F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə69/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   71

122 
 
nisbəti necədir; dindarlığın xarakteri isə bu və ya digər dini konfessiyanın, sosial qrupların dindarlığının 
spesifikasını, fərqini üzə çıxarır. 
Aparılmış sosioloji tədqiqatların nəticələrinə əsasən qeyd etmək olar ki, dinin xalqın mədəniyyətinə, adət və 
ənənələrinə nüfuzu insanların daha geniş dairəsinin dini fəaliyyətdə  iştirakına səbəb olur. Onlar bu fəaliyyəti öz 
milli mədəniyyətinin, adət və  ənənələrinin müəyyən hissəsi kimi qiymətləndirirlər. Dərin tarixi kökləri olan din 
insanların həyat tərzinə nüfuz edərək, onların milli xüsusiyyətlərinin formalaşmasında böyük rol oynamış, digər 
sosial institutlara fəal təsir göstərmişdir. 
Din müxtəlif funksiyalar yerinə yetirir. Bunlar müxtəlif mənbələrdə bir-birindən fərqli göstərilir. Aşağıdakı 
funksiyalardan bəhs etmək olar: 
a) Dünyagörüşü funksiyası. Din gerçəkliyi spesifik şəkildə əks etdirir, fövqəltəbii qüvvələrin və varlıqların 
real surətdə mövcudluğunu etiraf edir. 
b)  Tənzimedici funksiya. Din müəyyən dəyərlər və normalar sistemi işləyib hazırlamışdır; həmin sistem 
insanların davranışını motivləşdirir və tənzimləyir. 
c) Kommunikativ funksiya. Bu funksiya kult və kultdankənar fəaliyyət prosesində ünsiyyətdə təzahür edir. 
ç)  İnteqrasiyaedici, mühafizəedici funksiya. Din müxtəlif birliklər səviyyəsində inteqrasiyanı  təmin edə 
bilər, bu 
[308 - 309]
 və ya digər ictimai amilin sabitliyini qoruya bilər. 
d) Kompensasiyaedici funksiya. İnsanın təbii və ictimai qüvvələr qarşısında real acizliyi, imkansızlığı tam 
aşkara çıxdıqda din onu xeyli dərəcədə yumşalda bilən, kompensasiya edən vasitə kimi çıxış edir. 
Dinin cəmiyyətdəki rolu, yerinə yetirdiyi funksiyalar ictimai inkişaf gedişində  dəyişir. Bu mənada 
sakralizasiya və sekulyarizasiya proseslərindən bəhs etmək olar. Sakralizasiya müxtəlif sosial institutların, 
münasibətlərin, ictimai və  fərdi  şüur formalarının dini təsir və sanksiyalaşdırma sferasına geniş surətdə  cəlb 
olunması deməkdir. SSRİ-nin iflasından sonra bu prosesdə müəyyən canlanma hiss edilir. 
Dinin sosiologiyasında sekulyarizasiya fəal müzakirə olunan mühüm problemlərdən biridir. Hazırda bu 
anlayışı insanın dini təsirdən azad olması kimi başa düşürlər. Bu prosesdə qlobal sosial dəyişikliklər, elmi-texniki 
və  mədəni tərəqqi mühüm rol oynayır. Sekulyarizasiya probleminə eynimənalı münasibət yoxdur. Başlıca səbəb 
dinin necə başa düşülməsidir. Dinin geniş izahına tərəfdar çıxan sosioloqlar (M. Zinqer, R. Bella, T. Lukman və s.) 
sekulyarizasiya anlayışını əsassız sayırlar. Dinin mövcudluğunu fövqəltəbii olana inamla əlaqələndirən sosioloqlar 
isə (B. Uilson, Ç. Qlok və başqaları) sekulyarizasiyanı çox mühüm sosial proses hesab edirlər; elə proses ki, dinin 
müasir cəmiyyətdə vəziyyətini kökündən dəyişdirir. 
Yeri gəlmişkən qeyd edək ki, sekulyarizasiyanın özünün izahı  cəhdləri də bir-birindən fərqlidir. Məsələn, 
B. Uilson onu insanların  əvvəlki, kapitalizməqədərki birliklərinin yox olması,  şəxsiyyətlərarası münasibətlərin 
fərdsizləşməsi və formallaşdırılması ilə izah edir. Sekulyarizasiyanın əleyhdarları (R. Bella, E. Qrili və başqaları) 
isə T. Parsonsun belə bir ideyasından istifadə edirlər ki, cəmiyyətdə sekulyarizasiya yox, yalnız institutların 
struktur və funksional diferensiasiyası baş verir. 
Dinin sosiologiyasında diqqəti cəlb edən mühüm məqamlardan 
[309 - 310] 
biri Qərb sosioloqları tərəfindən 
dindarlığın empirik tədqiqatlarının metodologiya və metodikasının işlənib hazırlanmasıdır. Bu problemin həllinə 
Amerika sosioloqu Ç. Qlok daha çox töhfə vermişdir. O, dindarlığın «çoxölçülü» modelləri adlandırılan modelləri 
işləyib hazırlamışdır. 
Dinin sosiologiyasında qarşıda duran vəzifələrdən biri qeyri-ənənəvi dinlərin, mistik təlimlərin yayılması 
miqyaslarını, hüdudlarını, habelə inkişafı imkanlarını öyrənməkdən ibarətdir. 
Müstəqil inkişaf  şəraitində respublikamızda dövlətlə dinin qarşılıqlı münasibətləri demokratik əsaslarda 
qurulmuşdur. Mövcud qanunvericilik aktları  zəminində dinlərin, konfessiyaların azad, sərbəst fəaliyyəti təmin 
edilmişdir.
 
 
4. Mədəniyyətin sosiologiyası 
 
Mədəniyyət anlayışı elmi ədəbiyyatda birmənalı şərh edilmir. Onun gündəlik - adi şüur səviyyəsində başa 
düşülməsində bu, xüsusilə aydın hiss olunur. 
Elmi  şərhdə  mədəniyyət insan fəallığının genişmiqyaslı  və çoxşaxəli sistemi kimi nəzərdən keçirilir. 
Mədəniyyətin yığcam tərifini adətən insanların fəaliyyətinin müxtəlif nəticələrinə, öz sosial varlığını mühafizə edib 
saxlamaq və yeniləşdirmək sahəsində  fəallığın rəngarəng formalarına müncər edirlər. Sosial varlıq isə maddi 
obyektləri, insanların fəaliyyət və qarşılıqlı  təsir normalarını, təsəvvürlərini, qiymətlərini  əhatə edir. Bir sıra 
hallarda mədəniyyətə elmi yanaşma onu qiymətləndirmə rakursunda nəzərdən keçirilməsini nəzərdə tutur. Başqa 
sözlə, mədəniyyət sosial subyektə, fəaliyyət normalarına və standartlarına, sosial praktikanın bu və ya digər 
sahəsində təsbit olunmuş mənəvi fəallığın növlərinə yiyələnməyin yüksək səviyyəsi kimi izah edilir. Bu halda nitq, 


123 
 
ünsiyyət, asudə vaxt, peşə mədəniyyətindən və s. bəhs 
[310 - 311]
 edirlər
1
. Deməli, mədəniyyət hər hansı etnosun, 
yaxud ölkə  vətəndaşlarının həyat fəaliyyətinin bütöv, davamlı üsuludur; elə üsulu ki, o, tarixən təşəkkül tapır, 
tədricən yeniləşir, lakin eyni zamanda yüz illər, bəzən min illər  ərzində öz-özünə identikliyini qoruyub saxlayır. 
Əslində  təşəkkül tapan və yeniləşən mədəniyyətin hüdudlarında xüsusi dünya formalaşır; bu dünya təbii aləmi 
tamamlayır, bir çox insan nəsillərinin əməyini, fəaliyyətini təcəssüm etdirir. 
İstənilən mədəniyyət bioloji-təbii  əsasa söykənir; insanın özü də sosial-mədəni, habelə bioloji-cismani 
əsasların vəhdətidir. Mədəni landşaft, yaşayış məskənləri, mürəkkəb mexanizmlər, rəngarəng əşyalar və s. - bütün 
bunlar təbii materiallara möhtacdır. 
Mədəniyyət ictimai həyatın fundamental ünsürüdür. O, cəmiyyətə, sosial qruplara, fərdə davranışın təşkilini, 
düşüncələrini, emosiyalarını, qiymətlərini formalaşdırmağın normalaşmış üsullarını  bəxş edir. Mədəniyyətin 
uzunmüddətli fəaliyyət göstərən mexanizmləri sosial praktikanı dinamikləşdirməyə, ənənələri, davranış və fəaliyyət 
normalarını yeniləşdirməyə, vaxtı keçmiş normalardan, ənənələrdən imtina etməyə imkan verir. İnsanın doğulduğu, 
yaşadığı, həyatının cərəyan etdiyi mədəni kontekst onun üçün doğmadır, əzizdir. 
Elmi ədəbiyyatda qeyd olunur ki, mədəniyyətin elmi təhlilinin başlanğıcı XIX əsrə təsadüf edir. Filosoflar, 
etnoqraflar və antropoloqlar mədəniyyəti təhlil etməyin analitik prinsiplərini işləyib hazırlayırlar. Filosoflar 
mədəniyyəti öyrənmək üçün nəzəri zəmin yaradır, etnoqraflar, antropoloqlar isə arxaik birliklərin, xalqların mədəni 
praktikasını  təhlil edirlər. Beləliklə, sosial (mədəni) antropologiyanın bünövrəsi qoyulur; o, inkişaf edərək, XX 
əsrin ortalarında mədəniyyətşünaslıq (kulturologiya) kimi formalaşır. 
Sosiologiya ilə antropologiya arasında sıx  əlaqələr yaranır və inkişaf edir. Onların spesifikası qalmaqla 
mədəniyyətə 
[311 - 312] 
dair ciddi tədqiqatlar aparılır. Lakin uzun müddət mədəniyyətin elə  nəzəri anlamı 
formalaşmır ki, elmi birliyi qane etsin. Antropoloji və sosioloji fıkrin qarşılıqlı əlaqəsi və təsiri tələb edirdi ki, bu 
fənlərdən hər birinin təhlil predmeti daha dəqiq müəyyənləşdirilsin. Bu, mədəniyyət haqqında təsəvvürlərin 
dəqiqləşdirilməsinə kömək edirdi. Tədricən mədəniyyətin başa düşülməsində özünü göstərən  əvvəlki ixtilaflar 
arxada qalır.  İndi ümumən etiraf olunur ki, mədəniyyət öz quruluşuna görə son dərəcə mürəkkəb fenomendir
inkişaf amilləri baxımından çoxplanlı tarixi hadisədir; o, xalqların, qrupların, konkret insanların həyat fəaliyyətini 
nizamlamaqda misilsiz rol oynayır. 
Sosioloji və kulturoloji biliyin qovuşağında elmi təhlilin fənlərarası sahəsi - mədəniyyətin sosiologiyası 
meydana gəlmişdir.  Mədəniyyətin sosiologiyası sosiomədəni dəyişikliklərin qanunauyğunluqlarını, sosial 
münasibətlər, strukturlar, institutlar prizmasında mədəniyyətin fəaliyyət xüsusiyyətlərini öyrənir. 
Mədəniyyət sosiologiyasını nəzərdən keçirərkən bu sahəyə öz töhfələrini vermiş G. Zimmelin, P. Sorokinin, 
M. Veberin  adlarını xüsusi qeyd etməliyik. Onların  ənənələrini davam etdirən tədqiqatçılar maraqlı konseptual 
ümumiləşdirmələr aparmış, mədəniyyətin məna konstruksiyaları ilə müxtəlif sosial qrupların fəaliyyət 
sistemlərinin, müxtəlif xalqların ictimai həyat  şəraitinin qarşılıqlı nisbəti, uyğunluğu məsələlərini hərtərəfli təhlil 
etmişlər. 
Bəs mədəni fəaliyyətin struktur ünsürləri hansılardır? 
1. Kommunikativ ünsür. Bu ünsür mədəniyyət dillərinin müxtəlifliyini nəzərdə tutur. Bu dillər müxtəlif 
işarə vahidlərinin çoxsəviyyəli sistemidir. İnsanlar kommunikativ fəaliyyət prosesində bu dillərdən istifadə edirlər. 
Buraya verbal (linqvistik) dil, jest, predmet - məkan, qrafık, obrazlı (o cümlədən bədii), formallaşdırılmış dil, 
emosiyaların dili, peşə  fəaliyyətinin dili (lüğət ehtiyatı,  əmək texnologiyaları, alətləri və s.) aiddir. Mədəniyyət 
dillərinin formalaşması 
[312 - 313]
  mənbələri həm təbii ilkin şərtlərə, həm də insanların qarşılıqlı  fəaliyyətinin 
müəyyən sosial-kommunikativ, qiymət-məna xüsusiyyətlərinə malikdir. Mədəniyyət dilləri insanların 
kommunikasiya prosesində, onların birgə  fəaliyyətində  təşəkkül tapır və inkişaf edir. Mədəni kommunikasiyanın 
əsas kanalları şifahi kommunikasiya və yazılı nitqdir. 
2. Semantik ünsür. Buraya mənəvi dəyərlər, mədəni fəallığın məna, işarə və simvolları daxildir. Mənəvi 
dəyərlər sosial əlaqələri nizamlamağın çevik sistemidir, şüurun fəal yönümləridir. Məna insan təcrübəsinin sosial-
mədəni kommunikasiyaya qoşulması üsuludur, insanı əhatə edən obyektlərlə, onun öz vəziyyəti və fəaliyyəti ilə sıx 
bağlıdır. O, tarixi təcrübə zəminində təşəkkül tapır, məlum birliyin bu və ya digər hadisəyə maraqlı münasibətini 
ümumiləşdirir. Mənanın mədəniyyətdə formalaşması uzun vaxt tələb edir. Mədəni işarələr və simvollar müəyyən 
dəyər - məna xüsusiyyətinə malikdir. Onlar gerçəklik haqqında bəzi məlumatları əks etdirir. Əslində sosial mühit 
işarə sistemləri ilə doludur. Onlar mədəniyyətin spesifık mətnləridir. İnsan həmin işarələrin mənasını nəzərə alır, 
müvafıq davranış nümayiş etdirir, öz hərəkətlərini başqalarının hərəkətləri ilə uyğunlaşdırır. Mədəni işarə öz 
məzmunundan «ayrılırsa», yeni məna kəsb edirsə, simvola çevrilir. Bu, tədrici prosesdir, öz informasiya və məna 
yükü baxımından olduqca səmərəlidir. Məsələn, palma budağı ilə göyərçin təsviri sülhün simvoludur. Gerb, bayraq, 
himn hər bir dövlətin ümummilli xarakteristikasıdır. Simvollar ritualların, təntənəli aktların mühüm ünsürüdür. 
                                                 
1
 Социология. Основы общей теории. M.,
 
2002, c. 136. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə