FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə8/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   4   5   6   7   8   9   10   11   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Nəqliyyatı və xarici ticarəti. Başqa qonşu ərəb ölkələri iləmüqayisədəİraq nisbətən sıx dəmir, avtomobil yollarına və boru-kəmər şəbəkəsinə malik olub. Bu yollar əvvəl ingilis müstəmləkəçilərinin hərbi-strateji planlarına əsasən tikilmişdir. Köhnə yol şəbəkəsi ölkənin sürətlə inkişaf edən milli iqtisadiyyatının tələbatını təmin etmədiyindən onun yenidənqurmaya vəgenişləndirməyə böyük ehtiyacı var idi. Müstəmləkəçilik illərində bu işləri müəyyən dərəcədə həyata keçirmişİraq hökuməti ötən əsrin axırları və yeni əsrin əvvəllərindəbaş vermiş daxili münaqişələr və xarici müdaxilələr nəticəsindəbütün nəqliyyat sisteminin dağılmasının və qismən sıradan çıxmasının şahidi oldu. Ölkədaxili yük və sərnişin daşımalarında avtomobil nəqliyyatının rolu böyükdür. Ölkədaxili bütün daşımaların təqribən 80-85 faizi avtomobil nəqliyyatının payına düşür. Avtomobil yollarının ümumi uzunluğu 40 min km-dən bir qədər artıqdır. Bu yolların üçdə iki hissəsi bərk örtüklü yollardır. Kərbəla vəƏn Nəcəf dini mərkəzlərini SəudiyyəƏrəbistanının Məkkə və Mədinəşəhərləri ilə birləşdirən «Zəvvar yolu» xüsusiləəhəmiyyətlidir. Əksəriyyəti dağılmış vəziyyətdə olan dəmir yollarının ümumi uzunluğu 2032 km-dir. İlk dəmir yolunun (Bağdad dəmir yolu) çəkilişinə 1858-ci ildə almanlar tərəfindən başlanılmış, 1934-1941-ci illərdə isə həmin yolun inşası Fransa və Böyük Britaniya şirkətləri tərəfindən tamamlanmışdır. Ötən əsrin ikinci yarısında Bağdad-Əl Qasım, Bağdad-Bəsrə istiqamətində yeni yollar çəkilmişdir. İraqda böyük əhəmiyyətli boru kəmərləri (həm neft, həm qaz) də mövcud idi. İndi onların bəziləri sıradan çıxmışdır. İraq hökuməti bu kəmərlərin fəaliyyətini bərpa etməyə başlamışdır.
Xarici ticarət. Ölkədə neft daşıyan gəmilərin donanması da yaranmışdı. Bəsrə, Fao, Umm-Qəsr ölkənin neft ixrac edən başlıca portlarıdır. Bağdad yaxınlığında beynəlxalq dərəcəli aeroport fəaliyyət göstərir. Müstəqillik illərində ölkənin xarici ticarətinin strukturunda dəyişikliklərə baxmayaraq, xarici ticarət bir tərəfli inkişaf edirdi. 2001-ci ildə ölkə ixracatının dəyəri 15,8 mlrd. dollara bərabər olmuşdur. Bu da əsas etibarilə dünya bazarlarına çıxarılan neft satışından əldə olunmuş gəlir idi. Rusiya, Fransa, Çin və Türkiyəİraq neftinin əsas alıcıları idi. İraq baykot olunana qədər neftlə yanaşıdünya bazarına xurma, gön-dəri, zərgərlik və xalça məmulatlarıçıxarırdı. İraq idxalatının əsasınıərzaq, dərman vəəhali tərəfindən gündəlik işlədilən məmulatlar təşkil edir. Qoyulmuş qadağa (embarqo) ölkənin xarici ticarət coğrafiyasının genişləndirilməsinə imkan vermir. Ölkənin milli pul vahidi dinardır, 1 dinar 100 filəmə bərabərdir.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə