Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   16   17   18   19   20   21   22   23   24

233

Janeyro şəhərlərində keçirilmiş sammitlərdən irəli gələn bəyanatlarını göstərmək 

olar. 1972-ci ildə qəbul edilmiş Stokholm Bəyanatı təlimatlar ilə yanaşı 26 prin-

sip müəyyən etdi ki, onların ekoloji normativ-hüquqi bazası bu günə kimi işlənib 

hazırlanmaqdadır. Təkcə 2 və 14 saylı prinsipləri qeyd etmək kifayətdir, harada 

ki, müvafiq olaraq bu cümlələr qeyd edilib: “Yer kürəsinin təbii sərvətləri, o 



cümlədən hava, su, torpaq, fauna və flora indiki və gələcək nəsillər üçün qoru-

nub saxlanılmalıdır” və “rasional planlaşdırma, inkişaf tələbləri və ətraf mühiti 

qorumaq və yaxşılaşdırmaq üçün tələbat arasında hər hansı ziddiyyəti yoluna 

qoymaq üçün zəruri sənədi ehtiva edir”.

Əsas  etibarı  ilə  Stokholm  Bəyanatını  təkrar  təsdiqləyən,  ətraf  mühitin 

mühafizəsi üçün daha dəqiq prinsiplər dəsti Rio de Janeyro şəhərində Ətraf Mü-

hit və İnkişaf haqqında qəbul edilmiş bəyanata (“Rio Bəyanatı”) daxil edilib. 

“Yumşaq qanun”un digər vacib sənədlərinə misal olaraq BMT-nin Baş Assamb-

leyası  kimi  beynəlxalq  təşkilatların  qətnamələrini,  habelə  1982-ci  ildə    Ətraf 

Mühit və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq İttifaq tərəfindən işlənib 

hazırlanmış Ümumdünya Təbiəti Mühafizə Xartiyasını göstərmək olar. 



Beynəlxalq Hüquq 

Beynəlxalq  səviyyəli  hüquqi  sənədlər  olmadan,  beynəlxalq  səviyyədə 

təsdiqlənmiş, yumşaq qanun kimi təsnif edilən prioritetlərin icrasına nail olmaq 

çox çətin olardı. Hüquqi prinsiplərin tövsiyə edilən “yumşaq” qanunlardan tam 

hüquqi  “sərt”  qanunlara  doğru  irəliləməsi,  beynəlxalq  hüquqda  kifayət  qədər 

yaxşı tanınmışdır. 

Beynəlxalq sazişin tərəfinə çevrilən dövlət, bu sazişi yerinə yetirməyə görə 

hüquqi baxımdan məsuliyyət daşıyır. Sazişin müddəalarından asılı olaraq, saziş 

tərəfinin öz üzərinə götürdüyü öhdəliklərə riayət etmək yeni qanun işləyib hazır-

laması və ya mövcud qanunlarda dəyişiklik etməsi tələb oluna bilər.

Beynəlxalq  ekoloji  qanunlar  yaradan  iri  sazişlər  daha  geniş  anlamda 

Çoxşaxəli Ekoloji Razılıqlar (ÇER) kimi istinad edilir. ÇER-lərə saziş, konven-

siya, razılıq və protokol kimi müxtəlif terminlər ilə müraciət olunur. Müəyyən 

nəticələri əldə etmək üçün ÇER-lərə spesifik öhdəliklər daxil ola bilər; misal 

üçün, müəyyən tarixə qədər ozon dağıdıcı maddələrdən tədricən imtina etmək 

tələbi  və  /  yaxud  onlara  təsirlərin  qiymətləndirilməsi  prosedurları,  monito-

rinq  sistemlərinin  işlənib  hazırlanması  və  ya  informasiya  və  texnologiyaların 

mübadiləsi, təhsilin stimullaşdırılması, təlimlər və ictimai məlumatlandırmada 

iştirak kimi ümumi davranış öhdəlikləri daxil ola bilər. 

Hər bir Çoxşaxəli Ekoloji Razılıq, ən yüksək səviyyədə tənzimləyici orqanı 

təsis edir və bu orqana müxtəlif partiyaların nümayəndələri, müvafiq sayıldıqda 

isə müşahidəçilər, o cümlədən QHT-lər (qeyri-hökumət təşkilatları) daxil olur. 




234

Tənzimləyici orqanın başlıca vəzifəsi, sözügedən sənədin bütünlükdə icra pro-

sesini  idarə  və  ona  nəzarət  etmək,  eləcə  də  onu  daha  da  inkişaf  etdirməkdən 

ibarətdir. Belə orqan Tərəflərin Konfransı (məs. Bioloji Müxtəlifliyə dair Kon-

vensiyada olduğu kimi və s.), Daimi Komitə (məs. Bern Konvensiyası), İcraçı 

Orqan (məs. Böyük  Məsafələrdə Havanın Transsərhəd Çirklənmələri haqqında 

Konvensiya – CLRTAP) və s. adlana bilər. 

Hazırkı  bölmə,  sizin  diqqətinizə  əsas  qlobal  Çoxşaxəli  Ekoloji  Razılıqlar 

(ÇER-lər)  və  regional,  yaxud  subregional  miqyasda  seçilmiş  sazişləri  təqdim 

edir.


Ekoloji məsələlərdə informasiya əldə etmək, qərarların qəbul edilməsində 

ictimaiyyətin iştirakı və ədalət məhkəməsinin əlverişliliyi haqqında konvensiya

Ətraf  mühit  məsələləri  üzrə  qərarların  qəbul  edilməsi  prosesinə  ge-

niş  ictimaiyyəti  cəlb  etmədən,  ətraf  mühitin  pisləşməsi  ilə  bağlı  məsələlər 

həll oluna və təkmilləşdirilə bilməz. Lakin, insanların əksəriyyəti ətraf mühit 

məsələlərindən kifayət qədər xəbərdar deyil. Bu isə bir çox ölkələrdə ictimaiyyət 

üçün informasiya təminatının mövcud olmaması və ya səmərəsiz sistemlərin ol-

ması səbəbindən geniş yayılmışdır. Bundan əlavə, insanlar bu problemlər haq-

qında  müəyyən  şeyləri  bildikdə  belə,  onlar  adətən  ictimaiyyətin  iştirakı  üçün 

səmərəli  hüquqi  bazanın  olmaması  səbəbindən  öz  sual,  şikayət  və  təkliflərini 

hara və necə ünvanlamaq barədə məlumatsız olurlar. 

Tərəflərin öhdəlikləri, ictimaiyyəti Konvensiyanın üç əsas dayaqlarını for-

malaşdıran aşağıdakı hüquqlar ilə təmin etmək öhdəliyi ilə bağlıdır:

•  Bilmək  hüququ;  istənilən  şəxsin  müvafiq  dövlət  orqanından  ekoloji 

məlumat almaq hüququ vardır; 

•  İştirak  etmək  hüququ;  hökumətlər  xüsusi  fəaliyyətlərə  dair  təkliflərin 

verilməsi  ilə  bağlı  vətəndaşlar  ilə  məsləhətləşməyə  borcludurlar  (əgər  bu 

fəaliyyətlərin ətraf mühitə mənfi təsir göstərəcəyi hesab edilirsə); 

•  Ədalət hüququ; bütün insanlar öz ekoloji hüquqlarını həyata keçirmək 

imkanına malik olmalıdırlar. Hər bir şəxs məhkəmə və ya digər müstəqil orqana 

müraciət etmək və onun tələb etdiyi informasiya ilə təmin edilməməsi və ya ona 

ekoloji qərarların qəbulunda iştirak etmək icazəsinin verilməməsi ilə bağlı iddia 

irəli sürmək hüququna malikdir. 



Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi 

haqqında Konvensiya 

Fəsil 7.5-də müzakirə obyekti olan ətraf mühitə təsirin qiymətləndirilməsi 

(ƏMTQ)  anlayışının  əsas  ideyası,  təklif  edilən  tədbirin  hazırlanma  mərhələsi 

ərəfəsində, əvvəlcədən həmin fəaliyyətin mümkün ekoloji təsirlərini nəzərə al-

maqdır. ƏMTQ həyata keçirilmədiyi halda, ətraf mühitə və insan sağlamlığına 

potensial mənfi təsir vuran, nəzarət edilməsi mümkün olmayan ciddi problem 




Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə