FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə3/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   2   3   4   5   6   7   8   9   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Sənayenin aparıcı sahələri. Hasilat sənayesi ölkənin ən inkişaf etmiş sahələrindən biridir. Məliklik neftlə zəngindir. Neft ehtiyatları bol olmaqla (təqribən 42,0 mlrd. ton – dünya neft ehtiyatının 28 faizi) yanaşı onun keyfiyyəti də yüksəkdir. İllik hasilat 200 mln. tondur. İri neft yataqları Havar və Abkaykdır. Tərkibcə çox yüngül olan neft Barri və Şüayba yataqlarından hasil edilir. Yataqların istismar ışəraiti ideala yaxındır: yəni dərinlik o qədər dəçox deyil, daxili təzyiq və quyuların məhsuldarlığı yüksəkdir. Məsələn, ABŞ-da olduğundan 400 dəfə çoxdur. Neft sektoru həm ÜDM-un, həm də ixracatın 62 faizini təşkil edir. Bu sərvət eyni zamanda milli gəlirin təqribən 75 faizini yaradır. Öz əhəmiyyətinə görə ölkədə ikinci dərəcəli sərvət təbii qazdır. Artıq 5 yataqda kəşfiyyat işləri tamamlanmış, qaz ehtiyatının 6,4 trln m3 (dünya qaz ehtiyatlarının təqribən 6 faizi) olması məlum olmuşdur. İllik təbii qaz hasilatı 40 mlrd. m3 həddindədir. Artıq ölkənin enerji istehlakı strukturunda qazın payı 40 faizi ötmüşdür. Ən iri istehlakçı sutkada ümumi istehlak gücü 122 mln. m3 olan 5 ədəd qaz emalı zavodlarıdır. Qaz emalında ayrılan kükürd ixracata və yerli rezin istehsalı sənayesinə yönəldilir. Neft və qazdan savayı, kömür, sink, boksit, mis, qızıl, gümüş, fosfat, uran, daş, duz və bariy kimi maddələrlə zəngin sənaye əhəmiyyətli yataqlar aşkar edilmişdir. Ölkədə illik qızıl hasilatı 3 tona çatdırılmışdır. Tikinti sənayesi zəngin yerli xammal bazasına (gips, mərmər, gil, əhəng və tikinti daşı və s.) arxalanır. Dağlıq ərazidə sənayedə geniş istifadə olunan kitrənin* istehsal olunduğu bitki yetişdirilir. Energetikanın əsasını istilik elektrik stansiyaları təşkil edir. Hazırki vaxtda neftlə bağlı olmayan sənaye sektorunun ÜDM-da payı 38 faizə çatmışdır. Sənaye müəssisələri əsasən sahil bölgələrində yerləşdirilmişdir. Səudiyyə Ərəbistanında olan sənaye müəssisələrinin sayı 3 mini keçmişdir. Bu müəssisələrdə 10 min addan çox məhsul istehsal olunur. Ölkənin sənayeləşdirilməsindəəsas cəhətlər bunlardır: •İşlərin yüksək sürət və keyfiyyətli icrası; •Texnoloji səviyyənin yüksək olması; •Planlaşdırılan layihələrin miqyasının nəhəngliyi. Müəssisələr vahid uzunmüddətli plan üzrə bütöv sənaye kom-pleksi şəklində, sosial və istehsal infrastruktur əvvəlcədən hazırlanır, SəudiyyəƏrəbistanındakı bütün sənaye sahələri ARAMKO şirkəti çərçivəsində formalaşır. Bu məhşur şirkət dünya neftinin 10 faizdən çoxunu istehsal edir. 1976-cı ildə sənayenin əsas sahələri bazasında Səudiyyə dövlətinə məxsus SABİK şirkəti yaradılmışdır. Onun müəssisələrində polad, plastik kütlə, gübrə, məişət təyinatlı müxtəlif məmulatlar istehsal olunur. SABİK 15 müəssisəni özündə birləşdirir. Ciddə, Dəmmam və Cubaylda 3 metallurgiya müəssisəsi fəaliyyət göstərir. Ümumi istehsal gücünə görə bu müəssisələr 2 mln. ton polad, 1 mln. ton polad armatur və böyük diametrli borular istehsal edə bilir. Avstraliyadan gətirilən gil torpaqdan alüminium istehsal edən müəssisə var. Ölkədə yığma müəssisələri əsasən elektrotexniki məişət cihazlarının istehsalı ilə məşğuldur. Belə müəssisələr böyük şəhərlərdə cəmləşmişlər. Səudiyyə Ərəbistanında hətta «Mersedes» yük maşınları da yığılır. Belə istehsal sahələri üçün bütün zəruri *Kitrə – müxtəlif akasiya növlərinin çəltilmiş növlərindən sızan vəhavada qaladıqda bərkiyən şəffaf kütlə. Onu suda həll etdikdə keyfiyyətli yapışdırıcı məhlul alınır. maşın və avadanlıqlar idxal olunur. SəudiyyəƏrəbistanı dünyada ən qabaqcıl şirinləşdirilmiş su istehsalçısıdır. Quraq ölkəni iqtisadiyyatı üçün bu xüsusi əhəmiyyət kəsb edir. İstifadə edilən suşirinləşdirici qurğular ölkənin içməli suya olan ehtiyacının 70 faizini ödəyir. Mövcud su kəmərlərinin ümumi uzunluğu 30 min km-dən çoxdur.



Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə