Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə148/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   144   145   146   147   148   149   150   151   ...   158

315 
 
müəyyənləşdirilməsi,  mənşəyinin  və  inkişaf  yollarının  tədqiqi  XX  əsr  dilçiliynə 
aiddir. 
Dilimzin  hərbi  leksikasında  beynəlmiləl  hərbi  terminlər  xüsusi  əhəmiyyət 
daşıyır.Dünyanın əksər dillərində olduğu kimi, Azərbaycan dilində də beynəlmiləl 
terminlər  ümumi  mənasına  və  formasına  görə  fərqlənməyərək,  dilin  leksikoloji 
qatında  özünə  spesifik  bir  yer  tutmaqla  müxtəlif  sistemli  dillərin  qarşılıqlı 
əlaqəsinin və zənginləşməsinin əsas göstəricilərindən biri kimi özünü göstərir. Bu 
mənada,beynəlmiləl  hərbi  terminlərin  dilimizə  keçməsi,  formalaşması,  ayrı-ayrı 
hərbi məhfum və anlayışların beynəlmiləl xarakterli dil vahidləri ilə ifadə olunması 
bir  tərəfdən  dilimizin  hərbi  terminologiyasında  funksionallığın  effektivliyini 
şərtləndirirsə,  digər  tərəfdən  onun  beynəlxalq  dil  ailəsinə  inteqrasiya  etməsini 
asanlaşdırır. 
Digər  dillərdə  olduğu  kimi,  Azərbaycan  dilində  də  bütöv  leksik  vahidlərlə 
yanaşı,  yunan  və  latın  mənşəli  beynəlmiləl  formantların  işlənməsi  və  bu 
formantların  da  əksəriyyətinin  Qafqaz  arealındakı  dillərə  rus  dili  vasitəsilə  daxil 
olması  tədqiqatçıların  əksəriyyəti  tərəfindən  qəbul  olunmuş  bir  tarixi  həqiqətdir. 
“Tədqiqatçıların  böyük bir qrupu iddia edir ki, rus dilinin təsiri ilə latın və yunan 
mənşəli  formantlar  türk  dillərində  də  xüsusi  fond  əmələ  gətirmişdir”.
********
  
Azərbaycan  dili  terminoloji  baxımdan  rus  dili  vasitəsilə  Avropa  dillərinə  məxsus 
beynəlmiləl  səciyyəvi  terminlər  aldığı  kimi,  bunun  əksi  olan  dilçilik  faktını  da 
danmaq mümkün deyildir. Yəni rus dili də türk dillərindən bu və ya digər sahələrə 
aid söz və terminlər almağa məcbur olmuşdur ki, bu da müəyyən tarixi dövrlərlə və 
tarixi proseslərlə bağlı yaranan dilçilik hadisələrindəndir. 
Beynəlmiləl hərbi terminlərin əksəriyyətinin latın və fransız mənşəli olması 
və  onların  yayılma  arealının  genişliyi  müxtəlif  tarixi  səbəblərlə  bağlıdır.  Belə  ki, 
qədim  latın  dilinin  bütün  sahələrə  aid  terminoloji  vahidlərin  yaranmasındakı  rolu 
danılmaz  həqiqətdir.  Dilimizdə  işlənən  latın  mənşəli  beynəlmiləl  hərbi  terminlər 
semantik məna baxımından daha çox hərbi rütbə, peşə adları, avadanlıq, əməliyyat 
adları  və  s.  istifadə  edilən  vahidləridir.  Həmin  semantik  mənaları  bildirən  və 
beynəlmiləl səciyyə daşıyan general, mayor, hospital, qranat, distansiya, diviziya, 
aparat,  agent  və  s.  kimi  terminlər  bu  gün  də  dilimizin  hərbi  terminoloji  qatında 
işlənməkdədir. 
Hazırda  dilimizin  hərbi  terminologiyasında  istifadə  olunan,  aktiv 
işlədiləməsi  ilə  seçilən  və  artıq  beynəlmiləl  hərbi  termin  kimi  qəbul  olunmuş 
fransız  mənşəli  leksik  vahidlər  də  çoxluq  təşkil  edir.  Doğrudur,  bəzi  mənbələrdə 
fransız  və  latın  mənşəli  terminlər  qarışdırılır,  bu  və  ya  digər  hərbi  terminin 
müəyyən edilməsində fərqliməqamlara rast gəlmək olur. Bu isə təbii ki, fransız və 
latın dillərinin geneoloji qohumluğu və ortaq leksik elementlərinin çoxluğu ilə izah 
oluna bilər. Fransız mənşəli hərbi terminlər hərb işinin çox müxtəlif sahələrinə aid 
anlayışları  ifadə  edir  və  dilimizdəki  beynəlxalq  hərbi  terminlərin  çox  böyük  bir 
                                                           
********
Xəlilova S. İnternasional terminlər. Bakı, 1991, s.34. 


316 
 
qismini  əhatə  edir.  Ona  görə  də  dilimizdə  blokada,  bomba,  qarnizon,  parol, 
paraşüt, serjant, eşalon, ekipaj, desant, partizan, karabin, patrul və s. kimi onlarla 
fransız  mənşəli  beynəlmiləl  hərbi  terminlər  dilimizin  aktiv  leksik  qatının 
vahidləridir. 
Avropa  mənşəli  bir  çox  beynəlmiləl  terminlər  bəzən  ərəb-fars  mənşəli 
terminlərlə əvəz edilir. Lakin  bu proses dildə söz yaradıcılığı baxımından o qədər 
də  böyük  əhəmiyyət  kəsb  etmir.  Belə  ki,  dilimizdə  uzun  müddət  işlədilən 
beynəlmiləl 
səciyyəli 
aqressiya 
hərbi 
terminini 
təcavüz
diversiya 
termininitəxribatekipaj terminini heyət sözləri ilə əvəz etmək o qədər də effektli 
deyil. Çünki bu leksik vahidlərin hər biri alınmadır və belə müvazilik dildə ağırlıq 
yaradır. 
Dilimizin lüğət tərkibində yunan, latın və fransız mənşəli terminlərlə yanaşı 
beynəlmiləl səciyyəli ərəb mənşəli  admiral, alman mənşəli yefreytorraket, ingilis 
mənşəli  tank,  miçman,  snayper,  rus  mənşəli  zastava,  starşına,  polyak  mənşəli 
polkovnik, holland mənşəli matros, türk mənşəli kazakyeniçəri və s. terminlər də 
işlədilir.  Bu  terminlərin  dilə  daxil  olma  yolları  bir-birindən  fərqləndiyi  kimi, 
leksik-semantik məna qrupları və funksional fəallığı da bir-birindən seçilir. Leksik-
semantik məna baxımından bu sözlər hərbi terminologiyanın, demək olar ki, bütün 
sahələrini əhatə edə bilən vahidlərdir. Belə ki, onların böyük bir qrupu hərbi rütbə 
adları  (general,  polkovnik,  leytenant,  mayor, admiral), bir  qismi  hərbi  vəzifə  və 
peşə  adları  (adyutant,  partizan,  agent,  komissar,  desant),  bir  hissəsi  hərbi 
hissələrin  və  bölmələrin  adlarını  (qarnizon,  batareya,  diviziya,  polk),  digər  bir 
qismi  döyüş  texnikasını,  və  silah  adlarını  (raket,  blindaj,  anqar,  avtomat, 
pulemyot,  patron),  bir  hissəsi  isə  döyüş  əməliyyatı  və  tapşırıqlarının  adlarını 
(diversiya, marş, parad) bildirməyə xidmət edir. 
Milli  ordu  sahəsindəki  quruculuq  işləri  genişləndikcə  hələ  dil  vahidləri  ilə 
ifadə  olunmayan  və  buna  cəhd  edilməyən  bir  çox  hərbi  məhfum  və  anlayışların 
işlənmə  reallığı  da  artır,  bu  və  ya  digər  yeni  hərbi  fikirlərin  ifadə  olunma, 
qavranılma ehtiyacı yaranır. Bu zaman onların dil vahidləri ilə ifadə olunması üçün 
ənənəvi  olaraqöncə  dilimizin  milli  bazasına  müraciət  edilir.  Bu  mümkün 
olmadıqda  başqa  dillərin,  daha  çox  halda  isə  rus  dilinin  leksik  vahidlərinə  üz 
tutulur.  Belə  halda  dilimizin  lüğət  tərkibində  alınma  sözlərin,  eyni  zamanda 
beynəlmiləl  terminlərin  sayı  çoxalmağa  başlayır.  Bəzən  isə  Avropa  mənşəli 
beynəlmiləl  terminlər  daha  qədimdən  dilimizdə  işlənən  ərəb-fars  mənşəli  sözlərlə 
qoşa işlədilir və “əksər halda üstünlük ənənəvi sözlərə verilir” (İ.Qasımov).

Agent, 
adyutant,  diversiya  və  s.  vahidlər  müəyyən  dövr  ərzində  casus,  yavər,  təxribat 
sözləri  ilə  paralel  işlədilmiş,  sonra  isə  üstünlük  ikincilərə  verilərək  birincilərin 
sıxışdırılıb hərbi terminologiyadan çıxarılmasına səbəb olmuşdur. 
                                                           

Bizcə,  son  dövrlərdə  dilimzə  daxil  olan  Avropa  mənşəli  beynəlmiləl  terminlər  onların 
sinonimi  olan  ərəb-fars  mənşəli  sözləri  müəyyən  dərəcədə  sıxışdırmağa  başlayıb.  Bunu 
hərbi leksikaya adi etmək olar.
 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə