Better Research, Better Policy, Better Reform



Yüklə 225,14 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix27.03.2018
ölçüsü225,14 Kb.
#35324
  1   2   3   4   5   6   7


Better Research, Better Policy, Better Reform 

 

 

 

 

 

 

Xalid Mikay

ılov 

 

 

 

Şərqi Tərəfdaslıq Ölkələri Yeni Mərhələdə: 

Đqtisadi Təhlil 

 

 



© Center for Economic and Social Development (CESD) 

Shirin Mirzeyev 76 "a"/33, 

Baku, Az1002, 

AZERBAIJAN 

 

Phone; (99412) 5970691 



(99412) 4975684  

Fax (99412) 4975684 

Email; 

cesd.az


@

gmail.com

  

info@cesd.az



 

URL; 


www.cesd.az

 

Oktyabr, 2011 




Şərqi Tərəfdaslıq Ölkələri Yeni Mərhələdə: Đqtisadi Təhlil 

Giriş 

Şərq  Tərəfdaşlığı  ideyası  Fransanın  2008-ci  ildə  Aralıq  dənizi  ölkələrinə  Avropa 

Birliyi ilə daha sıx əməkdaşlıq etməyə imkan verəcək birlik yaradılması haqqında 

təşəbbüsündən  sonra  meydana  gəlmişdir.    Həmin  vaxt  Đsveç  və  Polşa  oxşar  AB 

qonşuluq  siyasətinin  onun  Şərq  qonşularına  da  tətbiq  edilməsi  təklifini  irəli 

sürdülər.  Nəticədə 2009-cu ilin May ayında Şərq Tərəfdaşlığı platforması yarandı.  

Platforma  6  ölkəni  –  Azərbaycan,  Belarus,  Ukrayna,  Ermənistan,  Gürcüstan  və 

Moldovanı  əhatə  edir.  Platforma  viza,  azad  ticarət  və  enerji  təhlüksəizliyi 

məslələrinin  müzakirəsi  və  həlli  üçün  çərçivə  yaratmaq  məqsədilə  yaradılmışdır. 

Bura  həmçinin  islahatların  sürətləndirilməsi,  hüquqi  yaxınlaşma  və  daha  geniş 

iqtisadi inteqrasiya da daxildir. 

Avropa  Şurasının  Şərq  Tərəfdaşlığı  ilə  bağlı  qəbul  etdiyi  deklarasiyada 

platformanın  məqsədinin  “onun  qonşularında  sabitliyin  yüksəldilməsi,  yaxşı 

idarəetmə və iqtisadi inkişaf” oluduğu göstərilmişdir.  

Şərq  tərəfdaşlığının  məqsədi  6  ölkədə    siyasi  və  sosial-iqtisadi  islahatları 

dəstəkləmək,  onları  Avropa  Birliyi  standartlarına  yaxınlaşdırmaq  və  ölkələrin  öz 

arasında etimada nail olmaqla,  əlaqələri yaxşılaşdırmaqdan ibarətdir.  

Şərq  Tərəfdaşlığı  ölkələri  istər  mədəniyyət,  istərsədə  iqtisadi  baxımdan  bir-

birindən fərqlənirlər. Belə ki, iqtisadi baxımdan Şərq Tərəfdaşlığına bir böyük ölkə  

Ukrayna,  2  orta  ölçülü  ölkə  olan  Azərbaycan  və  Belarus,  həmçinin  üç  kiçik  ölkə 

Ermənistan, Gürcüstan və Moldova daxildir. Ukrayna 46 milyonluq əhalisi ilə Şərq 

Tərəfdaşlığının əhatə etdiyi ölkələrin əhalisnin 60%-dən çoxuna malikdir.  

 Bu  ölkələr  eyni  əməkdaşlıq  platformasında  birləşsələr  də  onların  bəzilərinin 

arasında  ərazi  mübahisələri  mövcuddur.  Azərbaycan-Ermənistan  arasında  Dağlıq 

Qarabağ  münaqişəsi,  Gürcüstan  ərazisində  Abxaziya  və  Cənubi  Osetiya 

münaqişələri,  Moldova  ərazisində  isə  Dnestiryanı  münaqişələr  mövcuddur. 

Gələcəkdə  Şərq  Tərəfdaşlığının  uğuru  bu  münaqişələrin  həllindən  çox  asılıdır. 

Lakin  bütün  bu  çətinliklərə  baxmayaraq  Şərq  Tərəfdaşlığı  bu  ölkələr  arasında 

problemlərin müzakirəsi üçün yaxşı bir forum rolunu oynaya bilər.  

 Bu baxımdan AB Şərq Tərəfdaşlığına daxil olan ölkələr arasında həm də iqtisadi 

və  siyasi  inteqrasiyaya  nail  olmaqla  bu  ölkələri  bir-birinə  yaxınlaşdırmaq 

niyyətindədir.  

Bu  ölkələrlə  işləmək  üçün  Avropa  Komissiyası  tərəfindən  2013-cü  ilə  kimi  600 

milyon avro maliyyə vəsaiti ayrılmışdır.  




Şərq Tərəfdaşlığı ölkələri 75 milyon nəfər əhali ilə 501 milyonluq Avropa Birliyi 

əhalisi ilə müqayisədə onun 15%-ni təşkil edir.  

Bu fəsildə Şərq Tərəfdaşlığı ölkələrində ÜDM-un və  adambaşına düşən ÜDM-in 

müqayisəli  təhlili,  ÜDM-un  sahələr  üzrə  strukturu  və  onun  təhlili,Tərəfdaş 

ölkələrin dövlət büdcələrinin həcmi və büdcə kəsirlərinin müqayisəsi, həmçinin bu 

ölkələrdə mövcud olan məşğulluq problemləri, ölkələrin sənayelərinin strukturu və 

onların inkişaf problemləri, bu ölkələrin əsas ticarət, ixrac və idxal partnyorları və 

onların  hər  birinin  Avropa  Birliyi  ilə  ticarət  əlaqələri  və  Birliyin  ümumi  ticarət 

dövriyyəsindəki payı və s kimi məsələlərə aydınlıq gətirməyə çalışmışıq.  

 

1.  Şərq Tərəfdaşlığı ölkələrində makroiqtisadi göstəricilər  və iqtisadi 



vəziyyət 

 

1.1 Şərq Tərəfdaşlığı ölkələrinin ÜDM-in  həcmi və  müqayisəsi 

Şərq  Tərəfdaşlığı ölkələrinin  ÜDM-nun həcmi  və  müqayisəsinə  keçməzdən  əvvəl 

gəlin  bu  ölkələrin  demoqrafik  göstəriciləri  ilə  yaxından  tanış  olaq.  Demoqrafik 

baxımdan  Şərq  Tərəfdaşlığı  ölkələri  arasında  ən  yüksək  göstəriciyə  Ukrayna 

malikdir. Belə ki, bu ölkənin əhalisinin sayı təqribən 45 milyon təşkil edir ki, bu da  

qalan  Tərəfdaş  ölkələrin  əhalisinin  ümumi  sayından  1,4  dəfə  və  ya  14,8  milyon 

nəfər  çoxdur.  Azərbaycan  və  Belarus  demoqrafik  baxımdan  təqribən  eyni 

göstəricilərə malikdirlər. Bu ölkələrin əhalisinin sayı müvafiq olaraq 9,1 milyon və 

9,  5  milyon  nəfər  təşkil  edir.  Demoqrafik  baxımdan  Tərəfdaş  ölkələr  arasında  ən 

kiçik  ölkə  Ermənistandır.  Belə  ki,  bu  ölkənin  əhalisinin  sayı  təqribən  3  milyon 

təşkil edir. Gürcüstan və Moldova da demoqrafik göstəricilər baxımından təqribən 

oxşardırlar.  Müvafiq  demoqrafik  göstəricilərlə  aşağıdakı  diaqramdan  ətraflı  tanış 

ola bilərsiniz.  

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 225,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə