F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə65/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   71

115 
 
milliyyət, yaş, peşə, təhsil və s. baxımından eynicinsli homoqam ailələr fərqləndirilir ki, bunlarda sosial-
demoqrafik indikatorlar üzrə fərqlər müşahidə edilir. 
Məkan-ərazi lokallaşmasına görə ailələr patrilokal (təzə evlənənlər yaşamaq üçün ərin atasının evinə 
köçürlər) və matrilokal (təzə evlənənlər arvadın valideynlərinin evində yaşayırlar) olur. Müasir şəhər ailələrində, 
əksər hallarda, ailələrin unilokallığından danışmaq lazım gəlir, çünki mənzilin olması gənc ailənin lokallaşmasını 
müəyyənləşdirir. 
Müasir urbanizə olunmuş aqlomerasiyalarda ən geniş yayılan nuklear - valideynlər və övladlardan, yəni iki 
nəsildən ibarət ailələrdir. Nuklear ailədə üçdən artıq olmayan mövqe (ata-ər, ana-arvad, oğul-qardaş və ya qız-bacı) 
var. Mürəkkəb ailə ümumi təsərrüfatı olan iki və daha artıq ailəni birləşdirən, üç və daha artıq nəsildən (baba-nənə, 
valideynlər və övladlardan, nəvələrdən) ibarət olur. 
Təkrar ailələrdə (təkrar, birinci olmayan nikaha əsaslanan)  ər-arvadla birlikdə  həmin nikahdan olan 
övladlarla yanaşı, ər və ya arvadın yeni ailəyə özü ilə gətirdiyi övladlar da ola bilir. Boşanmaların sayının artması 
əvvəllər, praktiki olaraq, ər və ya arvaddan hər hansı birinin vəfatı nəticəsində meydana çıxan belə ailələrin sayının 
artmasına səbəb olmuşdur. Keçmişdə təkrar ailələrdə uşaqlar bir ana və iki ataya (bir ata və iki anaya) indikindən 
xeyli az hallarda malik olurdu. Müvafiq olaraq, yalnız doğma valideynləri olan övladlarla, onlardan başqa, həm də 
ögey ata və ya anaları olan övladlar arasında qohumluq münasibətləri də mürəkkəbləşmişdir. 
[289 - 290]
 
 
4. Nikah anlayışı və boşanma 
 
Nikah - kişi ilə qadın arasında cəmiyyət tərəfindən təsdiqlənən və onların bir-birinə  və onların 
uşaqlarına nəzərən lıüqııq və vəzifələrini tənzimləyən münasibətlər formasıdır. 
Hüquqi baxımdan nikah - kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında 
qeydiyyata alınan könüllü, bərabərhüquqlu ittifaqıdır. Ölkəmizdə yalnız vətəndaşlıq aktlarının dövlət qeydiyyatı 
(VADQ) orqanlarında bağlanmış nikah etibarlı hesab olunur.
1
  Əgər nikah ailənin  əsası olmasaydı, o da dostluq 
kimi, qanunvericiliyin predmeti olmazdı.
2
 Hal-hazırda nikahın bağlanması Azərbaycan Respublikasının Ailə 
məcəlləsi ilə tənzimlənir. 
Sosioloji baxımdan, nikah münasibətlərinin rəsmi qeydiyyatının, onların hüquqi rəsmiləşdirilməsinin olub-
olmaması ailənin sosial institut kimi vəziyyətinin çox mühüm göstəricisidir. Son onilliklər ərzində müşahidə olunan 
nikahın rəsmi qeydiyyatından imtina edilməsi, birgə yaşamanın yayılması ailənin dərinləşməkdə olan böhranına, 
ailə dəyərlərinin tənəzzülünə şəhadət edir. Bütün bunların nəticəsi kimi cəmiyyətdə uğursuzluq kəskinləşir, sosial 
davranışın deviant formaları artır. Məsələ heç də yalnız onda deyil ki, dünyanın bir sıra ölkələrində (o cümlədən 
Azərbaycanda da) nikahdankənar doğulmaların sayı  və payı artır, hərçənd bu, öz-özlüyündə, ilk növbədə «ana» 
ailələri adlanan ailələrdən olan uşaqların natamam sosiallaşması ilə bağlı çoxsaylı sosial problemlər yaradır. Nikah 
münasibətlərini qanuniləşdirmədən birgə yaşamaq imkanının özü bir çox insanların  şüurunda qanuni nikahın və 
ailənin sosial təsisatlar kimi, birgə yaşamanın yeganə normativ forması kimi dəyərini kiçildir. 
Nikahın bağlanması nikah davranışının, yəni məqsədi nikaha ehtiyacın ödənməsi olan davranışın, nikah 
tərəfdaşının seçilməsi ilə bağlı davranışın son mərhələsidir. 
[290 - 291]
 
Nikah seçimi dedikdə, nəticə etibarilə mümkün mülki nikah tərəfdaşlarının məcmusundan (onu bəzən nikah 
dairəsi də adlandırırlar) bu və ya digər yolla hər bir konkret şəraitdə yeganə olan tərəfdaşın seçilməsi nəzərdə 
tutulur ki, o da ər (arvad) və ya birgə yaşanılacaq şəxs olur. 
Nikah seçimi prosesi tarixən konkret prosesdir. O, cəmiyyətdə mövcud olan iqtisadi, sosial, sosial-mədəni 
şəraitdən və digər  şərtlərdən asılıdır. Nikah seçimi prosesinin əsas xüsusiyyətləri onunla bağlıdır ki, müxtəlif 
mədəniyyətlərdə  və tarixi inkişafın müxtəlif mərhələlərində istər mümkün seçim imkanı, istərsə  də  fərdi seçim 
azadlığının dərəcəsi müxtəlifdir. 
Birinci münasibətdə, yəni nikah tərəfdaşının seçimlərinin mümkün imkanının müəyyənləşdirilməsində 
bütün mədəniyyətlər bir-birindən təkrar nikahlara yol verilib-verilməməsi ilə  fərqlənir.  Əgər təkrar nikahlara, 
seriyalı monoqamiyaya yol verilirsə, onda nikah tərəfdaşının seçimi zamanı aparılan məcmu çox geniş olur və 
özündə həm nikahda olanları, həm də nikahda olmayanları ehtiva edir. 
Burada mahiyyət ondan ibarətdir ki, bəzi mədəniyyətlərdə kişi və qadının nikahda olub-olmamasından asılı 
olmayaraq, nikah onlar üçün daim mümkün olur. Amerika sosioloqu B. Farberin yazdığı kimi, hər bir insan, ən azı 
nəzəri cəhətdən həmişə  əks cinsdən olan şəxs üçün potensial ər və ya arvaddır. Burada mühüm cəhət odur ki
nikahda olmaq insanın daha sonrakı nikahları bağlamaq imkanını qətiyyən məhdudlaşdırmır.

                                                 
1
 Azərbaycan Respublikasının ailə məcəlləsi. B.,
 
2006, s. 12. 
2
 Marks K. , Engels F.  Seçilmiş əsərləri. I c, s. 161. 
1
 Волков А. В.  Семья – Объект демографии. М., 1986, c. 48. 


116 
 
Əksinə, təkrar nikahlara yol verilməyən mədəniyyətlərdə,  ənənəvi, sərt monoqamiya mədəniyyətlərində 
(məsələn, islamda) mümkün seçim imkanı özündə artıq nikahda olanları  və  hətta  əvvəllər nikahda olmayanları 
ehtiva etmir. İnsan bu mərhələyə qanunla müəyyən edilən kamilliyə çatdıqda daxil olur. 
Boşanmanın səbəbləri barədə məsələ hələ də kifayət qədər 
[291 - 292]
 dolğun öyrənilməmişdir. Boşanmanı 
sosial fenomen kimi ailə sosiologiyasının «boşanmanın sosiologiyası» adlanan bölməsi öyrənir. Bu elmin predmeti 
boşanma hərəkətləridir. Bu mövzu çərçivəsində boşanma hərəkətləri və boşanma amilləri barədə  məsələni qısa 
şəkildə nəzərdən keçirməklə kifayətlənəcəyik. 
Boşanmanın səviyyəsini müəyyən edən mühüm amillərdən biri ailə-nikah qanunvericiliyidir. 
Belə ki, XX əsrin əvvəllərində Azərbaycanda boşanmalar, məlum olduğu kimi, çox nadir hadisə idi. Məsələ 
heç də onda deyil ki, boşanma o zamankı əxlaq və sosial normalara zidd idi. O zaman qüvvədə olan qanunvericilik 
boşanmanın mümkünlüyünü kəskin şəkildə məhdudlaşdırırdı. Boşanmaya ər-arvaddan birinin xahişi üzrə yalnız bir 
neçə müstəsna səbəb olduqda icazə verilirdi: ərin və ya arvadın zinakarlıq etdiyi və ya ərin (və ya arvadın) 
«nikahda cinsi əlaqəyə» qabil olmaması sübuta yetirildiyi halda; ər-arvaddan birinin cinayət məsuliyyətinə  cəlb 
olunaraq  ən azı üç il müddətinə azadlıqdan məhrum edilməsi halında;  ər-arvaddan birinin xəbərsiz itkin düşmüş 
hesab edilməsi halında və s.

Məlumdur ki, 1990-cı illərdə Dağlıq Qarabağda erməni separatçılarının fəaliyyəti və Ermənistanın 
respublikamıza təcavüzü ilə əlaqədar olaraq boşanmanın kəskin sıçrayışı müşahidə olunmuşdu. 1965-ci ildə 39077, 
1990-cı ilə isə 73119 nikah bağlanmış, boşanmaların sayı isə müvafiq olaraq 3537, 14040 olmuş, başqa sözlə, bu 
müddətdə boşanmaların sayı bağlanan nikahlara nisbətdə 2,1 dəfə artmışdır.

Adətən, normal şəraitdə belə proseslər 
baş vermir. Doğrudan da, belə  kəskin sıçrayışın səbəbi sözügedən təcavüzlə yanaşı, boşanma haqqında 
qanunvericilikdə boşanma prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirən dəyişikliklərin edilməsidir. Belə ki, 
1960-cı illərdə bu sahədə qanunvericilikdə edilmiş müəyyən dəyişikliklərdən sonra çoxdan bəri 
[292 - 293] 
bir 
yerdə yaşayan və ola bilsin ki, hətta yeni, lakin rəsmi surətdə qeydiyyatdan keçməmiş ailəsi olan yüz minlərlə insan 
özlərinin faktiki boşanmalarını rəsmiləşdirdilər. 
Boşanma amilləri arasında əsas yerlərdən birini demoqrafık və sosial-iqtisadi determinantlar tutur. Belə ki, 
ər-arvadın yaşı mühüm rol oynayır. Bu, demoqrafık dəyişən üç müxtəlif modifıkasiyada irəli çıxır: nikah bağlama 
yaşı, boşanma anındakı yaş, arvadlar və ərlərin yaşları arasındakı fərq. 
Birinciyə, yəni nikah bağlama yaşına gəlincə, tədqiqatlar göstərir ki, bu dəyişəndən asılı olaraq boşanmanın 
ehtimalı aşağıdakı kimi dəyişir: əvvəlcə o, çox cavan yaşlarda bağlanan nikahlara xas olan yüksək səviyyədən aşağı 
düşür, sonra isə yenidən ahıl yaşda bağlanan nikahlar üçün artır. Boşanmanın  ən az ehtimalı maksimum nikah 
yaşlarında bağlanan nikahlarda müşahidə olunur. 
Boşanma anında yaş haqqında onu demək olar ki, boşanma Azərbaycanda 35-39 yaş intervalında 
maksimum həddə çatır. Təkcə 2005-ci ildə 1895 boşanmış ailələrin 1870-i və ya 21%-i 35-39 yaş hüdudundadır.
4
 
Daha sonra isə  tədricən 50-55 yaşdan yuxarı yaşlarda  ən aşağı  səviyyələrə  qədər enir. Bu zaman maksimum 
boşanma ehtimalı yaşlı qadınlarda kişilərə nisbətən daha aşağıdır. 
Ərlə arvadın yaşları arasındakı böyük fərq boşanmanın ehtimalını artırır, bu zaman arvad ərdən yaşca böyük 
olduqda bu ehtimal daha yüksək olur. 
Boşanma tezliyinin müəyyənləşdirilməsində nikahın sıra nömrəsi də müəyyən rol oynayır. Bu məsələ üzrə 
məlumatlar az olsa da, aparılan tədqiqatlar təkrar nikahlar üçün daha yüksək boşanma tezliyini göstərir. Bu meyl 
həm ölkəmizə aiddir, həm də xarici ölkələrə dair materiallarda aşkar edilmişdir. 
Boşanmanın mühüm amillərindən biri də boşanan ər-arvadın uşaqlarının sayıdır. Demoqrafık statistikanın 
məlumatları göstərir ki, uşaq olmayan ailələrdə boşanmanın ehtimalı bir və daha artıq uşağı olan ailələrlə 
müqayisədə daha çoxdur. Beş il ərzində 2000-ci ildən 2005-ci ilədək bütün tip ailələrdə bu artmışdırsa da, boşanma 
ən çox məhz uşaqsız ailələrdə üstün meylə malik olmuşdur: müvafiq olaraq 63%; 18%; 19% və yaxud uşaqsız 
ailələrdə boşanmanın sayı 1 uşaqlıya nisbətən 3,5 dəfə, 2 uşaqlıya nisbətən isə 3,3 dəfə çoxdur.

Statistik məlumatların təhlili göstərir ki, boşanmanın mühüm cəhətlərindən biri də qeydiyyatdan keçməmiş 
nikahlarla, yəni birgə yaşamaqla bağlıdır. Daha dəqiq desək, onların «sınaq nikah» adlanan növü ilə bağlıdır. 
Hərçənd belə birgə yaşamaların üzvləri deyirlər ki, biz ona görə öz müasibətlərimizi qanun çərçivəsinə salmırıq ki, 
özümüzü yoxlayaq və beləliklə  də, nikahı daha da möhkəmlədək. Amma reallıqda hər  şey başqa cürdür. Bu cür 
birgə sınaq yaşamalarından sonra bağlanan nikahlar daha az möhkəm olur və normal dediyimiz nikahlara nisbətən 
daha sürətlə və tez-tez dağılır. 
                                                 
2
 Hüquq ensiklopedik lüğəti. B., 1991, s. 336-337. 
3
 Azərbaycanda ailələr (statistik məcmuə). B., 2006, s. 55. 
4
 Azərbaycanda ailələr (statistik məcmuə). B., 2006, s. 57.
 
5
 Azərbaycanda ailələr (statistik məcmuə). B., 2006, s. 58. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə