FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 167,21 Kb.
səhifə4/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   2   3   4   5   6   7   8   9   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Kənd təsərrüfatının aparıcı sahələri. Sənaye sahələri iləmüqayisədə kənd təsərrüfatı o qədər də yaxşı inkişaf etməmişdir. Ölkəərazisinin cəmi 4,2 faizə qədəri becərilir. Mühüm kənd təsərrüfatı rayonlarıƏl-Asir əyalətinin dəniz sahilləri və Tihamə vadisidir. Məkkə, Mədinə, Əl-Taif, Bureyda, Anayza, Ər-Riyad, Əl-Xüfuf, Əl-Katif və digər vahələrdə irriqasiyanı genişləndirmək yolu ilə əkinçiliyi inkişaf etdirmək olar. Kənd təsərrüfatının mühüm sahəsi bitkiçilikdir. Xurma vəmədəni bitkilərin becərilməsi xüsusi əhəmiyyət kəsb edir. Hökumət kənd təsərrüfatının intensivləşdirilməsi üzrə çox geniş proqram qəbul edib. Səudiyyə Ərəbistanı ərzaqla özünü təminatı 90 faizə çatdırıb. Kənd təsərrüfatına aid dövlət proqramı həm dövlət xətti ilə, həm də özəl sektora arxalanmaqla həyata keçirilir. Fermerlərə və kəndlilərəfaizsiz kreditlər verilir, xarici texnikanın, kimyəvi məmulatların, məhsuldar toxum növlərinin yarısı dövlət hesabına ödənilir. 200 hektaradək sahənin becərilməsi üçün torpaq pulsuz paylanır. Hökumət dənli bitkilər və xurma üçün satınalma qiymətlərinin dəyişməz qalmasını təmin edir. Orta hesabla torpaq payı 15 min hektar olan iri səhmdar kənd təsərrüfatı şirkətləri nisbətən rentabelli olmaları ilə fərqlənirlər. Bütün dövlət tədarükü onların payına düşür. Bunlarla yanaşı torpaq payı 120 hektaradək olan ortaölçülü fermalar da mövcuddur. Ölkə üzrə kənd təsərrüfatı məqsədləri üçün istifadə olunan torpaqların ümumi sahəsi 53 mln. hektardır. Taxılın hər hektarından orta məhsuldarlıq 45 sentnerə çatır, lakin bu nəticəyə çəkilən məsrəflər taxılın dünya bazarındakı qiymətlərindən 2 dəfə baha başa gəlir. Bu səbəbdən dövlət taxıl istehsalını milli tələbat həddində məhdudlaşdırır. Otlaqlar əvəzi ödənilmədən paylanılır, demək olar ki, rəmzi qiymətlərlə. Heyvandarlıqla məşğul olanlara müxtəlif növ subsidiyalar, kreditlər verilir, güzəştlər edilir. Ölkədə müasir baytarlıq xidməti təşkil edilmişdir. Dövlət xaricdən yem idxalını mərkəzləşdirmişdir. Bundan başqa, dövlət öz hesabına cins mal-qara artımını təmin edir. Qədim zamanlarda qoyunçuluq, atçılıq və dəvəçilik xüsusi əhəmiyy ətə malik olmuşdur. Son zamanlarda öz təsərrüfatlarında quşçuluq və dəvəquşu yetişdirilməsinə başlanılmışdır. Qırmızı dəniz vəİran körfəzi balıq və digər dəniz məhsulları ilə boldur. Lakin hələki, dəniz məhsulları ölkə sakinlərinin qida rasionunda geniş yer tutmur.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə