FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


MÖVZU: 6. Livan Respublikasının iqtisadiyyatı



Yüklə 167,21 Kb.
səhifə14/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   10   11   12   13   14   15   16   17   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

MÖVZU: 6. Livan Respublikasının iqtisadiyyatı

Aralıq dənizi sahilində, mühüm yollar kəsilişindəki əlverişli coğrafi mövqeyi Livanı maliyyə bank sistemi inkişaf etmiş bir dövlətə çevirmişdir. 1943-cü ildən hakimiyyət başına gələn milli burjua nümayəndələri şəxsi kapitalın (həm xarici, həm milli) inkişafına meydan açan «Azad iqtisadiyyat» və «Azad bazar*» siyasəti yürütməyə başlayır. Livan biznesmenlərinin Qərb vəŞərq arasında həyata keçirdiyi vasitəçilik və maliyyəəməliyyatları ölkənin tranzit-ticarət və turizm mərkəzlərindən birinə çevirmişdi. 1970-ci ilədək bu sahələr ölkənin milli gəlirinin 70 faizini verirdi. 1968-ci ildən sonra Livanın iqtisadiyyatıİsrail təcavüzünə və vətəndaşmüharibəsinin dağıntılarına məruz qalmışdır. Mütəxəsislərin fikrincə, 1996-cı ildən ölkənin ümumi daxili məhsulu artmağa başlamışdır. 1997-ci ildən ümumi daxili məhsulun dəyəri 13,5 mlrd ABŞ dollarına bərabər olmuşdur. İllik artım yüksək olmasa da, onun mövcudluğu mikroiqtisadi sabitlik siyasəti və bərpa prosesinə büdcə ayırmalarının müvəffə-qiyyətlə yerinə yetirilməsi ölkənin son onilliklərdəki sarsıntılardan dirçəlməsinə sübutdur. Dirçəlişin bariz nümunələrindən biri də budur ki, Livan iqtisadiyyatı1997-ci ildə vətəndaş müharibəsinin başa çatdığı 1990-cı il iləmüqayisədə təqribən 70 faiz artmışdır. 2004-cü ildə Livanda ümumi daxili məhsulun həcmi 22,5 mlrd. dollara çatmışdır. Adambaşına düşən rəqəm isə 5 min dollara yaxın olmuşdur. ÜDM orta illik artım tempi 90-cı illərin ortalarında 5,4 faiz, 2004-cü ildə isə təqribən 2 faiz olmuşdur. Təbii ehtiyatlar baxımından faydalı qazıntıların qətiyyən olmaması və tarixən formalaşmış beynəlxalq vasitəçilik funksiyasının mövcudluğu ölkənin təsərrüfat həyatının istiqamətlərini formalaşdırmışdır. Qabaqcıl mövqelər bunlardır: tranzit, xarici ticarət, nəqliyyat, beynəlxalq bank əməliyyatları və turizm. Ümum-daxili məhsul istehsalında kənd təsərrüfatı, meşəçilik və balıqçılığın payı 12, sənaye sahələrinin payı 21, müxtəlif xidmətlərin payı isə 67 faizdir. Məşğulluq strukturu baxımından iş qabiliyyətli adamların 7 faizi kənd təsərrüfatı, 31 faizi sənaye və 62 faizi isə xidmət sahələrində çalışır. Sənayenin aparıcı sahələri. Neft emalı zavodları Sayda vəTripoli şəhərlərindədir. Bu müəssisələr tranzit kəmərlərə gələn xam neft əsasında işləyir. Mühüm sənaye müəssisələrinin əksəriyyəti Beyrut və onun ətrafında cəmlənmişdir. Bu bölgədə bir neçətoxuculuq müəssisəsi, qənnadı fabriki, alüminiumdan məmulatlar hazırlayan müəssisələr fəaliyyət göstərir. Livanda olan sənaye müəssisələrinin beşdə ikisi yeyinti sənayesinin payına düşür. Bu sahənin ən böyük müəssisələri şəkər, meyvə və tərəvəz konservləri istehsal edən zavodlardır. Toxuculuq təsərrüfatın ən qədim sahələrindəndir. İpək parçalar yerli, pambıq parçalar isəəsasən Misir və Suriyadan idxal olunan xammaldan istehsal olunur. Beyrut və Tripoli yaxınlığında sement zavodları var. İdxal olunan hissələrdən hazır məmulatlar, məsələn, elektrik motorlar, soyuducu, televizor və s. yığılır. Maliyyə sistemi və turizm Livan iqtisadiyyatının inkişaf etmişsahəsi olub, Beyrut Yaxın Şərqdəən iri maliyyə-bank mərkəzlərindən biri hesab olunur. 2002-ci ilədək Beyrutda 70 kommersiya bankıfəaliyyət göstərirdi. Sonradan ölkənin siyasi həyatının qeyri-sabitliyi üzündən həmin bankların böyük bir qismi Bəhreyn paytaxtı Manama və Küveyt paytaxtıƏl-Küveytə köçürüldü. Livanın bəyaz qumlu dəniz sahilləri, həmişəyaşıl meşələrləörtülü dağları, maraqlı təbii abidələri, tarixi memarlıq nümunələri vəxidmət sahəsinin nümunəvi təşkili ölkəni beynəlxalq səviyyəli turizm mərkəzinə çevirmişdir. Lakin həm maliyyə-bank sisteminin, həm dəbeynəlxalq turizmin inkişafı Livanın özünün və Yaxın Şərqin siyasi vəziyyətindən çox asılıdır. Sənaye sahələri əsasən əhalinin ərzağa, geyimə, yanacağa, ev ləvazimatına olan tələbatının ödənilməsinə yönəldilmişdir.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə