FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə6/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   2   3   4   5   6   7   8   9   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

MÖVZU:3 İRAQ RESPUBLİKASI


XXI əsrin başlanğıcında İraq mədən sənayesi inkişaf etmiş, ortasəviyyəli sənaye-aqrar ölkə idi. 2001-ci ildə ölkənin Daxili Məcmui Məhsulunun dəyəri 60-65 mlrd. ABŞ dollarına yaxın idi. O vaxt ölkənin milli valyutası olan bir dinar təqribən 3 ABŞ dollarına bərabər tutulurdu. 2001-ci ildən sonra ölkə iqtisadiyyatı güclü dəyişikliklərə məruz qaldı. Müharibələr, kamekadzelərin törətdikləri partlayışlar və terror aktları, ölkəyə qarşı yönəldilmiş iqtisadi sanksiyalar, başqa qadağalar, maliyyə vəsaitlərinin həbs edilməsi vəxoşagəlməz başqa səbəblər iqtisadiyyata viranedici zərbə vurdu. Hazırda İraq hökuməti iqtisadiyyatı bərpa etmək sahəsindəaşağıdakı vəzifələri həyata keçirməyi planlaşdırır: •əvvəllər fəaliyyətdə olmuş bütün müəssisələri ilk növbədə ener-getika və mədən sənaye müəssisələrini yenidən işə salmaq; •ölkədə yaşayan xalqlar və dini icmaların həmrəyliyinə nail olmaq; •insanlar üçün şəhər və kəndlərdə yeni iş yerləri yaratmaq; •əhalini ərzaq, içməli su, dərmaq preparatları ilə təmin etmək; •səhiyyə və maarif sistemlərinin işini bərpa etmək; •ölkənin təhlükəsizlik qüvvəllərini yaratmaq; qonşuları ilə münasibəti mehriban məcrayə yönəltmək. XIX əsrin sonlarına qədər zəngin neft ehtiyatı hesabına neft sənayesi iləəlaqədar köməkçi təsərrüfat sahələri: yanacaq, elektroenergetika, neft-kimya, tikinti materialları istehsalı sənaye sahələri yaradılmışdır. Neftdən gələn böyük gəlirlər hesabına hərbi infrastruktur vəən yeni silahların və hərbi sursatların alınması işi geniş vüsət almışdı. Sənayenin aparıcı sahələri. İraqı məşhurlaşdıran, həm dəiqtisadi cəhətdən irəliləməsinə səbəb, onun mədən sənayesi, ilk növbədə neftçıxarma olmuşdur. Ölkədə aşkar edilmiş 70-dən artıq neft yatağında neftin ehtiyatı 15 mlrd.tondan artıqdır. Bu göstəriciyəgörə regionda ancaq SəudiyyəƏrəbistanından geri qalır. Başlıca neft rayonları: Ər-Zubeyr, Ər-Rumeyla, Mosul, Xanakin, Nefte-Xare vəcənub bölgələridir. Ölkədəən iri neft yataqları Kərkük vəRumeyladır. İraqın problemsiz illərində bu iki yataqdan ildə orta hesabla 40-43 mln. ton neft çıxarılırdı. O vaxtlar həmin yataqların nefti güclü kəmərlər vasitəsilə Aralıq dənizi sahilinin Trablis (Livan) və Bəniyaz (Suriya) limanlarına nəql edilirdi. Çıxarılan neftin bir hissəsi Kərkük şəhərinin müəssisələrində emal olunurdu. Ölkənin cənubundakıyataqlardan çıxarılan neft gəmilər vasitəsilə Fao və Umm-Qəsr limanlarına nəql edilirdi. Oradan da tankerlər vasitəsilə dünya bazarına çıxarılırdı. Bəsrəşəhərində iri neft emalı müəssisəsi fəaliyyət göstərirdi. Neft emalı müəssisələrində təyyarə və avtomobil benzini, reaktiv mühərriklər üçün yanacaq, məişətdə işlədilən ağ neft, dizel yanacağı, sürtkü yağları və s. istehsal olunurdu. Neftlə yanaşı ölkədə böyük ehtiyata malik təbii qaz yataqlarıda var. Təbii qazın ehtiyatı 30 trilyon kub m-dən artıqdır. 1980-ci ildə ölkənin şimalında və cənubundakı yataqlardan təbii qazın yığılması və mayeləşdirilməsi üzrə qurğu sisteminin tikintisi planlaşdırılmışdı. Şimal sistemi ölkənin daxili tələbatı üçün, cənub sistemi isəəsasən xaricə mayeləşdirilmiş qaz (balon qazı) ixracatıüçün nəzərdə tutulmuşdu. Cənub layihəsini Yaponiya şirkəti yerinəyetirirdi və bu iş 1982-ci ildə başa çatdırılmalı idi. Əfsuslar olsun ki, 1980-ci ilin payızında İranla, 1990-cı ilin avqustunda Küveyt ilə başvermiş müharibələr və ondan sonrakı qadağalar, ərazinin raket atəşinə tutulması və s. qaz sənayesindəəldə edilə biləcək inkişafıxəyala çevirdi.
Bu yanacaq sərvətlərindən əlavəİraqda böyük ehtiyata malik kükürd və fosfat yataqları da var. Ötən əsrin sonlarına qədər ölkədəfosfat xammalının emalı üzrə ümumi gücü 700 min ton olan bir neçəsənaye müəssisəsi tikilmişdi. Kükürd hasilatının yalnız 10 faizi daxili tələbat üçün istifadə edilirdi, qalan hissəsi ixrac olunurdu. İraq kükürdünün idxalatçılarıəsasən Hindistan, Misir, Çin və Banqladeşidi. Başqa sahələr kimi mədən sənayesinin bu sahələri də iflic vəziyyətindədir. Ölkənin emaledici sənayesi ilk növbədə idxal olunmuşhissələrdən avtomobil yığma, kənd təsərrüfatı maşınları, elektrotexniki məmulat, əczaçılıq, tikinti materialları istehsalı və s. ilə məşğul olurdu. Ötən əsrin axırları üçün ölkənin elektrik stansiyalarının gücü 1,7 mln. kvt-a bərabər idi. 90-cı illərin ortalarından başlayaraq İraq 6 mlrd. kv saat elektrik enerjisi istehsal edirdi. Dokan şəhərində xarici əsasən rus mütəxəssislərinin köməyi ilə «Yusifiyə» adlanan istilik elektrik stansiyası tikilib istifadəyəverilmişdi. Xarici kapitalın və xarici mütəxəssislərin yardımı iləİraqda yeni sənaye sahələrinin yaradılması işinə başlanılmışdı. 1978-ci ildəNəsiriyyəşəhərində ölkənin ilk alüminium istehsalı müəssisəsi işəsalındı. Süvürrada əczaçılıq məhsulları istehsal edən müəssisə, əl-Tağidə elektrik lampaları zavodu, müxtəlif şəhərlərdə kənd təsərrüfatı maşınları və avadanlıqları istehsal edən müəssisələr, Kərbəla şəhərində müxtəlif konservlər istehsal edən zavod, Ramadidəşüşə zavodu, Küt-əl-Ömərdə pambıq-parça istehsal edən fabrik tikilib istifadəyə verilmişdir. Yüngül və yeyinti sənayesi İraqın ənənəvi inkişaf etmiş təsərrüfat sahələridir. Toxuculuq, xalçaçılıq, kişi vəqadın üst geyimləri, gön-dəri məmulatları nisbətən yaxşı inkişaf etmişdi. Yeyinti sənaye müəssisələrinə ölkənin bütün yaşayışməntəqələrində rast gəlmək olardı. Regionun başqa ölkələrindəolduğu kimi İraqda da sənətkarlıq (xüsusilə zərgərlik və toxuculuq) yaxşı inkişaf etmişdir.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə