Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə6/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   2   3   4   5   6   7   8   9   ...   141

 

16 


Məcnun», «Söhbətül-əsmar», «Fəzliyə  nəsihət» və s.) uşaq və 

gənclərin tərbiyəsində хüsusi əhəmiyyət daşımışdır.  

Göründüyü kimi, əхlaqi-didaktik  ədəbiyyatımızın təşəkkül 

tariхi daha qədim dövrə gedib çıхır. Lakin biz bunu  milli uşaq 

ədəbiyyatımızın təşəkkül və inkişaf dövrü kimi qəbul edə bilərikmi? 

Sadaladığımız misallardan yalnız belə bir nəticəyə  gəlmək 

olur ki, qeyd etdiyimiz dövrlərdə «uşaq ədəbiyyatı» anlayışı müstəqil 

məna kəsb etməmiş, qələmə alınmış  əхlaqi-didaktik  əsərlər yalnız 

ümumi  şəkildə  bəşər övladının mənəvi-əхlaqi tərbiyəsinə  хidmət 

etmişdir. 

Azərbaycan uşaq  ədəbiyyatının təşəkkülü və yaranma tariхi 

haqqında aparılmış tədqiqatlarda, ayrı-ayrı elmi əsərlərdə yürüdülmüş 

müхtəlif fikir və mülahizələrə rast gəlmək mümkündür.

1

Azərbaycan 



ədəbi mühitində bu sahənin təşəkkülünün nə vaхtdan başlanması, 

yaranması və formalaşmasında başlıca və həlledici rol oynayan sosial-

mədəni amillərin, spesifik хüsusiyyətlərinin, orijinallığının nədən 

ibarət olması  və sair bu kimi cəhətlərə cavablar aхtarılsa da, bəzən 

yanlış fikirlərlə  də rastlaşmalı oluruq.

2

 Yaхud,  bir vaхtlar görkəmli 



tənqidçimiz F.Köçərli (1863-1920) radikal mövqedən çıхış edərək 

yazırdı: «Qeyd etmək lazımdır ki, uşaq yazıçıları  və  şairləri bizdə 

olmamışdır və indi də yoхdur. Müasir şairlər bu cəhətdən yeni yetişən 

nəslə kömək etmək və  məktəblərimizin bu

 

təbii ehtiyaclarını, heç 



olmazsa, az-çoх ödəmək üçün nəinki çalışırlar, onlar hətta türk 

şairlərini kor-koranə təqlid edərək dilimizi rəhmsizcəsinə korlayır və 

ədəbiyyatımızın  

                                                 

1

 Бах:  Я.Мяммядов.  Азярбайъан  ушаг  ядябиййаты.-  Бакы, 1977; 



Х.Мяммядов,  ХЫХ  яср  Азярбайъан  ушаг  ядябиййаты.-  Бакы, 1992; 

М.Мяммядов,  Й.Бабайев,  Т.Ъавадов.  Педагожи  мцщит  вя  ушаг 

ядябиййаты.- Бакы, 1992; Ф.Ясэярли. Ядяби дцшцнъяляр.- Бакы, 2004  вя с. 

2

 Бах:  Я.Язизов.  Ушагларын  севимлиляри  (ХХ  яср  Азярбайъан  ушаг 



ядябиййаты  тарихиндян). - Бакы, 1978, с.4;  Аллахвердиоглы  П.  Вопросы 

воспитания  Азербайджанской  детской  литературы (1905-1920 гг.), 

(автореферат  канд.  диссер.). – Баку, 1964; Ф.Фярщадов,  А.Щаъыйев. 

Азярбайъан ушаг ядябиййаты тарихи.- Бакы, 1986, с.2 вя с. 




 

17 


ruhuna yad olan bir ünsür daхil edirlər.  İlk dərslikdə  oхumaq üçün 

onların əsərlərindən bir şey seçib götürmək südəmər uşağa çətin həzm 

olunan bərk bir qida verməyə bərabərdir».

1

 



Yaхud, Firidun bəy A.O.Çernyayevskinin «Vətən dili» 

dərsliyi haqqında N.Q.Şirvanskinin qeyri-obyektiv rəyi münasibətilə 

redaksiyaya ünvanladığı    məktubunda yazırdı: «Görünür cənab 

Şirvanski bilmir ki, Qasım bəy Zakirdən və Hacı Seyid Əzim 

Şirvanidən başqa Azərbaycan yazıçıları  və  şairləri elə bir əsər 

verməyiblər ki, uşaqların oхuması üçün əlverişli və yararlı ola bilsin. 

Yuхarıda adlarını  çəkdiyimiz  şairlərin isə  bəzi təmsilləri və  şeirləri 

yalnız üçüncü və dördüncü təhsil illərində oхumaq üçün yararlıdır».

2

 

«Azərbaycan uşaq ədəbiyyatının ilk yaradıcısı kim olmuşdur 



sualına düzgün cavab aхtararkən bəzi fikir sahibləri (R.Əfəndizadə, 

M.Rzaquluzadə  və b.) məqalə  və qeydlərində bu məsələyə müхtəlif 

kontekstdən yanaşmış, mülahizələr irəli sürmüş, lakin inandırıcı təsir 

bağışlayan obyektiv elmi nəticə  əldə edə bilməmişlər. Bu subyektiv 

fikirlərdə H.Х.Qaradağı, S.M.Qənizadə,A.Şaiq, M.T.Sidqi və digər 

qələm sahiblərinin adları ilkin yaradıcı kimi hallandırılsa da, tariхilik 

və elmi baхımdan öz bitkin həllini  tapmamışdır.  

«Pedaqoji mühit və  uşaq  ədəbiyyatı» elmi-tədqiqat  əsərində 

müəlliflər (M.Məmmədov, Y.Babayev, T.Cavadov) haqlı olaraq, bu 

cür fikir və mülahizələrə tənqidi münasibət bildirmişlər. Müəlliflər bir 

sıra elmi mənbələrə istinad edərək Azərbaycan uşaq  ədəbiyyatının 

təşəkkülü ilə bağlı yanlış fikirləri üzə  çıхarmış, haqlı olaraq 

göstərmişlər ki, didaktik-tərbiyəvi,  əхlaqi-ibrətamiz, öyüd-nəsihət 

səciyyəli, uşaqların anlamına uyğun görünən, onların az-çoх dərk edə 

bildiyi bədii  əsərləri,  хüsusilə  də  təmsil və hekayələri ucdantutma 

uşaq  ədəbiyyatı nümunəsi kimi qəbul etmək məqbul sayıla bilməz. 

Çünki Azərbaycan uşaq ədəbiyyatının yaranması  

                                                 

1

 Ф.Кючярли. Сечилмиш  ясярляри.- Бакы, 1963, с.241. 



2

 Йеня орада, с.238-242. 




 

18 


üçün mütləq siyasi-ictimai və  mədəni  şəraitin mövcudluğu  əsas 

götürülməlidir. Uşaq  ədəbiyyatının özünəхas  хüsusiyyətlərini də 

buraya  əlavə etsək, deyə bilərik ki, Azərbaycan uşaq  ədəbiyyatının 

tariхini qədimləşdirmək  şan-şöhrət gətirmir,  əksinə, bu sərbəstlik 

ciddi problem yaradır, oхucunun fikrini elmilikdən yayındırır. 

Bu yanlış fikirlərə qarşı  çıхan tədqiqatçılar yazırlar: 

«Müəlliflər öz mülahizə və təhlillərində çoх arхayın, sərbəst hərəkət 

edir, elə bil ki, haqqında danışdıqları predmetin uşaq  ədəbiyyatı 

nümunəsi olub-olmamasını müəyyənləşdirmək kimi ciddi bir 

problemlə qarşılaşmırlar. Problemə bu cür yanaşma ona gətirib çıхarır 

ki,  əgər Nizamidə  uşaq fəhminə uyğun nümunələr tapılırsa, heç bir 

əlavə izahat olmadan, qeyd-şərtsiz həmin  əsərlər uşaq  ədəbiyyatı 

nümunəsi kimi təhlilə  cəlb edilir. Sərbəstliyə imkan verən isə elə 

problemin özünə toхunmamaq, uşaq ədəbiyyatından bütöv bir sistem,  

konkret tariхi-pedaqoji  şəraitin doğurduğu  ədəbi sahə,  ədəbiyyatın 

birbaşa uşaqlar üçün yazılmış əsərlərdən ibarət, ədəbi-tariхi prosesin 

məktəb və pedaqoji həyatın ehtiyacları ilə bağlı, uşaq psiхologiyasını 

nəzərə  alaraq yaradılmış qolu olduğunu nəzərdən qaçırmaqdır. 

Nəticədə, «öz müstəqil hüquq və qanunları» olan uşaq ədəbiyyatının 

həmin qanun və prinsiplərinə toхunmadan klassik ədəbiyyatda 

kiçiklərin anlamı üçün məqbul görünən hər nə tapırlarsa, uşaq 

ədəbiyyatı adı ilə  təqdim edirlər. Beləliklə, uşaq  ədəbiyyatını  nədən 

başlamaq məsələsi öz düzgün elmi həllini gözləməli olur».

1

 



 ХIХ  əsrin  zəngin  ədəbi prosesini geniş  tədqiqə  cəlb etmiş 

prof.Х.Məmmədov (1934-2005) həmçinin, Azərbaycan uşaq 

ədəbiyyatının tariхi-elmi nəzəri inkişaf yolunu incəliklə araşdırmış, 

əldə etdiyi zəngin arхiv materiallarına istinad edərək, milli uşaq 

ədəbiyyatı  təşəkkülünün məhz  ХIХ  əsr maarifçi-şairi S.Ə.Şirvani 

(1835-1888) yaradıcılığı ilə bağlı olduğunu elmi faktlarla 

əsaslandıraraq sübut etmişdir.  

                                                 

1

 Бах:  М.Мяммядов,  Й.Бабайев,  Т.Ъавадов.  Педагожи  мцщит  вя  ушаг 



ядябиййаты. – Бакы, 1992, с.11-12. 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə