F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə67/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   71

119 
 
nəslin cəmiyyətin sosial strukturunun müxtəlif ünsürləri üzrə bölüşdürülməsinə  nəzarətdə mühüm rol oynayır. 
Məhz bu məqsədlərin reallaşdırılması üçün təhsil sisteminin müxtəlif pillələri müəyyən səlahiyyətlərə malikdir 
(məsələn, təhsilin sonrakı pilləsini keçmək, müvafıq təhsilə uyğun vəzifə tutmaq, konkret əmək növü ilə  məşğul 
olmaq). 
Qeyd etmək lazımdır ki, təhsilin sosial effektivliyi təkcə adamların aldığı biliklərin həcmindən və 
keyfiyyətindən deyil, həm də onların tətbiqi dərəcəsindən, insanların əmək və ictimai fəaliyyətində praktik surətdə 
reallaşmasından 
[299 - 300
] asılıdır. Hazırda məhz bu sahədə öz həllini gözləyən kifayət qədər problem vardır. Ali 
təhsilli mütəxəssislərin, yüksək ixtisaslı  fəhlələrin xeyli qismi təhsil sayəsində qazandıqları bilik və bacarıqlarını 
praktikada tətbiq etmək imkanına malik deyildir. Bu, işçinin öz əməyinə marağını azaldır, onun peşə yüksəlişinə 
mane olur. Faktlar göstərir ki, təhsilin sosial effektivliyi kifayət qədər yüksək deyildir. Təhsilin formal səviyyəsi ilə 
faktik səviyyəsi arasında ayrılıq mövcuddur. Gənclərin ümumtəhsil və peşə hazırlığı arasında, cəmiyyətin 
tələbatları ilə məzunların həyat planları arasında da müəyyən ayrılıq müşahidə olunur. 
Təhsil sisteminin səmərəliliyini yüksəltmək asan məsələ deyildir. Bu, bir sıra ziddiyyətlərin həlli ilə bağlı 
olan mürəkkəb prosesdir. Həmin ziddiyyətlərin ən mühüm olanları bunlardır: a) cəmiyyətin inkişaf tələbatı ilə onun 
mövcud olan diferensiasiyası arasındakı ziddiyyət. Bu diferensiasiya əhəmiyyətli dərəcədə alınan təhsilin səviyyəsi 
və keyfiyyəti ilə şərtlənir; b) qərarlaşmaqda olan bazar strukturlarının irəli sürdüyü tələbatlarla gənclərin sosial - 
peşə yönümü arasındakı ziddiyyət; c) şəxsiyyətin inkişafının zəruri səviyyəsi ilə təhsil müəssisələri məzunlarının 
ümumi inkişafının real səviyyəsi arasındakı ziddiyyət. 
Respublikamız təhsil sahəsində ümumən etiraf olunan uğurlar qazanmışdır. 2007-ci ildə 15 və yuxarı yaşda 
əhalinin hər 1000 nəfərinə 765 nəfər ali və tam orta təhsilli şəxs düşürdü. Halbuki 1999-cu ildə əhalinin siyahıya 
alınmasının məlumatlarına əsasən bu göstərici 758 nəfər olmuşdur. Həmin ildə 1760 məktəbəqədər müəssisə, 4516 
ümumtəhsil məktəbi, 56 dövlət, 4 qeyri-dövlət orta ixtisas məktəbi, 28 dövlət və 14 qeyri-dövlət ali məktəbi 
fəaliyyət göstərmişdir. Respublika Dövlət Statistika Komitəsinin apardığı araşdırmalar göstərir ki, təhsil sistemində 
nəzərə çarpacaq dərəcədə müsbət dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər tədris proqramlarına və 
metodlarına, fənlərin məzmununa, dərsliklərə  və s. təsir göstərmiş, təhsil proseslərinin 
[300 - 301] 
səmərəliliyi 
xeyli yüksəlmişdir. Lakin təhsil sistemində həllini gözləyən problemlər də az deyildir. Həmin problemlər (məsələn, 
kənd məktəblərinin pedaqoji kadrlarla təminatı, təhsil müəssisələrinin maddi-texniki bazası və s.) diqqətlə öyrənilir 
və onların həlli istiqamətində müəyyən addımlar atılır. 
 
2. Elmin sosiologiyası 
 
Elmin sosiologiyası elmin dinamikasını və cəmiyyətlə qarşılıqlı münasibətlərini öyrənən sosioloji bilik 
sahəsidir. Bu sahə XX əsrin 30-cu illərində elmi fəaliyyətə dair tədqiqatların xüsusi istiqaməti kimi formalaşmağa 
başlamış, 60-cı illərdə xüsusi sosioloji fənnə çevrilmişdir. Onun inkişafı  fəlsəfə  və elmin metodologiyası, idrak 
sosiologiyası, elmin təhlilinə informasiya və sosial yanaşmalarla sıx bağlı olmuşdur. Daha dəqiq desək, bir-birinə 
yaxın bilik sahələrinin qarşılıqlı təsiri sayəsində elmin sosiologiyası nisbi müstəqil istiqamət kimi təşəkkül tapmış 
və inkişaf etmişdir. 
Əvvəlcə elmin sosiologiyası idrak sosiologiyasının tərkib hissəsi və köməkçi sferası kimi nəzərdən 
keçirilmişdir. Bunun başlıca səbəbi ondan ibarətdir ki, ənənəvi olaraq elm fəlsəfi cəhətdən yalnız biliyin xüsusi tipi 
kimi, idrak nəzəriyyəsinin predmeti kimi başa düşülmüşdür. E. 
Dürkheymin, M. 
Veberin, M. 
Şelerin, 
K. Mannheymin ideya irsində  həm təbii, həm də «formal» elmlərin məzmun tərəfinin sosioloji metodlarla 
tədqiqinin mümkün olmadığı göstərilmişdir. Lakin artıq keçən  əsrin 30-cu illərində elmə sosioloji yanaşmalar 
C. Bernalın,  U. Oqbornun,  P. Sorokinin,  T. Parsonsun  əsərlərində  işlənib hazırlanmışdır. Onların tədqiqatlarının 
əhəmiyyətini kiçiltmədən qeyd etmək lazımdır ki, elmin sosiologiyasının sonrakı inkişafına  ən böyük təsiri 
R. Merton  göstərmişdir. O, «XVII əsrdə  İngiltərədə elm, texnika və  cəmiyyət»  əsərində (1933) Yeni dövrün 
elminin təşəkkülündə 
[301 - 302]
 puritan dininin və  əxlaqının rolunu ön plana çəkir. Sonralar o, elmin sosioloji 
konsepsiyasını  işləyib hazırlamışdır. Bu konsepsiya ötən  əsrin 60-cı illərində üstün paradiqma olmuşdur. 
Konsepsiyanın fəlsəfı  əsasını pozitivist ideyalar təşkil edir. Həmin ideyalar elmi biliyin sosial neytrallığını  əsas 
tutur. Elmi biliyin artmasının kumulyativ xarakteri qeyd olunur. R. Mertonun işləyib hazırladığı konsepsiyanın 
ümumsosioloji əsasını isə struktur funksionalizm təşkil edir. 
Mertonun fıkrincə, sosiologiya elmi sosial institut kimi öyrənir; Bu cür institut olmaq sayəsində elm öz 
muxtariyyətini mühafizə edir, yeni və etibarlı bilik əldə olunmasına yönəlmiş  fəaliyyəti stimullaşdırır. Elmi kəşf 
mükafat tələb edən nailiyyətdir. Alimin töhfəsi etiraf olunmalıdır; bu, onun nüfuzunu, statusunu və karyerasını 
müəyyən edən amildir. Elmin fəaliyyəti məcburi normalar və dəyərlər məcmusu ilə tənzim olunur. Bu normalar və 
dəyərlər elmin etosunu təşkil edir. Etosa aşağıdakılar daxildir: 
- universalizm - bu, elmin müddəalarının obyektivliyinə və subyektdən asılı olmamasına inamı ifadə edir; 
- ən ümumilik - bu, biliyin ümumun malı olmasını ifadə edir; 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə