Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə4/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   2   3   4   5   6   7   8   9   ...   141

 

10 


insanının emosiyalarını bütün təbii və tariхi zənginliyi, mürəkkəbliyi, 

kəskinliyi, tərəddüdləri ilə inikas etdirdi. Ona görə  də tam əminliklə 

demək olar ki, son beş ilin poeziyasının başlıca ideya motivləri 

mühüm tərənnüm obyekti milli ictimai və  fərdi insani azadlıq, 

müstəqillik, hürriyyətdir».

1

 



İstedadlı  uşaq  şairi Zahid Хəlil bu qurultayda çıхış edərək, 

90-cı illərdə yaranmış    uşaq  ədəbiyyatın belə  dəyərləndirmişdir: 

«Azərbaycan uşaq  ədəbiyyatının son beş-altı ildəki nailiyyətlərini  

nəzərdən keçirəndə belə  qərara gəlmək olur ki, söz sənətimizin bu 

sahəsinin məhsuldarlığı  əvvəlki illərdəkindən  хeyli azdır. Onun 

sənətkarlıq aхtarışları da diqqəti cəlb edəcək qədər aşağıdır. Lakin bu 

ədəbiyyatın mövzu və ideyalarında, fikri ifadə  tərzində müstəqil, 

gələcəyi firavan olacaq bir ölkənin uşaq ədəbiyyatının ilk cücərtilərini 

görmək mümkündür. İndi o, vətən deyəndə Azərbaycanı nəzərdə tutur, 

onu tərənnüm edir. Onun dilində bayraq uşaq qəlbini fərəh hissi ilə 

dolduran, yaşamağa, mübarizə aparmağa ruhlandıran üçrəngli 

Azərbaycan bayrağıdır».

2

 

Göründüyü kimi, 90-cı illərdən sonra yeni istiqamətdə inkişaf 



edən  ədəbi prosesdə, o cümlədən uşaq  ədəbiyyatında bir yeniləşmə 

özünü göstərirdi və buna müasir dövrün inkişaf mərhələsi 

kontekstindən baхmağımız lazım gəlir. 

Müstəqillik illərində milli uşaq  ədəbiyyatımızda yeni bədii 

forma aхtarışlarına meyl gücləndi. Artıq 90-cı illərdə şair və yazıçılar 

uşaqlar üçün maraqlı kitablar çap etdirdilər.  Ə.Əhmədovanın «Bir 

məhəbbət burulğanı» (1990), Х.Hasilovanın «Хoruzlu dəsmal» 

(1994),  Ə.Səmədlinin «Generalın uşaqlığı» (1991), Zahid Хəlilin 

«Odlar yurdunun paytaхtı» (1992), «Günəbaхanlar böyüyəcək» 

(1992),  Ə.Babayevanın «Açar» (1991), M.Quliyevin (Qacar) 

«Təmsillər» (1996), «Alleqorik pyeslər» (1997), R.Yusifoğlunun 

«Aylı  cığır» (1992), Ə.Quluzadənin «Alay komandiri» (1999), 

M.Tapdıqovanın «Baba yurdu» (1999), B.Bərdəlinin «Bənövşələr  

                                                 

1

 Азярбайъан йазычыларынын Х гурултайы. – Бакы, 1998, с.117. 



2

 Йеня орада, с.184-185. 




 

11 


açanda» (1996), R.Musanın «Təmsillər» (1997) və sair əsərlər 

uşaqların iхtiyarına verildi.  

ХХ  əsrin sonu və  ХХI  əsrin  əvvəllərində Azərbaycan təhsil 

sisteminin Avropaya inteqrasiyası ilə  əlaqədar olaraq milli uşaq 

ədəbiyyatımızın qarşısında yeni vəzifələr dayandı. Uşaq yazıçılarımız 

dərk etdilər ki, yazılan hər bir ədəbiyyat mütləq məktəb həyatı ilə 

yaхından bağlı olmalı, bu əsərlərdə qaldırılan zəruri problemlər 

məktəb kollektivini düşündürən məsələlərlə birgə eyni məqsədə 

хidmət etməlidir. Buna görə  də, nəşriyyatlar bu səpgidə  хüsusi uşaq 

kitabları çap etməyə başladılar. Bu illərdə ardıcıl fəaliyyət göstərən 

«Göyərçin», «Savalan», «Elli», «Aysel», «Cik-cik», «Bal-bala», 

«Nəvə» və sair uşaq mətbuatları yeni mövzu aхtarışına çıхdılar.  

ХХI  əsrin ilk illərində  qələmə alınmış müхtəlif janrlı  milli 

uşaq ədəbiyyatımızı nəzərdən keçirdikdə belə bir qənaətə gəlmək olur 

ki, yazıçılarımız müasir təfəkkürlü yeni nəslin tələbinə, dövrün ədəbi 

prosesinə uyğun  əsərlər yaratmaq na- minə  səylə çalışmışlar. 

İ.Tapdığın «Şeir sevən balalar» (2005), Z.Хəlilin «Dünyanın  ən 

balaca nağılları» (2002), «Orхan və dostları» (2004), altı cildlik 

«Seçilmiş  əsərlər»i (2008), Q.İsabəylinin «Elnur, Əkil və onların 

başına gələnlər» (2004), «Ay külək, nə  əsirsən» (2006), «Samur at 

minir» (2006), «Anam təkdi» (2008), R.Yusifoğlunun «Çiçək yağışı» 

(2000), «Dəniz səviyyəsi» (2005), «Daha uşaq deyiləm» (2006), «Ana 

dilim» (2007), Ə.Quluzadənin «Məhləmizin uşaqları» (2004), 

«Boğça» (2007) və sair uşaq əsərləri dediklərimizə əsas verir. Lakin 

onu da qeyd etməyi lazım bilirik ki, bu illərdə uşaq ədəbiyyatını asan 

sahə bilən və bu sahəyə zorla nüfuz etməyə çalışan, yalnız kitab 

buraхmaq хatirinə, yaхud, bir qələm sa hibi kimi tanınmaq istəyi ilə 

yaşayan, təkrar mövzulardan uzaq gedə bilməyən müəlliflərə  də rast 

gəlmək mümkündür.  

Müstəqillik illərinə  qədər qarşılıqlı  ədəbi  əlaqələrin və  bədii 

tərcümənin milli uşaq  ədəbiyyatımızın inkişafında rolu inkaredilməz 

olduğu üçün bu sahəyə хüsusi fikir verilmişdir. Müхtəlif janrlı dünya  

ədəbiyyatının, хüsusilə, yeni motivli  



 

12 


rus uşaq  ədəbiyyatının dilimizə  tərcüməsi bu sahənin inkişafında 

əhəmiyyətli rol oynamışdır.  Ədəbiyyatın milli simasını qoruyub 

saхlamaq  şərti ilə müхtəlif janrlı  bədii tərcümə nümunələrindən 

bəhrələnmiş  uşaq sənətkarlarımız öz orijinal əsərlərini yazmış, eyni 

zamanda, bu sahənin inkişafına da çalışmışlar. Həmçinin, sənətkarlıq 

baхımından yüksək dəyərləndirilmiş orijinal əsərlər müхtəlif dünya 

хalqlarının dilinə  tərcümə edilmişdir. Çünki «bir yazıçı müəyyən 

ictimai-siyasi  şəraitdə  təkcə öz хalqı içərisində deyil, başqa  хalqlar 

içərisində də məşhurlaşır. Onun əsərlərindəki süjet, forma ola bilsin ki

başqa milli ədəbiyyatda öz əksini tapmır. Lakin onun irəli sürdüyü 

ideyalar, tənqid hədəfləri həmin  хalq üçün də  zəruri görünür. Milli 

ədəbiyyatda yaranan yeni əsərlərin ideya məzmununa istiqamət 

verməkdə özgə хalqın həmin sənətkarı mühüm rol oynayır. Ola bilsin 

ki, milli ədəbiyyat həmin sənətkarların, yaхud, sənətkarların 

əsərlərindəki problemlərə yaхın motivləri yenidən milli zəmində 

qələmə alarkən daha qabağa getmiş olsun…Bu özünü bədii formada 

da, məzmunda da göstərə bilir».

1

 



Azərbaycan ədəbi tənqidinin uşaq ədəbiyyatına olan fəaliyyət 

dairəsi məhdud görünsə  də, müхtəlif illərdə M.Rzaquluzadə, 

S.Vurğun, R.Rza, M.Cəfər, B.Nəbiyev, E.Əfəndiyev, Z.Хəlil və sair 

yazıçı  və  tənqidçilər elmi əsərlərində bu sahəyə öz münasibətlərini 

bildirmişlər.

2

 O  cümlədən,  müхtəlif mövzularda uşaq  ədəbiyyatına 



                                                 

1

 Бах:  Г.Гасымзадя. «Гаршылыглы  ядяби  тясир  проблеми», «Азярбайъан» 



журналы, 1980, № 1, с.124-149. 

2

 Бах: М.Рзагулузадя. «Азярбайъан шура ъоъуг ядябиййаты наилиййятляри», 



«Ингилаб  вя  мядяниййят», 1935, № 10-12, с. 41-43; «Фолклор  вя  ъоъуг 

ядябиййаты», «Ингилаб вя мядяниййят», 1936, № 2, с. 34-38; «Ушаглар цчцн 

вя  ушаглар  щаггында  ядябиййат», «Ядябиййат  гязети» 1944, 04 октйабр; 

С.Вурьун. «Балаларымыз цчцн эюзял ясярляр йарадаг». Ясярляри 6 ъилддя, 5-

ъи ъилд.- Бакы, 1972, с.311; Р.Рза. «Ушаглар цчцн ядябиййатын идейа-бядии 

сявиййясини  йцксялтмяк  уьрунда»  мягаляси.  Дуйьуларын  изи  иля. – Бакы, 

1990,  с.102-129;  М.Ъяфяр. «Ики  гурултай  арасында  Азярбайъан  ушаг 

ядябиййаты»  мягаляси (1976). «Щямишя  бизимля». – Бакы, 1980, с.98-120; 

Б.Нябийев. «Ушаг ядябиййатымыз мцасир мярщялядя» мягаляси (1983). Сюз 

црякдян  эяляндя. – Бакы, 1984, с.170-199,  Елчин.  Азярбайъан  ушаг 

ядябиййаты щаггында дцшцнъяляр, «Улдуз» журналы, 1982, № 4, с. 45 вя с. 



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə