FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


MÖVZU:4. SURİYA ƏRƏB RESPUBLİKASI



Yüklə 167,21 Kb.
səhifə9/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   5   6   7   8   9   10   11   12   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

MÖVZU:4. SURİYA ƏRƏB RESPUBLİKASI
İstiqlaliyyətini 1943-cü ildəəldə etsə də, Suriya ancaq II Dünya müharibəsindən sonra müstəqil siyasi və iqtisadi inkişaf yoluna qədəm qoydu. Milli və iqtisadi müstəqilliyinin ilk illərindəSuriya Yaxın və Orta Şərqdə kapitalizm münasibətləri hələ rüşeym halında olan aqrar-xammal ölkələrindən biri idi. O zaman ölkəiqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. Suriya hökumətinin həyata keçirdiyi ilk tədbirlər sırasına yerli pulun xarici valyutadan asıllığının qarşısını almaqdır. Milli sənayeni inkişaf etdirmək məqsədilə dövlət bir sıra bankları, hərəsində 100 nəfərdən artıq fəhlə çalışan müəssisələri, habelə sığorta şirkətlərini milliləşdirdi. Ölkənin yeraltı sərvətləri ümumdövlət mülkiyyəti elan olundu, elektrik stansiyalarının üzərinə dövlət nəzarəti qoyuldu. Suriya hökumətinin iqtisadiyyat sahəsində həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də dövlət bölmələrinin yaradılması idi. Bu prosesin ilk illərində dövlət keçmiş müstəmləkə inzibati idarəsinəmənsub olan mülkiyyəti, xarici şirkətlərə məxsus olan zavod vəfabrikləri pul ilə onlardan satın alırdı. Artıq 1965-ci ilin əvvəlləri üçün İraq və SəudiyyəƏrəbistanından başlayıb Suriya ərazisindən keçən neft kəmərləri istisna olmaqla xarici kapital Suriyada öz mövqeyini, demək olar ki, tamamilə itirdi. Sonrakı illərdə dövlət bölmələrinin genişləndirilməsi işinə diqqət daha da artırıldı. Hazırda Suriya sənayesinin istehsal etdiyi ümumi məhsulun yarıdan çoxu dövlət bölmələrinin payına düşür. İqtisadiyyatın aparıcı sahələrini ələ keçirən Suriya hökuməti planlı inkişaf yolunda ilk addımlarını atmağa başladı. İlk beşillik planın (1961-1965) yerinə yetirilməsi üçün iqtisadiyyata 2,7 mlrd. Suriya funtu məbləğində kapital qoyulmuşdu. Bu plana görə ölkənin ümumi sənaye artımı hər il 7 faizdən az olmamalı idi. 1966-1970-ci illəri əhatə edən II beşillik planın vəzifələrini həyata keçirmək üçün ölkə iqtisadiyyatına təqribən 5 mlrd. Suriya funtu məbləğində kapital qoyulur. İkinci beşillik plan sənaye vənəqliyyat tikintisinə, istilik-energetika bazasının möhkəmlənməsinəvə sosial-ictimai məsələlərin inkişafına xüsusi diqqət verməli idi. 1967-ci ildə baş vermişİsrail-Ərəb müharibəsi beşillik planların həyata keçirilməsinə maneçilik törətdi. XX əsrin axırlarına yaxın Suriyanın sosial-iqtisadi vəziyyəti bir qədər ağırlaşdı. Bunun səbəbləri çoxdur. Bu səbəblər içərisindədünya bazarında neftin satış qiymətlərinin stabil olmaması, bəzi ərəb ölkələrinin Suriyaya göstərdikləri əvəzsiz köməkdən imtina etmələri, Livanda ekspedisiya korpusunun saxlanması, Fələstinin açıq-aşkar müdafiə etməsi iləəlaqədar İsrail və Qərb ölkələri iləmünasibətlərindəki gərginlik və s. bu qəbildən olanlardır. Xarici mütəxəssislər belə hesab edirlər ki, Suriyanın dövlət büdcəsinin 40-45 faizi hərbi xərclərə sərf olunur. Region ölkələrinin əksəriyyətindən fərqli olaraq Suriya iqtisadiyyatında dövlət öz aparıcı rolunu saxlamaqdadır. Maliyyə, xarici ticarət, dəmir yolu, hava nəqliyyatı və s. tamamilə dövlətin nəzarətindədir. Bununla yanaşı son illərdə iqtisadiyyatda liberallaşdırma vəşəxsi bölmənin genişləndirilməsi istiqamətindəaddımlar atmağa başlanılmışdır. Şəxsi bölmə kənd təsərrüfatı, parakəndə satış, turizm və mehmanxana biznesində, xidmətin müxtəlif sahələri, mənzil tikintisində özünə geniş yer tuta bilmişdir. 2000-ci ildə yeni prezident hakimiyyətə gəlməklə ölkəyə xarici kapitalın cəlb edilməsi üçün geniş işlər görməyə başlanılmış, bütün əsas fondların 30 faizdən çoxunun yer aldığı dövlət sektorunun yenidən qurulması proqramının icrası başlanılmışdır. 2005-ci ildə ölkənin ümumdaxili məhsulunun həcmi 60 mlrd. ABŞ dollarına çatmışdır. Bu isə adambaşına 3500 dollar düşməsinəsəbəb olmuşdur. İqtisadiyyatın inkişaf tempi 90-cı illərdə 5,6 faiz təşkil etsə də, 2005-ci ildə bu rəqəm 3,2 faiz həddinə enmişdir. İqtisadiyyatın sahələr üzrə strukturuna (2004-ci il) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq Ümumdaxili məhsulun 27 faizini, sənaye sahələri 23 faizini, xidmət sahələri isə 50 faizini təşkil edirdi. Sənayenin aparıcı sahələri. Sənaye Suriya iqtisadiyyatında sürətlə inkişaf edən sahələrdən biridir. Ölkə sənayesində hasilat, neft emalı, metal emalı, hərbi, energetika, kimya, tikinti, yüngül yeyinti sahələri nisbətən inkişaf etmişdir. Əmək qabiliyyətli əhalinin 30 faizəqədəri bu sahələrdə çalışır. Hasilat sənayesi son illərdə iqtisadiyyatın nisbətən dinamik sahəsinə çevrilmişdir. Neft ehtiyatlarının təqribən 500 mln. tona yaxın olması məlumdur. İllik hasilat isə orta hesabla 30 mln. tondur. Suriyada bərk yanacağın az olması, təbii qaz və su resurslarından zəif istifadə ölkənin enerji balansında neft çıxarmanın rolunu qüvvətləndirmişdir. Suriya ərazisində Rumelan, Cibis, Hələb, Cənubi Fərat vəTədmor adlanan 5 iri neft sənaye rayonu ayırmaq olar. 2005-ci iləolan məlumata əsasən ölkədə 72 neft-qaz yatağı açılıb. Ancaq bu yataqların əksəriyyətinin nefti ağır, parafinli və kükürdlüdür. Hazırda ölkədə sənaye istismarında 7, təcrübə-sınaq istismarında isə 16 yataq fəaliyyət göstərir. Suriya ərazisindəəsas neft rayonu Rumelandır. Ölkədə olan neft ehtiyatının və çıxarılan neftin yarıdan çoxu bu yatağın payına düşür. Ölkə rəhbərliyi Suriyanın neftçıxarma sənayesinin gələcəyini dövlətə məxsus neft şirkətlərinin xarici partnyorlarla əməkdaşlığında görür. 1989-cu ildən bəri Suriyada ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Fransa, Norveç şirkətləri neft və qaz kəşfiyyatı işləri iləməşğul olurlar. Suriyanın neft emalı müəssisələrinin illik gücü 12 mln. tondur. Hims və Bəniyasda yerləşən bu zavodlarda texniki yanacaq, müxtəlif sürtgü yağları və b. məhsullar istehsal olunur. Suriyada neftlə bərabər təbii qaz da çıxarılır. Ölkədə neft və qazla yanaşı dəmir filizi (ehtiyatı 450 mln. ton), fosfat (ehtiyatı 1,5 mlrd. ton), sement, daşduz da çıxarılır. Yerli fos-forit əsasında ölkədə mineral gübrə istehsalına başlanılmışdır. Fosfat gübrələri daxili təlabatı ödəməklə yanaşı ixrac da olunurlar. Kimya sənayesi gübrə və yuyucu maddələrlə yanaşı, lak və boyalar, sintetik materiallar, əczaçılıq və kosmetika məhsulları istehsal edir. Emaledici sənayenin payına Suriya milli sənayesinin təqribən 20 faizi düşür. Emaledici sənaye sahələri içərisində kapital qoyu-luşuna, fəhlələrin sayına və ümumi məhsulunun dəyərinə görəən ink-işaf etmiş toxuculuq sənayesidir. Suriyanın toxuculuq sənayesinin əsasını pambıqtəmizləmə, əyirici, tikiş, trikotaj və corab istehsal edən müəssisələr təşkil edir. Suriyanın toxuculuq sənayesi yerli xammal əsasında inkişaf etməyə başlamışdır. Ölkədə 150 mindən artıq dəzgahı olan ondan artıq əyirici fabrik vardır. Bu fabriklərdə bir ildətəxminən 35 min ton pambıq parçaya olan daxili tələbatını tamamiləödəyir və müəyyən hissəni ixrac etməyə imkan yaradır. Ölkədə toxuculuq məmulatı istehsalı ildən-ilə artır. Pambıq parça ilə yanaşı ölkədə yun və ipək parça toxuculuğu da inkişaf etdirilir. Suriyada hər il orta hesabla 2 min ton yun ipliyi hazır-lanır. Suriya toxuculuq sənayesinin ixrac üçün istehsal etdiyi hazır məmulatı ilk növbədəƏrəb ölkələrinə, pambıq ipliyi isə Rusiya, Ru-208mıniya, Almaniya, İtaliya və başqa ölkələrə göndərir. Yeyinti sənayesi əhəmiyyətinə görə toxuculuq sənayesindən sonra ikinci yeri tutur. Yeyinti sənayesinin əsasınışəkər, bitki yağı, konserv, içki, tütün məmulatı istehsalı ilə məşğul olan müəssisələr təşkil edir. Suriyanın təbii şəraiti şəkər istehsalı üçün əlverişli hesab olu-nur. Son illərdəşəkər çuğunduru əkin sahələri 13,5 min hektardan 36,0 min hektara qədər, məhsul toplanması 201,6 min tondan 1,3 mln. tona qədər, bir hektardan orta məhsuldarlıq isə 15 tondan 36 tona qədər artmışdır. Ölkədə olan 7 şəkərçuğunduru emalı zavod-larının (Hims, Əzra, Raqqa, Deyr-əz-Zur, əl-Tab, Miskin və Təəl-Sabah) birgünlük istehsal qüvvəsi 750 tondan 4000 tona qədər art-mışdır. Ölkədə bitki yağı istehsal edən irili-xırdalı yüzlərcə kiçik müəssisə var. Konserv zavodlarının sayı ondan çoxdur. Bir neçədövlət tütün fabriki bir ildə 5 min ton tütün məmulatı istehsal edir. Suriyada böyük tikintilər başlandığından tikinti materialları sənayesinin, xüsusilə sement istehsalının əhəmiyyəti xeyli artmışdır. Köhnə müəssisələrinin modernləşdirilməsi və yeni zavodların ti-kintisi hesabına sement istehsalı ilə «Ceneral sement kompani» şirkəti məşğul olur. Bu şirkətin yeddi şəhərdə (Dəməşq, Hələb, Həmət, Laziqiyyə və s.) iri müəssisələri var. İstehsal olunan sementin böyük hissəsi ölkə daxilində istifadə olunur. Bununla belə qonşu ölkələrə hər il 500-600 min ton sement ixrac edilir. Sement zavodlarından başqa ölkədə dəmir-beton şpalları hazır-layan zavod, şüşə zavodu, ağac emalı zavodları və tikinti sənayesinəlazım olan başqa müəssisələr var. Suriyada kağız və karton istehsal edən bir neçə müəssisə var. Bu müəssisələr bir ildə 35 min ton məhsul istehsal etmək qüvvəsinə malikdirlər. Yerli müəssisələrin istehsal etdikləri kağız və karton məmulatı ölkə ehtiyacını ödəyəbilmir. Metallurgiya, metal emalı və maşınqayırma sənayesi 400-dən artıq müxtəlif təmir, mexaniki və metalemaledici müəssisələrdəcəmlənmişdir. Ölkədə idxal olunan hissələrdən soyuducu, pal-taryuyan maşın, televizor, elektrik və su sayğacları istehsal edən müəssisələr var.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə