Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   ...   10   11   12   13   14   15   16   17   18

Qərib məzarlar
98
İren Melikoff 
Tanınmış türkoloq, elmlər doktoru, professor 
İren Melikoff 1917-ci ildə Petroqradda ziyalı ailəsin-
də dünyaya gəlib. Bolşeviklərin qələbəsindən sonra 
ailə Finlandiyaya köçüb, bir müddət sonra isə dai-
mi yaşayış yeri kimi Fransanı seçib. İren Melikoff 
Sorbonna Universitetinin ədəbiyyat fakültəsində 
təhsil alıb, Şərq dilləri üzrə mütəxəssis kimi tanınıb.
1941-ci ildə ailə quran İren milliyyətcə türk 
olan əri ilə Türkiyəyə köçüb, bir müddət ora-
da yaşadıqdan sonra yenidən Fransaya qayıdıb. 
1968-ci ildən taleyini Strasburq Universiteti ilə 
bağlayıb və uzun illər bu universitetin türk və 
fars dilləri kafedrasına rəhbərlik edib.
O, 1966-cı ildən «Turcica» adlı jurnal nəşr et-
məklə Fransa oxucularını türk xalqlarının tarixi, 
ədəbiyyatı və mədəniyyəti ilə yaxından tanış 
edib. Bu jurnalda Azərbaycan yazıçılarının əsər-
ləri də nəşr edilib. 
İren Melikoff dörd yüzə yaxın elmi 
məqalənin müəllifi olub, çoxsaylı kitablar 
nəşr etdirib. Türk araşdırmaları sahəsində 
səmərəli fəaliyyətinə görə 10 ali mükafat al-
mış alim Bakı Dövlət Universitetinin də fəxri 
doktoru olub.
1990-cı il yanvarın 20-də sovet qoşunlarının 
Bakıya yeridilməsinə etiraz olaraq Parisdə keçi-
rilən mitinqdə fəal iştirak edib.


Qərib məzarlar
99
Həmişə azərbaycanlı olmağı ilə fəxr edən 
İren xanım dəfələrlə Bakıda türkologiyaya dair 
konfranslarda iştirak edib. O, ulu öndər Heydər 
Əliyevlə yaxından tanış olub və türkologiyaya 
dair kitablarını Ümummilli Liderə bağışlayıb. 
Heydər Əliyev İren xanımın elmi fəaliyyətini 
yüksək qiymətləndirib.
İren Melikoff Strasburqda keçirilən təd-
birlər zamanı Prezident İlham Əliyevlə də 
görüşüb. 
O, 2009-cu ilin yanvarında 91 yaşında vəfat 
edib və yanvarın 14-də «rus qəbiristanlığı» kimi 
tanınan Sent-Jenevyev De Bua məzarlığında tor-
pağa tapşırılıb.
Dəfn mərasimində iştirak edən Azərbayca-
nın Fransadakı fövqəladə və səlahiyyətli səfiri 
Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyevin və xanımı Mehriban xanım Əliyevanın 
başsağlığını mərhumun ailə üzvlərinə və yaxın-
larına çatdırıb, mərhumun qəbri üstünə Azər-
baycan Prezidentinin adından əklil qoyulub. 
Məlumat üçün qeyd edək ki, anası rus oldu-
ğu üçün İren Melikoff provaslav xristianlığına 
etiqad edib. Lakin atasının müsəlman olduğu 
nəzərə alınaraq onun dəfnində bir gün müsəl-
man adəti üzrə «Quran» oxunub, o biri gün dəfn 
mərasimini provaslav keşişi idarə edib. Bu da bir 
taledir...


Qərib məzarlar
100
Tarix dərsliklərindən bəllidir ki, 1747-ci ildə 
Nadir şahın öldürülməsindən sonra Azərbaycan 
ərazisində yaranan kiçik feodal dövlətlərdən biri 
də Maku xanlığı olub. Xanlığın adı Cənubi Azər-
baycanda yerləşən Maku şəhərinin adı ilə bağlı-
dır. Bu xanlıq Xoy, Qaradağ, Naxçıvan və İrəvan 
xanlıqları ilə həmsərhəd ərazidə yerləşib. 1828-
ci ildə imzalanan Türkmənçay müqaviləsinə 
əsasən Maku xanlığı İranın tərkibində qalıb. 
Maku xanlığının nümayəndələri Makinskilər 
kimi tanınıb və bu nəslin bəzi davamçıları 1918-
ci ildə müstəqil Azərbaycan dövlətinin qurulma-
sında yaxından iştirak ediblər. 
1874-cü ildə İrəvanda dünyaya gələn Teymur 
xan Makinski əvvəlcə İrəvan gimnaziyasını, 
1916-cı ildə isə Varşava Universitetinin hüquq 
fakültəsini bitirib və Azərbaycan Xalq Cümhu-
riyyətinin qurucularından biri olub. O, əvvəlcə 
Zaqafqaziya Seyminin, sonradan isə Azərbaycan 
Milli Şurasının üzvü seçilib.
1918-ci ilin iyun-oktyabr aylarında Azər-
baycanın ədliyyə nazirinin müavini, oktyabrın 
20-dən dekabrın sonunadək Azərbaycan Cüm-
huriyyətinin Ermənistan hökuməti yanında 
diplomatik nümayəndəsi vəzifəsində çalışıb. 
1918-ci il dekabrın 26-dan 1919-cu il martın 
14-ə qədər Fətəli xan Xoyskinin 3-cü hökumət 
kabinəsində ədliyyə naziri vəzifəsini icra edib. 
1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına 
qədər Azərbaycan Hərbi Məhkəməsinin sədri,  
Tanıdığımız və tanımadığımız 
Makinskilər


Qərib məzarlar
101
Paşa xan Makinski


Qərib məzarlar
102
1920-ci ilin martından isə yenidən Azərbaycan 
Xalq Cümhuriyyətinin Ermənistan hökuməti ya-
nında diplomatik nümayəndəsi olub. 
Azərbaycan Cümhuriyyətinin süqutundan 
sonra 1920-ci il mayın 15-də İrəvandakı diplo-
matik nümayəndəliyin fəaliyyəti Ermənistan 
hökuməti tərəfindən dayandırılıb, diplomatik 
nümayəndəliyin başçısı olduğu zaman Zəngi-
basarda yaşayan soydaşlarımıza maddi yardım 
göstərdiyinə görə T.Makinskiyə qarşı Ermənistan 
prokurorluğu tərəfindən cinayət işi açılıb, lakin 
o, İrəvanı gizlicə tərk edərək mayın 28-də Tiflisə 
qayıda bilib.
Teymur xan Makinskinin sonrakı taleyi 
haqqında səhih məlumat yoxdur. 
Onun əmisi oğlu Abbasəli bəy Makinski 1888-
ci ildə İrəvanda doğulub. O da əvvəlcə İrəvan 
gimnaziyasında, 1909-1914-cü illərdə isə Kiyev 
Universitetinin hüquq fakültəsində təhsil alıb. Ali 
təhsil aldıqdan sonra Tiflis şəhərində yaşayıb və 
vəkillik fəaliyyəti ilə məşğul olub. 
1918-ci ildən sonra ermənilərin İrəvan quber-
niyasında azərbaycanlılara qarşı törətdikləri qır-
ğınlardan xəbər tutduqdan sonra bu şəhərə köçüb 
və soydaşlarımızın təhlükəsizliyini qorumaq işlə-
rində yerli ziyalılara yaxından kömək edib. Həmin 
illərdə Naxçıvanda da oxşar faciələr gözləndiyi 
üçün Abbasəli bəy Naxçıvana köçüb və orada Araz 
Türk Respublikasının yaradılmasında fəal iştirak 
edib. Sovet hakimiyyəti qurulduqdan sonra bir 
müddət Bakıda yaşayıb, Ədliyyə Nazirliyində mü-
vəkkil, Ərzaq Nazirliyində şöbə müdiri vəzifələrin-
də çalışıb, vəkillik fəaliyyəti ilə məşğul olub.
1922-1923-cü illərdə onun Türkiyədə diploma-
tik işdə çalışması barədə də məlumatlar var. 
Sonralar «Azərnəşr»də hüquq məsləhətçisi 
işləyən Abbasəli bəy Makinski 1938-ci ilin fevral 
ayında həbs edilib, həmin ilin mart ayında gül-
lələnib. Tarixçi Musa Quliyevin yazdığına görə, 
Abbasəli bəy haqqında hökmün icrası barədə akt 
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik 
Nazirliyində saxlanılır. 
1917-ci ildən sonra Rusiyada baş verən siyasi 
proseslər Makinskilər nəslinin nümayəndələrini 
dünyanın müxtəlif guşələrinə səpələyib. Onların 
bəziləri Fransada yaşamalı olub və bu ölkədə tor-
pağa tapşırılıb. 
Belə ki, Hüseyn xan Naxçıvanskiyə qohumlu-
ğu çatan və 1917-ci ildən Fransada yaşayan Paşa 
xan (Pavel) Makinski və onun oğlanları Paris 
yaxınlığındakı «rus qəbiristanlığı» kimi tanınan 
Sent-Jenevyev De Bua məzarlığında dəfn edilib-
lər.
Makinskilərin nəsil şəcərəsi ilə bağlı maraq-
lı araşdırmalar aparan fövqəladə və səlahiyyətli 
səfir, Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət 
Protokol İdarəsinin rəisi Pərvin Mirzəzadənin 
verdiyi məlumata görə, Ehsan xan Naxçıvanski-
nin oğlu olan Paşa xan Makinski 1862-ci ildə İrə-
vanda doğulub. O, 1917-ci ildə Rusiyanı tərk edib, 
Varşavada, sonralar isə Parisdə yaşayıb. Paşa xan 
birinci dəfə Zəri xanım Naxçıvanski ilə ailə qurub 
və ondan Cansuriyyə adlı qızı doğulub. Cansu-
riyyə xanım ötən əsrin 20-ci illərində bolşeviklər 
tərəfindən Nargin adasında güllələnən general 
Əliyar bəy Haşımbəyovun həyat yoldaşı olub. 
1967-ci ildə Bakıda vəfat edib. Paşa xan isə ikinci 
dəfə Stefani Lyubeska adlı polyak qızı ilə ailə qu-
rub. Bu izdivacdan İskəndər (Aleksandr) və Kərim 
(Kirill) adlı iki oğul dünyaya gəlib.


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə