ürküdürdü.  Bu  bəlalalara  məhz  ondan  ayrılandan  sonra 

düçar olduqlarını bildiyi üçün daha heç kəsi bədbəxt etmək istəmirdi.  

Sən saydığını say, gör fələk, ya qədim yunanların Kupidon aldandırdıqları sevgi 

mələyi başına nə tələ qurur.  




 

46 


Əgər  doğrudan  da  ilk  baxışdan  aşiq  olmaq  mümkündürsə,  Əhliman  Rübabəni 

birinci  dəfə  görən  kimi,  «bu  qadın  mənim  olmalıdır,  hökman  da  mənim  olacaq»,  - 

deyə  düşündü.  Rəssam  Pərvizin  sərgisində  tanış  olmuşdular.  Rübabənin  rəssama 

qohumluğu çatırdı. Rəssam Əhlimanın portretini çəkmişdi, qəribə portret idi, ona ani 

baxan  kimi  adamın  ilk  nəzərinə  çarpan  iri  gözləri  idi.  Rəssam  çəkdiyi  portretin 

qarşısında onları tanış edəndə:  

-Rübabə xanım bibim qızıdır, - dedi, - Əhliman müəllim də modelim. 

Rübabə: 


-  Gözəl  portretdir,  -  dedi,  -  amma  Pərviz  gözlərinizin  ifadəsini  dəqiq  verə 

bilməyib. 

Pərviz: 

-Düşmən  ocaq başında olar,  - deyə  onun sözlərini zarafata  saldı,  -  nə  ifadə  var 

ki, gözlərində, verə bilməmişəm?  

Rübabə Əhlimanın düz gözlərinin içinə - portretdə yox, həyatda, real gözlərinə 

baxaraq: 

-  Çox  qorxunc  gözləriniz  var,  -  dedi.  -  Bir  az  sirli,  bir  az  məşum,  biz  az 

təhlükəli...  Əhliman  bu  sözlərin  fərqinə  varmadan  Rübabənin  boynuna  baxırdı; 

saçlarını  təpəsinin  üstünə  yığmışdı,  uzun  boynu  tamamilə  açıq  qalmışdı  -  «durna 

boyu» sözləri gəlmişdi ağlına.  

Yaşıl  lopa-lopa  paltarının  dərin  dekoltesindən  iri  döşləri  sezilirdi.  Çox-  çox 

illərdən  sonra  Əhliman  yenidən  bir  qadına  şəhvət  və  istək  dolu  bir  hiss  keçirirdi, 

amma  bu  səfər  bu  duyğulara  bir  nəvaziş  ehtiyacı  da  qatılırdı.  Rübabəni  gözləriylə 

soyundururdu,  əlləri  boynunu,  çiyinlərini,  sinəsini  tumarlaya-tumarlaya,  sıxcalaya-

sıxcalaya  bədənində  gəzirdi.  Düm-düz  hamar  kürəyiylə  aşağı  sürüşürdü,  bu  dolu 

əndamlı qadını lüt soyundurub yatağa uzandırırdı, boynunu öpüşlərə qərq edirdi. İlk 

seksual  təcrübəsindən  qalan  peşmançılıqla  deyil,  sonralar  qazandığı  sevişmək 

məharətiylə kam verib, kam alırdı. Rübabənin iri ala gözlərinin düz içinə baxırdı, bu 

gözlərdə də, aralanmış dodaqlarında da ağrı görürdü, bu şəhvət anlarının ağrısıydı və 

bu ağrı hər ikisini həzzin zirvəsinə aparırdı.  




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə