F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə64/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   71

113 
 
«ailə qrupları» adlandırılması daha dəqiq olacaq formaya həsr etmişlər, hərçənd ki, bu fəsillər faktik olaraq ər-
arvadlığa və ya daha çox portnyorluğa və birgəyaşayışa aiddir. 
Ailənin formalaşması bir sıra mərhələlərdən keçir. Onların içərisində  ən mühümləri aşağıdakılardır: 1. 
nikahın bağlanması - ailənin yaranması; 2. uşaq doğumunun başlanması - ilk uşağın doğulması; 3. uşaq doğumunun 
sona çatması - sonuncu uşağın doğulması; 4. «boş yuva» - sonuncu uşağın ailəni tərk etməsi; 5. ailənin 
mövcudluğunun sona çatması - ərin və ya arvadın vəfat etməsi. Hər bir mərhələdə ailə ancaq özünə xas olan sosial 
və iqtisadi xüsusiyyətlərə malik olur. 
Ailə sosial institut kimi cəmiyyətin formalaşması ilə eyni vaxtda meydana gəlmişdir. Həmin dövrdə ailənin 
fəaliyyəti 
[283 - 284]
 normativ dəyərlərlə tənzimlənirdi. Dövlətin yaranması ilə ailə münasibətlərinin nizamlanması 
hüquqi xarakter daşımağa başladı. Nikahın hüquqi qeydiyyatı yalnız ər-arvadın yox, həm də onların birgə həyatını 
sanksiyalaşdıran dövlətin üzərində müəyyən öhdəliklər qoyur. Bundan sonra sosial nəzarət və sanksiyalar yalnız 
ictimai rəylə deyil, həm də dövlət orqanları  tərəfındən həyata keçirilir. Yeri gəlmişkən qeyd edək ki, bu, 
cəmiyyətdə ailənin dağılmasının qarşısının alınmasında və onun sabitliyinin güclənməsində mühüm amillərdən 
biridir. 
 
2. Ailənin funksiyaları 
 
Ailənin funksiyalarından danışarkən yadda saxlamaq lazımdır ki, söhbət cəmiyyət səviyyəsində meydana 
çıxan, ümumi əhəmiyyətli nəticələrə malik olan və  cəmiyyətin digər institutları  sırasında ailənin rolunu sosial 
institut kimi müəyyənləşdirən milyonlarla ailənin həyat fəaliyyətinin sosietal nəticələrindən gedir.
1
 Vurğulamaq 
zəruridir ki, bu, onların həyata keçirilməsi üzrə ixtisaslaşmış institutlara sanki təhkim olunmuş  cəmiyyət 
funksiyalarıdır. Bu səbəbdən də  hər bir institutun öz təkrarsızlığını, profilini müəyyənləşdirən  əsas funksiyaları 
vardır. Ailənin funksiyalarını  əsas və ikinci dərəcəlilərə bölmək olmaz, onların hamısı  əsasdır, lakin ailəni digər 
institutlardan fərqləndirən funksiyaları seçmək zərurəti ailənin spesifik və qeyri-spesifik funksiyalarını 
vurğulamağa gətirib çıxarır.  A. Q. Xarçevə görə, ailənin spesifik funksiyaları onun mahiyyətindən irəli gəlir və 
sosial hadisə kimi onun xüsusiyyətlərini əks etdirir, qeyri-spesifik funksiyalar isə müəyyən tarixi şəraitdə ailənin 
onları həyata keçirməyə məcbur olduğu, yaxud uyğunlaşdığı funksiyalardır. 
Ailənin  doğum (reproduktiv funksiya), uşaqların himayəsi (ekzistensial funksiya), onların tərbiyəsi 
(sosiallaşdırma funksiyası) 
[284 - 285]
  kimi spesifik funksiyaları  cəmiyyətin bütün inkişaf mərhələrində qalır, 
hərçənd tarixin gedişində ailə və cəmiyyət arasındakı əlaqənin xarakteri dəyişikliklərə uğraya bilər. İnsan cəmiyyəti 
daim əhali artımına ehtiyac duyduğundan, uşaqların doğumu və sosiallaşdırılmasının təşkilinin sosial forması kimi 
ailəyə sosial tələbat həmişə aktualdır. Bu həm də elə özünəməxsus formadadır ki, bu zaman həmin sosietal 
funksiyaların həyata keçirilməsi ailəvi həyat tərzinə  fərdlərin  şəxsi motivasiyası  şərtilə, hər hansı xarici 
məcburiyyət və təzyiqsiz baş verir. 
Ailə və uşaqlara şəxsi tələbat, nikah və ailəyə dair şəxsi arzu və meyl çox mühüm şərtdir. Bu o deməkdir ki, 
ailə və cəmiyyətin mövcudluğu yalnız milyonlarla insanın ailəvi həyat tərzi və uşaqlara tələbatı ilə şərtlənir, həm də 
yalnız bu səbəbdən  əhalinin artımı baş verir. Əhali artımının sosial təşkilini insanların  şəxsi motivlərinə deyil, 
təhrikə  əsaslanan digər formalarını  ağıla gətirmək, təsəvvür etmək mümkün olsa da, bu formalar artıq  ənənəvi 
sosial-mədəni mənada tarixdən məlum olan bütün ailə tiplərinə alternativ ailə sayıla bilməz. 
Yuxarıda deyilənlər ictimai həyatın dəyişməsinin elə potensial imkanlarını  səciyyələndirir ki, bu zaman 
əhali artımına olan sosial ehtiyac şəxsiyyətin sosial davranışını istənilən formalarını seçmək azadlığı ilə ziddiyyətə 
girir. Belə təzadlı perspektivin nə qədər real olduğunu məhz ailə sosiologiyası cavablandırmalıdır, axı, onun-ailənin 
«mütərəqqi» inkişafı nəzəriyyələrindən əlavə, həm də ailə «böhranı» nəzəriyyələri vardır. 
Ailənin «cəmiyyətin bütün inkişaf şəraitində» öz spesifik funksiyalarını «həmişə» saxlaması haqqında tezis 
nisbidir. Təəssüf, amma sosiumun prinsipcə elə  dəyişməsi mümkündür ki, bu zaman insanların fərdi istəkləri 
əleyhinə olan sosial davranış növlərinə məcbur edilməsi tədbirləri sosial baxımdan məqbul sayıla bilər. 
Belə  nəticənin mümkünlüyü gələcəyin bədbin və ya 
[285 - 286] 
nikbin qiymətləndirilməsindən deyil, 
ailənin uşaqlara ehtiyacının tarixən azalmasından və cəmiyyətin sadəcə əhali artımına ehtiyacı olmasından asılıdır. 
Ər-arvadın uşaqlara olan şəxsi tələbatı ilə sosiumun işçilərə olan şəxssizləşdirilmiş  tələbatı arasındakı 
ziddiyyəti (razılıq olmamasının, uyğunsuzluğun, depopulyasiyanın kökləri məhz buradadır) aradan qaldıran 
təkamül nəticəsində meydana çıxan institut kimi ailənin gələcəyi sosial sistemin ailəni,  ər-arvadı onun səciyyəvi 
funksiyalarının gerçəkləşdirilməsinə şəxsən cəlb edilməsi ilə birlikdə qoruyub saxlaya bilməsindən asılıdır. 
Ailənin mülkiyyətin toplanması və ötürülməsi, statusu, istehsal və istehlakın, ev təsərrüfatının, istirahət və 
asudə vaxtın təşkili, ailə üzvlərinin sağlamlığı  və rifahı, gərginliyin aradan qaldırılması  və  hər kəsin Mənlinin 
özünümühafizəsi ilə bağlı mikroiqlimin yaradılması və s. haqqında qayğı ilə əlaqədar qeyri-səciyyəvi funksiyaları 
                                                 
1
 Монсон П.  Современная западная социология. М., 1992, с. 16. 


114 
 
ailə ilə  cəmiyyət arasında  əlaqənin tarixi xarakterini əks etdirir, ailədə  uşaqların doğulması, saxlanması  və 
tərbiyəsinin məhz necə baş verdiyinin tarixən keçici görüntüsünü açıqlayır. Odur ki, ailə  dəyişiklikləri müxtəlif 
qeyri-səciyyəvi funksiyaların tarixi mərhələlərin müqayisəsində ən nəzərə çarpan şəkildə aşkarlanır: yeni şəraitdə 
onlar modifıkasiya olur, məhdudlaşır və ya genişlənir, tam və ya qismən yerinə yetirilir, hətta tamamilə yox olur. 
Ailə münasibətlərinin, ailəvi rolların təhlili onun funksiyalarını  dərk etmək üçün mühüm əhəmiyyət kəsb 
edir. Ailəvi rol insanın cəmiyyətdəki sosial rollarından biridir. O, ər ilə arvadın ailədə yeri və funksiyaları ilə 
müəyyən olunur və izdivac (ər, arvad), valideyn (ata, ana), uşaq (oğul, qız, qardaş, bacı), nəsildaxili (baba, nənə) və 
s. rollara bölünür. Ailəvi rolun icrası bir sıra  şərtlərdən asılıdır. Ailənin hər bir üzvü özü üçün dəqiq müəyyən 
etməlidir ki, bu və ya digər davranış ona hansı qaydaları, normaları diktə edir. Ailədə yaşına görə, eləcə  də, rol 
statusuna görə hamıdan böyük, 
[286 - 287]
 məsələn, ailə başçısı - ər olmasına baxmayaraq, əgər o, zəif iradəlidirsə, 
müasir  şəraitdə bu rolda müvəffəqiyyət qazana bilməyəcəkdir. Ailəni uğurla idarə etmək üçün rolun şəraitin 
tələblərinə müvafıq surətdə  dəyişkən olması  və bununla bağlı rolda davranışın çevikliyi mühüm əhəmiyyət kəsb 
edir. Ailədə sözügedən funksiyaların yerinə yetirilməsi zamanı rol münaqişələrinin yaranması da müşahidə oluna 
bilər. 
XX  əsrin  əvvəlləri üçün sosial institutlar ailə ilə daha çox qovuşaraq, təhsil və  tərbiyə (məktəb və  uşaq 
bağçaları), müdafiə və mühafızə (polis və ordu), qidalanma, geyimlə təchizat, asudə vaxt (xidmət sferası), rifah və 
sosial statusun ötürülməsi (industrial muzdlu əmək) funksiyalarını öz üzərinə götürürlər. 
 
3. Ailə strukturlarının tipologiyası 
 
Ailə strukturlarının tipləri rəngarəngdir və izdivacın, qohumluğun və valideyn olmağın xarakterindən 
asılıdır. 
Monoqam izdivac - bu, bir kişinin bir qadınla nikahıdır. Bəşər tarixində monoqamiyaya poliqamiyadan - bir 
nəfərin bir neçə nəfərlə nikahından 5 dəfə az rast gəlinir. Həm də poliqamiya iki cür olur: poliginiya - bir kişinin bir 
neçə qadınla nikahı və poliandriya - bir qadının bir neçə kişi ilə nikahı. 
Ailə qruplarının strukturlaşdırılması zamanı  həm izdivac, həm də qohumluq sistemləri nəzərə alınırsa, 
nikahın (poliqamiyanın) ekzotik formaları meydana çıxır: fraternal poliandriya (bir neçə qardaşın bir qadınla 
nikahı) və sororal poliginiya (bir neçə bacının bir ərlə nikahı). 
Ekzoqam nikahlar qrup nikahlarına aiddir ki, bu zaman ər və ya arvadı həmin qrupdarı kənarda, başqa nəslin 
üzvləri arasında axtarırlar. Endoqam nikahlar iki ekzoqam nəsildən ibarət olan tayfa daxilində bağlanır. Nikah 
nəsillərinin üzvləri arasında cinsi əlaqələrə qadağa tam aqamiya doğurur, qismən aqamiya isə müəyyən dövrdə 
müəyyən vaxt 
[287 - 288] 
ərzində (məsələn, mövsümi işlər zamanı cinsi tabu əsasında) seksual münasibətlərdən 
çəkinmə ilə  səciyyələnir. Bu terminologiyadan, adətən, ailə  və nikahın mənşəyi məsələlərinin, həmçinin bəzi 
davranış problemlərinin müzakirəsi zamanı istifadə edilir və onlar qrup halında nikahı  fərdi nikahdan 
fərqləndirməkdə yardımçı olur. 
Ailə strukturlarının valideynlik-izdivac-qohumluq meyarları ilə müəyyənləşdirilən tipləri rəngarəngdir və 
ata, yaxud ana xətlərindən biri ilə bağlı hansısa xüsusiyyətləri ön plana çəkir. Bununla əlaqədar ailə və qohumluq 
etnososiologiyasında və ailə sosiologiyasında sosial və fizioloji atalıq, yaxud analıq fərqləndirilir. Buradan da ailə 
qruplarının patri - və ya matrilokalizasiyası  əsasında patrilineal və matrilineal ailələr fərqləndirilir ki, bunlarda 
soyad, əmlak, sosial vəziyyətə vərəsəlik ya ata, ya da ana xətti üzrə olur.

Hakimiyyət meyarına əsasən ailə «dövlətinin» başçısının ata olduğu patriarxal və ən yüksək nüfuz və təsirə 
ananın malik olduğu matriarxal ailələr fərqləndirilir. Dəqiq fərqlənən ailə başçısının olmadığı, hakimiyyətin ata ilə 
ana arasında durumdan asılı olduğu hallarda eqalitar ailələrdən danışmaq olar. 
Lakin ailədə hakimiyyət və nüfuzdan, qərarların birgə, yaxud avtoritar qəbulundan asılı olaraq, ailə 
strukturlarının daha çox saymı  fərqləndirmək mümkündür. Belə ki, amerikalı sosioloq Morris Zeldiç ailənin bir 
nüfuz strukturunun və  ərlə arvaddan birinin qərar qəbul etdiyi yuxarıda göstərilən tiplərindən başqa, ailə 
qərarlarının birgə müzakirə olunduğu partnyorluq ailəsini də  fərqləndirir ki, ər daha üstün nüfuza malik olduğu 
halda, bu, ərin, arvad üstün olduğu halda isə qadının dominantlıq etdiyi ailə olacaqdır. Partnyorluğun sinkratik tipi 
ər-arvad bərabər nüfuza malik olduğu halda meydana çıxacaqdır. Bundan başqa, birdən çox nüfuz strukturuna 
malik ailələr də fərqləndirilir, həm də qərarların birgə müzakirəsi zamanı kollegial ailə yaranır, qərarın ər-arvaddan 
biri tərəfindən qəbul olunması isə avtonom ailə adlandırılır. 
Daha sonra ərlə arvadın, onların valideynlərinin, yaxud qohumlarının sosial durumuna görə ailələr homogen 
(ər-arvad təxminən eyni sosial stratdan olur), yaxud heterogen (ərlə arvad müxtəlif sosial qrup, kasta və ya sinifdən 
olur) ola bilər. Ailə  və nikahların sosial və demoqrafık  əlamətlərə görə daha geniş  səciyyələndirilməsi üçün 
                                                 
1
 Социология семьи/Под ред. проф. А. И. Антонова/ М., 2005, с. 49. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə