Beynəlxalq Qızıl Priz laureatı (Madrid, 2004)
Şirvannəşr, 27 (594), 2004.
Naşir Qəşəm Isabəyli
Redaktoru
Anar İsabəyli
Üz qabığının dizaynı
Rza Səttarovundur
Şəmistan Nəzirli
General Yadigarov qardaşları. Bakı, Şirvannəşr, 2004,
36 səh. (4 səh. foto-dəftər)
Bu kitab bir nəslin hərbçi və ziyalı oğullarına - general Yadigarovlara həsr olunmuşdur.
1918-20-ci illərdə Milli Azərbaycan Ordusunun sıralarında şərəflə xidmət edən çoxsaylı
Yadigarov qardaşları haqqında nə Azərbaycan hərb tarixində, nə də Azərbaycan tarixində bir
sətir belə yoxdur. Amma Sovetlər vaxtı ermənilər bu nüfuzlu soyadı özününküləşdirərək tarixi
əsərlərində Yadigaryan, gürcülər isə Yadigaraşvili etmişdilər.
Yalnız Azərbaycan Sovet Ensiklopediyasında Gəncədəki İmamzadə türbəsi barədə yazıda
belə bir cümlə var: “1879-cu ildə general-mayor İsrafil bəy Yadigarzadənin təşəbbüsü ilə türbə
bərpa olunub” .Tədqiqatçı jurnalist, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin baş elmi
işçisi, polkovnik-leytenant Şəmistan Nəzirlinin yeni kitabında ilk dəfə nüfuzlu
Yadigaroğullarının ömür və döyüş yolu oxuculara təqdim olunur.
Ünvan: Bakı - AZ1021, Badamdar şos. 77.
Tel: 92-92-27, 92-93-72, 34-70-94, (850) 316-23-40.
MÜƏLLİFDƏN
Azərbaycanın ziyalı nəsillərindən otuzuncu illərin tuthatutunda güllələnməkdən, sürgün
və həbs olunmaqdan qorxub ehtiyat edərək ad və soyadını (xüsusilə soyadını) dəyişənlər çox
olub. Elələri də olub ki, Sovet sərhədləri o qədər də ciddi qorunmayanda ailəsi ilə Türkiyəyə,
İrana pənah aparıblar. Bu ölkələrdə də günü-güzəranı pis keçəndə Avropa ölkələrinə - Fransaya,
Almaniyaya və ya Amerika Birləşmiş Ştatlarına köçüblər. Bir sözlə, cəlayi-vətən ömür sürüblər.
Qocaları dünyasını dəyişəndən sonra yerində qalan gənclər yad millətdən evlənib nəsli
assimilyasiyaya uğradıblar. Bir sözlə, nəsil-nəcabətlərini itirib avropalaşıblar. Ona görə də
indiyədək onların əksəriyyətindən bir xəbər çıxmır.
Aradan uzun illər keçməsinə baxmayaraq mən bu gün də ümid edirəm ki, nə vaxtsa
nüfuzlu Borçalı nəsli - Yadigaroğullarından hansı birisə gec-tez tapılacaq. Dilini, dinini itirmiş
də olsa ana vətəni Azərbaycana qayıdacaq. Bəlkə də dədə-babasının vaxtı ilə apardığı sənədlə,
fotoşəkillərlə bizi sevindirəcək. Dünyadan köçmüş ulularının sağ ikən onlara danışdığı acılı-
şirinli xatirələri ilə hərb tariximizə yeni səhifələr yazacaq və bizi sevindirəcəklər.
Əziz oxucu, mən bu ümidlə yaşayıram, bu arzu ilə də Yadigaroğulları haqqında
axtarışlarımı hələ də davam etdirirəm.
Sizə təqdim etdiyim yeni kitabçada isə illərlə Sankt-Peterburq, Tiflis, Moskva, Bakı və
Borçalıda apardığım araşdırmaları qələmə almışam.
GENERAL YADİGAROV QARDAŞLARI
XIX əsrin səksən-doxsanıncı illərində Tiflisdə
yaşayanda biz tez-tez bir mənzildən başqasına köçürdük.
Bu mənzillərin hamısынdan çox xosuma gələni sonuncu
dəfə köçdüyümüz Voronsov küçəsində olan Allahverdi
bəy Yadigarovun mülkü idi. Bu Mirzəyevin fabrikinə bitişik
üçmərtəbəli mülk idi.
Abdulla Şaiq
“Xatirələrim” əsərindən
General Yadigarov qardaşları Borçalının Təkəli kəndindən olublar. Borçalıda olanda
ağsaqqalların əksəriyyəti fəxrlə dedilər ki, kəndin binasını da Yadigaroğulları qoyublar. Ona
görə də kəndin adına çox vaxt “Ağalıq” da deyirlər.
Təkəli bizim qonşu kənddi. Kəndlərimizi bir-birindən ayıran ulu Babakər dağıdır. Hələ
uşaqkən bu əsilzadə nəslin general və müikədar oğulları haqqında qohumlarımdan, xüsusilə
əmim Nəziroğlu Məmişdən çox eşitmişdim. O, Alı, Nəzir və Süleyman babamın Yadigaroğlu
general Həsən bəylə, mülkədar Sadıq bəylə dostluqlarından çoxlu epizodlar danışardı. Zeynəb
xanım Nəzir qızının (1857-1958) xatirələrindən: - Yadigaroğulları öz torpaqlarından bizim kəndə
payı məhz atam Nəzir Abdulla oğlunun (1820-1904) xətrinə vermişdilər. Atam Mustafa bəy və
onun general oğlu İsrafil bəy Yadigarovla çox yaxın dost idi. Sonralar bu dostluğu Nəzirin
qardaşı oğlu Süleyman katda Alı oğlu (1849-1918) davam etdirirdi. Debet çayından Qızıl qayaya
kimi olan torpaqları 1900-cü ildə Süleyman katda Sadıq bəydən satın almışdı. 1916-cı ildə Sadıq
bəy Muşulun meşəsini də Süleyman katdaya qızıl pula satdı.
Kəndimiz Körpülünün Çinar dərəsi deyilən səfalı bir yerində mülkədar Sadıq bəy
Yadigarov özünə yaylaq mülkü tikdirirmiş. 1920-ci ildə Şura hökuməti gələndə Sadıq bəy xaricə