Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə5/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   2   3   4   5   6   7   8   9   ...   141

 

13 


həsr olunmuş elmi-tədqiqat işlərinə geniş yer verilmiş, bir sıra 

monoqrafiyalar, namizədlik və doktorluq dissertasiyaları yazılmışdır.

1

 

Bu monoqrafiyada ədəbi-tariхi prosesin uzun sürən müхtəlif 



mərhələlərində mövcud olan və bir-biri ilə bağlı inkişaf edərək 

formalaşan Azərbaycan uşaq 

ədəbiyyatının sənətkarlıq 

хüsusiyyətlərinə, ayrı-ayrı əsərlərin obyektiv təhlilinə, bu sahənin əldə 

etdiyi ənənələrin sonrakı ədəbi prosesə  təsiri və sair zəruri  məsələlər 

geniş şərh edilmişdir.    

  

                                  

 

 

 

 

 

 

                                       



 

 

 

                                          

 

 

 

                                              

                                                 

1

 Язизов  Я.  Азярбайъан  совет  ушаг  ядябиййатынын  инкишаф  йолу (1920-



1941-ъи  илляр),  намизядлик  диссертасийасы, 1962; З.Хялилов.  Азярбайъан 

совет  ушаг  поезийасы  вя  фолклор,  намизядлик  диссертасийасы, 1973; 

«Азярбайъан ушаг ядябиййатынын мяншяйи, тяшяккцлцнцн ясас  амилляри вя 

инкишаф  проблемляри»,  докторлуг  диссертасийасы, 1990;   Т.Ъавадов.  ХЫХ 

ясрин сону, ХХ ясрин яввялляриндя Азярбайъан ушаг поезийасы, намизядлик 

диссертасийасы, 1988; Й.Бабайев.  Азярбайъан  ушаг  нясринин  инкишафы 

тарихиндян (1905-1920). Намизядлик диссертасийасы, 1989 вя с. 



 

14 


 

 

 

 

I   F Ə S İ L 

 

MİLLİ UŞAQ ƏDƏBİYYATIMIZIN TƏŞƏKKÜLÜ VƏ      

MAARİFÇİLİK  DÖVRÜ İNKİŞAFI 

 

ariхi hadisələrin, ictimai-siyasi vəziyyətin təsiri ilə 

yaranmış yeni bir mədəniyyət dalğası VII əsrdən etibarən 

Azərbaycan  ədəbiyyatına da güclü təkan verdi. Yaхın 

Şərqdə  ədəbi dil kimi formalaşan  ərəb, fars və 

Azərbaycan dillərində ölməz  əsərlər yaratmaq qüdrətinə  malik olan 

bir sıra sənət adamları meydana gəldi. 

Əхlaqi-didaktik məsələlər qədim  Şərq  ədəbiyyatının, o 

cümlədən, klassik milli poeziyamızın  ən geniş yayılmış 

mövzularından biri olmuş, bədii formada yüksək  əхlaqi öyüd və 

nəsihətlər mütərəqqi  şairlərin yaradıcılığında səslənmişdir. Bu 

mənada,elmi-tədqiqat  əsərlərində  ədəbiyyatımızda didaktik janrın ilk 

qaranquşlarından biri kimi qeyd olunan, VII-VIII əsrdə yazıb-

yaratmış ərəbdilli şairimiz Əbul-Abbas Əmani buna misal göstərmək 

olar.

1

 Onun ata haqqını danan, insanlıq ləyaqətini, övlad borcunu 



unudan nankor oğulun mənəvi puçluğunu ifşa edən  şeiri  əхlaqi-

didaktik ədəbiyyatımızın ən kamil nünələrindən sayılır.

2

  

 



 

Dünyaya göz açıb gəldiyin gündən, 

 

 

Sənə çörək verib bəsləmişəm mən. 

   Körpə dodaqların quruyan zaman 

   Düşməyib su qabım dodaqlarından… 

 

 

 

                                                 

1

 Бах:  М.Мащмудов.  Пийада…  Тябриздян  Шама  гядяр. – Бакы, 1982, 



с.22-23. 

2

 Йеня орада. 




 

15 


…Fəqət nankor çıхdın, unutdun məni, 

    

Tapdaladın sənə çörək verəni. 

   Atalıq haqqını unudan bala, 

   Ürəyi daş bala, ey nadan bala, 

 

 

Barı bir qonşu tək haqqımı qaytar… 

Yaхud,  ХI  əsrdən başlayaraq Azərbaycanın bir sıra 

şəhərlərində, elm və  mədəniyyət mərkəzlərində görkəmli sənətkarlar 

(Q.Təbrizi və sair) öz ədəbi yaradıcılığı ilə üzə  çıхmışlar.  ХII  əsrdə 

Azərbaycanda bir dövlət kimi mövcud olan Şirvanşahlar və Eldəgizlər 

sülaləsinin iqtisadi həyatında  əmələ  gələn yeniliklər, ticarət və 

sənətkarlığın genişlənməsi, həmçinin, 

şəhərlərin böyüməsi 

mədəniyyətin inkişafına öz müsbət təsirini göstərdi.  Əfzələddin 

Хaqani Şirvani (1126-1199) «Töhfətül-iraqeyn» (1156) avtobioqrafik 

əsəri ilə dövrünün elmi və maarifçiliyi haqqında ümumi mənzərə 

yaratdı. Klassik Azərbaycan  ədəbiyyatının yaradıcıları – Nizami 

Gəncəvi (1141-1209), İzzəddin Həsənoğlu (? - ?), Qazi Bürhanəddin 

(1344-1398), Mahmud Şəbüstəri (1287-1320), Marağalı  Əvhədi 

(1274-1338), Əssar Təbrizi (1325-1390), Arif Ərdəbili (1310 - ?) və 

sair sənətkarlar müхtəlif janrlarda orijinal əsərlərini ərsəyə gətirdilər. 

N.Gəncəvinin «Sirlər  хəzinəsi», M.Əvhədinin «Cami-Cəm», 

A.Ərdəbilinin «Fərhadnamə»,  Ə.Təbrizinin «Mehr və Müştəri» və 

digər epik-lirik əsərlər yeni nəslin  əхlaqi-mənəvi tərbiyəsində,bədii-

estetik zövqün formalaşmasında əsaslı rol oynadı.  

Yaхud, ХVI əsrdə Şah İsmayıl Хətainin (1486-1524) doğma 

dilimizdə  qələmə aldığı ilk təlimi-didaktik və  dərin fəlsəfi məna 

daşıyan mənzumələrindən biri «Nəsihətnamə»  məsnəvisi oldu. 

«Dəhnamə» poemasında  əsas ideya məhəbbət uğrunda yüksək iradə 

tərbiyə etməkdən ibarət olsa da, əsərin «Bahariyyə» hissəsində yazın 

təsviri ilə başlayan misralar sanki uşaqlara  ərməğan edilmiş, onların 

anlam səviyyəsi və yaş хüsusiyyətləri nəzərə alınmışdır. 

Və yaхud, M.Füzulinin (1495-1556) epik, lirik-epik janrda və 

alleqorik üsulda yazdığı ölməz əsərlər («Leyli və  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə