FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


MÖVZU 2: SƏUDİYYƏ ƏRƏBİSTANI MƏLİKLİYİ



Yüklə 167,21 Kb.
səhifə2/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   2   3   4   5   6   7   8   9   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

MÖVZU 2: SƏUDİYYƏ ƏRƏBİSTANI MƏLİKLİYİ


Səudiyyə Ərəbistanıİslam dünyası ölkələri içərisində iqtisadi inkişaf xüsusiyyətlərinə görə seçilən dövlətlərdən biridir. İslam dünyasının əksər ölkəri kimi Səudiyyə Ərəbistanı Məlikliyi də təzadlı, İslam fundamentalizmi ilə ultramüasirliyin birgə addımladığıbir yerdir. Dünyanın ən kamil mütəxəssislərinin inşa etdikləri genişvə çox rahat avtomobil yolları, uca və yaraşıqlı ofis və mehmanxanalar, ən mükəmməl kompyüter sistemi, fasadı keramika ilə bəzədilmiş universitet binaları, heyrətamiz gözəlliya malik məscidlər, milyon tonlarla çıxarılan qara qızıl, dənizdə ən mükəmməl texnika ilə təchiz olunmuş neft körpüləri, səbrlə öz növbəsini gözləyən supertankerlər... Bütün bunlarla yanaşı hər gün müəzzinin maqnitofon lentinə yazılmış beş rükət namaza çağıran məlahətli səsi, qara çadralara və baş örtüklərinə bürünmüş qadınlar, şəhər meydanlarında minlərlə adamın gözləri önündə yerinə yetirilən qətllər, bütün bunlar ölkədə baş verən hadisələrdir, onun bu günündür, çox güman ki, həm də sabahıdır. Əlbəttə güclü iqtisadi dirçəlişə nail olmaq Səudiyyə Ərəbistanı üçün heç də asan olmamışdır. Əsrimizin əvvəllərində bu ərazi türk imperiyasının ən geridə qalmış əyalətlərindən biri idi. Avropada və Amerikada Ərəbistan dəvələrdən, xurma agaclarından, başdan-başa qara örtüyə bürünmüş gözəl qadınlardan, sirli Məkkədən və min bir gecə nağıllarından ibarət bir ölkə kimi tanınırdı. Bu ölkədə dəyişikliklər İkinci Dünya müharibəsindən sonra başlandı və Qərb ölkələrinin yardımı ilə Səudiyyə Ərəbistanı 20-30 il ərzində geri qalmış aqrar-heyvandarlıq ölkəsindən, orta səviyyədə inkişaf etmiş sənaye-aqrar ölkəyə çevrildi, başqa sözlə desək, feodalizm dövründən bir-başa kapitalizmə sıçradı. Səudiyyə Ərəbistanının ümumdaxili məhsulunun (ÜDM) həcmi 2004-cü ildə 200 mlrd. dollara bərabər olmuşdur. İqtisadi artım tempi 1990-2000-ci illərdə heç də yüksək olmamışdı. Orta hesabla hər il 2,1 faizi, yəni əhalinin artım tempindən aşağı olmuşdur. Lakin bu rəqəm 2000-2005-ci illərdə 4-4,5 faizə qədər yüksəlmişdir. Neftin satış qiymətlərindəki kəskin dəyişiklər və vergi daxil olmalarının olmaması ilə əlaqədar hökumət yeni gerçəkliyə uyğunlaşa bilməmiş, bu səbəbdən də ötən əsrin son onilliyində dövlət xərclərinin səviyyəsi gəlirləri üstələmişdi. İranla müharibə aparan İraqın müdafiəsinə xəzinədən 26 mlrd. dollar xərclənmişdir. İran körfəzində ABŞ-la birgə İraqa qarşı müharibə əməliyyatlarında iştirak Səudiyyə Ərəbistanına 55 mlrd. dollara başa gəlmişdir. Bura o xərclər də əlavə edilmişdir ki, İslam həyat tərzinin nümunəvi olmasını nümayiş etdirilməsi məqsədi ilə çox baha başa gələn və təkəbbürlü layihələrin icrasında həyata keçirilmişdir. Milli özəl sektora dövlət öz köməyini əsirgəmir. O da nəzərə alınmalıdır ki, son vaxtlaradək milli sahibkarlığın olmaması üzündən iqtisadiyyatın bütün ağırlığı dövlətin çiyinlərinə düşürdü. Dövlət sektoru indi də sənaye və nəqliyyatda əsas mülkiyyətçidir. XXI əsrin əvvəllərində Ümumi Daxili Məhsulun 75 faizi dövlət sektorunun payına düşürdü. Lakin son 5 ildə bu pay getdikcə azalmaqdadır. Nəhəng dövlət şirkətlərinin özəlləşdirilməsi planı hazırlanır («Arabian Eyrlaynz» və öz kapitalının həcminə görə dünyanın ən iri 300 şirkəti arasında olan SABİK sənaye qrupu). Hökumət əcnəbi investorları cəlb etməklə kifayətlənmir. Bu tədbirdə ölkənin xarici banklarda olan 450 mlrd. dollar vəsaitinin də iştirakı nəzərdə tutulur. İqtisadiyyatının sahə strukturuna gəldikdə ümumdaxili məhsulun 51 faizi sənaye və tikintinin, 44 faizi xidmət sahələrinin vəcəmi 5 faizi kənd təsərrüfatının və balıqçılığın payına düşür.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə