F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə66/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   71

117 
 
Nikaha qədər birgə yaşamanın nikahın möhkəmliyinə mənfı təsirini izah edən səbəblər nikaha zəif meyllə 
yanaşı, həm də «qeyri-qanuni» ər-arvadda özünün və öz tərəfdaşının düzgün olmayan obrazının mövcudluğu ilə 
bağlıdır. Hətta «sərbəst» birgə yaşama dövründə  tərəfdaşların hər biri öz portnyoru qarşısında bilərəkdən və ya 
bilməyərəkdən özünün ən yaxşı Mənini seçimli şəkildə nümayiş etdirə bilir. Nikah bağlandıqdan sonra isə onların 
«əsl» Məni üzə çıxa və tərəfdaşında əsl şok yarada bilər. Bu isə, öz növbəsində, əvvəlki münasibətləri dağıda və 
nəticədə boşanmaya gətirib çıxara bilər. 
İsveçdə 4966 qadın arasında aparılan sorğu göstərmişdir ki, nikahların dağılması  əmsalı özünün gələcək 
həyat yoldaşı ilə nikah bağlamamışdan qabaq birgə yaşayanların içərisində bunu etməyənlərlə müqayisədə təqribən 
80% yüksəkdir. Nikahın bağlanmasından  əvvəl birgə yaşayan, yaxud nikahın möhkəmliyinə inanmayan və ya 
nikaha bir institut kimi 
[294 - 295]
 prinsipial şəkildə qarşı çıxan şəxslər, görünür, çox güclü xarici təsirin altında 
nikah bağlayıblarmış. 
Bundan başqa, qanuni nikahın bağlanması labüd surətdə rolların dəyişməsi və müvafıq surətdə tərəfdaşların 
qarşılıqlı münasibətlərinin dəyişməsi ilə bağlıdır. Bunlar isə, çox ehtimal ki, onların mənfı reaksiyasına səbəb 
olacaqdır. Məsələn, tərəfdaşların bərabərliyi təsəvvürlərinə əsaslanan münasibətlər nikah bağlandıqdan sonra daha 
ənənəvi stereotiplərə üz tuta bilər. Yaxud ər və arvad bu mövqedə ola bilərlər ki, onların birgə yaşadıqları zaman 
məqbul olan münasibətləri və davranış nümunələri nikahın  ərlə arvad üzərinə qoyduğu sosial və qanuni 
məhdudiyyətlər kontekstinə heç bir vəchlə uyğun gəlmir. 
Nəhayət, hamı tərəfindən qəbul edilmiş sosial normaların birgə yaşayış zamanı labüd olaraq pozulmasının 
subyektiv qavrayışı da öz rolunu oynaya bilər. Bu normalar isə, hələ ki, «pasportda ştampın» olmasını tələb edir. 
Birgə yaşayan  şəxslər o insanlardır ki, onlar bir yerdə yaşamağa başlayaraq, könüllü surətdə sosial normaları 
pozurlar. Nikah bağladıqda, nikahın uğursuz olması halında onlar nikahın saxlanması üçün heç bir qeyri-ənənəvi 
nikah təcrübəsi olmayan şəxslərə nisbətən daha az məsuliyyət hiss edə bilirlər. 
Ölkəmizdə bu məsələ üzrə belə  zəngin empirik material yoxdur. Lakin xarici tədqiqatçıların çıxardığı 
nəticələr qismən bizə də tətbiq oluna bilər. O cümlədən getdikcə daha çox yayılan «sınaq nikahları», mülki nikahlar 
ehtimal ki, nikahların qeyri-stabilliyi və boşanmanın artması amili kimi öz rolunu artıracaqdır. Madam ki, ölkəmiz, 
bir çox demoqrafların rəyinə görə, müəyyən sürətlə ailəvi, demoqrafık və iqtisadi dəyişikliklər üzrə Qərbin keçdiyi 
mərhələlərdən keçir, onda yəqin ki, biz istisna təşkil etməyəcəyik. 
Belə görünür ki, ictimai rəy müasir dövrdə boşanmanı şərtləndirən mühüm amillərdən biri kimi çıxış edir. 
Xüsusi sosioloji tədqiqatların nəticələri göstərir ki, nəinki cəmiyyətin boşanmaya qarşı dözümlülüyü artır, həmçinin 
boşanmanın yolverilən olmasını əsaslandıran səbəb və motivlərin 
[295 - 296]
 strukturu da dəyişir. Yalnız tamamilə 
konkret üzürlü səbəb olduqda boşanmanın yol verilən olmasının qəbul edilməsi ilə yanaşı  (ər-arvaddan birinin 
sonsuz olması, subuta yetirilmiş xəyanət və s.), bəzi hallarda ər-arvad arasında məhəbbətin, ünsiyyətin, qarşılıqlı 
anlaşmanın olmaması halın-da da boşanma ehtimal artır. Tədqiqatlar göstərir ki, gənclərin 60-65%-i kəbin 
kəsdirənə  qədər bir-birini sevərək evləndiklərini etiraf etmişlər. Digərləri isə  təsadüfən, sevmədən, müəyyən 
məqsəd güdərək evləndiklərini bildirmişlər. Məhz buna görə  də  bəzi nikahların müddəti 4-7 aya və yaxud 1 ilə 
qədər davam edir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, yuxarıda göstərilən səbəblərlə yanaşı, aparılan 
araşdırmalara görə iqtisadi, sosial vəziyyətin, mənzil  şəraitinin qənaətbəxş olmaması, narkomanlıq, sərxoşluq, 
cinayətkarlıq və deviant davranışın digər növləri müasir Azərbaycan cəmiyyətində nikahın pozulmasını 
şərtləndirən əsas səbəblər kimi çıxış edir. 
Boşanma ilə bağlı statistik materialların təhlili göstərir ki, bu və ya digər səbəbdən nikah yaşına çatmış 
gənclərin ölkəmizi tərk etməsi bu sahədəki problemləri artırır. Belə ki, ilk növbədə bu proseslər nikahın 
qocalmasına, bir sıra hallarda isə bəzi bölgələrdə qızların ailə qura bilməməsinə səbəb olur. Yaşayış səviyyəsinin 
aşağı olması bəzi gənclərin vaxtında ailə qurmamasına, müəyyən bir qisminin isə boşanmasına səbəb olur. 
Lakin qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin apardığı  uğurlu siyasi, iqtisadi, sosial islahatlar, 
insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən tədbirlər, ünvanlı sosial yardım proqramının icra 
olunması, nəhayət, gənclərin mənzil və sosial şəraitinin yaxşılaşdırılması üçün güzəştli  şərtlərlə  «İpoteka» 
proqramının həyata keçirilməsi, fikrimizcə, sözügedən problemlərin aradan qaldırılmasına köməklik göstərəcəkdir.

                                                 
1
 «Respublika» qəzeti, 23 yanvar, 2007-ci il. 


118 
 
 
 
XVII FƏSİL 
 
MƏNƏVİ HƏYATIN SOSİOLOGİYASI 
 
1. Təhsilin sosiologiyası 
 
Təhsilin sosiologiyası sosioloji biliyin bir sahəsi olub, sosial institut olan təhsil sistemini, onun fəaliyyət 
və inkişaf qanunauyğunluqlarını, cəmiyyətlə qarşılıqlı təsirini öyrənir. 
Bu istiqamətin meydana gəlməsi XX əsrin 20-ci illərinə  təsadüf edir, başlıca olaraq, sosial stratifikasiya, 
əmək bölgüsü, ictimai proses olan təhsil və tərbiyə konsepsiyaları ilə sıx əlaqədə təşəkkül tapmışdır. 
Təhsilin sosiologiyasının problematikası kifayət qədər genişdir. Buraya əsasən aşağıdakıları aid etmək olar: 
- təhsil sistemlərinin, xüsusən müasir təhsil sistemlərinin meydana gəlməsi, fəaliyyəti və inkişafı; 
- elmi-texniki tərəqqi və qloballaşma şəraitində təhsilə verilən istehsal-texniki və sosial tələblər; 
- təhsil sahəsində sosial bərabərlik və bərabərsizlik problemi; 
- tədris müəssisəsi sosial sistem kimi; 
- təhsil sisteminin siyasi institutlarla, cəmiyyətin sosial strukturu ilə, milli münasibətlərlə, insanların mənəvi 
dünyası ilə qarşılıqlı əlaqə və təsiri; 
- fərdin sosiallaşmasında və inkişafında təhsil sisteminin, onun müxtəlif altsistemlərinin rolu. 
Sosioloji biliyin bu sahəsinin əhəmiyyətini ondan görmək olar ki, Beynəlxalq Sosiologiya Assosiasiyasında 
artıq 1970-ci ildən «Təhsilin sosiologiyası» adlı tədqiqat komitəsi fəaliyyət göstərir. 
İnkişaf etmiş ölkələrdə təhsilin sosiologiyasına maraq ikinci dünya müharibəsindən sonra, xüsusən 60-70-ci 
illərdə 
[297 - 298]
 əhəmiyyətli dərəcədə artmışdır. Bu, iki mühüm səbəblə bağlı idi: 
a) təşəkkül tapmış təhsil sistemi elmi-texniki tərəqqinin yeni tələblərindən geri qalırdı; 
b) tələbələrin, əhalinin müxtəlif qruplarının ali və orta təhsilin demokratikləşməsi uğrunda kütləvi çıxışları 
genişlənmişdi. 
Ayrı-ayrı ölkələrdə təhsilin böhranlı vəziyyətinə dair müxtəlif istiqamətli müzakirələr onunla nəticələndi ki, 
bu sahədə tədqiqatlar, elmi axtarışlar xeyli intensivləşdi. Təhsilin müxtəlif pillələrinin əhaliyə müyəssərliyi, təhsil 
alan gənclərin həyat tərzi, pedaqoji heyətlə qarşılıqlı münasibətləri, ictimai münasibətlər, maraqlar və gözləmələr 
sistemində vəziyyət və s. məsələlər əhatəli tədqiqat obyektinə çevrildilər. Bu halda elmi axtarışların istiqamətləri 
tədricən genişlənir, diqqətdən kənarda qalan, yaxud az diqqət yetirilən problemlərə dair tədqiqatlar meydana 
gəlirdi. Məsələn, «şansların bərabərləşməsində», sosial mobillikdə təhsil amili; fasiləsiz təhsilin sosial problemləri; 
işçilərin yenidən hazırlanmasının və ixtisasının artırılmasının müxtəlifliyi; məzunların  əmək bazarında vəziyyəti; 
ali məktəblərin onların sosial-mədəni mühiti ilə qarşılıqlı əlaqə və təsiri; cəmiyyətin təhsil sisteminə təsir hüdudları; 
həmin sistemə iqtisadi konyukturanın, siyasi rejimlərin dəyişilməsinin, ideoloji amillərin nəticələrini 
neytrallaşdırmaq imkanlarının axtarılması, o cümlədən təhsil müəssisələrinin muxtariyyətinin genişləndirilməsi; 
müxtəlif cəmiyyətlərdə  təhsil sistemlərinin meydana gəlməsi, tarixi təkamülü, fəaliyyəti və inkişafı 
xüsusiyyətlərinin öyrənilməsi; orta və ali təhsilin sosial-selektiv rolu; təhsildə ayrı-seçkilik və  bərabərsizlik 
hallarının aradan qaldırılması; bir sıra kompensasiyaedici proqramların işlənib hazırlanması və həyata keçirilməsi; 
təhsil sisteminin liberallaşdırılması və demokratikləşdirilməsi; təhsil alan şəxslərin maraqlarının nəzərə alınması və 
s. bu qəbildəndir. 
Qeyd edilməlidir ki, təhsil sistemindəki yeniləşməyə və 
[298 - 299] 
demokratikləşməyə münasibət birmənalı 
deyildir. Belə ki, bəziləri bu prosesləri təqdir edir, bəziləri isə yox. Məsələn, təhsilin sosiologiyasında yeni 
mühafizəkar istiqamətin nümayəndələri təhsilin selektiv, elitar modelini müdafiə edir, təhsil alan gənclərin kütləvi 
çıxışlarına, həmin çıxışlarda irəli sürülən yeniləşmə, demokratikləşmə tələblərinə öz qəti etirazlarını bildirirlər. 
Təhsil institutu öz sosial funksiyalarına görə nisbi müstəqilliyə malikdir; o, təhsilin tarixən keçici 
sistemlərinin varisliyini təmin edir, cəmiyyətin fəaliyyətinə və inkişafına aktiv təsir göstərir. Bu sistemin vəziyyəti 
və funksiyaları sosial-iqtisadi münasibətlərlə, sosial əlaqələrin strukturu, siyasi və ideoloji proseslərin 
xüsusiyyətləri ilə  sıx bağlıdır. Təhsilin funksiyaları  həm də sosial təkraristehsalda və insanların topladıqları 
biliklərin, vərdişlərin nəsildən-nəslə ötürülməsində ümumbəşəri tələbatlarla, yeni nəsillərin daha yüksək təhsil, elm 
və  mədəniyyət səviyyəsinə yüksəlməsi meylləri ilə müəyyən olunur. Hərçənd faktlar tarixdə bunun əksi olan 
vəziyyətlərin də olduğunu göstərir. Buna baxmayaraq, əhalinin təhsil səviyyəsinin yüksəlməsini cəmiyyətin 
qanuna-uyğunluqlarından biri hesab etmək olar. 
Təhsil sistemi gənc nəslin intellektual, mənəvi və fıziki inkişafı prosesinə sosial nəzarət funksiyasını uğurla 
həyata keçirməkdə müəyyən nailiyyətlər qazanmışdır. Peşə təhsili isə bundan əlavə, əmək prosesinə qədəm qoyan 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə