Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   16   17   18   19   20   21   22   23   24

229

ƏMMU-nun icrası kifayət qədər tələbkar bir iş ola bilər, çünki heç bir stan-

dart və ya tərif mövcud deyil. Daxili məlumatların olmaması, ƏMMU-nun həyata 

keçirilməsinə maneə yarada bilər, çünki xərclərin effektiv uçotu, materialların 

hərəkətinin peşəkar hesablanmasını tələb edir. Əsas ekoloji xərclər ətraf mühit 

amilindən asılıdır və buna görə də uçot sistemləri elə hazırlanmalıdır ki, belə 

gözlənilməz vəziyyətlərin öhdəsindən gələ bilsin. Sadəcə yeni proqram təminatı 

quraşdırmaqla təkmilləşdirmələrin aparılması mümkün deyil.



Ekoloji İdarəetmə Sistemi 

Ekoloji idarəetmə sistemi (EMS), istehsal şirkətləri və digər təşkilatlarını öz 

təsir dairələrinə daxil olan ekoloji təsirlərin sistematik və effektiv şəkildə idarə 

edilməsi istiqamətində edilən səyləri dəstəkləmək üçün tətbiq edilmişdir. 

EMS “Planlaşdırma, icra, yoxlama və tədbir görmək” idarəetmə sxeminə 

əsaslanır. Planlaşdırma mərhələsində şirkət ilkin durumu yoxlamalı, öz ekoloji icra 

göstəricilərini, o cümlədən təsirləri analiz etməli və ekoloji siyasətlər, məqsədlər 

və  hədəflər  hazırlamalıdır.  Buna  əsasən,  əməkdaşların  maarifləndirilməsi  və 

təlimləndirilməsi  həyata  keçirilir  və  sənədləşdirmə,  habelə  kommunikasiya 

kanalları daxil olmaqla, biznes əməliyyatları qurulur. Ekoloji göstəricilərin da-

vamlı şəkildə yaxşılaşdırılmasını, habelə davamlı inkişaf tədbirlərinin hazırlan-

masını təmin etmək üçün icraya nəzarət, monitorinq və yoxlama mexanizmləri 

işlənib hazırlanır. 

EMS üçün geniş istifadə edilən beynəlxalq standartlar – ISO 14001 (ISO 

14000  ekoloji  standartlar  külliyyatında  əsas  standart)  və  EMAS  (Ekoloji 

İdarəetmə və Audit Sxemi) sayılır.



Ekoloji nişanlama 

Ekoloji  nişanlama  (EN)  –  bazar  mexanizminə  əsaslanan  könüllü  alətdir. 

Onun əlaqəli olduğu mövcud fakt budur ki, bir çox ölkələrdə istehlakçılar əldə 

etdikləri müxtəlif məhsulların ətraf mühitə və sağlamlığa təsirləri haqqında daha 

da məlumatlı olmağa başlayırlar. Ekoloji nişanlamanın məqsədi iki hissəyə bö-

lünür. 


•  Mövcud olduğu bütün müddət ərzində (həyat dövründə) ətraf mühitə mi-

nimal təsirə malik olan istehlak malları və xidmətlərinin hazırlanması, istehsalı, 

satışı və istifadəsini təşviq etmək və

•  İstehlakçıları məhsul və xidmətlərin ekoloji keyfiyyətinə dair daha dol-

ğun məlumatlar ilə təmin etmək və onlara alış-veriş edən zaman ekoloji seçimlər 

haqqında məlumatlı olmağa kömək etməkdir

Ekoloji  meyarlara  cavab  verən  məhsullara  öz  qablaşdırılmasında  xüsusi 



230

loqotipdən istifadə etmək hüququ verilir. Bu loqotip (məs. Avropa İttifaqında 

yaşıl çiçək, Slovakiyada dairəvi möhür, yaxud Norveçdə qu quşu), müştərilərə 

bu və ya digər məhsulun yüksək ekoloji göstəricilərə malik olduğunu göstərmək 

üçün marketinq aləti kimi nümayiş etdirilir.

Nişanların  etibarlılığını  təmin  etmək  üçün,  formal  sxemlər  işlənib  hazır-

lanmalıdır. Adətən dövlət qurumları və ya bir neçə maraqlı tərəf – təşkilatlar 

(beynəlxalq və ya milli səviyyələrdə) nişanlama sxemlərini hazırlayır və idarə 

edirlər; misal üçün, onlar meyarlar hazırlayır, tətbiq metodlarını qiymətləndirir, 

nişanlar təqdim edir və tələblərə riayət olunmasına nəzarət edirlər. Daha sonra, 

ekoloji nişanlama istənilən səviyyədə tətbiq edilə bilər: beynəlxalq (məs. Avropa 

Birliyi nişanı, Nordik qu quşu)  və ya hətta şirkət səviyyəsində (məs. “Swedish 

Anglamark” və ya “Body Shop”). Belə ki, effektiv ekoloji nişanlama hələ də 

bütün səylərin birləşdirilməsini tələb edir. Reallıqda bir çox ekoloji nişanlar var 

ki, mühafizə olunmadan və tam sərbəst istifadə olunur; bu isə alıcılar arasında 

çaşqınlığa səbəb olur. Uğurlu nişanlamanın praktiki tətbiqi Haşiyə 7.10-da əks 

edilmişdir.

Ekoloji tədarük 

Ekoloji tədarükün tətbiq edilməsi ideyası bilavasitə iqtisadi inkişafın cari 

trayektoriyası,  əhali  artımı  və  insanların  maneələrə  üstün  gəlmə  bacarığın-

dan irəli gələn istehsal və istehlak proseslərində nəhəng və daim böyüyən ar-

tım ilə əlaqəlidir.  Ekoloji tədarük (ET) yanaşması davamlı inkişaf və istehlak 

aspektlərini ictimai tədarük prosesinə daxil etmək və bununla da ekoloji baxım-

dan rasional bazarlara imkan yaratmaq, onları təşviq etmək və dəstəkləmək üçün 

işlənib hazırlanmışdır. 



Haşiyə 7.10 | Uğurlu ekoloji nişanlama nümunələri  

Kosmetik məhsullarnn transmilli şəbəkəsi, “Body Shop” şirkəti, heyvanlar üzərində snaqdan 

keçirilməyən xalis təbii bitki məhsullarna görə bütün dünya üzrə müştərilər tərəfindən yaxş tannr. 

İsveçin özəl “Anglamark” brendi də kifayət qədər məşhurdur. Bu nümunələr uğurlu tətbiq metodunun 

müstəsna olaraq səlahiyyətli orqanlara deyil, daha çox nüfuz və məmnun müştərilərin etimadna 

əsaslandğn göstərir.

 

Haşiyə 7.11 | “Canon Group” şirkətində tətbiq edilən ekoloji tədarük  

“Canon Group” şirkəti ekoloji tədarük fəaliyyətlərini 1997-ci ildən həyata keçirir. “Canon” şirkəti 

materiallarda (ekoloji materiallar) ətraf mühit aspektinin səviyyəsini qiymətləndirmək üçün 

qiymətləndirmə meyarlar işləyib hazrlamş və bu meyarlar “Ekoloji Tədarük Standartlarna dair 

Bələdçi” formasnda  şirkətin təchizatçlarna və müştərilərinə göstərmişdir. Bu meyarlar, korporativ 

struktur üçün yeddi əsas parametrdən (məs. EMS-də iştirak, ekoloji qanunvericiliyə riayət və s.) və 

məhsullar üçün on bir əsas parametrdən (məs. zərərli kimyəvi maddələri  özünə daxil edən məhsullar, 

təhlükəli tullantlar, qablaşdrma və s. istehsal) ibarətdir. Ekoloji təmizlik səviyyəsi bu iki meyarn 

təsnifatlarnn hər birində məhsullarn topladğ xallarn cəmi ilə müəyyən edilir. “Canon” şirkəti 

Yaponiyada 1200 təchizatçdan, Cənubi  Şərqi Asiya və Çində 200 təchizatçdan və  Şimali Amerikada 

100 təchizatçdan ekoloji baxmdan məqbul saylan məhsullarn təchiz edilməsini tələb etmişdir.  

Mənbə: Allen P, ed., 2001.

 



Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə