F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə63/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   71

111 
 
tətbiq edilməli olan qanunların qüvvəsini heçə endirir. Hüquq sistemi isə birbaşa qüvvəsi olan qanunlara 
arxalanmalıdır. 
[278 - 279]
 
Kimin və hansı dərəcədə hüquqi tənzimetmənin subyekti olması haqqında məsələ də özünün elmi cəhətdən 
əsaslandırılmasını tələb edir. Qanunvericilik problemi situasiyanı tədqiq edərkən onun qanunvericilik həllinə olan 
tələbatı, müvafiq hüquqi aktın qəbulunun və ya qəbul olunmamasının dövlətin vətəndaşları üçün nəticələri 
müəyyən edilməlidir. 
Əlbəttə, real həyat müəyyən hallarda meydana çıxmış problemlərin qanunvericiliklə  tənzimlənməsində 
qanunvericidən yüksək operativlik tələb edir. Lakin bu, heç də o demək deyildir ki, qanunyaratma prosesi özbaşına 
və ancaq təbii axarı ilə gedən bir prosesdir. Bu proses planlaşdırılır və məhz belə bir şəraitdə qanun layihələrinin 
hazırlanması zamanı qanunvericilik təşəbbüsü hüququnun bütün subyektlərinin qarşılıqlı razılaşması təmin olunur. 
Dünya təcrübəsində qanunyaratma prosesinin hüquqi tənzimlənməsinə aid xeyli nümunələr mövcuddur. Məsələn, 
Yaponiyada 1898-ci ildən «Qanunlar haqqında ümumi əsasnamə» fəaliyyət göstərir. Almaniyada federal 
hökumətin 21 oktyabr 1949-cu il tarixli - «Normativ - hüquqi aktların qüvvədə olan hüquqa uyğunluğu haqqında» 
qanunvericilik aktı qüvvədədir və s. 
Qanunyaratma fəaliyyətində  əlaqələndirmə mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Bu 
əlaqələndirmə  nəyə nail olmağa imkan verir? Birincisi, qanunvericilik təşəbbüsünün axın prosesini tənzimləyir. 
İkincisi, hüquqi tənzimləyicilərin yaradılmasını  və  təzələnməsini tələb edən ictimai münasibətlər sferasının 
üstünlüyünü müəyyən edir. Üçüncüsü, qanunyaratma prosesində hakimiyyətin bütün budaqlarının qarşılıqlı 
münasibətlərini tənzimləyir. Dördüncüsü, milli parlamentin faydalı ənənələrinin bünövrəsini qoyur. 
Qanunvericiliyin dövlət səviyyəsində inkişaf etdirilməsi strategiyasında aşağıdakı iki əsas istiqaməti 
fərqləndirmək olar: 
Birincisi,  əsas qanunların yaxın və uzaq perspektivlərinin, dövlətin və onun vətəndaşlarının, cəmiyyətin 
iqtisadi, siyasi, sosial və  mənəvi inkişaf sferasındakı  tələbatları  əsasında 
[279 - 280]
 bu qanunların qəbulu 
ardıcıllığının müəyyən edilməsi. Burada əsas qanunlar qismində adətən Konstitusiya qanunları, habelə  qəbul 
edilmələri birbaşa Konstitusiyada nəzərdə tutulan qanunlar çıxış edir. 
İkincisi, hüququn hər bir sahəsinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi. Burada da əvvəlcə  əsas 
qanunlar qismində müvafiq hüquq sahəsi ilə  tənzim edilən, ictimai münasibətlərin mənasını  və  məzmununu 
müəyyən edən  əsas qanunlar fərqləndirilir. Bu qanunlar birinci növbədə  qəbul edilməlidir. Sonra isə sahəvi  əsas 
qanunlar əsasında müvafiq qanunlar hazırlanmalı və qəbul edilməlidir. 
Qanunların qəbul edilməsi hələ dövlətin hüquq sisteminin yaradılması sahəsində bütün problemlərin həlli 
demək deyildir. Bundan əlavə, hüququn hər bir sahəsində  və ayrı-ayrı hüquq institutlarında boşluqların aradan 
qaldırılması,  əsas sahəvi və sahədaxili qanunların qəbulu ilə  əlaqədar cari qanunvericilikdə  dəyişikliklər və ona 
əlavələr edilməsi üzrə qanunvericinin böyük işi tələb olunur. Qanunvericilik eksperimentinin aparılmasında 
qanunvericilik sosiologiyasının mövcud imkanlarından istifadə edilə bilər. Qanunvericilik eksperimenti aparılarkən 
nəzarətedici eksperimental amil qismində müəyyən zaman ərzində eksperiment zonasında qüvvədə olan hüquq 
norması  çıxış edir. Adətən federativ idarəçilik formasına malik olan dövlətlərin ayrı-ayrı subyektlərində hüquqi 
aktların tətbiqini belə eksperimentə nümunə göstərmək olar. Lakin belə hüquqi aktların federasiyanın 
subyektlərində zamana görə qüvvə  hədləri müvafıq federal qanunların qəbulu ilə müəyyən olunur. Belə hüquqi 
aktlar federasiyanın subyektlərində Konstitusiyanın ayrı-ayrı müddəalarının realizə olunmasına xidmət edir. 
Müəyyən sahənin tənzimi ilə əlaqədar qəbul edilmiş qanuna xidmət edən qanunvericilik eksperimenti sosioloqlar 
üçün geniş  fəaliyyət sahəsidir. Belə  fəaliyyət prosesində  həmin qanunun səmərəliliyini,  əhalinin ona olan 
münasibətini və onun realizə olunmasına nəzarət mexanizmini aydınlaşdırmaq zəruridir. 
[280 - 281]
 


112 
 
 
 
XVI FƏSİL 
 
AİLƏNİN SOSİOLOGİYASI 
 
1. Ailənin mahiyyəti 
 
Ailə elə çoxaspektli sosial qurumdur ki, sosiologiyanın bütün bölmələrində ondan bəhs olunması təəccüblü 
deyil. O, özündə sosial təşkilatın, sosial strukturun, institutun və kiçik qrupun xassələrini təcəssüm etdirir. Ailə 
sosiologiyası daha geniş problemlər dairəsinin - sosiallaşdırmanın, təhsilin, siyasətin və hüququn, əməyin, 
mədəniyyətin və s. öyrənilməsi predmetinə daxildir; o, sosial nəzarət və sosial nizamsızlıq, sosial mobillik
miqrasiya və demoqrafik dəyişikliklər proseslərini daha mükəmməl başa düşməyə imkan verir. İstehsal və 
istehlakın əksər sferalarında sosioloji tədqiqatlar ailəyə istinadsız mümkün deyildir. 
Ailəyə maraq geniş  məzmunlu çoxfunksionallığın öyrənilməsində  əlavə unikal vasitəçi roluna idrakı 
maraqla dəstəklənir; onun bir fenomen kimi sosiomədəni, sərhəd mahiyyətli, sosiumun istənilən 
konstruksiyalaşdırılması zamanı strukturların kəsişməsində, makro və mikroanalizin sərhəddində qərarlaşan təbiəti 
xüsusilə əhəmiyyətlidir. Ailə sosietal proseslərin mikromühitin sosial davranışının nəticələrinə reduksiyasını həyata 
keçirmək və empirik yolla tədqiq olunan faktlarda qlobal səciyyəli problemləri müəyyənləşdirmək imkanlarına 
malikdir. 
Bu baxımdan ailənin tərifləri onun universallığının müxtəlif görüntülərini ehtiva etməyə çalışmalı  və 
burada, hər şeydən əvvəl, ailənin sosial instituta və sosial qrupa xas əlamətləri definisiyada toqquşmamalı, əksinə, 
üst-üstə düşməlidir. Ümumailə  fəaliyyəti, yaxud ailə davranışı haqqında təsəvvürlərə müraciət edərkən, ailənin, 
nikahını və qohumluğun 
[281 - 282]
 müxtəlif keyfiyyətli xüsusiyyətlərini birləşdirən qənaət-bəxş ailə defmisiyaları 
əldə etmək mümkündür. 
Ailə yaradan münasibətlər kimi ailənin həyat fəaliyyətinin müxtəlif tərəflərini vurğulayan çoxsaylı ailə 
defınisiyaları mövcuddur (məsələn, ailə bir-birini sevən insanlar, yaxud ümumi əcdadları olan və ya bir yerdə 
yaşayan  şəxslər qrupudur; ailənin  əlamətlərinin  əhatəli sıralanması da bu qəbildəndir).  Əhalinin nəsilartırma 
meyarlarını  və sosial-psixoloji tamlığını  nəzərə alan ailə defınisiyaları arasında sosioloq A. Q. Xarçevin verdiyi 
tərifə görə,  ailə  həyat yoldaşları, valideynlər və övladlar arasında tarixən konkret münasibətlər sistemi
üzvləri nikah və qohumluq əlaqələri, ümumi məişət və qarşılıqlı  məsuliyyətlə birləşmiş, sosial vacibliyi, 
əhalinin fiziki və mənəvi artımına cəmiyyətin ehtiyacı ilə şərtlənən kiçik qrupdur. 
Ailənin hüquqi əsası olan nikah kişi və qadın arasında əlaqələrin, birgəyaşayışın və seksual portnyorluğun, 
uşağın dünyaya gəlməsi ilə  nəticələnən formalarının leqitim etirafı kimi çıxış edir. Ailənin mahiyyətinin daha 
dolğun anlaşılması üçün ailənin məkanda lokallaşmasını (yaşayış yeri, ev, mülkiyyət) və ailənin iqtisadi 
bünövrəsini - valideyn və uşaqların məhdud məişət və iaşə hüdudlarından kənara çıxan iqtisadi əsaslarını nəzərdə 
tutmaq lazımdır. 
Beləliklə, ailə  ər-arvadlıq-valideynlik-qohumluq  əlaqələri ilə bağlanmış  və bununla əhali artımını  və ailə 
ənənələrini, varisliyini, həmçinin uşaqların sosiallaşdırılmasını və ailə üzvlərinin mövcudluğunu təmin edən, vahid 
ümumailə fəaliyyətinə əsaslanan insan toplumudur. 
Yalnız  ər-arvadlıq - valideynlik - qohumluq üçər münasibətlərinin varlığı ailənin yaradılmasından ciddi 
formada danışmağa imkan verir. Bu münasibətlərdən birinin, yaxud ikisinin olmaması haçansa məhz ailə olmuş 
qrupların fraqmentarlığını səciyyələndirir. 
Belə vəziyyət ölkənin bəzi ailələrində müşahidə olunur. Bundan əlavə, ailə qurmayan insanlar ya ər-arvadlıq 
münasibətləri 
[282 - 283]
 olmayan valideynlərdən, ya da faktik, yaxud legitim övladsız nikahla yaşayanlardan 
ibarətdir. Bu fraqmentar «qırıq» ailə formasına «ailə qrupu» termini uyğun gəlir: burada birgə ev təsərrüfatı  və 
yalnız qohumluq, yaxud valideynlik və ya ər-arvadlıq əlaqələri ilə birləşən insanlar qrupu nəzərdə tutulur. 
Adətən  ər-arvad cütlüyü ailənin özəyi hesab edilir və ailələrin tərkibinin bütün statistik təsnifatları bu 
«özəyə» uşaqların, qohumların, qaynana və qaynataların  əlavə olunmasından asılı olaraq aparılır. Sosioloji 
baxımdan ailənin  əsas tipini - əhali arasında daha çox yayılmış, sadalanan münasibətlərin üçəp vəhdəti bərqərar 
olan ailəni  əsas götürmək düzgündür. Üç münasibətdən biri olmayanda yaranan ailəvi birlikləri isə, yuxarıda 
deyildiyi kimi, ailə qrupları adlandırmaq məqsədə müvafıqdir. Bu dəqiqləşdirmə onunla əlaqədardır ki, son 
zamanlar Qərbdə və bəzi hallarda ölkəmizdə ailə sosiologiyasında onun mahiyyətini üç əlamətdən hər hansı biri ilə, 
əsasən ər-arvadlıq, yaxud hətta portnyorluqla bağlamaq meylləri nəzərə çarpır. Təsadüfı deyildir ki, M. Sasmen və 
S. Stenmetsin Amerika ensiklopediyasında nikah və ailəyə dair bir neçə fəsli ailənin «alternativ formalarına», yəni 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə