Fəlsəfədə varlıq və şüur problemi
Müxtəlif fəlsəfə məktəbləri və cərəyanlarının kateqoriya apparatı sistemində
sistemində varlıq kateqoriyası mərkəz yeri tutur. Varlıq sözü müxtəlif dünya dillərində
təxminən «var olmaq», «mövcud olmaq», «üzə şıxmaq», «reallıq» mənalarını verir. Müasir
fəlsəfə ədəbiyyatında varlıq anlayışı iki mənada:
1) Dar mənada şüurdan asılı olmadan mövcud olan obyektiv reallıq;
2) Geniş mənada materiya , şüur, ideyalar, hisslər, insanların fantaziyaları kimi işlədilir.
Varlığın anlaşılmasını Platon xeyli genişləndirmışdir. O, fəlsəfə tarixində ilk dəfə
göstərmişdir ki, yalnız maddı şeylər deyil, həm də ideal olanlar varlığa malıkdirlər.
Orta əsrlərin xristian fəlsəfəsində Allahın varlığından ibarət olan «həqiqi» varlıq «qeyri-
həqiqi» varlığa qarşı qoyulur və göstərilir ki, bütün qeyri-həqiqi varlıqları Allah yaratmışdır.
Burada varlıq yaradanın və yaradılanın varlığı olmaqla iki növə ayrılır.
Varlığın müxtəlif formaları içərisindən bu formalardan ən ümumi və açıq-aşkar üzə
çəxan spesifik mövcudluq üsullarına malık olanlarını seçıb ayırmağ imkan verir. Onlardan
birinci qrupuna canlı və cansız varlıqların spesifikliyi; ikinci qrupuna canlılar içərisində
özünəməxsus yer tutan, şüura, düşüncəyə malik olan, ideal obrazlarla iş görən, yəni abstrakt
düşünən insanın varlığı daxildir. Varlığın ümumi mənzərəsini yaradarkən özünəməxsus
piramida əmələ gəlir, onun əsasında cansız təbiət, onun üzərində canlı təbiət və ondan
yuxarıda isə ruhun, canlı və cansız təbiətin vəhdətindən ibarət olan insan durur. Cansız
təbiətin şey və proseslərinin varlığı bütün təbii və süni aləmdir, habelə təbiətin bütün halları
və hadisələridir (ulduzlar, planetlər, torpaq, su və s.). Canlı təbiətin varlığı isə özündə iki
səviyyəni ehtiva edir. Birinci səviyyə canlı, lakin ruhu, şüuru olmayan, ətraf mühitlə
maddələr mübadiləsini həyata keçirən, çoxalmaq qabiliyyətinə malik olan bütün biosferadan,
flora və faunadan ibarətdir. İkinci səviyyə isə konkret adamların varlığında, sosial varlıqdan
və ideal varlıqdan ibarət olan insan və onun şüurunun varlığından ibarətdir.
Şüur-da psixika kimi beynin funksiyasıdır. Obyekt aləmin insana xas inikasıdır. Şüur
obyektiv aləmin beyində ideal inikasıdır. Şüurun fərdi və ictimai formaları vardır. Fərdi şüur
– bir insana xas olan ideyalar, baxışlar sistemidir. İctimai şüur isə müəyyən insan qrupuna
xas olan ideyalar, baxışlar sistemidir. Şüurun xüsusiyyətləri psixi proseslər, fərqləndirmə,
mənlik şüuru məqsədin olması və ictimai-tarixi xarakter daşımasıdır.
Şüur, onun mənşəyi, mahiyyəti və gerçəkliyə münasibəti məsələsi filosofları qədimdən
düşündürən problemlərdən olmuşdur. İnsanın dünyada yerini və rolunu, onun ətraf aləmlə
qarşılıqlı təsirinin spesifikasını açmaq üçün, şüurun təbiətini və mahiyyətini aydınlaşdırmaq
lazımdır. Şüur problemi çox mürəkkəb olub, yalnız fəlsəfi tədqiqatın deyil, habelə bir sıra
humanitar və təbiətşünaslıq elmlərinin, o cümlədən müasir dövrdə sosiologiyanın, psixologi-
yanın, kibernetikanın, informatikanın və s. elmlərin tədqiqat predmetinə çevrilmişdir. Bu
elmlər çərçivəsində şüurun ayrı-ayrı aspektlərinin təhlili, onun şərhində müəyyən bir fəlsəfi
dünyagörüşü mövqeyinə əsaslanır. Qədim materialistlərin (Demokrit, Epikir, Lukretsi Kar və
b.) nəzərincə, şüur insan bədənindən asılı olub, insana anadan olması ilə şüur da meydana
gəlir və insan öldükdən sonra o da yoxa çıxır. Bədənsiz şüur (ruh) heç nədir. Obyektiv və