FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 167,21 Kb.
səhifə7/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   2   3   4   5   6   7   8   9   10   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Kənd təsərrüfatının aparıcı sahələri. İraq tarixən böyük kənd təsərrüfatı ölkəsi kimi tanınmışdı. Əvvəlki illərlə müqayisədə kənd təsərrüfatı istehsalı hazırda xeyli azalmışdır. Kənd təsərrüfatına yararlı torpaq sahələri başlıca olaraq Aşağı Mesopotamiyada vəŞimali İraqın dağətəyi rayonlarındadır. Qədim suvarma mədəniyyətinə malik olmuşİraqda müharibələr nəticəsində suvarma sistemləri sıradan çıxmışdır. Ölkənin torpaq iqlim şəraiti isə elədir ki, əkinlərin hamısı süni suvarmaya möhtacdır. Ölkənin başlıca əkinçilik rayonları Dəclə və Fərat çaylarının vadiləridir. İraqın cənubunda Şətt-ül-Ərəb çayı boyunca xurma plantasiyaları geniş sahələri tuturdu. Xurma ağaclarının sayına, xurma istehsalında, ixracatında İraq dünyada birinci yeri tuturdu. İraq-İran müharibəsinə qədər dünya bazarına çıxarılan xurmanın 30 faizi İraqın payına düşürdü. Xurma iraqlıların, ümumiyyətləərəblərin məişətində mühüm əhəmiyyətə malikdir. Ağacın yarpaqlarından, lifindən həsir, süfrə, səbət, tabaq, kəndir, yelpik və s. toxunur. Xurma salxımlarıtəmizləndikdən sonra onun saçaqlarından içki çəkilir. Ağacın budaqları və gövdəsindən tikinti materialları, tapul adlanan qalın qabığından isə oduncaq kimi istifadə olunur. Bunlardan əlavə ağacıvə onun budaqlarını kəsərkən içindən tökülən qatı ağ kütlə yeyilir. Xurma pendiri adlanan bu qatışirənin alıcıları çox olur. Əkin sahələrinin 80 faizində taxıl bitkiləri, xüsusilə buğda, arpa, çəltik əkilir. Taxıl bitkilərinin istehsalına görə ölkənin şimal rayonları fərqlənir. Ölkənin cənub hissəsində, çay vadilərinin bataqlaşmış hissələrində çəltik becərilir. Diala çayının vadisi boyunca pambıq plantasiyaları yerləşir. Mesopotamiya ovalığının su olan hər yerində bağçılıq, üzümçülük inkişaf etmiş, tərəvəz, bostan bitkiləri geniş yayılmışdır. Ölkənin şimal hissəsində az miqdarda tütün yetişdirilir. Heyvandarlıq ekstensiv yolla inkişaf etdirilir. Ərazinin təqribən 60 faizini əhatə edən səhra və yarımsəhralardakı təbii otlaqlarda yarımköçəri heyvandarlıq mövcuddur. Yuxarı Mesopotamiyada ölkənin qərbi və cənubundakı səhralarda heyvandarlığın inkişafı üçün əlverişli təbii şərait var. Qaramal ölkənin şimal bölgələrində, davar isə hər yerdə bəslənilir. Böyük şəhərlərin ətrafında quşçuluq təsərrüfatı yaradılmışdır. İraqın kənd təsərrüfatıəhalinin ərzaq məhsullarına (xurma istisna olmaqla) olan tələbatını təmin etmədiyindən ölkə hər il ərzaq məhsullarının idxalına 3-4 mlrd. dollar vəsait sərf edir.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə