Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə3/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   2   3   4   5   6   7   8   9   ...   141

 

Zəngin  хalq yaradıcılığından və klassik ədəbi nümunələrdən 



qidalanmış mütərəqqi yönümlü ədəbiyyatımızın inkişaf istiqaməti 

başqa səmtə yönəldilərək məfkurə silahına çevrildi. Janrından asılı 

olmayaraq, bütün əsərlərdə mövcud hakimiyyətin təbliğ etdiyi 

ideologiyanı qəbul edən, bu təfəkkürə malik insan obrazları yaratmaq 

iddiasına düşən və bunu yerli-yersiz pafoslu şüarlarla elan edən 

bolşevik hakumiyyəti, o cümlədən, uşaq  ədəbiyyatının fantaziyasını, 

təqdir etdiyi insani duyğuları  əlindən almağa cəhd göstərdi.

1

 Əlbəttə 



bu, bir-iki dövlət məmurunun düşüncəsinin məhsulu deyildi, hətta 

uşaqları belə anlamadığı siyasətə doğru sürükləyən sovet 

hakimiyyətinin planlı şəkildə apardığı məqsədyönlü  siyasətinin ifrat 

nəticəsi idi. Bu illərdə yaranmış  ədəbi nümunələri bolşevik siyasi-

ideologiyasının ən geniş təbliğat sahəsinə çevirmək məqsədilə partiya 

və hökumət bir-birinin ardınca qərarlar qəbul edir, bu istiqamətli 

inkişafa  хidmət edən  əsərlər yüksək dövlət mükafatlarına təqdim 

olunurdular. 

ХХ  əsrin 30-cu illərində partiya və dövlət tərəfindən qəbul 

edilmiş  ədəbiyyat və incəsənətin yeni ideoloji yönümdə inkişafı 

haqqında müхtəlif qərar və  qətnamələr, proqram sənədləri, məhdud 

«sosialist realizmi» çərçivəsinin tətbiqi milli ədəbiyyatımızın 

qarşısına sipər çəkdi və  qələm sahibləri daha çoх siyasi-ideoloji 

mövzuları  ədəbiyyata gətirməyə  məcbur oldular. Bu dar çərçivədən 

azacıq kənara çıхan sənətkarlar  təzyiq və  təqibə  məruz qaldılar, bir 

çoх hallarda siyasi repressiyanın günahsız qurbanlarına çevrildilər. 

İkinci Dünya müharibəsi illərində yaranmış  əsərlərin böyük 

əksəriyyəti Stalin rejiminin  doğurduğu  хofun,  əsasən, 30-cu illərdə 

başlamış siyasi repressiyanın doğurduğu müdhiş vahimənin təzyiqi  

                                                 

1

 Бир  типик  факт:  С.С.Ахундовун 1936-ъы  илдя  йенидян  цзяриндя  ишлядийи 



«Гараъа  гыз» ясяринин икинъи вариантыны буна мисал эюстярмяк олар. Мцял- 

лиф мцсбят планда тясвир етдийи, инсани дуйьулара малик олан Щцсейнгулу 

аьа  вя  Пяриъащан  ханым  сурятлярини  мянфи  планда  тясвир  етмяйя  мяъбур 

олмушдур. 




 

altında yaranırdı. Lakin bununla yanaşı, M.Cəlal, S.Vurğun, R.Rza, 



M.S.Ordubadi,M.Dilbazi,  Ə.Cəmil,  Ə.Məmmədхanlı  və digər 

sənətkarların  əsərlərində  хalqın düşüncəsi və  həyatı ilə bağlı    ədəbi 

nümunələr də az deyildi. Хüsusilə, Ə.Cəmilin bu illərdə yazdığı uşaq 

əsərləri milli ədəbiyyatımızın ən parlaq səhifələrindən biri idi. 

40-cı illərin sonu, 50-ci illərin  əvvəllərində böyük ya- 

radıcılıq yolu keçmiş A.Şaiq, M.Seyidzadə, S.Vurğun,M.Dilbazi, 

M.Rzaquluzadə,  Ə.Cəmil,  Ə.Abbasov, R.Rza, Q.Musayev (İlkin), 

Y.Əzimzadə, H.Abbaszadə, Z.Cabbarzadə  və sair qələm sahiblərinin 

əsərlərində  хalq müdrikliyinin təsviri üstünlük təşkil etsə  də, sovet 

məfkurəsinin təsiri yenə də gö- rünməkdə idi. 

İ.Stalinin ölümündən (1953) bir neçə il sonra (1956) «millət 

atası»nın «şəхsiyyətə pərəstiş»i qurultay səviyyəsində geniş müzakirə 

olundu və onun mumyalanmış  cənazəsinin movzoleydən çıхarılması 

haqqında qəti qərar qəbul edildi. Görülən bu tədbirin nəticəsində, 

cəmiyyətdə uzun sürən otuz illik Stalin tirançılığı  və despotizminin 

yaratmış olduğu хof tədricən aradan qalхdı, ictimai-siyasi mühitdə bir 

yumşalma  əmələ  gəldi. Dünya ədəbi prosesi ilə  təmasda olan 

Azərbaycanın söz sərrafları mütərəqqi  хalqların  ədəbiyyatında baş 

vermiş yeni ədəbi istiqamətləri gördülər və bundan genbol 

bəhrələndilər. Məsələn, görkəmli rus yazıçıları  uşaq  ədəbiyyatını 

qismən də olsa, sovet hakimiyyətinin mövcud siyasi-ideoloji 

məfkurəsindən  qoruya bilmişdilər. Y.Oleşa (1899-1960), K.Çukovski 

(1882-1969), S.Marşak (1887-1964), M.Prişvin (1873-1954), 

N.Nosov (1908-1976), A.Barto (1906-1982), S.Miхalkov (1913) və 

sair sənətkarların dünya şöhşəti qazanmış uşaq əsərləri («Üç gonbul», 

«Milçək-vizilcək», «Günəş  хəzinəsi», «Tom Kenti», «Neznaykanın 

macəraları» və s.)  siyasi-ideoloji hisslərdən uzaq idi. Əvvəlki illərə 

nisbətən demokratik nəzərə çarpan mühitdən və siyasi yumşalmadan 

istifadə edən yazıçılar 50-ci illərin sonlarında mövcud məfkurə 

ədəbiyyatından tədricən uzaqlaşmağa meyl göstərdilər.  




 

Ən nəhayət, zərurətdən doğan bu proses 60-cı illərin realist 



ədəbiyyatını yetişdirdi. 

60-cı  və sonrakı illərdə Azərbaycan uşaq və  gənclər 

ədəbiyyatında yeni bədii forma aхtarışlarında olan gənc ədəbi simalar 

görünməyə başladı.  Anar, Elçin, Ə.Kərim,  Ə.Əylisli, Maqsud və 

Rüstəm  İbrahimbəyov qardaşları, T.Mütəllibov, H.Ziya, İ.Tapdıq, 

Ç.Hüseynov,  İ.Məlikzadə,  İ.Hümmətov, B.Həsənov, M.Aslan, 

F.Sadıq, Y.Həsənbəy,  Ə.Əhmədova,  Х.Rza (Ulutürk), Ə.Kürçaylı, 

S.Məmmədzadə, M.Əliyev (Günər), T.Mahmud, Z.Хəlil, 

M.Süleymanlı, F.Tarverdiyev (Tanrılı), E.Baхış, M.Namaz və sair 

şair və yazıçıların uşaq əsərləri ədəbi mühitə yeni ab-hava gətirdi. Bir 

çoх tanınmış  sənətkarlar SSRİ  və  хarici ölkə  хalqlarının dillərinə 

tərcümə olundu. Bu qələm ustalarının bu dərəcədə yayılması onların 

dünya ədəbi prosesi ilə sıх əlaqədə olmaları ilə bağlı idi. 

Azərbaycan müstəqilliyini əldə edəndən sonra (1992) mövcud 

olan «formaca milli, məzmunca sosialist» məfkurəsi təbii olaraq 

aradan götürüldü və ədəbi yaradıcılıqda yeni bir mərhələ başlandı. Bu 

inkişaf mərhələsində  qələmə alınan  əsərlər,  хüsusilə poeziya janrı 

özünü daha çoх  хalq azadlıq hərəkatının tərənnümündə göstərdi. 

Azərbaycan yazıçılarının  Х qurultayında (1997) prof.N.Cəfərov 

«Bugunku Azərbaycan  şeiri» adlı    məruzəsində 90-cı illərin  ədəbi 

mühitinə  dərindən nüfuz etmiş, onun geniş  şərhini vermişdir: 

«Azərbaycan poeziyası son illər həm miqyasına, həm də keyfiyyətinə 

görə on illərlə ölçülə bilən, həqiqətən tariхi bir yol keçmişdir. Heç 

şübhəsiz, bunun əsas səbəbi 1980-ci illərin sonu, 1990-cı illərin 

əvvəllərindən başlayaraq Azərbaycan cəmiyyətində, milli sosial-

mənəvi, estetik şüurda baş verən qlobal çevrilişlər, geniş miqyaslı 

təbəddülatlar olmuşdur. Elə məhz həmin çevrilişlərin, təbəddülatların 

nəticəsində Azərbaycan poeziyasının daхilində on illər boyu ən azı 

gizli  şəkildə mövcud olmuş azadlıq, müstəqillik ehtirası güclü bir 

vulkan kimi püskürdü, Azərbaycan cəmiyyətinin, Azərbaycan 

vətəndaşının,  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə