FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Nəqliyyatı, xarici ticarət və maliyyə sistemi



Yüklə 167,21 Kb.
səhifə5/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   2   3   4   5   6   7   8   9   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Nəqliyyatı, xarici ticarət və maliyyə sistemi. Ərazinin hər yeri məskunlaşdığından nəqliyyat şəbəkəsi lazimi səviyyədə inkişaf edə bilməmişdir. Ölkənin əsas nəqliyyat növü avtomobil nəqliyyatıdır. Bərk örtüklü avtomobil yollarının ümumi uzunlğu 50 min km-ə qədərdir. Qrunt yollarının uzunluğu isə 100 min km-dən artıqdır. Dəmir yollarının ümumi uzunluğu 1400 km-dir. Ən böyük dəmir yol xətti Ər-Riyad – Dəhran – Dəmmamdır. Sonradan bu yol Mədinə və Ciddəyədək uzadılmışdır. Səudiyyə Ərəbistanı neft və təbii qaz çıxaran iri ölkə olduğundan boru kəmərləri müvafiq surətdə yaxşı inkişaf etmişdir. Boru kəmərlərinin uzunluğu 9 min km-ə yaxınlaşır. Ölkənin 5 iri dəniz limanı və beynəlxalq səviyyəli 23 aeroportu var. Ticarət gəmiçilik donanmasının irili-xırdalı 70 gəmisi var. Səudiyyə Ərəbistanında müasir kommunikasiya vasitələrinin bütün növləri mövcuddur. 7 yerüstü peyk stansiyası fəaliyyət göstərir. Telefonlaşdırma səviyyəsinə görə Səudiyyə Ərəbistanı inkişaf etmiş ölkələrdən geri qalmır. Ölkədə dini turizm inkişaf etdirilir. İslamın müqəddəs yerlərinə ziyarət qədim zamanlardan mövcud idi. Hər il Həcc ziyarəti müddətində Məkkə və Mədinəyə xarici ölkələrdən gələn 1,5-2,0 mln. müsəlman qədəm basır, bu da öz növbəsində ölkəyə böyük gəlir gətirir.
Xarici ticarət. Xarici iqtisadi əlaqələri ilk növbədə İslam və Ərəb həmrəyliyinin möhkəmləndirilməsinə yönəldilmişdir. Bunu İslam və Ərəb birliyi təşkilatlarının müdafiəsi naminə keçirilən çox-saylı və olduqca bahalı aksiyalarda iştirak göstərir. Regional iqtisadi əməkdaşlığın təşkilindəəsas rolu Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası oynayır. Bu təşkilata Səudiyyə Ərəbistanı ilə birlikdə Küveyt, Qətər, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn daxildir. İran körfəzinə çıxışı olan bu ərəb dövlətləri SəudiyyəƏrəbistanı ilə sıx əlaqələrlə bağlıdır. Xarici iqtisadi və hərbi-strateji siyasətdə isə Məliklik ABŞ-la ittifaqa önəmli yer verir. 2004-cü ildə ölkədən mal ixracının həcmi 90,0 mlrd. dollara yaxın olmuşdur. Onun strukturunda 90 faizlik payı neft və neft məhsulları, 6 faizi kimyəvi məhsullar təşkil edir. SəudiyyəƏrəbis-tanından ixrac edilən məhsullar əsasən Yaponiyaya (ixrac həcminin 18 faizi), ABŞ-a (16 faiz), Cənubi Koreyaya (10 faiz) və Sinqapura (8 faiz) göndərilir. Ölkə idxalının dəyəri isə 35 mlrd. dollardan bir qədər artıqdır. Bunun 35 faizini maşın və avadanlıq, 15 faizini nəqliyyat vasitələri, 20 faizini ərzaq, 11 faizini kimyəvi məhsullar təşkil edir. İdxal olunan mallar əsasən ABŞ-dan (idxal dəyərinin 21 faizi), Böyük Britaniyadan (9 faiz), Almaniyadan (8 faiz), Yaponiyadan (8 faiz) və qonşu ölkələrdəndir. Maliyyə sistemi. Ölkədə cəmləşmiş birbaşa xarici investisi-yaların həcmi 30 mlrd. dollardan artıqdır. Ölkə iqtisadiyyatına ən çox sərmayə yönəldən dövlət ABŞ-dır. Bununla belə Səudiyyə Ərəbistanı özü də çox güclü dünya investorları sırasındadır. Ölkə dünyanın aparıcı maliyyə fondlarının və təşkilatların üzvüdür. Digər ölkələr əmaliyyə yardımının ümumi həcminə görə Səudiyyə Ərəbistanı ancaq ABŞ-dan geri qalır. Böyük həcmdə kapital ixracı onunla izah edilir ki, bolluca yaradılan neft dollarları ölkənin daxili bazarında həzm edilmir, daxili bazar dar çərçivədədir və yerli elita özünü daxili böhranlardan və milliləşdirilmələrdən sığortalayır. Səudiyyə Ərəbistanının maliyyə və iqtisadi siyasət orqanıölkənin valyuta agentliyidir. Bu agentlik Mərkəzi Bank rolunu oynayır. Maliyyə Nazirliyinin tabeliyində 5 dövlət bankı və 9 sığorta şirkəti fəaliyyət göstərir. Xarici kapitala malik bank yaradılması da nəzərdə tutulur. Ötən əsrin 90-cı illərində büdcədə kəsir sabit olmuşdur. Dövlət borclarının həcmi 2004-cü ildə 200 mlrd. dollara yaxın olmuşdur. Hökumət həm ölkə daxilində, həm də xaricdə istiqraz dövriyyəsinəəl atmağa məcbur olmuşdur.



Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə