F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə68/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   71

120 
 
- niyyətsizlik - bu, elmdən şəxsi mənafelər üçün istifadənin qadağan olunmasını nəzərdə tutur; 
- mütəşəkkil skeptisizm - bu, alimin öz həmkarlarının işlərini qiymətləndirməkdə məsuliyyətini ifadə edir. 
Lakin alim rəqabət mübarizəsi  şəraitində, ziddiyyətli vəziyyətdə  fəaliyyət göstərir. Onun davranışına 
normalar və dəyərlər sisteminin təsiri də eyni cür olmur. Ona görə də elmin fəaliyyəti və inkişafı ziddiyyətlidir; o, 
müxtəlif, hətta əks qütblər, prinsiplər arasında tərəddüd edir. 
Mertonun konsepsiyası «xalis» elm modelinə istinad etsə də, elmin sosiologiyasında empirik tədqiqatlara və 
nəzəri araşdırmalara ciddi təsir göstərmişdir. Nəticədə daha praktik. daha konkret planda tədqiqatlar aparılmışdır. 
Elmi biliyin strukturu, «görünməz kolleclər», sosial əlaqələr və 
[302 - 303]
 kommunikasiyalar şəbəkəsi, elmdə 
sosial stratifikasiya və s. bu qəbildəndir. 
Lakin 70-ci illərin əvvəlində vəziyyət xeyli dəyişir: elmin sosiologiyasında Merton paradiqmasının tənqidi 
genişlənir. Bu tənqid elmin postpozitivist metodologiyasının,  ən  əvvəl T. Kunun «Elmi inqilabların strukturu» 
əsərinin təsiri altında formalaşan mövqelərdən aparılırdı. Elm həmin  əsərdə elmi birlik tərəfindən qəbul edilmiş 
paradiqma kimi nəzərdən keçirilir. Bu fəlsəfı əsasda elmin normativ xarakterə malik sosiologiyasından fərqli olan 
və koqnitiv adlandırılan sosiologiyası formalaşmağa başlamışdır. Burada elmin koqnitiv (idraki) tərəfinin sosial 
tərəfdən birbaşa asılı olduğu  əsas götürülür. Elmin sosiologiyasının bu istiqaməti Ingiltərədə meydana gəlmiş, 
burada onun konseptual əsasları  və  tədqiqat proqramları  işlənib hazırlanmışdır. Bunlarda ümumi cəhət sosioloji 
metodların tətbiqi sahəsini genişləndirmək, elmi biliyi də həmin metodların fəaliyyət sferasına daxil etmək səyidir. 
Bu halda elm sosial şəraitin, münasibətlərin, mənafelərin məhsulu kimi başa düşülür. Lakin elmi bilik sosial şəraitlə 
əlaqələndirilsə də, onun obyektiv reallığa münasibəti nəzərdən qaçırılırdı. 
Koqnitiv adlandırılan istiqamətin inkişafı alimlərin idrak fəaliyyəti prosesində meydana gələn konkret 
vəziyyətlərin mikrososioloji tədqiqatlarına təkan verdi. Bu tədqiqatlarda elmin koqnitiv və sosial aspektlərinin 
qarşılıqlı əlaqəsi haqqında qiymətli empirik materiallar öz əksini tapmışdır. 
Ötən əsrin 80-ci illərinə doğru elmin sosial tədqiqinin rəngarəng, lakin öz metodoloji əsaslarına görə bir - 
birinə yaxın olan konseptual sxemləri meydana gəldi. Məsələn, «konstruktivist proqram» (K. Knorr-Tsetina) elmi 
sosial konstruksiya kimi nəzərdən keçirir. 
Yeni konsepsiyalar üçün elmdə koqnitiv və sosial kimi «ənənəvi» fərqləndirmələrdən imtina edilməsi 
xarakterikdir. Yəni elmin idraki əsası az və ya çox dərəcədə sosial fəaliyyətlə, müzakirələrlə, alimlərin 
münasibətləri ilə əvəz 
[303 - 304]
 olunur. 
Göründüyü kimi, elmin sosiologiyasında konsepsiyalar kifayət qədər müxtəlifdir. Bu müxtəliflik elmi bilik 
istehsalı proseslərində baş verən dəyişikliklərlə, müasir şəraitdə elmlə  cəmiyyət arasında qarşılıqlı  əlaqə  və 
təsirlərin mürəkkəbləşməsi, elmin sosiologiyasında etibarlı  və adekvat metodoloji ustanovkaların olmaması ilə 
şərtlənir. Lakin bu prosesləri nəzəri cəhətdən dərk etmək obyektiv zərurətdir. 
Elm təbiət, cəmiyyət və təfəkkür haqqında yeni biliklər əldə edilməsinə yönəldilmiş tədqiqatçılıq fəaliyyəti 
sferasıdır. Bu, müxtəlif şəraiti və məqamları əhatə edir: müəyyən biliklərin, qabiliyyətlərin, ixtisasın və təcrübənin 
daşıyıcısı olan alimlər - onların fəaliyyəti elmi əməyin bölgüsünə  və kooperasiyasına  əsaslanır; elmi idarələr, 
eksperiment və laboratoriya avadanlığı; elmi-tədqiqat işinin metodları, anlayış  və kateqorial aparatı, elmi 
informasiya sistemi; elmi istehsalın, fəaliyyətin müqəddəm şərti, vasitəsi və yaxud nəticəsi kimi çıxış edən mövcud 
biliklərin bütün məcmusu. 
Elm ictimai əmək bölgüsünün zəruri nəticəsidir; o, zehni əməyin fıziki əməkdən ayrılması, bu fəaliyyətin 
adamların xüsusi qrupunun spesifık məşğələ növünə çevrilməsi sayəsində təşəkkül tapmış, uzunmüddətli təkamül 
yolu keçmiş, çoxşaxəli mürəkkəb sistemə çevrilmişdir. 
Respublikamızda elmi fəaliyyətin səmərəli təşkilinə, optimallaşdırılmasına diqqət getdikcə artır. Bunu 
ondan görmək olar ki, 2007-ci ildə elmi tədqiqat və işləmələri yerinə yetirən işçilərin sayı 33.520 nəfər olmuşdur. 
Onların 1696 nəfəri elmlər doktoru, 8644 nəfəri isə elmlər namizədidir. Həmin işçilərin  əsas kütləsi elmi 
təşkilatlarda və ali məktəblərdə, çox az hissəsi isə sahibkarlıq sahəsində çalışır (Azərbaycanın statistik göstəriciləri, 
Bakı, 2007, s. 210-211). 
[304 - 305]
 
 
3. Dinin sosiologiyası 
 
Dinin sosiologiyası sosial institut olan dini, onun genezisini, cəmiyyətdə yerini və rolunu öyrənir, onun 
meydana gəlməsinin, fəaliyyətinin, tarixi təkamülünün sosial qanunauyğunluqlarını, digər sosial institutlarla 
qarşılıqlı əlaqə və təsirini üzə çıxarır. 
Dinin sosial mahiyyəti və təbiəti barəsində təlim dinin sosioloji nəzəriyyəsinin əsasını təşkil edir. Din xüsusi 
təsəvvürlərin, etiqadların sistemidir. Bu təsəvvürlər, etiqadlar həmişə emosional yaşantılarla, hisslərlə  və xüsusi 
dini - kult fəaliyyəti ilə, habelə dini təşkilatla (məbədlər, kultu icra edənlər - ruhanilər, dindarlar) müşayiət olunur. 
Bundan əlavə, adətən dində mənəvi-etik normaların və tapşırıqların müəyyən toplusu da öz əksini tapır. Göründüyü 


121 
 
kimi, din müxtəlif ünsürlərin mürəkkəb kompleksi kimi çıxış edir. Bu kompleksdə etiqadlar və emosional 
yaşantılar mərkəzi yer tutur. 
Qərbdə dinin sosiologiyasının baniləri E. Dürkheym və M. Veber hesab olunur. Dinin «kollektiv təsəvvür» 
kimi funksional baxımdan öyrənilməsi  ənənəsi Dürkheymlə bağlıdır. Dürkheymə görə, din cəmiyyətin sıx 
birləşməsinin, fərdlə sosial bütöv arasında əlaqələrin qərarlaşmasının əsas vasitəsidir. M. Veberlə bağlı olan ənənə 
isə dini hər şeydən əvvəl sosial fəaliyyətin motivi kimi şərh edir, bu və ya digər ictimai dəyişiklik prosesində onun 
rolunu aşkara çıxarır. 
Qərbin din sosiologiyasında dini fenomenlərin öyrənilməsində iki səviyyəni ayırd etmək olar: 
a)  nəzəri səviyyə - dini bütöv altsistem kimi nəzərdən keçirir və onun digər sosial strukturlarla qarşılıqlı 
təsirini üzə çıxarır; 
b) empirik səviyyə - sosial-demoqrafık qrupların, ayrıca şəxsiyyətlərin dindarlığını öyrənməyi təklif edir. 
Nəzəri səviyyədə bir neçə cərəyan mövcuddur. Bunların içərisində XX əsrin 70-ci illərinə qədər funksional 
məktəb 
[305 - 306]
 üstün olmuşdur. Bu cərəyanın nümayəndələri (T. Dia, L. Şnayder, M. Zinqer və s.) 
funksionalizmin ümumi nəzəri prinsiplərinə istinad edərək, onları dinin öyrənilməsinə  tətbiq etməyə  səy 
göstərmişlər. Onların fikrincə, din etiqadlar, normalar və dəyərlər sistemi yaradır ki, bunlar da cəmiyyət üzvlərini 
sıx birləşdirir, onun bütövlüyünü, birliyini təmin edir. Dürkheymin ardınca funksionistlər dini cəmiyyəti inteqrasiya 
edən çox mühüm amil hesab edirlər. Onlar dinin funksiyalarına xüsusi yer ayırırdılar. 
60-cı illərin sonu - 70-ci illərin  əvvəlində  Qərbin din sosiologiyasında fenomenoloji istiqamətin 
nümayəndələri (xüsusən Amerika sosioloqu P. Berger və Almaniya sosioloqu T. Lukman) daha əhəmiyyətli 
mövqelər qazandılar. Onlar E. Husserlin bəzi fəlsəfi müddəalarına istinad edərək, cəmiyyəti və sosial institutları 
insanların intersubyektiv şüurunun məhsulu kimi nəzərdən keçirirlər. Onlar «sosial reallıqların» plyuralizmini ön 
plana çəkir, «gündəlik həyat reallığını» başlıca reallıq elan edirlər; bu reallığın üzərində elm, incəsənət, din və 
fəlsəfədən ibarət olan «simvolik universumlar» sistemi yüksəlir. 
Din dini ideyaları, təsisatları, təşkilatları, insanların dini fəaliyyətində meydana gələn münasibətləri 
əhatə edir. Ona görə də dinin strukturunu üç başlıca komponentdən ibarət olan sistem kimi təsəvvür etmək olar: 
dini şüur, dini fəaliyyət, dini təşkilatlar. 
Dini şüur ictimai şüurun spesifık formasıdır; Dini şüur nisbi müstəqilliyə malikdir, onun öz inkişaf məntiqi 
vardır. O, dini ideologiyanı və psixologiyanı əhatə edir. 
Dini ideologiya ən  əvvəl din fəlsəfəsini nəzərdə tutur. Din fəlsəfəsi dünya, təbiət, cəmiyyət və insan 
haqqında dini müddəaların məcmusu kimi çıxış edir. Dini ideologiya din fəlsəfəsi ilə yanaşı teologiyanı  və dini 
istiqamətli müxtəlif cür iqtisadi, siyasi, hüquqi nəzəriyyələri özündə birləşdirir. Dini psixologiya isə dini 
nümunələrin, ideyaların, təsəvvürlərin, emosiyaların, əhval-ruhiyyələrin və s. spesifik sintezidir. Dini 
[306 - 307]
 
psixologiyanın varisliyində adət və  ənənələrin rolu böyükdür. Yeri gəlmişkən qeyd edək ki, dini şüurun hər iki 
səviyyəsi (ideologiya və psixologiya) qarşılıqlı surətdə bir - birinə təsir göstərir. Mütəxəssislər bu təsir prosesində 
dini psixologiyanın aparıcı, müəyyənedici rolunu qeyd edirlər. 
Dini şüur dini fəaliyyətdə təzahür edir. Bu fəaliyyətin isə kult və kultdankənar formaları mövcuddur. Dini 
kult dini inamların reallaşdırılması səyidir. Kult xüsusi hərəkətlər sistemidir; həmin hərəkətlərin köməyi ilə insanlar 
fövqəltəbii varlığa, onların inamının predmeti olan münasibətlərə təsir göstərməyə çalışırlar. 
Adətən kultun iki növünü ayırd edirlər: magiya və  rəhm dilənən kult. Magiya real surətdə mövcud olan, 
müəyyən xassə  və  əlaqələrə malik olması güman edilən predmetlərə  təsiri nəzərdə tutur. Rəhm dilənən kultda 
yüksək varlığın, yəni allahın obrazı  əsasdır. Bu kultun müxtəlif formaları mövcuddur: dini mərasimlər, qurban 
kəsmə, dua, dini bayramlar və s. Kultdankənar fəaliyyət mənəvi və praktik sferalarda həyata keçirilir. Dini 
ideyaların işlənib hazırlanması, teologiya müddəalarının sistemləşdirilməsi və  şərhi, ilahiyyat əsərlərinin 
yaradılması - bütün bunlar, kultdankənar mənəvi dini fəaliyyəti təşkil edir. Praktik dini fəaliyyətə isə missionerlik 
fəaliyyəti, ilahiyyat fənlərinin tədrisi, dini təşkilatlarda və institutlarda idarəetmə  fəaliyyəti, dini təbliğat və s. 
aiddir. 
Dinin spesifikası dini münasibətlərdə  də özünü göstərir. Dini münasibətlər sosial münasibətlərin tərkib 
hissəsi olub, insanların dini fəaliyyəti prosesində onların dini şüuruna uyğun olaraq təşəkkül tapır. Dini fəaliyyətin 
növündən asılı olaraq, bu münasibətləri kult və kultdankənar münasibətlər kimi nəzərdən keçirmək olar. İctimai 
münasibətlər sistemində həmin münasibətlərin vəziyyəti və yayılması dinin cəmiyyətdəki digər institutlar içərisində 
tutduğu yerlə, onun ictimai həyat sferalarına təsiri ilə bilavasitə bağlıdır. 
Əhalinin dindarlıq səviyyəsi dini münasibətlərin vəziyyətinin 
[307 - 308]
 çox mühüm xarakteristikasıdır. 
Adətən dindarlıq anlayışı insana xas olan və onun fövqəltəbii varlığa inamında, itaətində  təzahür edən müəyyən 
əlamətlərin məcmusunu ifadə edir. Dindarlığın dərəcəsini, səviyyəsini, xarakterini müəyyən etmək üçün dini 
şüurun, dini davranışın müxtəlif göstəricilərindən istifadə olunur, fərdin və ya qrupun dini əsasda daxil olduğu, 
qoşulduğu münasibətlər təhlil edilir. Bu halda dindarlığın dərəcəsi onu göstərir ki, dinin ayrıca şəxsə, sosial qrupa 
təsiri necədir; dindarlığın səviyyəsi onu göstərir ki, məlum regionda, sosial - qrupda dindar və qeyri-dindar əhalinin 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə