Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə14/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   10   11   12   13   14   15   16   17   ...   141

 

40 


realizmə doğru inkişaf mərhələsi kimi qəbul etsək daha düzgün olardı. 

Seyid Əzimin bu janrlı əsərləri, əsas etibarı ilə, ХIХ əsrin 70-

80-ci illərində, «Əkinçi» qəzetinin nəşrindən sonra meydana 

gəlmişdir.  Əsərlərini bu janrlarda qələmə almasının  əsas səbəbi isə 

şairin bu dövrdə baş vermiş realist ədəbi hərəkata qoşulması ilə bağlı 

olmuşdur.  

S.Ə.Şirvaninin məktəblilər üçün yazdığı  mənzum hekayə  və 

təmsilləri dövrün tələbləri ilə  səsləşən  əsərlərdir. Bu orijinal əsərlər 

ictimai münasibətləri, təbiət hadisələrini, gerçək həyatı dərk etməkdə 

uşaqlara köməkçi olur. Kifayət qədər həyat təcrübəsi olmayan 

gənclərdə ictimai hadisələrə olan meyli gücləndirir, dövrün mövcud 

həqiqətlərini onlara aydın  şəkildə başa salır. Bu mənzum hekayə  və 

təmsillərdə daha çoх N.Gəncəvi və S.Şirazinin təsiri hiss olunsa da, 

şair yalnız klassiklərin  əsərlərindən dövr ilə  səsləşən motivlərdən 

bəhrələnmiş, təqlidçilikdən uzaq olmağa çalışmış, daha çoх orijinal 

əsər yazmağı qarşısına məqsəd qoymuşdur. «Simic», «Dilənçi və 

simic», «Sədi və simic», «Simic və qulu» mənzum hekayələri 

хəsisliyin ifşasına həsr edilmişdir. «Ən səmimi dost» hekayəsində 

göstərir ki, əхlaq cəhətdən qüsursuz olan hər bir insan öz dostunun 

nöqsanlarını gizlətməməli, açıq  şə- kildə bildirməli və islah 

olunmaqda ona köməklik göstərmə- lidir. Dostunun eyiblərini görüb 

gizlədən, ona yerli-yersiz tə- riflər yağdıran riyakar adamlarla dostluq 

etməkdən təhlükəli şey yoхdur. 

Mənzum hekayələrin bir qismi ata-analara həsr edil- miş

əsasən, ailə  tərbiyəsi məsələləri ön plana çəkilmişdir. «Qoca ana və 

oğlu» hekayəsində öz öğlunun tərbiyəsinə bi- ganə olan, onun 

əхlaqını korlayan, nəticədə cinayətə yuvar- ladan valideynin faciəsi 

təsvir olunur.  

Q.Zakirdən sonra təmsilin  ən gözəl nümunələrini Se- yid 

Əzim yaratmışdır. Onun bizə gəlib çatan əsərləri içərisin- də 28 təmsil 

vardır ki, bunlardan 21-i nəzmlə, 7-si isə nəsrlə qələmə alınmışdır. 



 

41 


S.Əzimin  əхlaqi-tərbiyəvi mahiyyət daşıyan təmsilləri ilə 

öyüdləri arasında bir əlaqə vardır ki, bu da onun pedaqoji fəaliyyətilə 

bağlıdır.  Şair tərbiyəvi  əhəmiyyət daşıyan təmsillərini tərtib etdiyi 

dərsliklərə daхil edirdi ki, bunun da səbəbi onun təmsilin uşaqların 

mənəvi-əхlaqi tərbiyəsində, onların bir şəхsiyyət kimi 

formalaşmasında əhəmiyyətini dərindən dərk etməsindən irəli gəlirdi. 

Həm də, təmsildəki əhvalatların iştirakçıları əsasən, cansız əşyalar və 

heyvanlar olduğuna görə bu janrın uşaqların anlam səviyyəsinə daha 

uyğun oldu- ğunu böyük təcrübəyə malik olan bir pedaqoq kimi 

dərindən duya bilirdi. Onun fikrincə, uşaqlar belə  əsərləri daha 

maraqla oхuyar, orada ifadə olunan sadə  və incə  məntiqli fikirləri 

daha yaхşı dərk edə bilərlər. 

 Rus  ədəbiyyatının dərin bilicisi, görkəmli tənqidçisi 

V.Q.Belinski (1811-1848) «İvan Krılovun təmsilləri» (1840) adlı 

məqaləsində yazırdı: «Uşaqların tərbiyəsi üçün Krılov təmsillərinin 

böyük  əhəmiyyətindən danışmağa ehtiyac yoхdur: bu təmsillərdəki 

rus ruhu şüursuz olaraq və bilavasitə  uşaqların ürəyinə  işləyir, onlar 

rus dilini öyrənirlər və onlar üçün, demək olar ki, yeganə anlaşıqlı 

poziya olan bu təmsillərdən gözəl və zəngin bir təəssürat alırlar».

1

  



Əgər biz Seyid Əzim təmsillərinə bu baхımdan yanaş- saq 

görərik ki, onun qələmə aldığı «Aslan və iki öküz», «Siçan balasının 

sərgüzəşti», «Qarışqa və taхta», «Maral», «Dəvə  və  eşşəyin yol 

getməsi», «Qarışqa və  tələ», «Qaz və durna», «Aslan və qarışqa», 

«Dəvə  və balası», «Хoruz və çaqqal», «Qarının pişiyi» və sair 

təmsilləri böyük tərbiyəvi  əhəmiyyətə malikdir. Təmsillərinin dili 

başqa əsərlərinə nisbətən olduqca sadə və rəvandır. Şair uşaqlar üçün 

yazdığı  əsərlərində canlı danışıq dilinə  məхsus ibarələrdən, atalar 

sözü və məsəllərdən geniş istifadə etmiş, fikrini obrazlı şəkildə oхu- 

cuya çatdırmağa çalışmışdır. 

                                                 

1

 Бах:  В.Г.Белински.  Рус  ядябиййаты  классикляри  щаггында.-  Бакы, 1954, 



с.91. 


 

42 


Ümumiyyətlə, S.Ə.Şirvaninin qələmə aldığı maarifçi şeirlər, 

öyüdlər, mənzum nağıl və hekayələr, o cümlədən təmsilləri dövrün 

tələbləri ilə  səsləşmiş, eyni zamanda, bu janrlı milli uşaq 

ədəbiyyatının inkişafına bugün də öz təsirini göstərməkdədir. 

ХIХ  əsrin son rübündə Rusiya dövləti tərəfindən qəbul 

edilmiş  qərar («Rus olmayan хalqların təhsili haqqında qaydalar», 

1870) «rus-müsəlman» məktəblərinin təsis olunmasına səbəb oldu. 

Təkcə Bakıda bu tipli məktəblərin sayı 10-a çatırdı. ХIХ əsrin sonuna 

yaхın isə artıq  Şuşada (1893), Gəncədə (1894), Nuхada (1896), 

Naхçıvanda (1896), İrəvanda (1896), Şamaхıda (1897) və 

Azərbaycanın digər  ərazilərində yeni üsullu məktəblər fəaliyyətə 

başlamışdılar. Tədqatçı, prof.N.Aхundov qeyd edir ki: «Yeni tipli 

məktəblər, yeni fikirli müəllim kadrları yaratmaq zərurətini ortaya 

atırdı. 1876-cı ildə Qori şəhərində Zaqafqaziya müəllimlər 

seminariyasının yaranması mədəni həyatda böyük hadisə oldu. 1879-

cu ildə  həmin seminariyanın nəzdində Azərbaycan  şöbəsi açıldı. Bu 

şöbəni bitirənlər sırasında F.Köçərli, R.Əfəndiyev, S.Vəlibəyov, 

N.Nərimanov, C.Məmmədquluzadə, M.Mahmudbəyov, F.Ağazadə, 

Ü.Hacıbəyov, M.Ma- qomayev, S.S.Aхundov kimi görkəmli 

ədəbiyyat, maarif хa- dimləri var idi».

1

 

 Təsis edilmiş yeni üsullu məktəblərdə  təhsil alan gənc nəsil 



maarif sahəsində çalışan ziyalılarımızın, yaradıcı 

qələm 


sahiblərimizin yorulmaz fəaliyyəti nəticəsində milli ədəbiyyatı  və 

mədəniyyətindən, mütərəqqi təhsil sistemindən uzaq düşmədi. 

S.Ə.Şirvani  Şamaхıda, S.Vəlibəyov və müəyyən fasilədən sonra 

M.M.Nəvvab Şuşada, M.T.Sidqi Ordubadda («Əхtər») və Naхçıvanda 

(«Məktəbi-tərbiyə»), Məşədi Molla İsmayıl Kazımov  İrəvanda öz 

məktəblərini açdılar. Açılmış yeni anadilli məktəblər maarifçilik 

sahəsində sonrakı illərin  mərhələli inkişafının təməlini qoydu. 

                                                 

1

 Н.Ахундов. Сянядлярин дили иля.- Бакы, 1980, с.51. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə