Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   2   3   4   5   6   7   8   9   ...   18

Qərib məzarlar
14
...Paris Sülh Konfransı 1919-cu il yanvarın 
18-dən 1920-ci il yanvarın 21-nə qədər fasilələr-
lə davam edib, konfransın nəticəsi kimi Versal 
sülh müqaviləsi (28 iyun 1919-cu il), Sen-Jermen 
müqaviləsi (10 sentyabr 1919-cu il), Neyi müqa-
viləsi (27 noyabr 1919-cu il), Trianon müqaviləsi 
(4 iyun 1920-ci il) və Sevr müqaviləsi (10 avqust 
1920-ci il) imzalanıb. 
Konfransda 27 dövlətin nümayəndələri işti-
rak etsə də, dünyanın müharibədən sonrakı ta-
leyini əsasən “böyük dördlük” – ABŞ prezidenti V.
Vilson, Britaniyanın baş naziri L.Corc, Fransanın 
baş naziri J.Klemanso və İtaliyanın baş naziri 
V.Orlando həll edib. 
Lakin sonralar qalib dövlətlər arasında yara-
nan fikir ayrılıqları və ziddiyyətlər səbəbindən 
Paris Sülh Konfransının qəbul etdiyi sənədlər
konfransın nəticəsi kimi imzalanan müqavilələr 
uzunömürlü olmayıb. Gələcəkdə bir daha belə 
müharibələrə yol verilməməsi üçün çağırılmış 
konfransdan heç 20 il keçməmiş İkinci Dünya 
müharibəsi alovlanıb... 
Bununla belə, Paris Sülh Konfransı Birin-
ci Dünya müharibəsindən sonra Rusiya, Avst-
riya-Macarıstan və Osmanlı imperiyalarının 
dağılmasını rəsmiləşdirib, Millətlər Liqasının 
əsasını qoyub, bir çox yeni müstəqil dövlətlərin 
yaranması ilə dünyanın siyasi xəritəsində dəyi-
şikliklər edib. Təəssüf ki, yeni yaranan dövlətlər 
arasında 1918-ci ilin mayında müstəqilliyini 
elan edən və dünya birliyi tərəfindən tanınması 
üçün Parisə nümayəndə heyəti göndərən Azər-
baycan Cümhuriyyəti olmayıb... 
Fransa paytaxtına gəlməzdən əvvəl ABŞ pre-
zidenti Vudro Vilsonun elan etdiyi və sonralar ta-
rixə “Vilsonun 14 bəndi” kimi düşən məşhur sülh 
Paris Sülh Konfransı və Azərbaycan 


Qərib məzarlar
15


Qərib məzarlar
16


Qərib məzarlar
17


Qərib məzarlar
18
prinsipləri təzəcə müstəqillik qazanan kiçik xalq-
ların azadlıq və müstəqillik eşqini coşdurmuşdu. 
Azərbaycanı Paris Sülh Konfransında iştirak 
etməyə Vilson prinsiplərinin sonuncu – 14-cü 
bəndi ruhlandırmışdı. Həmin bəndin təxmini 
məzmunu beləydi: istər böyük, istərsə də kiçik 
dövlətlərin siyasi müstəqilliyinə və ərazi bütöv-
lüyünə qarşılıqlı təminat vermək məqsədilə Mil-
lətlər Liqası yaradılmalıdır… 
Azərbaycan da öz imzasını burda – Millətlər 
Liqasında görmək istəyirdi. Çünki Məhəmməd 
Hadinin təbirincə desək, o dövrdə reallıq başqaydı:
“Böyük dörlük”: 
V.Orlando,  L.Corc,  
J.Klemanso və 
V.Vilson. 1919-cu il.


Qərib məzarlar
19
Qoymuş imzasını miləl övraqi-həyatə 
Yox millətimin xətti bu imzalər içində!
O dövrdə Azərbaycanın siyasi müstəqilliyinə 
və ərazi bütövlüyünə böyük dövlətlərin təminat 
verməsinə ciddi ehtiyac var idi. Sülh konfran-
sına nümayəndə heyəti məhz bu təminat üçün 
göndərilmişdi.
Azərbaycan hökuməti Paris Sülh Konfransı-
na gedəcək nümayəndə heyətini hələ 1918-ci ilin 
sonunda formalaşdırmağa başlamışdı. Həmin 
ilin dekabrında Əlimərdan bəy Topçubaşovu nü-
mayəndə heyətinin rəhbəri təyin etmişdi. 
Nümayəndə heyətinə səlahiyyət verən rəsmi 
mandat isə 1919-cu il yanvarın 7-də imzalanmışdı. 
Paris Sülh Konfransı. 
1919-cu il.


Qərib məzarlar
20
Azərbaycan nümayəndə 
heyətinə səlahiyyət verən 
mandat.


Qərib məzarlar
21
Həmin mandatda sədr Ə.Topçubaşovdan 
başqa daha 6 nəfərin adı göstərilirdi:
Məmmədhəsən Hacınski
Əhməd bəy Ağayev
Məmməd Məhərrəmov
Əkbər ağa Şeyxülislamov
Miryaqub Mirmehdiyev
Ceyhun bəy Hacıbəyov
Daha üç tərcüməçi və sədrin köməkçisi 
kimi Rəşid bəy Topçubaşov da Parisə göndərilir. 
Bir neçə ay sonra Parisə ezam olunan Abbas bəy 
Atamalıbəyov da nümayəndə heyətinin tərki-
bində katib funksiyasını yerinə yetirməyə baş-
layır. 1920-ci ilin avqustunda Parisə gələn Ələk-
bər bəy Topçubaşov isə heyətə texniki işlərdə 
yardımçı olur. 
Əlimərdan bəy Topçubaşov sülh konfran-
sına təqdim edilən bütün sənədləri “Azərbay-
can Respublikası sülh nümayəndə heyətinin 
prezidenti” (“President de la delegation de 
paix de la Republique d’Azerbeidjan”) kimi 
imzalayır.


Qərib məzarlar
22
Azərbaycan nümayəndə heyəti, eləcə də Ru-
siya imperiyasında yaşayan digər kiçik xalqların 
nümayəndələri Avropaya Konstantinopoldan 
- indiki İstanbuldan, özü də qalib ölkələrin nü-
mayəndələrinin razılığı ilə getməli idilər. Amma 
fövqəldövlətlərin zəruri viza - razılıq verməsi çox 
uzun çəkib və Azərbaycan nümayəndə heyəti 
uzun müddət Konstantinopolda qalmalı olub. 
Bununla bağlı yaranan çətinliyi təsəvvür etmək 
üçün Bakıya göndərilən iki məktubdan parçala-
ra baxmaq kifayətdir: 
17 yanvar 1919-cu il. 
Topçubaşov - Azərbaycan Respublikası Nazirlər 
Şurasının sədri cənab Fətəli xan Xoyskiyə:
…Bu gün yanvarın 17-dir və biz hələ də Parisə 
gedə bilməmişik. 
…Fətəli xan, Bakıdan uzaqlaşdıqca bizim Nü-
mayəndə Heyətinin zəif olduğunu daha çox hiss 
edirsən. Bizim qonşuların hər biri nümayəndə heyət-
lərinə 12 nəfərlik ən ciddi, sanballı və populyar xa-
dimləri daxil ediblər. ...Hələ üstəlik, onların Parisdə 
və Londonda da öz adamları və komitələri var. Siz 
Əlimərdan bəy 
Topçubaşovun Fətəli 
xan Xoyskiyə məktubu. 
Yanvar, 1919-cu il.
Konstantinopolda 
uzun ləngimə


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə