Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 41,54 Kb.
səhifə1/24
tarix31.12.2021
ölçüsü41,54 Kb.
#81198
  1   2   3   4   5   6   7   8   9   ...   24
referat 6255-1


AZƏRBAYCAN RESPUBLİKASI

TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

TARİX FAKULTƏSİ

BEYNƏLXALQ MÜNASİBƏTLƏR KAFEDRASI

BEYNƏLXALQ MÜNASİBƏTLƏR NƏZƏRİYYƏSİ

fənnindən

BMN-DƏ ÜMUMİ VƏ TƏTBİQİ METODLAR”

mövzusunda

II Kurs tələbəsi Asifzadə Elvin Rafiq oğlunun

KURS İŞİ

Elmi rəhbər: Dos. X.İsmayılzadə

Kafedra Müdiri: T.e.d.,prof.A.N.Abbasbəyli

BAKI-2018

MÜNDƏRİCAT



1.Giriş---------------------------------------------------3

2.Ümumi metodlar----------------------------------5

3.Tətbiqi metodlar---------------------------------12

4.Nəticə-----------------------------------------------23

5.İstifadə olunmuş Ədəbiyyat------------------24

GİRİŞ


Qeyd etməliyik ki, metod problemi hər bir elmin ən əsas problemlərindən biridir. Burada hər bir obyektin necə öyrənilməsi, hansı üsullardan və vasitələrdən istifadə edilməsi, praktiki fəaliyyətə tətbiq edilməsi və s. kimi məsələlər nəzərdə tutulur.

İnsan öz nəzəri və əməli işində şüurlu fəaliyyətə başlamazdan əvvəl mövcud şəraiti hərtərəfli təhlil edir və öz qarşısına müəyyən məqsədlər qoyur. Onları həyata keçirməyin optimal yollarını müəyyənləşdirir. İnsan fəaliyyətinin gedişində istifadə edilən müəyyən üsullar getdikcə müvafiq qaydalar, prinsiplər, normalar şəklində ümumiləşdirilir və metodlara çevrilir.

Yunan dilində metod «harasa aparan yoI» mənasını verir. Metod dərketmə prosesinin üsuludur. O, hər hansı bir elmin predmetinin öyrənilməsi üsuludur. Metod elmi biliyin əldə edilməsinin və onun praktikada tətbiq edilməsinin yollarını göstərir. Aydındır ki, hər bir tətbiq edilən metodun özü də elmi

cəhətdən işlənib hazırlanmalıdır. BMN-nin xüsusi tədqiqat metodları yoxdur. O, həm ümumi elmi metodlardan, həm də konkret elmlərdə tətbiq edilən metodlardan istifadə edir. Bu metodlar "Beynəlxalq münasibətlər nəzəriyyəsi" fənninin predmetinin dərindən öyrənilməsinə və dərk olunmasına kömək edir.

Elmi ədəbiyyatların bir çoxunda metodu insanın məqsədəuyğun idrakı və praktiki fəaliyyətinin üsulu kimi xarakterizə edirlər.

Bolqar filosofu, akademik T.Pavlov metodu təfəkkürün daxili hərəkət qanunauyğunluğu, təfəkkürün qanun və kateqoriyalarından şüurlu və səmərəli istifadə edilməsi kimi səciyyələndirirdi. O yazırdı ki, metod insan qavrayışlarının, təsəvvürlərinin, anlayışlarının, kateqoriyalarının, nəzəriyyələrinin qanunauyğun hərəkəti, subyektiv dialektikanın qanunudur.

Metod - məqsədə çatmaq,gerçəkliyin dərk olunmasına və onun praktiki surətdə dəyişdirilməsinə nail olmaq üçün istifadə olunan müəyyən üsullarla insanların nəzəri və praktiki fəaliyyətini tənzimləyən müəyyən prinsip və qaydaların məcmusudur.

Metod fəaliyyət üsulu olmaqla yanaşı, həm də biliyin xüsusi bir formasıdır. Metod müəyyən biliklər əsasında yaranır. Onun təşəkkülü və formalaşması bir proses olub insanın idrakı və praktiki fəaliyyətinə əsaslanır. Metod elmi tədqiqatın praktikasına doğru istiqamətləndirilmiş nəzəriyyədir.

Beləliklə, metod və nəzəriyyə ayrılıqda deyil, birlikdə formalaşıb inkişaf edir. Hər bir elmin predmeti onun metodu ilə vəhdət təşkil edir. Belə ki, hər bir elmin tədqiqat və şərh metodunu dərindən bilmədən onun predmetini bir sistem halında öyrənmək, qanunauyğunluqları və ziddiyyətləri aşkara çıxarmaq olmaz.

Məşhur ingilis filosofu F.Bekon (1564 - 1626) düzgün tədqiqat metodunun roluna böyük əhəmiyyət verərək göstərirdi ki, metod yolçunun yolunu işıqlandıran bir fanardır.

Hər bir araşdırma metodologiyanın ən ümumi dialektik prinsiplərinə əsaslanır. Bu prinsiplər bunlardır: obyektivlik, sistemlik, ardıcıllıq, tarixilik, ziddiyyətlilik, inkar etmək, qarşılıqlı əlaqə və qarşılıqlı təsir, nisbi sabitlik, varislik, zərurətin qarşısı alınmazlığı, idrakın mücərrəddən konkretə, sadədən mürəkkəbə, asandan çətinə, adidən aliyə yüksəlməsi və s. Metodoloji tələbə görə: bilik əldə etmə prosesində hissə-hissə qarışıq təsəvvürlər mücərrəd təfəkkürdən keçir, saf-çürük edilir, aydınlaşır, konkretləşir, həqiqi bilik əldə olunur.

Beynəlxalq münasibətlərin daha dərindən öyrənilməsi nəzəri, sosioloji, tarixi və digər yanaşmalar hərtərəfli əlaqələndirilir. Bununla yanaşı, praktiki baxımdan faktların öyrənilməsi, mövcud vəziyyətin öyrənilməsi, hadisələrin təkamül inkişafının proqnozlaşdırılması, hadisələrə müəyyən təsir etməyin mümkünlüyü barədə qərar hazırlanması və nəhayət qərar qəbul edilməsi də nəzərdə tutulur.

Başqa ictimai elmlərin öyrənilməsində tətbiq edilən bir çox metodlar “Beynəlxalq münasibətlər"in araşdırılmasında da əsas götürülür. Bununla yanaşı ayrı-ayrı ölkələr çərçivəsində baş verən siyasi proseslər dünya miqyaslı siyasi proseslərdən fərqləndiyi üçün burada qismən daha xüsusi növ, əlahiddə metodoloji yanaşmalar tələb olunur. Hər halda dünya siyasətinin və beynəlxalq münasibətlərin tədqiq edilməsində nisbətən daha geniş istifadə edilən metodlardan ümumi və tətbiqi metodları göstərmək olar. Bu metodlar BMN fənninin predmetini dərindən və hərtərəfli dərk olunmasına kömək edir.

Ümumi metodlar

BMN-nin ümumi metodları fənnin nəzəri səviyyəsində, tətbiqi metodları isə onun tətbiqi səviyyəsində istifadə edilir.

BMN fənninin ümumi metodları fənnin tədqiqat obyekti və predmeti haqqında təsəvvür yaradır. Bu metodlar fənnin nəzəri səviyyəsinə aid olan məsələlərin (beynəlxalq münasibətlərin mahiyyəti, hərəkətverici qüvvələri, beynəlxalq aləmdə baş verən hadisələrin etik dəyər və normalar baxımından qiymətləndirilməsi və s.) tədqiq olunmasında istifadə edilir. Ümumi metodlar BMN fənni ilə yanaşı bir çox ictimai elmlərdə də tətbiq edilir.

Tətbiqi metodlar isə beynəlxalq münasibətlərin konkret praktiki problemlərinin tədqiq olunmasına və onların həlli yollarının müəyyən edilməsinə yönəlmişdir.

BMN fənninin ümumi metodlarından ən geniş istifadə edilənləri aşağıdakılardır:

1. Sosioloji

2 Kulturoloji

3. Normativ

4. Funksional

5. Bixeviorist

6. Struktur-funksional

7. Sistem

8. İnstitusional

9. Antropoloji

10. Psixoloji

11. Fəaliyyət

12. Tənqidi-dialektik

13. Müqayisə

14. Tarixi metodlar


Yüklə 41,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə