F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə62/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   71

109 
 
Bir qayda olaraq, marginal davranış  cəmiyyətdə öz arzularına uyğun yer tapmamış insanlara məxsusdur 
(taleyin ağırlığı, əlillik, əvvəlki məhkumluq, həddən artıq ambisiyalar, iddialar üzündən); onlar gerçəkliyi hamının 
qəbul etdiyindən fərqli şəkildə qavrayırlar. 
Vətəndaşın davranışı hüquqi və sosioloji nöqteyi-nəzərdən bir çox amillərdən asılıdır: insanın yaşından, 
onun sosial vəziyyətindən, maraqlar dairəsindən, obyektiv imkanlarından, həyat tərzindən və s. Bəzi tədqiqatçıların 
qeyd etdiyi kimi, müxtəlif yaş səviyyəsinə malik vətəndaşların hüquqi davranışı ona görə fərqlənir ki, onların sosial 
funksiyaları üst-üstə düşmür. Belə ki, əhalinin böyük hissəsinin əmək fəaliyyəti 16-19 yaşından başlanır və pensiya 
yaşına qədər davam edir. 
Hüquqi davranışın müxtəlif motivlərinin bütün spektrini bir cədvəl kimi təsvir etsək, orada yalnız iki - 
ictimai və şəxsi - motivlər qrupu yox, həm də bir çox keçid, qarışıq formalar da öz yerini tapacaqdır. 
Davranışın ictimai və  şəxsi motivləri:  əməlin ictimai faydalılığına  əminlik; cəmiyyət qarşısında borc, 
hüquqi vəzifə; peşə  məsuliyyəti hissi; əməlin başqaları üçün praktik faydası; hüquqi və ya əxlaqi məsuliyyətdən 
qorxu hissi; əməl-dən əldə edilən şəxsi fayda; xudbin maraqlar; hüquqi vasitələrlə həyata keçirilən mənfi motivlər 
və s. 
Sosioloji tədqiqatlar göstərir ki, sosial-hüquqi fəallıq 
[273 - 274]
 müxtəlif yaş və peşələrə malik olan bir çox 
vətəndaşlar üçün səciyyəvidir və o, təhsil və iş təcrübəsinin artması ilə nəzərə-çarpacaq dərəcədə artır. 
Hüquqi davranış subyektlərinin ən çoxsaylı qrupunu gənclər və orta yaşlı insanlar təşkil edir. Hüquqa zidd 
davranış sahəsində  də oxşar hal müşahidə olunur. Hədd-buluğa çatmamışlar arasında da cinayət  əməlləri ciddi 
düşündürücü faktdır. Kriminoloji tədqiqatlar göstərir ki, bütün cinayətlərin orta hesabla 10%-ə qədəri həddi-buluğa 
çatmamışlar (14 yaşından 17 yaşına qədər) tərəfindən törədilir. 
Hüquq pozuntularının səbəblərinə sosioloji yanaşma daha konkret səviyyədə sosial qanunlardan 
kənaraçıxma hallarının öyrənilməsini nəzərdə tutur. Burada müxtəlif sosial, peşə, yaş qruplarının həyat tərzlərinin 
öyrənilməsi vacibdir. Sosioloji və kriminoloji tədqiqatlar göstərir ki, insanın həyat tərzindəki  əyintilər onun 
davranışına mənfi təsir göstərə və münaqişələrin mənbəyi ola bilir; cəmiyyət üçün bütövlükdə səciyyəvi olan əxlaqi 
dəyərlərdən kənaraçıxma hallarına gətirib çıxarır və sosial nəzarəti zəiflədə bilir ki, bu da cəmiyyətəzidd əməllərin 
törədilməsini asanlaşdırır və subyektin maraqlarına cavab verən qanuni imkanların gerçəkləşdirilməsini 
çətinləşdirir. Bütövlükdə, bu cür hadisələr şəxsiyyətin hüquqi davranışına mənfi təsir göstərdiyi üçün onlara qarşı 
mübarizə istiqamətində müvafiq profilaktik işin aparılması vacibdir. 
 
4. Qanunvericik sosiologiyasının bəzi cəhətləri 
 
Azərbaycan Respublikasının Konstitusiyasına qanun-vericilik təşəbbüsü hüququna malik olan şəxslərin və 
orqanların dairəsi müəyyən edilmişdir. Konstitusiyanın 96-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan 
Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri 
Azərbaycan Respublikası Milli 
[274 - 275] 
Məclisinin müzakirəsinə  təqdim etmək
*
 hüququ) Azərbaycan 
Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan 
Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının 
Ali Məclisinə  məxsusdur. Beləliklə, Konstitusiya ilə qanunvericilik təşəbbüsü hüququna malik 129 subyekt 
müəyyən edilmişdir. Müqayisə üçün qeyd etmək olar ki, ABŞ-da belə hüquqa Konqresin üzvləri, Almaniya 
Federativ Respublikasında federal hökumət, Bundesrat, Bundestaqın fraksiyaları  və ya onun deputat korpusunun 
ümumi sayının 5 faizindən az olmamaqla deputat qrupu malikdir. 
Qanunyaratma prosesinin intensivliyi müxtəlif ölkələrdə fərqli xüsusiyyətlərə malikdir. 12 noyabr 1995-ci il 
tarixdən 2006-cı il yanvarın 1-dək olan müddət  ərzində Azərbaycan Respublikası Milli Məclisi tərəfındən 2040 
qanun, qərar və digər normativ hüquqi akt qəbul edilmişdir. Yalnız 2002-ci ilin payız (30 sentyabr - 30 dekabr), yaz 
(1 mart - 31 may) və növbədənkənar (1 iyun - 27 iyul) sessiyalarında Azərbaycan Respublikası Milli Məclisinin 56 
iclası keçirilmiş, burada 114 qanun, 17 qərar qəbul edilmişdir. Bu dövrdə parlamentdə 30 beynəlxalq müqavilə və 
konvensiya təsdiq edilmişdir. Müqayisə üçün qeyd edək ki, ABŞ-da il ərzində orta hesabla 5000, Rusiya 
Federasiyasında 1000-ə yaxın, AFR-də isə 160 qanun layihəsi müzakirəyə çıxarılır. Bununla əlaqədar qeyd etmək 
yerinə düşər ki, ABŞ-da qanunvericilik bazası iki əsrdən artıq müddət ərzində formalaşmışdır. Burada hər bir ştat 
artıq mükəmməl hüquq sisteminə malikdir. AFR-in, RF-in, habelə Azərbaycan Respublikasının hüquq sistemi isə 
nisbətən gəncdir. 
Araşdırmalar göstərir ki, qanunyaratma fəaliyyətinin ağırlıq mərkəzi hökumətin üzərinə düşür. Məsələn, 
AFR-də qanunvericilik təşəbbüsü hüququna malik olan subyektlərin 
[275 - 276] 
fəallıq dərəcəsi aşağıdakı kimidir: 
qanun layihələrinin ümumi sayının təqribən 60%-i hökumətin, 34%-i Bundestaq deputatlarının, 6%-i isə 
                                                 
*
 Qanun layihəsini hər bir vətəndaş hazırlaya bilər, lakin onu rəsmi olaraq parlamentə  təqdim etmək hüququna ancaq qanunvericilik 
təşəbbüsü hüququnun subyekti malikdir. 


110 
 
Bundesratın payına düşür. Qanun layihələrinin çoxsaylı olması baxımından onların müzakirəsinin və  qəbulunun 
ləngiməsini (layihələrin parlamentin bir sessiyasından növbəti sessiyalara keçirilməsi) də qeyd etməmək mümkün 
deyildir. Bəzi qanunların qəbuluna olan kəskin tələbat bir sıra hallarda vaxtın və maddi vəsaitlərin çatışmazlığı ilə 
müşayiət olunur. Bu isə bəzən onların keyfiyyətinin aşağı düşməsinə, artıq qəbul olunmuş hüquqi aktlara onların 
qəbulundan dərhal sonra əlavələr və ya dəyişikliklər edilməsi zərurətinə gətirib çıxarır. 
Qanunyaratma fəaliyyətinin sürətinə iki amil mühüm təsir göstərir. Təəssüf ki, həmin amillər hələ  də 
sosioloqların diqqətindən kənarda qalmışdır. Birinci siyasi amildir. Bu, müasir dövlətlərdə  cəmiyyətin siyasi 
qüvvələri arasındakı ziddiyyətlərlə, onların mübarizəsi ilə əlaqədardır. İkinci amil xüsusən də federativ dövlətlərdə 
federal münasibətlərin təşəkkülü ilə bağlıdır. Federativ dövlətlərdə federasiya subyektlərinin mənafeləri bir çox 
hallarda üst-üstə düşmür. Bu, qanunvericilik prosesində  də  əks olunur. Bəzən parlamentin aşağı palatasının, 
xüsusilə də federal münasibətlərə aid qəbul etdiyi qanunlar onun yuxarı palatasında ləngidilir. Yuxarı palata bəzən 
müzakirəsinə verilən qanunlara baxmaqdan imtina edir. Göstərilən proseslərin obyektiv səciyyə daşımasına 
baxmayaraq, onların  əksər hissəsi iradi yolla aradan qaldırıla bilməz və ümumiyyətlə, qaldırılmamalıdır. Belə 
hallarda başqa mövqedən yanaşma tələb olunur. Bu baxımdan mükəmməl hazırlıqlı sosioloji xidmət əhəmiyyətli 
rol oynaya bilər. 
Məsələni xeyli geniş planda da qoymaq olar. Bunu Azərbaycan Respublikasının yaxın qonşusu RF-in 
qanunvericilik təcrübəsi ilə müqayisədə aydın görmək olar. Məsələn, hüquq fəlsəfəsi və qanunvericilik texnikası 
sahəsində tanınmış mütəxəssis, Rusiya Elmlər Akademiyasının müxbir 
[276 - 277] 
üzvü  C. A. Kərimov haqlı 
olaraq qeyd edirdi ki, bir çox rusiyalı qanunvericilər  ən azı qanunyaratmanın həyata keçirilməsi ilə  əlaqədar öz 
peşəkar hazırlıqlarını yüksəltməməkdən narahatdırlar. Onlar qanunlarda gerçəkliyin dəqiq əksini və onun yüksələn 
inkişafını axtarıb tapmaqdan daha çox siyasi mübahisə və araşdırmalarla məşğuldurlar. 
Bəzi tədqiqatçıların qanunyaratma prosesində parlament üzvlərinin və parlament aparatının rolunun 
mütləqləşdirilməsinə dair nöqteyi-nəzərləri zənnimizcə, inandırıcı deyildir. Tam əminliklə demək olar ki, 
qanunyaratma prosesində parlament üzvlərinin rolu böyükdür. Lakin qanunverici bu və ya digər qanun layihəsinin 
zəruriliyini, onun qəbulunun məqsədəuyğunluğunu, bu aktın siyasi, iqtisadi və sair nəticələrini düzgün 
qiymətləndirməyə borcludur. 
Hüquqi cəhətdən mükəmməl olan, ictimai münasibətlərin bu və ya digər sahəsinin hüquqi tənzimlənməsinin 
ictimai tələbatlarına cavab verən, hüquqi tənzimetmənin realizə olunması mexanizmini özündə ehtiva edən qanun 
layihəsinin işlənib hazırlanması üçün müvafiq şərtlərin, eləcə  də üsul və vasitələrin yaradılması son dərəcə 
zəruridir. Bunu həm də  cəmiyyətin intensiv inkişafı, artan tələbatların təmin olunması  zərurəti tələb edir. Belə 
şərtlər, üsul və vasitələr içərisində elminəzəri təminat başlıca yer tutur. Ancaq ixtisaslaşmış mütəxəssislər qüvvədə 
olan qanunvericiliyin müqayisəli tədqiqatlarını aparmaq və  qəbulu planlaşdırılan hüquqi aktların zəruriliyini və 
məqsədəuyğunluğunu müəyyən etmək iqtidarında ola bilər. Qanun layihələri ilə  əlaqədar informasiyaları 
formalaşdırmağı, bunun elmi konsepsiyasını işləyib hazırlamağı, zəruri ekspertizalar aparmağı, millət vəkilləri ilə 
elmi məsləhətləri həyata keçirməyi yalnız yüksək ixtisaslı  və peşəkar mütəxəssislər bacarar. Xüsusilə  də elmi 
konsepsiyanın müəyyənləşdirilməsi mərhələsində qanun layihələrinin işlənib hazırlanmasına nəinki hüquq 
sahəsinin tədqiqatçılarını, həm də hüququ tənzimetmə predmetinə bilavasitə aid olan sahələrin alimlərini cəlb 
etmək zəruridir. 
Aparıcı elmi kollektivlər, elmi təşkilatlar və onların 
[277 - 278] 
yüksək ixtisaslı nümayəndələri, hüquq 
elmləri ilə yanaşı digər humanitar elmlər sahəsində tanınmış  nəzəriyyəçilər, praktik işçilər dövlət quruculuğu 
strategiyasının və ictimai inkişaf perspektivlərinin işlənib hazırlanmasında bilavasitə iştirak etməlidirlər. Bununla 
əlaqədar Azərbaycan Respublikasında qanunvericilik və hüquqşünaslıq fəaliyyətini özündə birləşdirən müvafıq 
strukturun yaradılması məqsədəuyğundur. 
Azərbaycan Respublikası qanunvericiliyinin hər bir sahəsində ciddi ziddiyyətlərin aradan qaldırılması, 
mövcud boşluqların yerinin vaxtında doldurulması qanunyaratma fəaliyyətinin səciyyəvi  əlamətlərindən biridir. 
Söhbətin qanun layihələrinin hazırlanması, müzakirəsi və qəbulu haqqında getdiyi bir zamanda bunun nə dərəcədə 
ciddi məsələ olduğu özünü daha çox büruzə verir. Qeyd etmək lazımdır ki, qanunyaratma prosesində hüququn 
realizəolunma mexanizminin zəifliyi yolverilməzdir. Bu, hər cür sui-istifadələr üçün real imkanlar yaradır. Hüquqi 
realizə mexanizminin zəifliyi qanunların işləkliyini çətinləşdirir. 
Qanunvericilik sosiologiyası  cəmiyyət haqqında di-gər elmlərlə yanaşı qanunvericinin həlli tələb olunan 
problemli situasiyaların mahiyyətini dərk etmək imkanını genişləndirir. Bunun üçün aşağıdakıların yerinə 
yetirilməsi zəruridir: 1) cəmiyyətin real vəziyyətini, onun qarşısında duran təxirəsalınmaz və perspektivli 
problemlərin, bunların səbəblərinin və  həmin səbəbləri doğuran amillərin mükəmməl surətdə  tədqiq edilməsi; 2) 
hüquqi tənzimetmə predmetinin və bu tənzimetmənin üsullarının dəqiq  şəkildə müəyyənləşdirilməsi. Bununla 
əlaqədar olaraq ölkənin hüquq sisteminin nizamlılığına nail olmaq üçün onun maksimum dərəcədə tam, 
ziddiyyətsiz, anlaşıqlı  və dövlətin vətəndaşları  tərəfindən başa düşülməli olmasına səy göstərilməsi zəruridir. 
Qanunların qanunqüvvəli aktlarla əvəz edilməsi təcrübəsinə qətiyyətlə son qoyulmalıdır. Çünki bu, bir çox hallarda 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə