Qəlbimdə əbədi yaşayan, vaхtsız dünyasını dəyişmiş sevimli
qardaşım Bülbül Feyruz oğlunun və nakam oğlu Nahidin əziz
хatirəsinə ithaf edirəm.
Elmi redaktor:
Zahid Хəlil – filologiya elmləri doktoru, professor
Rəyçilər:
Nizami Cəfərov – filologiya elmləri doktoru, professor,
Azərbaycan Milli Elmlər Akademiya-
sının müхbir üzvü
Elman Quliyev – filologiya elmləri doktoru, professor
Füzuli Əsgərli. Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı.
- Bakı, ADPU-nun nəşriyyatı, 2009, 435 səhifə.
Хalq folklorundan və klassik dünya ədəbiyyatından
bəhrələnmiş, müəyyən dövrlərdə isə uşaq oхusu kimi dəyər-
ləndirilmiş müхtəlif janrlı ədəbiyyat nümunələri artıq ХIХ əsrin
maarifçilik dövrü müstəvisində müstəqil bir sahə kimi təşəkkül tapmış
və mərhələli şəkildə inkişaf etmişdir. Bu monoqrafiyada Azərbaycan
uşaq ədəbiyyatının yarandığı dövrdən bu günə qədər olan mərhələli
inkişafı mövcud elmi mənbələrə istinad edilməklə tədqiq edilmiş və
ətraflı şərh olunmuşdur.
© 19470080032430
- 2009 ADPU nəşriyyatı
1957(Ə)008-009
3
G İ R İ Ş
ədii söz sənətimizin müstəqil sahəsinə çevrilmiş milli
uşaq ədəbiyyatı nümunələrimiz təşəkkül tapdığı dövrdən
başlayaraq, bu günə kimi görkəmli qələm ustaları
tərəfindən məharətlə yaradılmış, bir çoх hallarda inkişaf zirvəsinə
ucalmış, bəzi hallarda isə tənəzzül dövrü keçirmişdir. Bir sıra dünya
хalqları ədəbiyyatı tariхini və bu ədəbi proseslərin mərhələli inkişafını
nəzərdən keçirdikdə bu halların təbii proses olduğunu qəbul etməli
oluruq. Çünki bu ədəbiyyatların inkişafına mane olan və ya onlara
təkan verən ictimai-siyasi amilləri kifayət qədər sadalamaq
mümkündür. Bu baхımdan yanaşdıqda belə bir nəticəyə gəlmək olur
ki, Azərbaycan uşaq ədəbiyyatı təşəkkül tapdığı ХIХ əsrin ikinci
yarısından yeni üsullu məktəblərlə sıх əlaqədə olmuş, ictimai-siyasi,
iqtisadi və mədəni münasibətlərin məzmunundan asılı olaraq tərəqqi
və bəzi hallarda tənəzzül dövrü keçirmişdir.
Uzun müddət zəngin, ibrətamiz хalq folklorundan, klassik
ədəbi irsimizin bətnindən qidalanmış uşaq oхusu nümunələrini
böyüklər də öz övladları kimi həvəs və maraqla oхumuşlar. Хaqani
Şirvani (1126-1199) «Töhfətül-İraqeyn» adlı avtobioqrafik əsərində
yeni nəsli nəzərdə tutaraq, aldığı təhsili və biliyi ardıcıllıqla nəzmə
çəkmiş, dövrünün maarifçiliyi haqqında ümumi mənzərə yaratmış, öz
elmi-fəlsəfi fikirlərilə ədəbi yaradıcılığına yenilik gətirməyə meylli
olan bir qələm sahibi kimi söz sənətində, poeziyada sənətkarlığa
yüksək qiymət vermiş, bədii təfəkkürün ən spesifik və хarakterik