FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə12/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   8   9   10   11   12   13   14   15   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

MÖVZU:5. ÜRDÜN HAŞİMİ MƏLİKLİYİ
Ürdün orta səviyyəli inkişaf etmiş sənaye-aqrar ölkədir. Ürdün tarixən əkinçilik və maldarlıq ölkəsi kimi formalaşmışdır. İkinci Dünya müharibəsi illərində iqtisadiyyatda bir qədər dirçəliş olmuşdur. O vaxt ölkəni idarə edən ingilis müstəmləkəçiləri hərbi şəhərciklər və anbarlar tikir, yollar və neft kəmərləri inşa edir, məhsuldar torpaqlardan maksimum dərəcədə istifadə edirdilər. Bu illərdə sənaye sahələri birtərəfli inkişaf edirdi, yəni əsasən kustar müəssisələrinə, yeyinti və toxuculuq sahələrinə nisbətən fikir verirlirdi. Məsələn, 1955-ci ildə Ürdünün sənayesi milli gəlirin cəmi 10 faizini təşkil edirdi. Əhalinin 70 faizi kənd təsərrüfatı sahələrindəçalışırdı. Milli müstəqillik əldə olunduqdan sonra hökumət iqtisadiyyatın dirçəldilməsi üçün müəyyən addımlar atmağa başlayır. İlk növbədə xarici mütəxəssislərin və xarici kapitalın köməyiləmədən sənayesinin (əsasən fosforit çıxarılması və Ölü dənizdən müxtəlif duzların istehsalı) inkişafına diqqət artırılır. Sonrakı illərdəərzaq məhsullarının yetişdirilməsinə xüsusi fikir verilir. Ötən əsrin 80-ci illərindən etibarən xarici turizm sahəsi də ölkəyə böyük həcmdəvalyuta gətirməyə başlayır. Məsələn, 2005-ci ildə Ürdünə 2,9 mln. nəfər xarici turist gəlmiş və bu sahədən əldə olunan gəlir. 441 mln. dollara bərabər olmuşdur. Əgər əvvəllər sənaye müəssisələrinin əksəriyyəti paytaxt yaxınlığında cəmləşmişsə də sonrakı illərdə hökumət yeni-yeni mərkəzlər yaratmağa başlamışdır. Hökumət mövcud istehsal mərkəzləri yaxınlığında sənaye-şəhər peykləri yaratmağa fikir verməyə başlayır. Ölkədə ixtisaslı kadrların lazımi səviyyədəolmaması da iqtisadiyyatın, xüsusilə sənayenin hər tərəfli inkişafına mənfi təsir göstərmişdir. Əmək qabiliyyətli əhalinin ölkədən getməsi xarici ölkələrdən fəhlə qüvvələrinin gətirilməsinə səbəb olmuşdur. Son 50 ildə Ürdün iqtisadiyyatı böyük nailiyyətlər əldə edəbilmişdir. 2004-cü ildə ümumdaxili məhsulun dəyəri 23,0 mlrd. dollara çatmış, onun adambaşına düşən həcmi isə 4000 dollardan artıq olmuşdur. Son 10 ildə ölkə iqtisadiyyatının artım sürəti 4-5 faizdən aşağı düşməmişdir. Dövlətin iqtisadi siyasəti təsərrüfatın bütün sahələrində bazar mexanizmlərinin aktivləşdirilməsinə yönəldilmişdir. Dövlət müəssisələrinin bir qismi özəlləşdirilsə də, ölkədə işsizlik problemi mövcuddur. İqtisadiyyatın ərazi strukturunda xidmət sahələrinin payı 72, sənayenin payı 26, kənd təsərrüfatının payı isə 2 faizə bərabərdir. Sənayenin aparıcı sahələri. Yarım əsr əvvəl Ürdünün sənayesi rüşeyim halında idi. İndi isə ölkədə iri sənaye müəssisələri fəaliyyət göstərir. Əvvəllər yalnız kənd təsərrüfatı ölkəsi kimi tanınan Ürdündə hazırda sənaye sahələri kənd təsərrüfatını 13 dəfə üstələyir. Ölkə sənayesinin sürətli inkişafını ləngidən səbəblər çoxdur: •Ölkədə qiymətli faydalı qazıntıların, xüsusilə yanacaq sərvətlərinin olmaması; •Sənayenin inkişafına təkan verə biləcək daxili bazarın məhdud olması; •Kapitalın çatışmazlığı və ixtisaslı mütəxəssislərin az olması; •Energetika və nəqliyyat şəbəkəsinin zəif inkişafı; •Ölkənin xarici sərmayələrdən və dünya bazarından asılılığı və s. Sənaye sahələri içərisində fosfor kübrələr istehsalı və onunla əlaqəli olan sahələr nisbətən yaxşı inkişaf etmişdir. Mədən sənayesi öz növbəsində kimya sənayesinin inkişafına təkan vermişdir. 1982-ci ildəƏqəbəşəhərində fosfat əsasında mineral gübrələr istehsal edən zavod işə salınmışdır. Sonradan yenidən qurulmuş və müasir texniki avadanlıqla təmin olunmuş bu müəssisə 1 ildə orta hesabla təqribən 1,8–2,0 mln. ton fosfat, 600 min ton kükürd, 150 min fosfat turşusu istehsal etmək qüvvəsinə malikdir. Kimya sənayesi müəssisələrindəyuyucu tozlar, müxtəlif növ sabunlar, şampun və s. istehsal olunur. Ölkənin özündə neft çıxarılmasa da, Əz-Zərqa şəhərində iri neft emalı müəssisəsi fəaliyyət göstərir. BMT Təhlükəsizlik Şurasının qərarına əsasən Ürdün yeganə dövlət idi ki, ona daxili tələbatını ödəmək üçün İraqdan neft idxal etmək icazəsi verilmişdir. İraq nefti kəmər vasitəsiləƏz-Zərqa şəhərindəki müəssisəyəgöndərilir. Bu müəssisənin istehsal etdiyi neft ölkənin neft məhsullarına olan tələbatını ödəmək qüdrətinə malikdir. Ölkədə metal emalı sənayesi hələlik rüşeym halındadır. Bu sənayenin müəssisələri ildə 150 min ton dəmir çərçivələr, metal hissələr istehsal edən bir neçə kiçik müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə az miqdarda çuqun, boru və alüminium istehsal olunur. Xidmət sahələri sənaye, tikinti və kənd təsərrüfatının bəzi sahələrinin inkişafı ölkənin elektrik enerjisinə olan tələbatınıartırmışdı. İqlimin quraqlığı və çaylarda suyun azlığı hidrostansiya vasitəsilə ucuz elektrik enerjisi əldə etməyə imkan vermir. Ona görədə elektrik enerjisi xaricdən baha qiymətə gətirilən yanacaqla işləyən istilik elektrik stansiyalarında əldə olunur. Təbii ki, Ürdün elektrik enerjisinə olan tələbatını tam ödəyə bilmir. Son illərdə ölkədə idxal olunmuş hissələrdən avtomobil vəməişət texnikası (soyuducular, radio-televiziya cihazları) yığan müəssisələr tikilib istifadəyə verilmişdir. Ürdündə yeyinti sənaye müəssisələri çoxdur. Bunların içərisində nisbətən böyükləri Nab-lusdakı zeytun yağı istehsal edən zavod, Əmmanda meyvə konservləri vəşirələr istehsal edən müəssisə, Əqəbədəşəkər istehsal edən zavoddur.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə