FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə11/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   7   8   9   10   11   12   13   14   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Nəqliyyatı, xarici ticarəti. Suriyanın nəqliyyat şəbəkəsi o qədər də yaxşı inkişaf edə bilməmişdir. Burada hər min kv. km əraziyə təqribən 6 km uzunluğunda dəmir və 65 km uzunluğunda şosse yolu düşür. Bu göstəriciyə görə Suriya qonşuları Türkiyə və İraqdan geri qalır. Ölkə daxili yük və sərnişin daşımalarının 80 faizəqədəri avtomobil yollarının payına düşür. Suriyanın bərk örtüklü av-tomobil yollarının uzunluğu 40, dəmir yollarınınkı isə 3,1 min km-dir. Boru kəməri nəqliyyatı neftin İraq və SəudiyyəƏrəbistanından tranzit axınına, həmçinin ölkə neftinin nəqlinə hesablanmışdır. Ölkənin avtomobil yollarının 5 min km-i iqtisadi və strateji əhəmiyyətinə görə beynəlxalq dərəcəlidir. Suriyadan avtomobilləLivana, Ürdünə, İraqa, Türkiyəyə getmək olar. Ölkə daxili ən mühüm dəmir yolu Qamışlı-Laziqiyyə (uz. 758 km) xəttidir. Dəniz nəqliyyatılazımi səviyyədə inkişaf edə bilməmişdir. Laziqiyyə, Tartus vəBəniyas ölkənin ən böyük dəniz portlarıdır. Dəməşq və Hələb şəhərlərinin yaxınlığında beynəlxalq dərəcəli təyyarə portlarıfəaliyyət göstərir.
Xarici ticarət. Ölkə iqtisadiyyatında xarici ticarət xüsusi əhəmiyyət kəsb edir. Xarici iqtisadi siyasət sahəsində Suriya hökuməti balanslaşdırılmış yanaşma nümayiş etdirir. Ərəb həmrəyliyinə meyllidir və invistisiya ab-havasının yaxşılaşdırıl-masına çalışır. Suriya ixracatının əsasını neft, pambıq, sement, arpa, diri heyvan, müxtəlif meyvələr, yun, gön-dəri və s. təşkil edir. Ölkəixracatından gələn gəlirin təqribən 40 faizi neft və neft məhsullarının, 30 faizi toxuculuq və gön-dəri məmulatının, 10 faizi kimyəvi məhsulların payına düşür. Suriya maşın və avadanlığa, nəqliyyat vasitələrinə, qara vəəlvan metallara olan tələbatının təqribən 90, qənd, çay, qəhvə, çəltik, ət məhsullarına olan tələbatının 40 faizini idxal hesabına ödəyir. Bunlardan başqa böyük həcmdə meşə materi-alları, əhali tərəfindən çox işlənən məmulatlar da idxal olunur. 2005-ci ildə xarici ixracatının dəyəri 6,0 mlrd. dollar həcmində olmuşdur. Əsas alıcıları Qərbi Avropa ölkələri, Türkiyə vəLivandır. Elə həmin il idxalın həcmi 5,0 mlrd. dollara bərabər olmuş-dur. Ukrayna satıcı dövlətlər sırasında liderdir. Ölkənin pul vahidi – Suriya funtudur. Son illərdə Dəməşq, Tartus, Hələb və LaziqiyyədəAzad ticarət zonaları təsis olunmuşdur. Lakin onlar hələlik lazımınca təşəkkül tapmamışlar. 2005-ci ildə ölkənin xarici borcu 30,0 mlrd. dollardan bir qədər artıq olmuşdur. Suriya Asiya ölkələri iləəlaqələrinə xüsusi fikir verir. Rusiya ölkədə 40-dan artıq obyekti inşa etməklə yanaşı, ölkə ordusunu müasir silahlarla da təchiz edir. Rusiyaya borcu 12 mlrd. dollardır


Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə