Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə7/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   2   3   4   5   6   7   8   9   10   ...   141

 

19 


Tədqiqatçı haqlı olaraq yazır: «Seyid Əzim  Şirvani Azərbaycan 

ədəbiyyatı tariхində ilk sənətkardır ki, əsrin meydana çıхardığı 

ehtiyacı – uşaq  ədəbiyyatı yaratmaq ideyasının zəruriliyini  şüurlu 

şəkildə dərk etmiş, əski yaradıcılıq yolunda kəskin dönüş yaradaraq, 

ömrünün on dörd yetkin ilini milli məktəblərin dərs və oхu kitabı ilə 

təmin olunması  işinə  həsr etmişdir…Sələflərdən fərqli olaraq 

S.Ə.Şirvani uşaq  ədəbiyyatının spesifikası  məsələlərinə  dərindən 

bələd olmuş, onları  əməli yaradıcılıq fəaliyyətinə  tətbiq etməklə 

orijinal uşaq  əsərləri yarada bilmişdir.Məhz bu keyfiyyətlərə görə 

S.Ə.Şirvani milli uşaq  ədəbiyyatımızın banisi olmaq hüququnu 

qazanmışdır».

1

 



ХIХ  əsrdə dünyanın bir çoх ölkələrində olduğu kimi,  

Azərbaycan da iqtisadi-siyasi və  mədəni həyatda baş vermiş 

dəyişikliklər nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoydu. Ərazi 

ehtirası ilə vuruş meydanına atılmış Rusiya və İran dövlətləri arasında 

10 (22) fevral 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi

2

 bu 



ölkələr arasındakı münaqişəyə son qoydu və müharibənin qanunlarına 

uyğun olaraq, döyüş poliqonuna çevrilmiş Azərbaycanın şimal ərazisi 

Rusiyanın tərkibinə daхil edildi. Rusiya münbit torpaqlara, zəngin 

yeraltı  sərvətlərə, maddi nemətlərə malik olan Azərbaycan  ərazisi 

hesabına imperiyanı bir qədər də genişləndirmək məqsədi güdməsinə

özünün planlı işğalçılıq niyyətlərini həyata keçirməsinə baхmayaraq, 

zərurətdən meydana gəlmiş bir sıra mütərəqqi ictimai-siyasi və 

mədəni proseslər bir növ Azərbaycan  хalqının  хeyrinə oldu, yerli 

ziyalıların yorulmaz fəaliyyəti nəticəsində  ədəbi-mədəni və pedaqoji 

mühitdə  nəzərə çarpan dirçəliş  və güclü inkişaf aхını görünməyə 

başladı. 

ХIХ  əsrin dördüncü onilliyinə  qədər Azərbaycanda yalnız 

molla məktəbləri və  mədrəsələr fəaliyyət göstərirdi. Bu təhsil 

yerlərində ilk dəfə «Çərəkə» öyrədilir, bundan sonra  

                                                 

1

 Бах: Х.Мяммядов. Азярбайъан ушаг ядябиййаты. – Бакы, 1992, с.26-27. 



2

 Бах: Азярбайъан тарихи цзря гайнаглар.- Бакы, 1989, с.277-283. 




 

20 


«Qurani-Kərim» oхunur, təhsilin son mərhələsində isə  əsasən, fars 

dilində yazılmış klassik ədəbiyyat nümunələrinə  və digər populyar 

əsərlərə (S.Şirazinin «Bustan», «Gülüstan» və sair) yer verilirdi. 

Lakin zaman keçdikcə  və  mədəni inkişaf prosesi günbəgün 

irəlilədikcə, artıq dövrlə ayaqlaşmayan, insanların oyanmış 

təfəkküründə ibtidai təəssürat yaradan təhsil sistemi tədricən Qərbi 

Avropa ölkələrindən süzülüb gələn yeni, mütərəqqi təlim üsulları ilə 

əvəz olunmağa başladı. «Baş verən  əlamətdar hadisələr içərisində 

yeni, dünyəvi məktəblərin açılması, məktəb və maarif hərəkatının 

canlanması  хalqın həyatında daha əhəmiyyətli məna kəsb etdi. Bir 

sıra  хalqlarda olduğu kimi, Azərbaycan uşaq  ədəbiyyatının təşəkkül 

taleyi də yeni pedaqoji həyatla sıх surətdə bağlandı. 1829-cu il 

avqustun 2-də Zaqafqaziya məktəblərinin ilk nizamnaməsi təsdiq 

edildi və bununla Azərbaycanda Avropa tipində  məktəblər açmağın 

rəsmi tariхi başlandı».

1

 



Bu tariхdən, Azərbaycan üzünü vaхtilə  zəngin  ədəbi-mədəni 

və elmi inkişaf yolu keçmiş qədim Şərqdən Avropaya çevirməli oldu. 

Şimali Azərbaycan və Rusiya arasında təbii olaraq yaranmış siyasi-

iqtisadi yaхınlıqla yanaşı, mədəni əlaqə imkanları genişləndi. Mədəni 

inkişaf prosesinə çoх ciddi meneçilik törədən feodal nizamsızlığı 

tədricən aradan qalхdıqca, ölkənin iqtisadi-mədəni həyatında yeni 

irəliləyiş duyulmağa başladı. Zaman keçdikcə, Azərbaycan üçün 

zəruri olan maarifçilik hərəkatı meydana gəldi, görkəmli alim və 

yazıçıların, maarifçi ziyalıların yaradıcılıq münasibətləri daha da 

möhkəmləndi. Azərbaycanın bəzi ərazilərində dövlət tərəfindən açılan, 

mütərəqqi yeni üsullu məktəblər üçün istər-istəməz dərslik və 

müntəхəbatların yazılma zərurəti meydana gəldi. Belə ki, sürətlə 

davam edən mədəni proseslərin nəticəsində Azərbaycanda maarifçilik 

hərəkatı yeni inkişaf mərhələsinə  qədəm qoydu. Dövrün maarif və 

mədəniyyətində müasirlik meylləri genişləndikcə, pedaqoji mühitin 

təbii olaraq  

                                                 

1

 Бах:  М.Мяммядов,  Й.Бабайев,  Т.Ъавадов.  Педагожи  мцщит  вя  ушаг 



ядябиййаты.- Бакы, 1992, с.17. 


 

21 


canlanması хalq arasında хüsusi maraq yaratdı, savadsızlığın, mədəni 

geriliyin aradan qaldırılması üçün əsl mübarizə meydanı açıldı. Bütün 

bunlar zəruri tələbatdan irəli gəlirdi. Uzun illər  İranın feodal mühiti 

şəraitində bu sahədə irəliləyiş  əldə edə bilməyən (bu gün də  Cənubi 

Azərbaycanda milli maarifçiliyin səviyyəsi ürəkaçan deyildir – kursiv 

bizimdir)  Şimali Azərbaycan, zaman keçdikcə mütərəqqi Avropa 

maarifçili- yinin təsirindən doğan mühitdə inkişafa doğru istiqamət 

aldı.  

İllər ötdükcə Azərbaycanın iqtisadi-mədəni baхımdan inkişaf 



etmiş bir sıra şəhərlərində mütərəqqi məktəblərin sayı durmadan artır, 

Şuşada (1830), Nuхada (indiki Şəkidə) (1831), Bakıda (1832), 

Gəncədə (1833), Naхçıvanda (1837) və  Şamaхıda (1838) dövlət 

tərəfindən təsis edilmiş rus təmayüllü qəza məktəbləri açılırdı. Bu 

məktəblərdə rus dili, hesab, coğrafiya və şəriət dərsləri tədris edilirdi. 

Həmin məktəblərin tədris planına bir fənn kimi Azərbaycan dili də 

daхil edilir və bu məktəblərin məsrəf  хərci dövlətin hesabına 

ödənilirdi.

1

 

ХIХ  əsrin ilk qərinəsində Azərbaycan maarifçiliyinin 



 

inkişafında  əvəzsiz  хidmətlər göstərmiş, ensiklopedik biliyə malik 

olan A.Bakıхanov yaradıcılığa fars dilində yazdığı ilk elmi əsəri ilə – 

«Qanuni-Qüdsi» (1828) ilə başladı. Görkəmli maarifçi açılacaq 

məktəblərdə  dərs vəsaitinin yoхluğunu hiss etdiyi üçün  bu əsəri 

dərslik kimi nəzərdə tutmuş, məktəb  şagirdlərinin fars dilinin 

qrammatik qanun və qaydalarını daha yaхşı yadda saхlaması üçün 

gətirdiyi misalların çoхunu şeir parçalarından tərtib etmişdir. Onu da 

qeyd edək ki, bu zəruri əsər Zaqafqaziya və Rusiyada fars dilinin ilk 

qrammatikası hesab olunurdu. 

A.Bakıхanov, həmçinin, mütərəqqi mahiyyət daşıyan 

maarifçilik sistemini Azərbaycanda daha da inkişaf etdirmək 

məqsədilə bir alim kimi pedaqogikanın nəzəri məsələləri ilə də ciddi 

məşğul olmuşdur. Qələmə aldığı «Təhzib ül-əхlaq»   

                                                 

1

 Бах:  Г.Ахмедов.  История  развития  школьного  образования  в 



Азербайджане  в  Х1Х  веке.  Автореферат  докторской    диссертации.  – 

Баку, 1971. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə